Məhkəmə qərarları › İş №2(103)-4938/2024

Bakı Apellyasiya Məhkəməsi Əlavə qətnamə — İş №2(103)-4938/2024

04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4938/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10rşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə əlavə qətnamə çıxarılması barədə İddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X10rşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 920.000 manat pulun və ödənilmiş 1.210 manat dövlət rüsumunun cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X5 xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini işin faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, əmlak kompleksinə görə kompensasiya məbləği 15 il gecikdirilməklə ona ödənilmişdir. Onun bu müddət ərzində həmin vəsaitdən istifadə edə bilməməsi onun əmlak hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Əmlak kompleksi 2008-ci ilin yay aylarında sökülmüş, müvafiq kompensasiya isə ona xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bu səbəbdən kompensasiya məbləğinin 2008-ci ildən xx.xx.2023-cü il tarixədək ödənilməyərək gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd edilən tələblə xx.xx.2023-cü il tarixli məktubla cavabdehə müraciət edilmiş, lakin onun tələbi təmin edilməmiş və ümumiyyətlə həmin məktub cavablandırılmamışdır. Cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X15 iddiaya qarşı yazılı etiraz təqdim etmiş və işin faktiki hallarına istinad edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2- 1(102)-908/15 saylı qərarı qanuni qüvvəsini almış, icraya yönəlmiş və xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında müəyyən edilmiş 1.226.253,60 manat məbləğində pul ödənilmişdir. Hazırda isə iddiaçı ona ödənilməli olan məbləğin indeksasiyasını tələb edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik pinsipi ilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe insan hüquqları üzrə Avropa məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Ruminyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1892/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 510.939 manat pulun və ödənilmiş 672 manat dövlət rüsumunun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X7 İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim X6). İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 605 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4938/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X9 apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1892/2024 nömrəli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği” hissəsində dəyişdirilmiş, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X7 1.226.253,60 manat pula xx.xx.2008-ci il tarixdən - xx.xx.2023-ci il tarixədək müddət üçün ilik 5 faiz dərəcəsi ilə hesablanmış 919.689,75 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbin məbləğinə mütənasib cavabdehdən onun xeyrinə tutulması barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mübahisəni cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ hissəsində həll etsə də, təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq məhkəmə xərcləri haqqında məsələni həll etməmişdir. Göstərilənlərin nəzərə alınması və bu məsələ ilə bağlı əlavə qətnamənin çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X15 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası ərizəyə iddiaçının və cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməli, iş üzrə əlavə qətnamə çıxarılmaqla məhkəmə xərcləri haqqında məsələ həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ həll edilməmişsə, əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər; 392-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qətnamədə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsə də, təmin edilmiş tələbin məbləğinə mütənasib olaraq məhkəmə xərcləri ilə bağlı məsələ həll edilməmişdir. Bu da öz növbəsində iş üzrə əlavə qətnamə çıxarılmaqla məhkəmə xərcləri haqqında məsələnin həll edilməsini şərtləndirir. Məhkəmə kollegiyası ərizəni və apellyasiya şikayətinin bu hissədə dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmuş pulun məbləği hissəsində dəyişdirildiyindən, mütənasibliyin təmin edilməsi baxımından iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində də dəyişdirilməlidir. Bu səbəbdən apellyasiya şikayəti bu hissədə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də dəyişdirilməlidir. Məhkəmə kollegiyası öz mövqeyi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, tutulmasını tələb etdiyi pulun məbləğinə uyğun olaraq 366 manat məbləğində dövlət rüsumu ödəmiş, sonradan tələbini dəyişdirərək, 920.000 manat pulun və bu məbləğə uyğun olaraq ödənilmiş 1.210 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb etmiş və əlavə olaraq 843,73 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni 510.939 manat pulun tutulması hissəsində təmin etmiş və bu məbləğə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 672 manat hissəsinin əvəzini tutmuşdur. Lakin apellyasiya instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilərək, 919.689,75 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə həmin məbləğ üçün nəzərdə tutulmuş, yəni (390 + (819.689,75 x 0,1% / 100 = 819,70) = 1.209,70) 1.209,70 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli, apellyasiya şikayəti ərizə üzrə baxılan hissədə qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1892/2024 nömrəli qətnaməsi ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 1.209,70 manat məbləğində pul tutulmalı, apellyasiya şikayəti ərizə üzrə baxılan qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229-cu, 372-ci, 382-ci, 384-cü, 392-ci, 392-1-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı apellyasiya şikayəti ərizə üzrə baxılan hissədə qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1892/2024 nömrəli qətnaməsi ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi X7 İddiaçı xeyrinə 1.209,70 (bir min iki yüz doqquz manat, yetmiş qəpik) manat məbləğində pul tutulsun. Apellyasiya şikayəti ərizə üzrə baxılan qalan hissədə təmin edilməsin. Əlavə qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar