Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5005/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 sentyabr 2025-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İstifadəyə verən Balaxanı Bələdiyyəsi ilə istifadəçi İddiaçı arasında bağlanan Torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 008 nömrəli, 01 iyul 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, istifadəyə verən istifadə əsasında sahəsi 1200 kv.m olan torpaq sahəsini (gələcəkdə sahə adlanan) istifadəçiyə 15 illik müddətə istifadəyə verir, istifadəçi hər il 120 manat torpaq vergisini ödəməyi öz öhdəsinə götürür. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş Abbasov X2 rayon İcra Hakimiyətinin başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsi barədə sərəncam verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməsini xahiş etmiş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdehə öhdəliyin icrasının həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Balaxanı Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında xx.xx.2016-cı il tarixli, 008 nömrəli müqaviləyə əsasən, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında, sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi 15 il müddətinə iddiaçının qanuni istifadəsinə verilmişdir. Sözügedən torpaq sahəsində təyinatı üzrə istifadə edilməsi məqsədi ilə iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınması məqsədi ilə iddiaçı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 2-1(82)-1129/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin hüquqi qeydiyyata alınması ilə bağlı layihəsinin təsdiq edilməsinə dair sərəncam verilməsi vəzifəsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Sözügedən qərarın icrası olaraq Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. Bu yaxınlarda qeyri-yaşayış sahəsini təbii qazla təchiz etmək məqsədi ilə iddiaçı Cavabdeh İB-yə müraciət etmişdir. Lakin cavabdeh təşkilat qeyriyaşayış sahəsinə qaz sayğacının quraşdırılmasından imtina etmişdir. Buna səbəb isə mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmaması qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilənləri cavabdeh təşkilatın nəzərinə çatdıraraq və əlavə olaraq sözügedən torpaq sahəsinin dövlətə məxsus olması və yalnız istifadə üçün iddiaçıya verildiyini qeyd etsə də, məhəl qoymamışlar. Göründüyü kimi, qanunverici tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda digər əşya hüququnu təsdiq edən sənədin təqdim edilməsini nəzərdə tutmuşdur. Cavabdeh təşkilat isə yalnız və yalnız mülkiyyət hüququnu təsdiq edən çıxarışın olmasını tələb edir. Bu isə tam qanunsuzdur.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4603/25 saylı iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi qət olunmuşdur.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının qazlaşdırılmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya istifadə edilməsi üçün verildiyindən, iddiaçı tərəfindən həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə müvafiq icazə verildiyindən, həmin qeyri-yaşayış sahəsinin qazla təchiz olunmaması iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir.
6. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini, həmçinin Avropa Məhkəməsinin presedentlərini nəzərə alaraq, işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyi Cavabdehnə həvalə edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.8, 238, 180.3-cü, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 4, 13-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74, 79-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən həmin zaman qüvvədə olan və dəyişikliklə əlavə edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinin tələbini nəzərə almamışdır. Həmin maddəyə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçı iddia tələbində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, Xətai rayon Məhkəməsinin qətnaməsində İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi,Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Bununla da maddi hüquq normaları ilə yanaşı prosesusal hüquq normalarıda pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər (iddiaçı və cavabdeh) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238-ci maddəsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
13. Azərbaycan Respublikası MPM-nin: 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 79.1.11. mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.
15. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci bəndinə əsasən istehlakçının məişət qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab verməlidir. 4.2-ci bəndinə əsasən istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. 13.1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 13.10-1-ci bəndinə əsasən (2023-cü il oktyabr ayının 1-dən qüvvədədir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. 80.4-cü maddəsinə görə Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Ape
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia tam təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən edib maddi hüquq normalarını düzgün tətbiq etsə də, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozaraq tələbdən kənara çıxmışdır. Ona görə də həmin maddə rəhbər tutulmaqla qətnamə dəyişdirilməlidir.
21. Belə ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə öz vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi,Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin qazlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsini qət etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmuşdur.
22. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır.
24. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
25. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən həmin zaman qüvvədə olan və dəyişikliklə əlavə edilmiş Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci madddəsinin tələbini nəzərə almamışdır. Həmin maddəyə görə Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
26. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamının surətindən görünür ki, vətəndaş Abbasov X2 rayon İcra Hakimiyətinin başçısına ərizə ilə müraciət edərək, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsinin təsdiq edilməsi barədə sərəncam verilməsi ilə bağlı məhkəmə qərarının icra edilməsini xahiş etmiş, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir.
27. Kollegiya birinci instansiya məhkəməsinin bu dəlillə bağlı olan aşağıdakı mövqeyi ilə razılaşır. Həmin mövqeyə görə iddiaçının qazlaşdırılmasını tələb etdiyi qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya istifadə edilməsi üçün verildiyindən, iddiaçı tərəfindən həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə Sabunçu rayonu İcra hakimiyyəti Başçısının 124 nömrəli, 19 aprel 2018-ci il tarixli sərəncamı ilə müvafiq icazə verildiyindən, həmin qeyri-yaşayış sahəsinin qazla təchiz olunmaması iddiaçının istehlakçı hüquqlarının pozulması ilə nəticələnmişdir.
28. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli və İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinə iddiaçının vəsaiti hesabına qaz sayğacının quraşdırılmasının cavabdehə həvalə edilməsi müəyyən edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli qətnaməsi qeyriyaşayış obyektinin qazlaşdırılması öhdəliyinin Cavabdehnə həvalə edilməsi hissəsində dəyişdirilsin və həmin hissə aşağıdakı kimi müəyyən edilsin. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesinin kənarında iddiaçının istifadəsində olan 1200 kv.metr torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin iddiaçının vəsaiti hesabına qaz sayğacı quraşdırılmaqla qazlaşdırılması öhdəliyi Cavabdehnə həvalə olunsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.