Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4947/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh Bünyatov Azər Novruz oğlunun, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(009)-77/2021 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5, Cavabdeh2 yüksək təhlükə mənbəyi sayılan yol nəqliyyat hadisəsi nəticəsində “Range Rover” markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi cavabdeh X2 və yol nəqliyyat hadisəsi törətmiş Cavabdeh2 tərəfindən ona vurulmuş maddi ziyan kimi avtomobilin təmiri üzrə mütəxəssis arayışına əsasən müştərək qaydada vurulmuş ziyanın yarısı 3160 manatın, əlavə yaranan xərclərə görə maddi ziyan kimi 2000 manat, mənəvi ziyan kimi 3000 manat və ödənilmiş 31 manat dövlət rüsumunun cəmi 8291 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 1149,05 (min yüz qırx doqquz manat beş qəpik) manat vurulmuş maddi ziyan, 1000 (bir min) manat mənəvi ziyan və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin tutulması, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 50 manatının İddiaçı, 75 manatının cavabdeh X2 və 75 manatının Cavabdeh2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) köçürülməsi qət edilmişdir. Cavabdeh X5 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Səbail rayon Məhkəməsindən məktub daxil olmuş, məktubda mülki iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin Səbail rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kolegiyası tərəfləri dinləyib, iş materiallarını və məhkəmə kollegiyasına daxil olan məktubu nəzərdən keçirərək, hesab edir ki, hazırki mülki iş apellyasiya baxışından çıxarılmalı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsi üçün Səbail rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı (Suraxanı RPİ-nin DYPŞ, “xxxx” ASC 3-cü şəxs kimi göstərilməklə) cavabdeh X5 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılaraq, Səbail rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(009)-77/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirilməsi üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4947/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4947/2021
02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver