Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4917/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə baxış keçirilməsi, yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə “torpaq sahəsinə baxış keçirilməsi, yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhər İcraiyyə Komitəsi X3 və İstismarı Birliyi tərəfindən Nardaran qəsəbəsində hər biri 0,12 ha olan bağ sahələrinə dair aşağıdakı icarə müqavilələri bağlanılmışdır: 1046 №-li bağ sahəsinə dair xx.xx.1987-ci il tarixdə X11 ilə 15189 №-li müqavilə; 1047 №-li bağ sahəsinə dair xx.xx.1989-cu il tarixdə X8 ilə 2754 №-li müqavilə; 1047a №-li bağ sahəsinə dair xx.xx.1989-cu il tarixdə Cavabdeh1 ilə 19880 №-li müqavilə.
2. X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.
3. İddiaçı X4 oğludur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********04 №-li «Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş»ə əsasən texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsini, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X6 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ miras qalmış, X9 vəfatından sonra sözügedən bağ sahəsi İddiaçı anası, X4 adına keçirilmiş və onunla xx.xx.1987-ci il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. xx.xx.1988-ci il tarixdə X4 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinin 0,12 ha hissəsi digər şəxsin adına keçirilmiş və müqavilə ilə rəsmiləşdirilmişdir. İddiaçı anası, X4 istifadəsində qalan Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinə dair onunla xx.xx.1989-cu il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. X4 vəfatından sonra Bakı şəhəri 4 saylı Notariat Ofisinə “vərəsəlik işinin açılması” barədə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə vərəsə kimi tanınmışdır. X1 miras qalmış Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2023cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarə tərəfindən həmin ünvana mütəxəssis göndərilmiş, lakin cavabdehlər iddiaçıya və idarənin mühəndisinə qarşı kobud ifadələr işlətməklə mühəndisin işinə müdaxilə etmiş və sonda iddiaçını və mühəndisi zorla həyətdən çıxarmışlar. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********04 Ns li bildirişinə əsasən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. İmtinaya səbəb kimi, cavabdehlər tərəfindən şəraitin yaradılmaması göstərilmişdir. Cavabdehlər iddiaçını həyətdən qovlamaqla onun da payını mənimsəmək istəyirlər. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 №-li Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evlərə və torpaq sahəsinə baxış keçirilməsinə, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxşa və hasarın çəkilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrə görə cavabdehlərə qadağan olunması zərurəti yaranmışdır.
7. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, 50 manat ekspertizanın dəyərinin Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının 1047 №-li bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsləri tərəfindən inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib edilməsi, yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanmasının təmin edilməsi üçün torpaq sahəsinə baxışın keçirilməsi zəruridir. Lakin qeyd edildiyi kimi, ekspert tərəfindən iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin onun mərhum anası X5 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyni olması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, hazırki iddianın təmin edilməsi iddiaçının iddia etdiyi 0,12 ha torpaq sahəsinin 2754 №-li xx.xx.1989-cu il tarixli müqavilə ilə ayrılmış 1047 №-li bağ sahəsinin eyniləşdirilməsi ilə nəticələnə bilər, halbuki buna səlahiyyəti olan orqan tərəfindən bu hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, əslində iddiaçı istədiyinə nail olmuşdur. Belə ki, onun iddia etdiyi torpaq sahəsinin koordinatları səlahiyyətli orqan tərəfindən məhkəmənin qərardadı əsasında artıq müəyyən edlilmiş və sxem tərtib edilmişdir. Qeyd edildiyi kimi, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək 1047 №-li bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, sonuncu isə texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir. Beləliklə, artıq həmin texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılmasına zərurət aradan qalxmışdır və iddia edilən və sxemi tərtib edilmiş torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 1047 №-li bağ sahəsi ilə eynilik təşkil edilməsi müəyyən edildiyi təqdirdə mərhum X4 adına mülkiyyət hüququna dair arayışın verilməsi həyata keçirilə bilər. Hazırda nə qədər ki həmin eynilik müəyyən edilməmişdir, iddianın təmin edilməsi yolverilməzdir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin onun anasına ayrılmış torpaq sahəsi olmasını sübut edə bilmədiyindən iddia rədd edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə, 68-ci maddəsinə, «Daşınmaz Əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.7-ci maddələrinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsiri Nizamnaməsinin 3.1.16-cı maddəsinə, Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007- ci il tarixli qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82, 101-1.2, 106.1, 106.3, 217.4, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı Sabunçu Rayon Məhkəməsinin 2(008)-375/2024 saylı iş üzrə 29 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili tərəfindən vəsatət verilmiş və mütəxəssis rəyi alınması üçün ekspertiza təyin edilmişdir. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, ekspert rəyinə düzgün qiymət verməmişdir. Ekspert rəyi təqdim edildikdən sonra xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasını məhkəmə mülki iş üzrə sübutları yenidən tədqiq etmək üçün xx.xx.2024-cü il tarixə məhkəmə təxirə salmışdır. xx.xx.2024-cü il tarixdə keçrilən məhkəmənin növbəti baxış iclasında məhkəmə işi yenidən araşdırmaq üçün məhkəmə iclasını təxirə salmağı təklif etsə də iddiaçı və cavabdeh buna etiraz etdikdən sonra məhkəmə iclası qaldığı yerdən davam etmişdir. Bundan sonra ilk olaraq iddiaçı tərəfə münasibət bildirməsi üçün sonra isə cavabdehə münasibət bildirmək üçün söz verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili izahatın bitirdikdən sonra replika hüququndan istifadə tərəflərə təklif edilmədən məhkəmə müşavirə otağına gedərək qısa vaxtda geri qayıdıb qətnamənin yekun hissəsinin elan etmişdir. İşdən göründüyü kimi, birinci instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, işə tez-tələsik baxılaraq qərar verilmişdir. Təəccüblüsü isə ondan ibarətdir ki, məhkəmə iddiaçının istəyinə nail olmasını və eyni zamanda iddia etdiyi torpaq sahəsinin koordinatlarının səlahiyyətli orqan tərəfindən məhkəmənin qərardadı əsasında müəyyən edildiyini qeyd etməyi zəruri hesab etdiyi halda iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etmişdir. X6 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ miras qalmışdır. X9 vəfatından sonra sözügedən bağ sahəsi İddiaçı anası, X4 adına keçirilmiş və onunla xx.xx.1987-ci il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. xx.xx.1988-ci il tarixdə X4 notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinin 0,12 ha hissəsi digər şəxsin adına keçirilmişdir. İddiaçının anası X4 istifadəsində qalan Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1047 №-li bağ sahəsinə dair onunla xx.xx.1989-cu il tarixli, 2754 №-li müqavilə bağlanmışdır. X8 öldükdən sonra Bakı şəhəri 4 saylı Notariat Ofisinə “vərəsəlik işinin açılması” barədə müraciət etmiş, vərəsə kimi tanınmışdır. Miras qalmış torpaq sahəsi yəni-1047 №-li bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2023-cü il tarixdə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ərizəilə müraciət etmişdir. Texniki baxış keçirmək və çöl ölçmə işlərinin aparılması üçün idarə tərəfindən həmin ünvana mütəxəssis göndərilmiş, lakin cavabdehlər iddiaçıya və idarənin mühəndisinə qarşı kobud ifadələr işlətməklə mühəndisin işinə müdaxilə etmiş və sonda iddiaçını və mühəndisi zorla həyətdən çıxarmışlar. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsi iddia tələbini rədd etməklə iddiaçının mülkiyyət hüququn tanınmasına bir daha maneə törətmişdir. Belə ki, iddia tələbi təmin edilməməsini əsas tutan cavabdehlər iddiaçı və mütəxəsislərin həmin həyətə girməsinə hal-hazırda da mane olurlar. Cavabdehlər iddiaçıya miras qalmış əmlakın həmin eyni hasar daxilində yerləşməsinə əmin olduqıarı üçün kənar şəxsləri qərəzli olaraq həmin sahəyə girməsinə mane olur. Səbəb isə iddiaçının mülkiyyət hüququnun tanınmasına əngəl törətməkdir. Məhkəmənin isə iddia tələbini təmin etməməsi isə cavabdehlərin iddiaçının mülkiyyət hüququnu tam olaraq məhdudlaşdırmasına bir daha şərait yaradır. Belə aydın olur ki, iddia tələbi təmin edilməyəcəyi təqdirdə iddiaçı heç vaxt valideynlərindən miras qalan əmlakı qəbul edə və həmin əmlaka münasibətdə mülkiyyət hüququnun tanıda bilməyəcəkdir. Mütəxəssis tərəfindən 3-cü suala cavab olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən bağ sahəsi sənəd üzrə 0.12 ha olsada faktiki olaraq qonşu bağ sahələri ilə eyni hasar daxilində yerləşir və ümumi sahəsi 0.3385 ha təşkil edir. Mütəxəssi rəyi iddia edilən torpaq sahəsinin cavabdehlər tərəfindən maneə törədilən və hal hazırda onların yaşadığı sahə ilə eyni hasar daxilində yerləşməsi qeyd edilsə də məhkəmə sübutu yəni mütəxəsis rəyini düzgün tədqiq etməyərək səhv nəticəyə gəlmiş və iddia tələbinin əsassız sayaraq rədd etmişdir. Məhkəmənin baxış iclasında cavabdehin nümayəndəsi və vəkili torpaq sahəsinə dair cizginin olmamasını bildirmiş, tərəflərindən 1982-ci il tarixli ciziginin surəti məhkəməyə təqdim edilsə də məhkəmə qətnamə qəbul edərkən bu sübuta da düzgün qiymət verməmiş və sözügedən qətnaməni qəbul etmişdir. İddiaçının anası Sevil Şahbazovanın adına olan 25 ha torpaq sahəsinin 12 ha hissəsinin kimin adına rəsmləşdirilməsi barədə müqafiq orqanlara verilmiş sorğunun cavabı bu günki günə kimi onlara təqdim edilmədiyi üçün işə apellyasiya qaydasında baxılan vaxt məhkəməyə təqdim ediləcəkdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onun uşaqlığı orada keçib. Orada 80 kv.metrlik evi olub. Atasının ölümündən sonra nənəsigilə köçüblər. Sonra Rusiyaya pul qazanmağa gedib. Ora gedibgəlmək maddi cəhətdən alınmayıb. Cavabdehə 0.12 ha torpaq sahəsini anası verib. Ölçmə etməyə cavabdehlər icazə vermədilər.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 1047 saylı bağ sahəsi əvvəlcə iddiaçının atasının olub. Atasının vəfat edəndən sonra müqavilə bağlanmışdır. Müqavilə 1981-ci ildə bağlanılıb. İddiaçının anası 0.12 ha torpaq sahəsini cavabdehə vermişdir.1989-cu il tarixli müqavilələr var. Müqavilədə 1047 və 1047A bağ sahələri göstərilib. Eyni hasar daxilində yerləşirlər. İddiaçının anası vəfat edəndən sonra iddiaçı notariat ofisinə yaxınlaşıb, vərəsəlik işi açılmışdır. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları əraziyə yaxınlaşıb, plan-çizgi işləri aparmaq istəyəndə cavabdehlər icazə verməyiblər, onları qovublar. İddianın təmin edilməsini xahiş edir.Qarşı tərəfin vəsatəti əsasında baxış keçirilib 1046,1047 və 1047A eyni hasar daxilində yerləşməsi ekspert rəyi ilə sübut olunub. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları bugün də hüququmuzu tanımır, əraziyə baxış keçirilmir. İddiaçı anasından qalan əmlaka hüququnu əldə edə bilmir.12 ha torpaq sahəsini istəyirik. Sxemləri məhkəməyə və ekspertizaya təqdim ediblər. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi və notariat ofisinin cavab məktubunu iş materiallarına əlavə ediblər. Cavabdehlər DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarını icazə verməyiblər, onlara da həmin orqandan imtina gəlib. Buna görə iddia qaldırılıb. Fiziki bölgü yoxdur amma hesab edir ki, iddiaçıya məxsus ev 1047 hissəsinə düşür. Bölgü şərti olub. 3 bağ da eyni hasarda yerləşir. İddiaçı və cavabdehlər qohumdurlar. 1046 digər cavabdehindir. Digər şəxslərlə bağlı vərəsəlik işi açılıb, qiymət verilib. Ekspert 3-cü suala cavab olaraq bildirib ki, üçü də eyni hasar daxilində yerləşir. İddiaçı Rusiyada yaşayıb. Orada əvvəl yaşamayıb. Notariusa müraciət olunub, şəhadətnamə ala bilməyiblər.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Rayon məhkəməsi düzgün qərar verib. Mərhumla 1989-cu ildə 10 il müddətinə bağlanılıb. Sonradan 10 il uzadılıb. İddiaçının anası 2017-ci ildə vəfat edib. İddaçı bugünə qədər torpaq sahəsinin yerini bilməyib, məlumatı olmayıb. 1047A,1046 və nömrəsiz torpaq sahəsi var. Torpaq sahələri bir hasar daxilindədir və cavabdehlər istifadə edirlər. 1047 hasar daxilində deyil, başqa hissədir. Göstərilən torpaq sahəsi 1047 ilə üst-üstə düşmür Ekspertiza təyin edildi. Ekspert baxış keçirdi. Rəydə iddiaçının göstərdiyi bağ sahəsinin hasar daxilində olduğu göstərilib, konkret qeyd edilməyib. İddiaçı müxtəlif bağ sahələri göstərə bilər. İddiaçının subyektiv hüququ yoxdur. İddiaçının istədiyi ölçmə işləri aparılıb. DƏDRX-də bu məlumatlar artıq var. 1047 bağ sahəsinin harada olduğu bilinmir, bağların yerləşmə sxeminə uyğun gəlmir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının ölçü aparılması iə bağlı iddia təmin edilsə iddiaçıya əsassız hüquq qazandırılacaq. 1047 bağ sahəsinin koordinatları müəyyən edilməyib. Hüququn qeydə alınması üçün müəyyən edilmiş əsaslar var. Onlardan biri də müqavilədir.Qanunvericiliyə əsasən şəxs çıxarış almadan öldükdə vətəndaşın müraciətı əsasında hüququnun ona məxsus olması barədə qeydiyyat orqanından arayış verilir. Arayışı aldıqdan sonra müvafiq hərəkətlər həyata keçirilir. Hazırda iddiaçı heç bir prosesləri yerinə yetirməyib. Arayış və şəhdətnamə də yoxdur. İddiaçının sənədləri qaydasında olmayıb. Hüququn şəxsə məxsusluğu barədə arayış olmalı idi. İddiaçını subyektiv hüququ yoxdur. İddiaçının anasının ata adı Movsum, başqa sənəddə Mövsüm kimi qeyd edilib. Bu uyğunsuzluq da aradan qalxmalıdır. İddia rədd edilməlidir. Eskpert rəyinə əsasən bağ sxematik əraziyə uyğun gəlmir. Cavabdehə faktiki məxsus olan bağ sahəsinə baxış keçirilə bilməz, bu əsassızdır. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin marağı nədir ki, ora baxış keçirsin. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi imtina verməli olduğu halda baxış keçirmək istəyib. İddiaçının sənədləri qaydasında deyil. İddiaçı tam haqsızdır. Məktubdan aydın olur ki,şəxs ərizəçi qismində müraciət edib. Halbuki, vərəsəlik üzrə şəhadətnamə olmadığı halda elə müriacət edə bilməzdi. Hüququ müəyyən etmək baxışla olmur.Torpaq sahəsini cavabdehin yoldaşı almışdır. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları iddiaçıya aid olmayan sahəyə baxış keçirməli deyil. Cavabdehin çıxarışı yoxdur. 2 sənəd var-1046 və 1047A hanısıdır bilinmir. Hüququ olmayan şəxsə aid sahəyə baxış keçirilməsi ilə razı deyillər. Cavabdeh özü üçün oranı əkir, becərir. İddiaçının anası ilə qohumdurlar, cavabdehlər anasını tanıyırdılar. Amma, iddiaçını tanımırlar. Araşdırma aparılsa 1046 və 1047 A sahəsinin yeri bəlkə də düzgün deyil, çünki sürüşmə olub. Onların sənədi yoxdur. İddiaçı torpaq sahəsini heç tapa bilmir. Belə çıxır ki, iddiaçı bugün başqa yeri göstərsə o zaman orada baxış keçirilməlidir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: Maddə 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; Maddə 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; Maddə 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
25. İşin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 iyul 2023-cü il tarixli, 3-21-3-30/2-Ş-0155-8/2023 nömrəli məktubda qeyd edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilə idarənin arxivində mövcuddur. Sorğu ilə əlaqədar olaraq xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilənin təsdiq edilmiş surəti İddiaçı təqdim edilmişdir.
26. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli, 3-21-3-30/2-27906/2024 nömrəli məktubda qeyd edilir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X4 istifadəsinə verilmişdir. Daha sonra 0,25 hektar torpaq sahəsinin 0.12 hektar hissəsi icarədarın xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Cavabdeh1 (sənəddə olduğu kimi) adına keçirilmiş və xx.xx.1989-cu il tarixli, 19880 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir.
27. İşin halları ilə həmçinin o da müəyyən edilir ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş, İddiaçı müraciəti əsasında Bakı şəhəri 4 saylı Notariat Ofisində anası X4 adına vərəsəlik işi açılmışdır.
28. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********04 №-li «Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş»ə əsasən texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir.
29. Məhkəmə kollegiyası işin hallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ vardır.
30. Belə ki, iddiaçı X4 övladıdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X8 arasında bağlanılmış xx.xx.1989-cu il tarixli, 2754 nömrəli müqavilə vardır. İddiaçının müraciəti əsasında Bakı şəhəri 4 saylı Notariat Ofisində anası X4 adına vərəsəlik işi açılmışdır. Bundan sonra iddiaçı daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etmişdir. Texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün şəraitin yaradılmaması səbəbindən 1047 №-li bağ sahəsinin Dövlət Reyestrində qeydiyyata alınmasına imtina edilmişdir.
31. O cümlədən qeyd edilməlidir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 0.25 ha torpaq sahəsi olan 1047 saylı bağ sahəsi xx.xx.1987-ci il tarixli, 2754 saylı icarə müqaviləsi əsasında X4 istifadəsinə verilmişdir. 0,25 hektar torpaq sahəsinin 0.12 hektar hissəsi X4 xx.xx.1988-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Cavabdeh1 (sənəddə olduğu kimi) adına keçirilmiş və xx.xx.1989cu il tarixli, 19880 nömrəli müqavilə ilə rəsmiləşdirilmişdir.
32. Texniki baxışın keçirilməsi və çöl-ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən maneə törədilir. Cavabdehin nümayəndəsi və vəkili də izahatında qeyd etmişdir ki, cavabdehin çıxarışı yoxdur. 2 sənəd var-1046 və 1047A hansıdır bilinmir. Hüququ olmayan şəxsə aid sahəyə baxış keçirilməsi ilə razı deyillər. Cavabdeh özü üçün oranı əkir, becərir. İddiaçının anası ilə qohumdurlar, cavabdehlər anasını tanıyırdılar. Amma, iddiaçını tanımırlar.
33. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 07 mart 2024-cü il tarixli məktubu ilə verilmiş mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 olsa da, faktiki olaraq qonşu bağ sahələri ilə bir hasar daxilində olmaqla 0,3385 ha təşkil edir.
34. Cavabdeh tərəf isə 0,3385 ha torpaq sahəsinin bütövlükdə onlara məxsus olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Mütəxəssis rəyində də qeyd olunub ki, qonşu bağ sahələrinə dair sənəd təqdim edilməyib.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, göstərilən xüsusatlara dair həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmamışdır.
36. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi, həmçinin yoxlamaölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulmalı, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir.
37. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsı məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-375/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilməsi, həmçinin yoxlamaölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılması vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev