Məhkəmə qərarları › İş №2(103)-4982/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4982/2025

16.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4982/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı, eyni zamanda İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4982/2025 (Açar sözlər: kredit müqaviləsinin etibarsız hesab edilməsi, kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı, X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair tələbinə dair", birləşdirilmiş iş üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı “kredit müqaviləsi üzrə pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-333/2025 nömrəli 02 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “X6 kart müqaviləsi”nə əsasən İddiaçı2 ASC İddiaçı1 “X6” ödəniş kartı vermişdir.

2. İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı əlavə razılaşmaya əsasən bank İddiaçı1 51 ay müddətinə, qeyri-taksit əməliyyatları üzrə 27% (maksimal FİFD 29,26), taksit əməliyyatları üzrə 0% faiz dərəcəsi ilə 5711 manat məbləğində krediti “Borcalan”ın mülkiyyətinə verməyi, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

3. Binəqədi RPİ-nin 43-cü PB-nin xx.xx.2024-cü il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi” barədə qərarı ilə qərarın təsvir hissəsində göstərilənlərə əsasən İddiaçı1 müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 177.2.3.-1 maddəsi ilə nəzərdə tutulan oğurluq cinayətinin tərkib əlamətləri mövcud olduğundan, material istintaq aidiyyatı üzrə Binəqədi RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.

4. "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 20xx/xx/8990 nömrəli məktubunun surətindən görünür ki, 12 fevral 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişdirilərək Bank tərəfindən göndərilmiş OTP kod isifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadəsində olan 416973******9933 saylı plastik kartdan həmin tarixdə 3268 USD (ekvivalentli olaraq 5604,62 manat) məbləğində əməliyyat icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilmişdir.

5. İddiaçı2 ASC-nin İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli son bildirişdən görünür ki, İddiaçı1 Bank qarşısında olan gecikdirilmiş öhdəliyinin dərhal yerinə yetirilməsi tələb olunmuşdur.

6. İddiaçı2 ASC-nin 04 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Kapital Bank» ASC ilə İddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı əlavə razılaşmaya əsasən xx.xx.2024-cü il tarixinə 5285.21 manat əsas, 945.98 manat faiz borcunun, cəmi 6231.19 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı2 ASC tərəfindən onun barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və tərəfindən ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışlar ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında X3 “Rahat” Marketin 28 may filialında satılan "xxxx" ASCyə məxsus “cashback” kartı əldə etmiş və öz pensiyasından onun istifadə edə bilməyi üçün cüzdan funksiyası daşıyan bu kartı ona vermişdir. Lakin kartın aktiv olunması 2023-cü ilin təxminən may-iyun aylarında həyata keçirilmişdir. Həmin tarixdən 1 ilə ərzində kartdan normal cüzdan kimi istifadə etmişlər. Yəni yoldaşı həmin karta öz təqaüdündən pul keçirmiş, o da xırda məişət xərcləri üçün həmin kartı istifadə etmişdir. 2024-cü ilin fevral ayında o, telefonunda olan İddiaçı2 ASC-yə məxsus “1Bank” mobil tətbiqinə daxil olan zaman görmüşdür ki, hesabında olan pul vəsaiti “-5700” (mənfi beş min yeddi yüz) manat kimi qeyd olunmuşdur. Bunun nə məsələ olduğunu aydınlaşdırmaq üçün o, 14 fevral 2024- cü il tarixində "xxxx" ASC ilə əlaqə saxladıqları zaman bankdan onlara bildirmişlər ki, onlar tərəfindən 12 fevral 2024-cü il tarixində kredit müraciəti olmuşdur. İlk növbədə qeyd edir ki, o, bugünədək nəinki "xxxx" ASC-yə, ümumiyyətlə ölkədə fəaliyyət göstərən heç bir banka kredit müraciəti etməmişdir. Buna səbəb isə heç vaxt kreditə ehtiyacının olmamasıdır. Bundan sonra onlar dərhal (16 fevral 2024cü il tarixində) bu məsələ barədə həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, həm də "xxxx" ASC-yə bu barədə məlumat verərək müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. AR DİN-də bununla bağlı hələ də araşdırılma getməsinə baxmayaraq "xxxx" ASC onun bu qeyd etdiklərinə məhəl qoymayaraq həmin borcun onun əmək haqqından tutulmasını özbaşına olaraq həyata keçirmişdir. Belə ki, aralarında heç bir müqavilə və ya razılaşma olmamasına baxmayaraq onun əmək haqqının hamısını onun götürmədiyi kreditin ödənişinə yönəltmişdir. O, Bakı şəhərində yerləşən məktəblərin birində (172 №-li məktəbdə) müəllim kimi fəaliyyət göstərir və əmək haqqı 636 (altı yüz otuz altı) manat təşkil edir. Bütün əmək haqqı isə "xxxx" ASC tərəfindən qeyd şərtsiz olaraq ona məxsus olmayan, onun götürmədiyi və istifadə etmədiyi kreditə silinməsi olduqca qanunsuz və ədalətsizdir. Bundan əlavə cavabdehə borcunun silinməsi barədə dəfələrlə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Əksinə 05 aprel 2024-cü il tarixli "xxxx" ASC-nin cavab məktubunda qeyd olunur ki, “12 fevral 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişilərək Bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadənizdə olan 416973******9933 saylı plastik kartdan həmin tarixdə 3268 USD (ekvivalenti olaraq 5604,62 manat) məbləğində əməliyyat icra edilmişdir.” Bununla bağlı qeyd edir ki, o nə mobil cihaz dəyişdirmiş, nə də kredit üçün müraciət etmişdir. Bütün bunlar isə bir daha bank tərəfindən qanunsuz olaraq onun vəsaitinin mənimsənilməsi ilə nəticələnən hərəkətlərə yol verilməsinə gətirib çıxarmışdır. Belə ki, 6 ildən uzun müddətdir ki, eyni mobil cihaz onun istifadəsindədir və heç bir halda tərəfindən cihaz dəyişdirilməmişdir. Zərurət olduğu təqdirdə ekspertizaya təqdim olunacaqdır.

9. İddiaçı "xxxx" ASC cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı1 "xxxx" ASC-nin xeyrinə 5285.21 AZN əsas; 945.98 AZN faiz, cəmi 6231.19 AZN pul vəsaitinin və 82.31 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB177689B299 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sora İddiaçı2 ASC ilə cavabdeh İddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BRCB1776898B299 saylı əlavə razılaşmaya əsasən onun kartına 51 ay müddətinə 5711 AZN olan kredit vəsaiti daxil edilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiq vasitəsilə) ona məxsus pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliklərini lazımi qaydada yerinə yetirmir.

11. Daha sonra İddiaçı1 nümayəndəsi-vəkili “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq, cavabdeh İddiaçı2 ASC ilə İddiaçı1 Əlihüsyen qızı arasında bağlanmış BRCB1776898B299 №-li xx.xx.2023-cü il tarixli və xx.xx.2023 tarixli saylı BRCB1776898B299 Birbank cashback kredit xətti/X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair 12.02.204-cü il tarixli Əlavə Razılaşma müqavilələrinin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı1 barəsində əsassız olaraq hesablanmış 5700 (beş min yeddi yüz) manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(001)- 7095/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işlə bir icraatda baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 5/1165 nömrəli, 28 dekabr 2024-cü il tarixli rəyindən görünür ki, 1.“Tədqiqat prosesinin təsviri hissəsi”nin 1-ci bəndində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş “İddiaçı1 “Samsung SMA307FN” modelli mobil telefonun hazırki texniki vəziyyəti necə qiymətləndirilir (tam və ya qismən işlək vəziyyətdədir, habelə işlək vəziyyətdə deyil? Və “İddiaçı1 “Samsung SM-A307FN “ modelli mobil telefonda mövcud olan qüsurun yaranma səbəbini müəyyən etmək mümkündürmü?” suallar üzrə tədqiqat işləri aparılmadı 2. İddiaçı1 Tətbiqdəki istifadəçi identifikator nömrəsi 5033912. 3. xx.xx.2024 21:22:03 tarixində Bank tərəfindən rus dilində "OTP" kodu göndərilmişdir. (burada "OTP" kodun rus dilində olmasının səbəbi Bank tərəfindən göndərilən "OTP" kodun telefonun dil konfiqurasiyasından asılı olaraq göndərilməsidir). 4. ******* nömrəli identifikator üzrə verilənlər bazası üzərindən axtarış verildiyi zaman aşkar edilmişdir ki, xx.xx.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu digər cihaz vasitəsilə Tətbiqdə qeydiyyatdan keçirilmişdir. 5. xx.xx.2024 21:23:15 tarixində ff63a6b57b940992 identifikatorlu cihaz vasitəsilə baş vermiş giriş Azərbaycana aid olmayan 5.61.33.83 İP ünvanından baş vermişdir. 6. İstifadəçiyə (yəni İddiaçı1) aid ******* nömrə identifikator üzrə verilənlər bazasında axtarış verilən zaman aşağıdakı iki cihazın olduğu görürünür: - Samsung SM-A307FN markalı İddiaçı1 aid 765c7cbaf6ec8c4d nömrəli identifikatorlu mobil cihaz; - Samsung SM-A045F markalı və ff63a6b57b940992 nömrəli identifikatorlu diger mobil cihaz. 7. xx.xx.2024 21:23:15 tarixindən öncəki Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni İddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilirdi. 8. xx.xx.2024 21:25:29 tarixində 5711 AZN məbləğində limit artımı həyata keçirilir. 9. xx.xx.2024 21:39:48 tarixində 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürümü baş verir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-333/2025 nömrəli 02 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı1 ilə cavabdeh İddiaçı2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın etibarsız hesab ediməsi, “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma üzrə İddiaçı1 borcunun silinməsi, İddiaçı1 tərəfindən ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun əvəzinin cavabdeh İddiaçı2 ASC-dən tutularaq İddiaçı1 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, birləşmiş iddia üzrə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun birləşdirilmiş iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir.

15. Məhkəmə İddiaçı1 cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsinin etibarsız sayılması, borcun silinməsi və sair" tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı öz iddiasında həm xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli BRCB1776898B299 nömrəli Birbank cashback kredit xətti/debet kart müqaviləsinin, həm də həmin müqavilə üzrə xx.xx.2024-cü il tarixində bağlanmış kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmanın etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin iş materiallarının təhlili zamanı məhkəmə bu nəticəyə gəlmişdir ki, ilkin müqavilənin – yəni xx.xx.2023-cü il tarixli əsas kart müqaviləsinin bağlanması faktı tərəflər arasında mübahisə doğurmur.

16. Belə ki, istər iddia ərizəsində, istərsə də təqdim olunan izahatlarda ilk iddia üzrə İddiaçı1 özü etiraf etmişdir ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında "xxxx" ASCyə məxsus olan cashback kartını əldə etmiş, kartın aktivləşdirilməsi isə 2023-cü ilin təxminən may-iyun aylarında baş tutmuşdur. Bu hal onu göstərir ki, tərəflər arasında ilkin müqavilə faktiki olaraq bağlanmış və icra olunmuşdur. Həmçinin, İddiaçı1 uzun müddət ərzində bu kartdan cüzdan funksiyası kimi istifadə etməsi, onun həyat yoldaşının həmin karta vəsait köçürməsi və bu vəsaitlərin gündəlik xərclər üçün istifadə olunması göstərir ki, müqavilənin əsas müddəaları həm Bank, həm də ilk iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş və icra olunmuşdur.

17. Bu səbəbdən də, məhkəmə ilkin müqavilənin hüquqi qüvvədə olduğunu qəbul edir və hazırkı mərhələdə yalnız İddiaçı2 ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın – yəni kredit xəttinin yenilənməsinə dair müqavilənin etibarlılığı məsələsinin hüquqi qiymətləndirilməsinə ehtiyac olduğunu müəyyən edir.

18. Müştərilərə səlahiyyətli nümayəndə vasitəsilə belə, məsafədən bank hesabının açılmasına yol verilmədiyi təsbit edildiyi halda cavabdeh bank kredit məbləğini ayırarkən videoeyniləşdirmə həyata keçirmədən, iddiaçının iradə ifadəsini dürüst müəyyənləşdirmədən müqaviləni bağlamışdır ki, bu da müqavilənin etibarlılığını şübhə altına alır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də aydın görünür ki, o, həmin müqavilənin onun iradəsinə uyğun olmaması ilə bağlı, ona qarşı törədilməsi ehtimal edilən cinayətlə əlaqədar aidiyyəti orqanlara, İddiaçı2 ASC-yə, Polis İdarəsinə müraciətlər ünvanlamışdır. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/ X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın onun iradəsini ifadə etmədiyini aşkar şəkildə bildirməkdədir.

19. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 5711 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır.

20. Məhkəmə iddiaçının iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab etmişdir ki, xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşmanın tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda iddiaçının iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır.

21. Məhkəmə İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı1 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair birləşdirilmiş iddiasına münasibətdə qeyd etmişdir ki, İddiaçı1 ilə cavabdeh İddiaçı2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma üzrə ilk iddia üzrə İddiaçı1 borcunun silinməsi qənaətinə gəldiyindən birləşdirilmiş iddia rədd edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.2, 337.1, 337.2, 337.4, 337.5, 339.3 339.6, 385.1, 442, 443.1, 448.1, 449.1, 739, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən İddiaçı2 ASC apellyasiya şikayəti verərək onun ləğv edilməsini, qətnamənin təmin edilən hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsi və birləşdirilmiş iş üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə Bank arasında onlayn qaydada videoçəkiliş üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmaqla hesab, kart və kredit üzrə xx.xx.2023-cü il tarixli, BRCB1776898B299nömrəli X6 Kart Müqaviləsi bağlanmışdır. Sözügedən məhsul üzrə bağlanılmış X6 Kart müqaviləsinə nəzər yetirdikdə, müəyyən edilir ki, müqavilədə kredit şərtləri (kredit xətti məbləğinin yuxarı həddi, kredit xəttinin müddəti, illik faiz dərəcəsi, taksit və qeyri-taksit əməliyyatlarına dair məlumat, faizlərin hesablanması, ödənişlərin edilməsi forması, müddəti və s.) də öz əksini tapmışdır. Buna səbəb məhsul şərtlərinə əsasən müştəriyə təqdim edilmiş bank kartının həm debet, həm də kredit kartı kimi istifadə edilməsi imkanını yaratmaqdır. Bu səbəbdən həmin kartlarda kredit xəttinin limiti 0 olaraq müəyyən edilir. Daha sonra müştəri həmin kredit xəttindən istifadə etmək istəsə, yuxarıda qeyd olunan müqavilə şərtinə əsasən müəyyən edilmiş qaydada texnoloji vasitələrlə Banka kredit xəttinin yenilənməsi (kredit xəttinin limitinin artırılması) üçün Banka müraciət edə və kredit xəttinin yeniləyə (kredit xəttinin limitinin artıra) bilər. Müştəri, Müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. İddiaçı1 tərəfindən “Birbank” mobil tətbiqi vasitəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, BRCB1776898B299 nömrəli X6 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit xəttindən istifadə ilə əlaqədar olaraq Bankın mobil tətbiq olan “Birbank” mobil tətbiqi vasitəsi ilə kredit xətti limitinin artımı üçün müraciət edilmiş və xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşmaya əsasən müqavilənin şərtlərinə dəyişiklik edilmiş və kredit xəttinin məbləği 5711 AZN müəyyən olunmuşdur. Göründüyü kimi tərəflər öz iradə ifadələrini bildirməklə aralarında bağladığı müqavilə ilə ona dəyişiklik edilməsi qaydasını və formasını müəyyən etmişlər. Həmin qaydaya əsasən isə xx.xx.2024-cü il tarixli Birbank cashback kredit xətti //// X6 kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair Əlavə Razılaşma bağlanılmaqla tərəflər arasında bağlanmış xx.xx.2023-cüil tarixli, BRCB1776898B299nömrəli X6 Kart Müqaviləsinin şərtlərinə dəyişiklik edilmişdir. İddiaçı1 İddiaçı2 ASC-nin mobil bank tətbiqi olan “Birbank” tətbiqindən istifadə edir. İddiaçı özünün istifadəsində olan +**********04 nömrəli mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SM-A307FN cihazında istifadə etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə onun “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza (Samsung SM-A045F) dəyişmişdir. Qeyd edilməlidir ki, “Birbank” mobil tətbiqinin qeydiyyatını başqa cihaza dəyişmək üçün təsdiq kodu mütləq şəkildə qeyd edilməlidir. Əks halda dəyişikliyin baş tutması mümkün deyildir. Bankdaxili yoxlama aparılarkən sözügedən kodun iddiaçının +**********04 nömrəli mobil nömrəsinə xx.xx.2024-cü il tarixində göndərildiyi məlum olmuşdur. Nəzərə alınmalıdır ki, “Birbank” mobil tətbiqindən qeydiyyatdan keçərkən və ya “Birbank” mobil tətbiqinin qeydiyyatı başqa cihaza dəyişdirilərkən gücləndirilmiş müştəri autentifikasiyası tətbiq edilməklə müştəri eyniləşdirilir, yəni müştərinin bildiyi (kart məlumatları, FİN kod, PİN, şifrə və s.) və sahib olduğu (mobil nömrə və həmin nömrəyə göndərilmiş təhlükəsizlik kodlarının) daxil və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra hər dəfə müştəri tətbiqə daxil olarkən özünün təyin etdiyi şifrədən və ya öz seçimi ilə həmin şifrənin əvəzi olaraq üztanımadan/barmaq izindən istifadə edir. Qanunvericiliyin tələbinə əsasən cinayət işinin başlanılmasını və həmin cinayət işi üzrə araşdırmanın aparılmasını təsdiq edən sənədlər iddiaçının bildirdiklərini, yəni hadisənin olmasını, onun aldadılmasını, həmin əməliyyatların aparılmasından xəbərinin olmamasını və iradə ifadəsinin olmamasını, əməliyyatların iddiaçının özü tərəfindən aparılmamasını sübut etmir. Həmin cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı sübut hesab edilir. Həmin cinayət işi üzrə isə qanuni qüvvəyə minmiş yekun qərar və ya məhkəmə hökmü məhkəməyə təqdim edilməyib, iş materiallarında mövcud deyil. Həmçinin nəzərə alınmalıdır ki, kredit xəttinin limiti yeniləndikdən sonra iddiaçının istifadəsində olan +**********04 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 21:24:50-də SMS vasitəsi ilə məlumat göndərilərək bildirilmişdir ki, “Hörmətli müştəri, 5711 AZN məbləğində limit artımı müraciətiniz uğurla tamamlanmışdır”. Bundan sonra iddiaçı tərəfindən həmin kredit xəttindən istifadə edilərək xx.xx.2024-cü il tarixdə saat 21:39:48-də 3268 USD (5604,62 AZN) məbləğində pul vəsaiti başqa kart hesabına köçürülmüşdür və həmin köçürülmə əməliyyatı kredit vəsaiti hesabına aparıldığı üçün 82,78 AZN məbləğində komissiya tutulmuşdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, bu əməliyyatın aparılması üçün 3D təhlükəsizlik xidmətinin aktiv edildiyi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299nömrəli X6 Kart Müqaviləsinin 11.2-ci bəndində öz əksini tapmış, iddiaçının Banka bildirdiyi və onun istifadəsində olan +**********04 nömrəli mobil nömrəyə birdəfəlik SMS vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 21:39:35-də 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X4 13 mart 2024-cü il tarixli, 12/2 №-li Qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 2.1-ci bəndinə əsasən GMA-nın tətbiqi yalnız ödəniş xidməti istifadəçisinin bildiyi, sahib olduğu və ona məxsus olan elementlərdən iki və ya daha çoxunun istifadəsi nəticəsində həyata keçirilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 04 fevral 2022-ci il tarixli, 46/4 №-li Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası (GMA) dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. Hazırki halda sözügedən əməliyyat “Birbank” mobil tətbiqi vasitəsi ilə həyata keçirilmişdir. “Birbank” mobil tətbiqinə, yəni ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edilir. Belə ki, müştəri tərəfindənbildiyi şifrədən və mobil telefon tətbiqinin quraşdırıldığı cihazdan, yəni sahib olduğu iki müstəqil elementdən istifadə olunur. Azərbaycan Respublikası Mərkəzi X4 13 mart 2024-cü il tarixli, 12/2 №-li Qərarı ilə təsdiq edilmiş “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın 3.4-cü bəndinə əsasən ödəniş hesabına daxil olmaq üçün GMA tətbiq edildikdə və eyni fasiləsiz sessiya çərçivəsində GMA tələb edən əməliyyat aparıldıqda, həmin əməliyyat GMA tətbiq edilmədən həyata keçirilə bilər. Həmin Qaydanın 3.13-cü bəndinə əsasən bu Qaydanın 3.4-cü bəndində nəzərdə tutulan əməliyyatlar həyata keçirilərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə ödəniş xidməti təchizatçıları tərəfindən autentifikasiya həyata keçirilməlidir. Bu məqsədlə Bank tərəfindən həmin ödəniş əməliyyatın aparılması zamanıiddiaçının +**********04 nömrəli mobil nömrəsinə birdəfəlik 3D təhlükəsizlik kodu göndərilmiş və həmin kod daxil edilərək təsdiq edildiyi üçün sözügedən əməliyyat uğurla həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatın iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatın aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və onun mobil nömrəsinə göndərilmiş təhlükəsizlik kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. kredit xəttinin limitinin yenilənməsi və 5711 AZN məbləğində müəyyən edilməsi iddiaçıya xx.xx.2024-cü il tarixdə saat 21:24:50-də məlum olmuşdur. Belə ki, həmin tarixdə və saatda iddiaçının mobil nömrəsinə SMS vasitəsi məlumat göndərilmişdir. Həmin kredit xəttindən istifadə edilməsi isə xx.xx.2024-cü il tarixdə saat 21:39:48-də, yəni 14 dəqiqədən sonra baş vermişdir. Belə ki, həmin tarixdə və saatda köçürmə əməliyyatı aparılmış və həmin əməliyyatın aparılması üçün onun mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 21:39:35-də 3D təhlükəsizlik kodu göndərilmişdir. Göründüyü kimi iddiaçı aparılan əməliyyatlar barədə məlumatlı olmuş və həmin kodlar təsdiq edildiyi üçün müvafiq əməliyyatların aparılması mümkün olmuşdur. Əks halda iddiaçının kartı üzrə mövcud olan həmin kredit xəttindən istifadə edilməyəcəkdi və kredit vəsaiti hesabına sözügedən əməliyyat aparılmayacaqdı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipidir.

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.

30. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

34. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

35. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

36. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

40. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər..

43. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. İşin hallarından göründüyü kimi İddiaçı1 ilə İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “X6 kart müqaviləsi rəsmiləşdirilmiş, müqaviləyə əsasən ilk iddia üzrə iddiaçıya debet kartı verilmişdir. Daha sonra İddiaçı2 ASC ilə İddiaçı1 arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) xx.xx.2024-cü il tarixli, BRCB1776898B299 saylı əlavə razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən ilk iddia üzrə iddiaçının kartına 51 ay müddətinə 5711 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı1 kredit xəttinin yenilənməsinə dair 12.02.204-cü il tarixli Əlavə Razılaşma müqaviləsinin onun tərəfindən nə şəxsi müraciət, nə də ki onlayn qaydada bağlanılmadığını iddia edərək, onun etibarsız hesab edilməsini, həmin müqavilə üzrə borcun silinməsini, 77 manat dövlət rüsumunun tutaraq ona ödənilməsini, İddiaçı2 ASC isə müqavilə üzrə borcun (5285.21 manat əsas; 945.98 manat faiz, cəmi 6231.19 manat pul vəsaitinin) və 82.31 manat dövlət rüsumunun İddiaçı1 tutularaq Banka ödənilməsini xahiş etmişdir.

55. Kollegiya qeyd edir ki, İddiaçı1 ilə cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ilkin müqavilənin – yəni xx.xx.2023-cü il tarixli əsas kart müqaviləsinin bağlanması faktı tərəflər arasında mübahisə doğurmur. Belə ki, İddiaçı1 özü də etiraf etmişdir ki, həyat yoldaşı 2023-cü ilin yanvar ayında "xxxx" ASC-yə məxsus olan cashback kartını əldə etmiş, kartın aktivləşdirilməsi isə 2023-cü ilin təxminən may-iyun aylarında baş tutmuşdur.

56. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edtmişdir ki, tərəflər arasında ilkin müqavilə faktiki olaraq bağlanmış və icra olunmuşdur. Həmçinin, İddiaçı1 uzun müddət ərzində bu kartdan cüzdan funksiyası kimi istifadə etməsi, onun həyat yoldaşının həmin karta vəsait köçürməsi və bu vəsaitlərin gündəlik xərclər üçün istifadə olunması göstərir ki, müqavilənin əsas müddəaları həm Bank, həm də ilk iddia üzrə iddiaçı tərəfindən qəbul edilmiş və icra olunmuşdur.

57. BRCB1776898B299 nömrəli xx.xx.2023-cü il tarixli X6 Kart Müqaviləsinin 4.1-ci bəndinə əsasən Müştəri bu Müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində kredit xəttindən istifadə edə bilər. Tərəflər razılığa gəlirlər ki, Müştəri, bu Müqavilənin 11.2ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə 15000 manat artıra və ya azalda, həmçinin Müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə Müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız Bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin Müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

58. Bank iddiaya etiraz edərək bildirir ki, İddiaçı1 tərəfindən kredit xəttindən istifadə edilməsi məqsədilə Banka edilmiş müraciəti müqavilə şərtlərinə əsasən texnoloji vasitələrlə edilmiş, şəxsi imza analoqundan istifadə edilməklə müvafiq razılaşma imzalanmış və onun kredit xətti yenilənərək, yəni kredit xəttinin limiti artırılaraq 5711 AZN müəyyən olunmuşdur və bu zaman yuxarıda qeyd olunanlara əsasən tələb olunmadığından, həmçinin müştəri eyniləşdirilmiş müştəri olduğundan (belə ki, X6 Kart müqaviləsinin bağlanılması zamanı videogörüntü üsulundan istifadə edilməklə üztanıma əməliyyatı aparılır, həmçinin birbank mobil tətbiqindən qeydiyyatdan keçərkən eyniləşdirilir, eyniləşdirmə təhlükəsizlik kodlarının göndərilməsi və təsdiq edilməsi yolu ilə aparılır, daha sonra tətbiqə daxil olarkən paroldan/üztanıma/barmaq izindən istifadə edilir) videogörüntü üsuslundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmamışdır (c.1, i.v. 61).

59. Bankın etirazından belə aydın olur ki, İddiaçı1 ilə X6 Kart müqaviləsi bağlanarkən, videogörüntü da daxil olmaqla tələb olunan bütün təhlükəsizlik tədbirlərinə əməl edildiyindən, xx.xx.2024-cü il tarixli BRCB1776898B299 saylı əlavə razılaşma bağlanarkən təkrar videogörüntü üsuslundan istifadə edilməklə üztanıma əməliyyatı aparılmasına ehtiyac qalmamışdır.

60. Birinci instansiya məhkəməsinin qəraradına əsasən keçilmiş ekspertiza tədiqatı zamanı xx.xx.2024-cü il tarixdə saat 21:23:15-də ff63a6b57b940992 identifikatorlu cihaz vasitəsilə baş vermiş giriş Azərbaycana aid olmayan 5.61.33.83 İP ünvanından baş verdiyi, həmçinin xx.xx.2024 21:39:48 tarixində 5604 manat məbləğində kartdan karta vəsaitin ötürüldüyü Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 5/1165 nömrəli, 28 dekabr 2024-cü il tarixli rəyi ilə öz təsdiqini tapmışdır.

61. xx.xx.2024 21:23:15 tarixindən öncəki Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni İddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilmişdir.

62. xx.xx.2024 21:39:48 tarixində 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürümü baş verir.

63. xx.xx.2024 21:25:29 tarixində 5711 AZN məbləğində limit artımı həyata keçirilir.

64. "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 20xx/xx/8990 nömrəli məktubunun surətindən görünür ki, 12 fevral 2024-cü il tarixdə “Birbank” mobil tətbiqində mobil cihaz dəyişdirilərək Bank tərəfindən göndərilmiş OTP kod isifadə edilməklə qeydiyyatdan keçilmiş və istifadəsində olan 416973******9933 saylı plastik kartdan həmin tarixdə 3268 USD (ekvivalentli olaraq 5604,62 manat) məbləğində əməliyyat icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilmişdir.

65. Azərbaycan Respublikası Mərkəzi X4 04 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.1-ci bəndinə əsasən Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.

66. Qaydanın 5.3-cü bəndinə əsasən məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər.

67. Qaydanın 5.5.2-ci bəndinə əsasən yeni müştəri üçün (rezident fiziki şəxslər üçün) məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.2.1. gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.5.2.2. gücləndirilmiş elektron imza və video çəkiliş ilə (bir təqvim ayı ərzində 1000 (bir min) manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil əməliyyatlarının aparılması məqsədilə açılacaq bank hesabları üçün). 5.5-1. Bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limitdən artıq mədaxil əməliyyatının aparılması üçün müvafiq hesab üzrə video zəng həyata keçirilməlidir.

68. Qaydanın 5.6.2-ci bəndinə görə bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.6.2. aşağıdakı rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası ilə: 5.6.2.1. ilk hesabını fiziki olaraq (bankın inzibati binasına yaxınlaşmaqla) açmış müştəri; 5.6.2.2. bu Qaydanın 5.5.2.1-ci yarımbəndində göstərilən qaydada hesab açmış müştəri; 5.6.2.3. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən limiti aradan qaldırmış müştəri; 5.6.2.4. bu Qaydanın 5.5.2.2-ci yarımbəndində göstərilən qaydada hesab açmış və həmin hesab üzrə mədaxil əməliyyatlarının qalıq limiti daxilində növbəti hesab açmaq istəyən müştəri; 5.6-1. Bank bu Qaydanın 5.5.2.2-ci, 5.6.1-ci və 5.6.2-ci yarımbəndlərində nəzərdə tutulan qaydada hesabın açılmasını riskli hesab edərsə, video çəkiliş üsulunu video zəng ilə əvəz edə, hesab yalnız gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.

69. Həmin Qaydanın 5.7-ci bəndinə əsasən gücləndirilmiş müştəri autentifikasiyası dedikdə, autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.

70. Qaydanın 5.11-ci bəndinə əsasən məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

71. Göründüyü kimi, Mərkəzi Bank tərəfindən təsdiq edilən Qaydalara görə müqavilə məsafədən bağlanarkən müştərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlarının eyni zamanda bir neçəsindən: elektron imzadan, video zəngdən və (və ya) gücləndirilmiş müştəri autentifikasiyasından istifadə edilməsi nəzərdə tutulmuşdur.

72. Kollegiya qeyd edilən halların araşdırılmasında köməklik göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankından mütəxəssis rəyi alınması barədə 23 sentyabr 2025-ci il tarixli qərardad qəbul etmişdir.

73. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 20 noyabr 2025-ci il tarixli rəydə göstərilmişdir: - X9 Heyətinin 2023-cü il 21 sentyabr tarixli 46/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nın 8.5-ci bəndinin tələbinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanması zamanı Mülki Məcəlləyə və “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın (bundan sonra - Qayda) 5-ci hissəsinin tələblərinə əməl edilməlidir; - Qaydanın həmin dövrdə qüvvədə olan 5-ci hissəsinə əsasən fiziki şəxslərə məsafədən bank hesabının açılması, o cümlədən istehlak krediti müqaviləsinin bağlanmasına dair sənədlərin rəsmiləşdirilməsi bank hesabı mövcud olan rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası (GMA) və video çəkiliş əsasında həyata keçirilə bilərdi. Bu zaman bank video çəkiliş üsulunu riskli hesab etdikdə video zəngi tətbiq edə bilər; - Həmçinin nəzərə alınmalıdır ki, həmin Qaydanın 5.13-cü bəndinə əsasən fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir; - Əlavə olaraq bildirilir ki, gücləndirilmiş müştəri autentifikasiyası müqavilənin bağlanması, o cümlədən sənədlərin rəsmiləşdirilməsi üçün təkbaşına çıxış edə bilmədiyindən, bu üsul bank hesabı mövcud olan müştəriyə münasibətdə videoçəkiliş ilə müşayiət edilməlidir. Məsafədən bank hesablarının açılması üçün video zəng və video çəkilişə dair tələblər isə Qaydanın 6 nömrəli Əlavəsi ilə tənzimlənir; - Göründüyü kimi, məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair Mərkəzi Bank tərəfindən müəyyən edilən xüsusi tələblər müqavilənin dəyişdirilməsinə də şamil edilir; - xx.xx.2024-cü il tarixdə kredit müqaviləsinin yenilənməsi mövcud hesab üzərindən aparılmışdır. Bu zaman Qaydanın yuxarıda qeyd olunan tələblərinə əsasən GMA (mobil tətbiq, birdəfəlik SMS vasitəsilə 3D təhlükəsizlik kodlar və video zəng) tətbiq olunmaqla onlayn formada (məsafədən) kredit xəttinin artırılması tərəflər arasında razılaşdırılmışdır; - Bununla belə, kredit xəttinin artırılması zamanı Qaydanın 6 nömrəli əlavəsinin (video çəkilişə dair tələblər) 6.2-ci bəndinin tələblərinə əsasən video çəkilişlə birgə müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərinin əldə olunmasını təsdiq edən video çəkiliş məhkəmə tərəfindən Mərkəzi Banka təqdim olunmadığı üçün qeyd olunan olunan tələbə Bank tərəfindən riayət edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır.

74. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi zamanı da məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına dair müəyyən olunan xüsusi tələblərə riayət olunması zəruridir.

75. Lakin bank tərəfindən xx.xx.2024-cü il tarixli BRCB1776898B299 saylı əlavə razılaşma bağlanarkən Qaydanın 6 nömrəli Əlavəsinin (videoçəkilişə dair tələblər) 6.2-ci bəndinin tələblərinə əsasən video çəkilişlə birgə müştərinin (İddiaçı1) şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərinin əldə olunmasını təsdiq edən video çəkiliş məhkəməyə təqdim olunmamışdır. Bank bunu onunla izah etmişdir ki, İddiaçı1 ilə X6 Kart müqaviləsi bağlanarkən, videogörüntü da daxil olmaqla tələb olunan bütün təhlükəsizlik tədbirlərinə əməl edildiyindən, xx.xx.2024-cü il tarixli BRCB1776898B299 saylı əlavə razılaşma bağlanarkən təkrar video çəkiliş və ya video görüntü üsuslundan istifadə edilməklə üztanıma əməliyyatının aparılmasına ehtiyac duyulmamışdır.

76. Ekspert rəyi ilə də müəyyən olunur ki, xx.xx.2024-cü il saat 21:23:15-dən öncə Tətbiqə giriş əməliyyatları 765c7cbaf6ec84 identifikatorlu, yəni İddiaçı1 aid mobil cihaz vasitəsilə həyata keçirilmişdir. Yəni, həmin andan sonra tətbiqin idarə olunması, o cümlədən əlavə razılaşma üçün sifariş verilməsi iddiaçının iradəsindən kənar baş vermişdir. Belə ki, 5711 AZN məbləğində limit artımı həmin gün saat 21:25:29-da, 5604 AZN məbləğində kartdan karta vəsaitin ötürülməsi isə saat 21:39:48-də həyata keçirilmişdir.

77. Bununla da müəyyən olunur ki, mobil tətbiqin xarici ölkə ərazisində digər cihaza daşınması, daşındıqdan sonra əlavə razılaşmanın bağlanması, kredit xəttinin artırılması və başqa hesaba pul köçürülməsi zamanı bank tərəfindən həyata keçirilməsi nəzərdə tutulan təhlükəsizlik tədbirləri yerinə yetirilməmişdir.

78. Bankın yeganə dəlili ondan ibarətdir ki, İddiaçı1 tətbiqin daşınmasına icazə verilməsi üçün Bankın göndərdiyi OTP kodu təsdiq etmişdir.

79. Kollegiya qeyd edir ki, İddiaçı1 həmin kodu təsdiq etməsi belə bankı əlavə razılaşma bağlanmazdan öncə yuxarıda qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etmək vəzifəsindən azad etmirdi. Ona görə də həmin tələblərə əməl edilməməsinin riskini də bank özü daşımalıdır.

80. Beləliklə, xx.xx.2024-cü il tarixli BRCB1776898B299 saylı əlavə razılaşma bağlanması ilə bağlı Ü.Abbasazadənin iradə ifadəsi müəyyən edilməmişdir, daha dəqiq ifadə olunsa, Ü.Abbasazadəyə münasibətdə əqd mövcud olmamışdır.

81. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər.

82. İddiaçı2 ASC-nin iddiasına münasibətdə kollegiya qeyd edir ki, digər iddia üzrə İddiaçı1 ilə cavabdeh İddiaçı2 ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB1776898B299 saylı “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma etibarsız hesab edilməsi və “Birbank Cashback kredit xətti/X6 kartı” müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli, BRCB177689B299 saylı Əlavə Razılaşma üzrə İddiaçı1 borcunun silinməsi qənaətinə gəldiyindən birləşdirilmiş iddia rədd edilməlidir.

83. Qeyd edilənləri təkzib edin hər hansı sübutlar apellyasiya icraatı zamanı da təqdim edilməmişdir.

84. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, qətnamənin ləğv edilməsi üçün hər hansı tutarlı səbəb müəyyən etməmişdir.

85. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu, şikayət təmin edilmədiyindən onu ödəyən tərəfə aid edilməlidir.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-333/2025 nömrəli iş üzrə 02 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində İddiaçı2 ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar