Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5005/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2704/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. xx.xx.1998-ci il tarixdə tərtib edilmiş müqavilənin surətindən görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu ev 71-in sakini Cavabdeh Ağaşirin qızı xx.xx.1998-ci il tarixdə İddiaçı daima etibar etdiyi uzunluğu 18 metr, eni 10 metr sahənin əvəzində ondan 2.300 (iki min üç yüz) ABŞ dolları məbləğində əmanəti qəbul etmiş və almışdır. Müqavilə Cavabdeh Ağaşirin qızı tərəfindən imzalanmışdır.
2. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsuzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən evdə akta əsasən qeydiyyatsız yaşayır. Həmin ünvan üzrə bütün kommunal ödənişlər İddiaçı tərəfindən həyata keçirilmişdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, üzərində tərəfindən fərdi ev inşa edilmiş, ümumi sahəsi 180 (yüz səksən) kvadrat metr olan torpaq sahəsinə dair Cavabdeh ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, faktiki yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən, Cavabdeh tərəfindən ona satılmış, 180 kv.metr ölçüdə olan (10 m.enində x18 m uzunluqda) torpaq sahəsində inşa etdirdiyi fərdi evdə 1998-ci ildən ailəsi ilə birlikdə yaşayır. Belə ki, cavabdeh atasından onlara miras qalmış torpaq sahəsinin özünə aid hissəsindən 180 kv.metrlik hissəni ona satmış və bunun müqabilində ondan 2300 (iki min üç yüz) ABŞ dolları almışdır ki, buna dair cavabdehlə aralarında rəsmi yazılı əqd var. Cavabdeh və onun ailə üzvləri eləcə də notariat qaydasında təsdiq etdirdikləri razılıqlarında da bildirmişlər ki, ona satılan əraziyə dair heç bir iddialarının olmayacağını bildiriblər. Cavabdeh ona razılaşma zamanı bildirmişdir ki, əraziyə dair atasının adına olan texniki pasporta əsasən torpaq sahəsini adlarına sənədləşdirdikdən sonra o,özünə aid hissədən ona satdığı torpaq sahəsini adına rəsmiləşdiricəkdir. Lakin son günlərə kimi bu vəd olaraq qalıb. Artıq 25 ildir ki, cavabdeh ona satılan ərazinin rəsmiləşdirilməsi üçün hər hansı hərəkətini etmir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2704/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş müqavilənin surəti ilə müəyyən edilir ki, yazılı müqaviləni hər iki tərəf imzalamalı olduğu halda bu tələbə riayət edilməmiş, müqavilə Cavabdeh tərəfindən imzalanmış olsa da İddiaçı tərəfindən imzalanmamış və eyni zamanda həmin müqavilənin məzmunu ilə müəyyən edilir ki, Cavabdeh mübahisəli evi cavabdehə satdığını deyil, etibar etdiyini qeyd etmişdir. Həmçinin ümumiyyətlə məhkəmə araşdırması zamanı cavabdehin həmin əmlakı satmasına dair alqı-satqı müqaviləsini bağlamağa hüququnun olması müəyyən edilməmişdir. Halbuki mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər.
8. Məhkəmə öz mövqeyini Əvvəlki Mülki Məcəllənin 39, 41, 42, 43, 230-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2704/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməsinin əsası kimi onunla cavabdeh arasında bağlanmış müqavilənin alğı-satqı müqaviləsi olmamasını, eləcə də həmin müqavilədə onun imzasının olmamasını göstərib. Lakin müqavilənin predmeti olan torpaq sahəsinə görə torpaq sahəsinin dəyəri olaraq cavabdehin ondan pul alması bunun əksini deyir. Torpaq sahəsinin etibar edilməsi ilə əlaqədar etibar olunan şəxsdən pul alınması məntiqi baxımından da qəbul edilən deyil. O ki, qaldı müqavilədə onun imzasının olmaması müqavilənin tərəfindən bəyənilməsi, mübahisələndirilməməsi müqavilə üzrə şərtləri qəbul etdiyinə, yəni onu dolayısı yolla imzalamağına dəlalət edən haldır və həqiqətdə də bu belədir.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə təmin olunan hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
xx.xx.2000-ci ilədək qüvvədən olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17.39-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. 18.43-cü maddəsinin 1-ci hissəsinə görə əqdlərin notarial qaydada təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. 19.87-ci maddəsinə əsasən mülkiyyətçiyə qanunla müəyyən edilmiş həddə əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüququ verilir. 20.100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
xx.xx.2000-ci ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncamverilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 22.146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdinnotariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 23.146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həminəmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 24.394-ci maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldəetmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 25.646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaqsahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 26.“S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. 27.Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
28.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 29.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının istifadə etdiyi mübahisəli torpaq sahəsinə və onun üzərindəki tərəfindən tikilmiş evə hər hansı hüquq müəyyənedici sənədi yoxdur. O, məhkəməyə təqdim etdiyi sənədlərə əsasən mübahisəli torpaq sahəsini 1998-ci ildə Cavabdeh yazılı formada bağlanmış müqaviləyə əsasən aldığına, bunun müqabilində cavabdehə 2.300 ABŞ dolları məbləğində pul ödədiyinə və müqavilə bağlandığı andan hal-hazıradək həmin ünvanda ailə üzvləri ilə birlikdə tikdiyi evdə yaşadığına, lakin cavabdeh ilə əlaqə yaratmaq və olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün əqdin rəsmilləşdirilməsinin baş tutmadığına istinad etmişdir.
30. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş yazılı müqavilənin hər iki tərəf tərəfindən imzalanmadığını, müqavilədə Cavabdeh mübahisəli torpaq sahəsini cavabdehə sadəcə etibar etdiyini, həmçinin cavabdehin həmin əmlakı satmasına dair alqı-satqı müqaviləsini bağlamağa hüququnun müəyyən edilmədiyini göstərmişdir.
31. Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyindən göründüyü ki, göstərilən maddənin (43-cü maddənin) tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən də cavabdehin həmin torpaq sahəsini başqa şəxslərin mülkiyyətinə (istifadəsinə, sahibliyinə və sərəncamına) vermək üzrə səlahiyyətli şəxs olması halı öz təsdiqini tapmayan hallardandır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət reyestrində mülkiyyət və ya digər əşya hüququ ilə nə cavabdehin, nə də onun atasının adına qeydə alındığı müəyyən edilmir. Cavabdeh özünə məxsus olmayan əmlak barəsində sərəncam verərkən səlahiyyətsiz şəxs olmuş, onun bu əmlakı başqa şəxsə özgəninkiləşdirmək hüququ olmamışdır.
33. Halbuki yuxarıda sadalanan normaların tətbiq edilməsi üçün birinci dispozisiya şərti alqı-satqı müqaviləsi üzrə bu hüququ ötürən şəxsin əşya üzərində mülkiyyət və digər əşya hüququna malik olmasından ibarətdir. Belə ki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, mükəlləfiyyətli şəxsin belə davranışı qanuvericiliyə görə labüd olsun. Qeyd edilməlidir ki, iddiaçı də öz növbəsində ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə cavabdehin hüquqmüəyyənedici sənədlərin qaydasında olub-olmamasını yoxlamalı olduğu halda bunu etməmiş, bu da onun işini qanunun tələbləri əsasında qurmadığına yaxud maraqlı olmadığına dəlalət edir ki, bundan irəli gələn məsuliyyəti də özü daşımalıdır.
34. Beləliklə hazırda bağlanmış hesab edilməsi tələb olunan müqavilədə qanuna zidd əməlin olması halı öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə əqdi etibarlı hesab edə bilməsi üçün digər şərtlərin mövcudluğunun yoxlanılmasına zərurət qalmadığı qənaətinə gəlir. 35.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2704/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova