Məhkəmə qərarları › İş №2(103)-4917/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4917/2023

26.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4917/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)-474/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində Cavabdeh1 MMC-nin verdiyi etibarnamə əsasında Cavabdeh2 idarə idarə etdiyi “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış iddiaçıya məxsus “Faw CA6455A6D-T77” markalı 2022-ci il buraxılışlı avtomobili vurmuş və nəticədə sonuncu avtomobilə 8985,70 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 Sığorta ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8985,70 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzi, 214,30 manat əlavə xərclər və 680 manat mənəvi zərər olmaqla, ümumilikdə 9880 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, R.İsmayılov küçəsində Cavabdeh1 MMC-nin verdiyi etibarnamə əsasında Cavabdeh2 idarə idarə etdiyi “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış “Faw CA6455A6D-T77” markalı 2022-ci il buraxılışlı avtomobili vurmuş və nəticədə sonuncu avtomobilə 8985,70 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri DYPİ-nin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40.00 manat cərimə edilmişdir. Baş vermiş hadisə ilə bağlı etibarnamə əsasında marşruta çıxan sürücülərə nəzərət etməli olan Cavabdeh1 MMC-də məsuliyyət daşıyır. Cavabdeh Atəşgah Sığorta ASC "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı üzrə Qiymət Təklifində göstərilən xeyli aşağı məbləğ təklif etməklə avtomobilə dəymiş ziyanın real məbləğinin ödənilməsindən yayınmışdır. Bir hadisə üzrə sığortacı tərəfindən nəzərdə tutulmuş 5000 manat əvəzinin 3350 manat təklif etməklə onun hüquqlarını pozmuşdur. O, cavabdehlərin təqsiri üzündən iki aydır avtomobilindən istifadə edə bilmədiyi üçün əlavə nəqliyyat xərcləri (taksi və s.) ödəməyə məcbur qalmışdır. Bundan başqa, baş vermiş hadisədən iki həftə əvvəl aldığı avtomobilin bu vəziyyətə salınması, uzun müddət avtomobili istifadə edə bilməməsi, sıx iş qrafikində avtomobilin ehtiyat hissələrinin çətin tapılması və onun avtomobili təmirə aparması vaxt itkisinə səbəbi olması ona mənəvi ziyan dəymişdir. Cavabdehlər yuxarıda qeyd olunan məbləği ödəməkdən imtina etdiklərindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)- 474/2023 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 Sığorta ASC-dən 5000 (beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh2 2615 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq (50 manat) və məhkəmə yol-nəqliyyat hadisələri (50 manat) ekspertizasının tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərcinin 50%-i yəni 50 (əlli) manatının İddiaçı, qalan 50%-i yəni 50 (əlli) manatının Cavabdeh2 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 926.1, 1096.1, 1096.2, 1097.1, 1108-ci maddələri və “İcbari Sığortalar Haqqında” Qanunun 56.1.2-ci maddəsi ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinməsi nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh2 tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, cərimə edilmişdir. Beləliklə, Cavabdeh2 yol nəqliyyat hadisəsi törətməsi nəticəsində İddiaçı məxsus avtomobili vurması, iddiaçının nümayəndəsi-vəkilinin məhkəmə iclasında verdiyi izahatı, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iddia tələbini Cavabdeh1ə münasibətdə araşdıraraq hesab etmişdir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında mübahisəsiz olaraq müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol – nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət- zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir (maddə 1108.1., ikinci cümlə). İcbari Sığortalar haqqında Qanunun 56.1.2-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh3 Sığorta Şirkəti ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3Sığorta ASC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 8985,70 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzi, 214,30 manat əlavə xərclər və 680 manat mənəvi zərər olmaqla, ümumilikdə 9880 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh Atəşgah Sığorta Şirkəti "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktı üzrə Qiymət Təklifində göstərilən qiymət əsasında deyil, aşağı məbləğə qiymətləndirmə aparmışdır. İddiaçı sığorta şirkətinin ilkin qiymətləndirməsi ilə razılaşmadığı üçün “İcbari sığortalar haqqında” qanunun 16.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil edilmişdir. Müstəqil ekspert tərəfindən zərər 3350 manat müəyyən edilmiş və cavabdeh sığorta şirkətin həmin zərəri ödəməyə hazır olmuşdur. Lakin İddiaçı müəyyən edilmiş zərər məbləği ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İcbari sığortalar haqqında qanunun 16.2-ci maddəsinə görə, Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Göründüyü kimi icbari sığorta növü üzrə zərəri sığortaçı və ya müstəqil ekspert müəyyən edir. İddiaçı ilə cavabdeh sığorta şirkəti arasında könüllü müqavilə münasibəti olmamış və sığorta şirkəti cavabdehə məxsus avtomobilə dəymiş zərəri və ya həmin avtomobilin təmirini rəsmi təmir müəssisəsində təşkil edəcəyinə dair öhdəlik götürməmişdir. Belə olan halda iddiaçının cavabdeh sığorta şirkətindən zərəri rəsmi təmir müəssisəsi qiymətləri ilə hesablanmasını və ödənilməsini tələb etməsi əsassızdır. 1-ci instansiya məhkəməsi isə qətnamə çıxararkən ekspert rəyini əsas götürdüyünü və ona əsaslandığını göstərsə də, əslində ekspertin gəldiyi nəticəni deyil, iddiaçının təqdim etdiyi qüsur aktını əsas götürmüşdür. Ekspert rəyinə görə avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1370,0 manat müəyyən edilir. Göründüyü kimi məhkəmə ekspert rəyinə istinad etməklə qətnamə çıxarmış, eyni zamanda ekspert rəyini nəzərə almamışdır. Ekspertin nəticəsinin nəzərə alınmaması qətnamədə əsaslandırılmamışdır. Məhkəmə iddiaçının tələb etdiyi zərər məbləği, cavabdehin iddiaçıya təklif etdiyi zərər məbləği və ekspertin müəyyən etdiyi zərər məbləği arasında aşkar uyğunsuzluq olduğu halda zərərlə bağlı mübahisə zamanı mühüm əhəmiyyət kəsb edən bu faktiki halı aydınlaşdırmamışdır. İddiaçıya 7615 manat zərər dəyməsi sübut edilmir. Belə ki, məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi ekspert rəyində zərərin 1370 manat olması müəyyən edilir. Birinci instansiya məhkəməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9462 saylı,xx.xx.2023-cü il tarixli rəyinə istinad edərək zərər məbləğini 7615 manat olması barədə nəticəyə gəlməsi işin hallarına uyğun deyil. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-yə münasibətdə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari Sığorta haqqında” Qanun: 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir. 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında 2022-ci il buraxılışlı “Faw CA6455A6D-T77” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir–bərpa xərcinin 7615 manat məbləğində olduğu müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, Cavabdeh1 MMC-yə məxsus olan “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir. - Cavabdeh3 Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Faw CA6455A6D-T77” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər müstəqil ekspert tərəfindən 3350 manat həcmində qiymətləndirilmişdir. Beləlikdə də, müəyyən edilmişdir ki, apellyator avtomobilə dəymiş zərərin ödənilməsini deyil, birinci instansiya məhkəməsinin əlavə təyin etdiyi ekspertiza rəyinə istinad etsə də, həmin rəyi də nəzərə almamasını, başqa sözlə, dəymiş zərərin düzgün müəyyən edilməməsini mübahisələndirir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9462 saylı, xx.xx.2023-cü il tarixli rəyinin nəticə hissəsində dəymiş zərər 1370 manat müəyyən edilməsi göstərilmişdir. Apelyator dəymiş zərərin məbləğinin ekspert rəyinin nəticə hissəsi ilə müəyyən edilməli olmasını göstərir. Qeyd edilən rəyin tədqiq hissəsində göstərilmişdir ki, məhkəmə-iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən, avto hissələrin qiyməti nəzərə alınmaqla 2022-ci il buraxılışlı “Faw CA6455A6D-T77” markalı 99-MK- 600 dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7615 manat məbləğində müəyyən olumuşdur.” Həmçinin rəyin tədqiq hissəsində daha sonra göstərilmişdir ki, aparılmış tədqiqat nəticəsində avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan mütəxəssis rəyində qeyd edilən zədələnmiş və dəyişdirməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla Bakı şəhəri, avtohissələr satışı bazarlarında (mağazalarda) və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifədə olunmuşdur. Yekun qiymət müəyyənləhdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin optimallaşdırılması təşkil edilmişdir. Həmin meyarlar əsasında müəyyənləşhdirilən qiymətlərin rəydə göstərilən cədvəl üzrə dəyişdirilməli hissələrin cəmi 6120 manat təmir bərpa işlərinin cəmi 1495 manat, ümumi məbləğ 7615 manat göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş rəyi vermiş ekspert Elvin Qəhrəmanov göstərmişdir ki, rəyin nəticə hissəsində dəymiş zərərin 1370 manat müəyyən edilməsinin göstərilməsi texniki səhvdir. O, 2022-ci il buraxılışlı “Faw CA6455A6D-T77” markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yeni olması nəzərə alınaraq onun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7615 manat müəyyən edilməsi barədə ekspert rəyini təsdiq etmişdir. Məhkəmə kollegiyası ekspertin göstərdikləri ilə razılaşır və hesab edir ki, rəyin tədqiqi hissəsində aparılmış hesabat ümumi məbləğ olaraq 7615 manat göstərildiyi halda, nəticə hissəsində dəymiş zərərin 1370 manat müəyyən edilməsinin göstərilməsi əsaslı sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhz ekspertiza rəyinə istinad edərək Cavabdeh3 Sığorta ASC-dən isə qalan 5000 (beş min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli olmasına dair nəticəsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizələrə əsaslandığı qənaətinə gələrək şikayətin təmin edilməsi üçün əsaslar görmür. Beləliklə də, məhkəmə kollegiyası apellyator tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli, 2(001)- 474/2023 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, apellyator tərəfindən qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar