Məhkəmə qərarları › İş №2(103)-4935/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4935/2021

05.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4935/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “icra məmurlarının hərəkətlərinin qanunsuz və özbaşına hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2620/2020 saylı, 30 mart 2021-ci il tarixli qərardadından İddiaçı1 şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı icra məmurlarının hərəkətlərinin qanunsuz və özbaşına hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh onların hüquqlarını pozmaqla apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin qanunda nəzərdə tutulmuş çoxsaylı hüquqlarını pozmaqla apardıqları icra hərəkətləri zamanı yol verdikləri nöqsan və qanunsuzluqlara görə barələrində tabe olduğu nazirliyə təqdimat verilməsini xahiş etmişlər, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(001)-2620/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı1 məhkəməyə apelyasiya şikayəti və şikayətinin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında Nazirlər X1 Covid-19 pandemiyası ilə əlaqədar tətbiq olunan qaydalara əsasən risk qrupuna daxil olduğundan və ahıl yaşlı şəxs olduğundan qətnamədən şikayət vermək üçün müddəti gözləyə bilməmişdir. Ümumiyyətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(001)-2620/2020 saylı qətnaməsi ona rəsmi təqdim olunmamış, verilməmişdir. Bu səbəbdən həmin qətnamədən verəcəyi apelyasiya şikayəti üçün buraxılmış müddət üzrlü hesab olunaraq bərpa edilməli, ədalətli və obyektiv, kollegial qaydada baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməlidir. Qeyd olunan qətnamə qanunsuz və birtərəfli olduğundan və çıxarıldığından ləğv edilməli, Bakı şəhəri Binəqədi rayonu icra və probasiya şöbəsinin hüquqlarını pozmaqla apardığı icra hərəkətləri qanunsuz hesab edilərək iddia tələbi tam təmin edilməlidir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2620/2020 saylı, 30 mart 2021-ci il tarixli qərardadı ilə şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmişdir. İddiaçı1 həmin qərardaddan verdiyi şikayət də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xagiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişl, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarında olan SS697228205AZ nömrəli xəbərnamədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(001)-2620/2020 saylı qətnaməsi iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş və qətnamə 30 noyabr 2020-ci il tarixdə “Aliyeva” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, müddətin bərpasına dair ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən halların o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması halları hazırki işdə müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2620/2020 saylı, 30 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar