Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4968/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(005)-2606/2021 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2606/2021 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi qət edilmişdir. Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2606/2021 saylı qətnaməsinin surətini xx.xx.2021-ci il tarixdə almış, xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2606/2021 saylı qərardadının surətini xx.xx.2021-ci il tarixdə qəbul etmiş, xx.xx.2021-ci ildə yenidən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2606/2021 nömrəli qətnaməsindən apelyasiya şikayətini elektron qaydada vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2606/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin ona geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2606/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-7562/2021 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsi qət edilmişdir. Qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Apellyasiya şikayəti” adlı sənəddən görünür ki, bu sənəd cavabdeh tərəfindən nə elektron qaydada, nə də fiziki imza etməklə imzalanmamışdır. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdır. Cavabdeh apellyasiya şikayəti üzrə prosssual müddəti buraxmışdır, lakin müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa olunması barədə ərizə də verməmişdir. Cavabdeh apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir. Cavadehin apellyasiya şikayəti MPM-də Əlavə 2-də müəyyən edilmiş formaya uyğun deyildir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-7562/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Kollegiya qeyd edir ki, Cavabdeh1 tərəfindən apelyasiya şikayəti elektron sistemlə daxil olmuş, lakin həmin şikayətdə nöqsanlara yol verildiyi üçün ona geri qaytarılmışdır. Daha sonra cavabdeh buraxılmış nöqsanları aradan qaldırmaqla müəyyən edilmiş qaydada və məzmunda apelyasiya şikayətini yenidən məhkəməyə təqdim etmişdir. Bundan əlavə dövlət rüsumu da ödənilmişdir. Bu səbəbdən də iddiaçı tərəf ilkin olaraq apelyasiya şikayəti təqdim edərkən qanunla müəyyən edilmiş müddət ərzində müraciət etdiyindən apelyasiya şikayəti mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətdə qeyd olunan dəlilləri əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual pozuntulara yol verilməmiş, qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 7562/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4968/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4968/2022
06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver