Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4992/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-47/2022 saylı icra sənədinə izah verilməsinə dair ərizəsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Dağlar MTK-ya və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-47/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Dağlar MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 85634,8 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4843/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-287/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4843/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-47/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə icra edilməsi üçün Binəqədi rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2023-cü il tarixli qərara əsasən icra sənədi ərazi aidiyyəti üzrə Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş və Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun icraatındadır. xx.xx.2024-cü il tarixdə Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Z.Kazımov “icra sənədinə izah verilməsi” barədə ərizəsi Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, “Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-47/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Dağlar MTKdan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 85634,8 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bundan əlavə, şöbənin icraatına Binəqədi Rayon Məhkəməsinin 2(001)-1356/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X3 məxsus ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın İ və İİ mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsi satılandan və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-334/2016 saylı icra sənədi tam icra olunduqdan sonra yerdə qalan pul vəsaitinin 113700 manat hissəsinin üzərinə həbs qoyulmaqla həmin vəsaitə dair müəyyən hərəkətlərin edilməsi borclular Cavabdeh1 MTKya və Cavabdeh2 qadağan edilməsinə dair icra sənədi vardır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-334/2016 saylı icra sənədi üzrə nəzərdə tutulmuş Cavabdeh2 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanda inşa edilmiş 16 mərtəbəli binanın İ və İİ mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m olan qeyri-yaşayış sahəsinin hərrac vasitəsi ilə satışı təşkil edilmiş və həmin əmlak hərracda ******* manata satılmış və hazırda şöbənin depozit hesabına 241382,7 manat tələbkarlara çatası vəsait vardır. Tələbkar İddiaçı ərizə ilə müraciət edərək həmin vəsaitdən ona çatası pul verilməsini xahiş etmişdir. Həmin vəsaitdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 nömrəli,xx.xx.2022- ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı ödənilməsi imkan xaricindədir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)47/2022 nömrəli,xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu Dağlar MTK göstərilmişdir. Həmin icra sənədi üzrə Cavabdeh2 borclu kimi göstərilməmişdir. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(101)-344/2016 saylı icra sənədi üzrə tutmanın yönəldildiyi ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2-ci mərtəbələrində yerləşən ümumu sahəsi 890 m2 olan qeyri-yaşayış sahəsi Cavabdeh2 məxsus olmuşdur. Belə olan halda yerdə qalan 241382,7 manat vəsaitin əmlak sahibi Cavabdeh2 yaxud Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 47/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar İddiaçı ödənilməli olan 85634,8 manat vəsatinin ödənilməsindən sonra qalan vəsaitin Cavabdeh2 verilməsi halına izah verilməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 xx.xx.2024-cü il tarixl qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan tələbkar İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını, qətnaməyə izahla bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə izah verilməsi haqqındakı ərizəni rədd edərkən icra sənədində aydın olmayan bir halın mövcud olmasının müəyyən olunmadığına, hazırda həmin icra sənədinə izah verilməsi üçün müraciət olunan qətnamənin qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi icraya yönəldiyinə, qətnamə tam aydın olduğuna görə qanunamüvafiq qaydada icra olunmasına istinad etmişdir. Lakin nədənsə məhkəmə icra sənədləri üzrə tələbkar olmağını, digər icra işi üzrə nəzərdə tutulmuş əmlakın hərrac vasitəsilə ******* manata satılaraq həmin vəsaitdən icra şöbəsinin depozit hesabında tələblərin ödənilməsi üçün 113700 manat tələbkarlara çatası vəsaitin olmasını, X1 Cavabdeh1 MTK təsisçilərindən olan Çingiz Rzayevin arvadı olması, həmin vəsaitin Cavabdeh1 MTK-ya aid olmasını, həmin vəsait üzrə tələbkar olduğu icra işinin icrasının mümkünlüyünü, icra işinin icra vəziyyətini, Respublika adından qəbul edilmiş məhkəmə qərarının icrasının məcburiliyini, icra sənədinin icrasının təmin edilməsini nəzərə almamışdır. Bütün bunlarda qanunsuz qərardadın qəbul edilməsi ilə nəticələnmişdir. İşə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-47/2022 saylı qətnaməsinə əsasən əmlaka görə tərəfindən Cavabdeh1 MTK-ya ödənilmiş cəmi 85634,8 manatın xeyrinə tutulması qət edilmiş, digər icra işi üzrə Binəqədi rayon Məhkəməsinin 2(001)-1356/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 “məxsus” ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın İ və İİ mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m. olan qeyri-yaşayış sahəsi satılandan və Nərimanov rayon İcra Şöbəsinin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)- 334/2016 saylı icra sənədi tam icra olunduqdan sonra yerdə qalan pul vasitinin 113700 manat hissəsinin üzrərinə həbs qoyulmaqla həmin vəsaitə dair hərəkətlərin edilməsi Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-334/2016 saylı icra sənədində nəzərdə tutulmuş, Cavabdeh2 adına formal rəsmiləşdirilmiş, əslində sonuncunun əri, MTK-nın təsisçisinə məxsus MTK-ya aid olan ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın İ və İİ mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m. olan qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satışı təşkil olunaraq hərracda ******* manata satılmış, hazırda həmin vəsaitdən Nərimanov rayon İcra Şöbənin depozit hesabında tələbkarlara çatası 241382,7 manat vəsait saxlanılmışdır. Tələbkarlara çatacaq həmin məbləğdən tələbkara ödənilməsi xahiş edilsə də, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-47/2022 saylı icra sənədində borclu Cavabdeh1 MTK, digərində isə Cavabdeh2 göstərildiyindən bunun mümkün olmadığı bildirilmişdir. Hərracdan sonra yerdə qalan 241382,7 manat pul vasiti hissəsi üzrərinə həbs qoyulmaqla həmin vəsaitə dair hərəkətlərin edilməsi Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilməsi məhs Cavabdeh1 MTK-nın öhdəliklərinin (borclarının) icrası üzrə qəbul edilməsi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. İcra Şöbəsinin depozit hesabında MTK-ya aid olan pul vəsait olduğundan həmin vəsaitdən borclu MTK-nın tələbkarlarına vəsait ödənilməlidir. Binəqədi rayon Məhkəməsinin 2(001)-1356/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2 “məxsus” ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın İ və İİ mərtəbələrində yerləşən, ümumi sahəsi 890 kv.m. olan qeyri-yaşayış sahəsi satılandan və Nərimanov rayon İcra Şöbəsinin icraatında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-334/2016 saylı icra sənədi tam icra olunduqdan sonra yerdə qalan pul vasitinin 113700 manat hissəsinin üzrərinə həbs qoyulmaqla həmin vəsaitə dair hərəkətlərin edilməsi Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilmiş, həmin əmlakın hərrac vasitəsi ilə satışı təşkil olunaraq ******* manata satılmış, həmin vəsaitdən Nərimanov rayon İcra Şöbənin depozit hesabında tələbkarlara çatası 113700 manat vəsait saxlanılmış, hərracdan sonra yerdə qalan pul vasiti hissəsi üzərinə həbs qoyulmaqla həmin vəsaitə dair hərəkətlərin edilməsi Cavabdeh1 MTK-ya və Cavabdeh2 qadağan edilməsi məhz Cavabdeh1 MTK-nın öhdəliklərinin icrası üzrə qəbul edilməsini məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 230.1-ci maddəsinin dispozitiv şərtinə görə qətnamə onun məzmunu dəyişdirilmədən izah edilə bilər. Qətnamənin izah edilməsi yeni tələblərin təmin olunması ilə nəticələnə bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Rekpublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxın onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi qətnaməyə izah verilməsi icra sənədində artıq öz əksini tapmış tələblərin onu icra edən şəxslər üçün aydın olmaması halında sırf onun dəqiqləşdirilməsi və daha anlaşılan formada ifadə olunması üçün təsbit edilmişdir. Bu vasitə ilə daha öncə qətnamə ilə baxılmayan və ya yeni ortaya çıxmış bir məsələyə qiymət verilməsi yolverilməzdir. Hazırki iş üzrə izah verilməsi xahiş olunan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-47/2022 saylı icra vərəqəsindən görünür ki, Dağlar MTK-dan müqavilə üzrə ödənilmiş vəsaitə görə 50000 manat, əldən çıxan faydaya görə 32604,8 manat, mənəvi zərərə görə 3000 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 85634,8 manat pulun İddiaçı xeyrinə tutulması təsbit olunmuşdur. Sözü gedən icra vərəqəsindən görünür ki, onun məzmunu tam aydındır və izah olunmasına hər hansı zərurət yoxdur. Lakin bununla belə Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Z.Kazımov tərəfindən qeyd olunan icra vərəqəsinin məzmunu və ya yazılış tərzi ilə əlaqəsi olmayan, tamamilə yeni bir mübahisə mövzusu olmaqla həmin icra sənədinin şöbənin icraatında olan digər bir icra sənədinin icra olunması nəticəsində əldə edilmiş vəsait hesabına icra edilə bilməsi ilə bağlı müraciət ünvanlanmışdır. Halbuki həmin icra sənədləri ayrı qətnamələr əsasında verilmiş və fərqli borcluların təsbit edildiyi icra sənədləri olmaqla, hər birinin fərdi qaydada icrası həyata keçirilməlidir. Bu halda iki müxtəlif icra sənədinin icrasının əlaqələndirilə bilməsinin qanunvericiliyin tələblərinə zidd olaraq məhkəmə qarşısında qətnaməyə izah formasında qaldırılmasına hər hansı zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edlir ki, qətnaməyə izah verilməsinə dair prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-47/2022 xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4992/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4992/2024
14.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver