Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4970/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 768/2022 nörməli, 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli, ABB-1771 saylı “Kooperativ Mənzil tikintisi haqqında payçı” müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan müqavilə üzrə ödənilmiş 25758 manat əsas, 6439,5 faiz məbləği olmaqla, cəmi 32197,5 manat, mənəvi zərərlə bağlı isə 10000 manat olmaqla, ümumilikdə 42197,40 manat pul vəsaitinin, 217 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-768/2022 nörməli, 11 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ABB-1771 saylı “Kooperativ Mənzil Tikintisi haqqında Payçı Müqaviləsi”nin ləğv edilməsi, Cavabdeh2 MTK-dan ("xxxx" MMC-nin hüquqi varisi) 22629 manat pul məbləği və 1131,45 manat faiz borcu olmaqla, cəmi 23760,45 manat (iyirmi üç min yeddi yüz altmış manat qırx beş qəpik) və 217 manat (iki yüz on yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və əlavə təqdim edilmiş sübutlarla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi eyni zamanda vəkili Vəkil elektron kabinet vasitəsi ilə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında cavabdehin ofisində görüş təşkil olunmuş və cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-768/2022 nörməli, 11 mart 2022-ci il tarixli qətnaməsi əsasında iddiaçıya 14450 manat vəsait geri ödənilmiş və tərəflər arasında mülki mübahisə qarşılıqlı güzəştlər əsasında öz həllini tapması istiqamətində razılıq əldə olunmuşdur. Qeyd olunanlara əsasən mülki işə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş iddiaçının verdiyi ərizədən görünür ki, İddiaçı, ünvan 1 ünvanında 1771 nömrəli, 107 m2 sahəsi olan mənzilə dair bütün iddialarından imtina edir. 26 fevral 2015-ci il tarixində MTK-ya ödədiyi 14450 manat vəsaiti tam şəkildə Cavabdeh2 MTK-dan geri almış və qətnamədəki digər məbləğə dair gələcəkdə heç bir iddiası olmayacaqdır. Bununla belə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə tərəflərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 400, 402.2.4 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-768/2022 nörməli, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı «xx.xx.2015-ci il tarixli, ABB-1771 saylı “Kooperativ Mənzil tikintisi haqqında payçı” müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan müqavilə üzrə ödənilmiş 25758 manat əsas, 6439,5 faiz məbləği olmaqla, cəmi 32197,5 manat, mənəvi zərərlə bağlı isə 10000 manat olmaqla, ümumilikdə 42197,40 manat pul vəsaitinin və 217 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi» tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4970/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4970/2022
21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver