Məhkəmə qərarları › İş №2(103)-5001/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5001/2024

08.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5001/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdehnə qarşı Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 Cavabdehnə qarşı Ümumi Yığıncağın protokolunun qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(011)-1430/2024 nömrəli qərardadından iddiaçıların şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 yanvar 2022-ci il tarixli Ümumi Yığıncağının protokolunun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(011)- 1430/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. 03 iyun 2024-cü il tarixdə ərizəçi Şahid5 maraqlarına toxunan şəxs qismində prosesə cəlb edilməsi və “Elektron məhkəmə informasiya” sisteminə proses iştirakçısı qismində əlavə edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)- 1430/2024 nömrəli qərardadına əsasən ərizə təmin edilmiş və Şahid5 maraqlı şəxs qismində cəlb edilərək “Elektron məhkəmə” informasiya sisteminə proses iştirakçısı qismində əlavə edilməsi qərara alınmışdır.

5. Həmin qərardaddan iddiaçılar İddiaçı4 və İddiaçı2 tərəfindən şikayət verilsə də, şikayət yalnız İddiaçı2 tərəfindən imzalanmışdır. Şikayətə İddiaçı4 tərəfindən İddiaçı2 verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2(011)- 1430/2024 nömrəli qərardadına əsasən yalnız İddiaçı2 münasibətdə şikayətin təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, mülki iş üzrə Şahid5 işdə iştirak etməyən şəxs olduğundan onun tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(011)-1430/2024 nömrəli qətnaməsindən apellyasiya verildiyindən birinci instansiya məhkəməsi MPM-nin 364.2-ci maddəsinə müvafiq olaraq ilkin olaraq qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını, sonra isə şikayətin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayaraq şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməli idi.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(011)- 1430/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı4 və İddiaçı2 tərəfindən şikayət verilsə də, şikayət yalnız İddiaçı2 tərəfindən imzalanmışdır. Şikayətə İddiaçı4 tərəfindən İddiaçı2 verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Halbuki, MPM-nin 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

10. Şikayət 2 şəxs - İddiaçı4 və İddiaçı2 tərəfindən verilsə də, birinci instansiya məhkəməsi yalnız İddiaçı2 münasibətdə şikayətin təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə olduğu halda şikayət İddiaçı4 və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından ona münasibətdə geri qaytarılmalı idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən normaların tələbinə zidd olaraq yalnız İddiaçı2 münasibətdə şikayətin təmin olunmayaraq apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir.

11. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, e-2(011)- 1430/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı4 və İddiaçı2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar