Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5007/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASC-nin Azadlıq filialına qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh1 ASC-nin Azadlıq filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müracitə edərək, ona məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 5169,82 manat məbləğin Cavabdeh1 ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin ona ödənilməsi vəzifəsinin Bank Respublika ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan 5357*******2101 və 5357******1933 nömrəli Bank Respublika ASC-dən aldığı ödəniş kartı üzrə hesablarından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. Bank Respublika ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Bank Respublika ASC-dən xahiş etmişdir. Bank Respublika ASC tərəfindən müraciətlərinə cavab olaraq ona bu vaxta qədər hər hansı bir cavab məktubu ünvanlanmamışdır. Bildirir ki, 5357*******2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində, 5357******1933 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci ilk tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda əsassız silinmiş məbləğlərin hansı məqsədlə və nə üçün silindiyi ona xx.xx.2021-ci il tarixində məlum olmuşdur. O daha əvvəl bu bardə məlumatlı olsaydı hər bir halda banka müraciət edərdi. Qeyd olunan hal ona həmin vaxt məlum olub ki, o, dərhal banka müraciət etmişdir. Lakin bu günə qədər ödəniş kartı hesabından əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək onun hüququdur. Chargeback - müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş onun xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək onun hüququdur və bunu etmək bankın borcudur. Hesab edir ki, hesabından silinmiş məbləğlər əsassız olaraq və eyni zamanda onun xəbəri olmadan silinmiş və bank tərəfindən heç bir araşdırma aparılmamışdır. Ona görə də, həmin məbləğlər bank tərəfindən onun kart hesabına geri qaytarılmalıdır.
3. 18 aprel 2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq, ona məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində, 5357******1933 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci ilk tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq silinmiş 3276.38 manat məbləğin (siyahı əlavə edilir) Bank Respublika ASC tərəfindən hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, tərəfindən 2021-ci ilin sentyabr ayında Bank Respublikanın Azadlıq filialına müraciət edilmişdir. Müraciət zamanı hər iki bank hesabından, yəni bank kartlarının son rəqəmləri 5357******1933-lə bitən kartdan 1848.54 manat, son rəqəmləri 5357*******2101 ilə bitən bank kartından isə 3324,42 manat silinməsi barədə məlumat verilmiş və bunların cədvəl hesabatının verilməsi barədə xahiş edilmişdir. Həmin sözügedən sənədlər Bank Respublika ASC-nin Azadlıq filialında bankın işçisi Nərgiz adlı xanım tərəfindən tərtib edilmiş və X4 bir nüsxəsi və digər nüsxəsi isə ona təqdim edilmişdir. Ərizədə olan əməliyyat sayı hər iki kart üçün əməliyyatın ümumi məbləği üzrə ərizə qəbul edilmişdir. Bank tərəfindən 43 əməliyyat üzrə 43 dəfə pul silinməsinə görə ərizə qəbul edilmişdir. Lakin 1 ay 10 gün müddətdən sonra əməliyyatların araşdırılması, pul vəsaitlərinin geri qaytarılmasının nəticəsi barədə bankla əlaqə saxlanıldıqda, məlumat olaraq bildirdilər ki, bankın başqa bir departamentinin göstərişinə əsasən bu hesablar üzrə əməliyyatlar 15/15 geri qaytarılması üçün ərizələr alınmalıdır. Ona görə də, təkrarən, 15 oktyabr 2021-ci il tarixdə yenidən 15 sətrlik əməliyat üzrə ərizə qəbul edildi və həmin ərizə üzrə 302,54 manat və 1590,9 manat məbləğ geri qaytarıldı. Bu səbəbdən geri qaytarılan məbləğləri nəzərə alaraq iddia tələbinin həcmininin azaldılması zərurəti yaranmışdır. Odur ki, ona məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində, 5357******1933 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci ilk tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq silinmiş 3276.38 manat məbləğin Bank Respublika ASC tərəfindən hesabına geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 3276,38 manat məbləğin Cavabdeh1 ASC tərəfindən İddiaçı hesabına geri qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Mədinə Bağırova).
5. Qətnamədən Cavabdeh1 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, chargeback (hərfi mənada:charge-ödəmə, back-geri) VİSA və MasterCard ödəniş sistemlərinin qaydaları ilə tənzimlənən bank kartlarından istifadə edərək aparılan əməliyyatlara etiraz etmək prosedurudur. Yəni chargeback (geriödəmə) ödəniş üzrə müştəri vəsaitinin emitent (kartların emissiyasını həyata keçirən, kart istifadəçilərinə xidmət göstərilməsini, kart əməliyyatlarının avtorizasiyasını (özü və ya kart təşkilatı tərəfindən) və aparılmış əməliyyatların dəyərinin ekvayerə ödənilməsini təmin edən hüquqi şəxs) və ekvayer (təsərrüfat subyekti və ya dövlət orqanı (qurumu) ilə bağlanmış müqavilə əsasında müvafiq olaraq ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması və ya vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqların ödənilməsi və ya kart istifadəçisinə nağd pul vəsaitinin verilməsi üzrə göstərilən xidməti təmin edən hüquqi şəxs) banklar arası geri qaytarılma prosesidir. Anlayışından da gördüyümüz kimi Gharceback (geriödəmə) əməliyyatı Azərbaycan Respublikasının beynəlxalq ödəniş sisteminin olmaması səbəbilə MasterCard,Visa və s. xarici qlobal şirkətlərin qaydaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X8 xx.xx.2013-cü il tarixli qərarı ilə təsdilənmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 3.3.-cü bəndinə əsasən ödəniş kartları ilə hesablaşmalar Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”nın 6.4.-cü bəndinə əsasən, kartların istifadəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmalar müvafiq olaraq kart təşkilatının qaydalarına və tərəflər arasında bağlanmış müqaviləyə uğun olaraq həyata keçirilir. Tərəflər arasında bağlanmış ******* saylı xx.xx.2020-ci il tarixli kompleks bank xidməti müqaviləsinə xx.xx.2020-ci il tarixli Cavabdeh1SC-nin ödənişkartından istifadə qaydalarına dair Əlavə №2-nin 7-ci bəndinə əsasən, işçi razılaşır ki, işçi tərəfindən identifikasıya məlumatlarından istifadə etməklə, elektron cihazlarla aparılan istənilən əməliyyatlar, işçi tərəfindən aparılan əməliyyatlar kimi qəbul olunacaqdır və identifikasiya məlumatları hər hansı mübahisə predmeti qismində çıxış etmir. Beləliklə, kart sahibi identifikasiya məlumatlarının məxfi saxlanılmasına görə şəxsən məsuliyyət daşıması səbəbinə görə həmin məlumatların şəxsən və ya üçüncü şəxslər tərəfindən təqdim edilməsi ilə elektron cihazla aparılan istənilən əməliyyatı emitent bank kart sahibinin sərəncamı kimi qəbul etmiş olacaqdır. Bu səbəbdən Səbail Rayon Məhkəməsinin Qətnaməsində göstərilənlərin əksi olaraq, Cavabdeh1SC iddiaçının sərəncamı əsasında AR MM-nin 385.1-ci maddəsində göstərilən vəzifəsinin icrasını yerinə yetirmişdir. Həmçinin qətnamə qəbul edilərkən məhkəmə Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsaslansa da, iddiaçının kart hesabından silinmiş vəsaitin emitent bank olan Cavabdeh1SC-nin hesabında qalmaması səbəbilə, cavabdeh həmin vəsaiti əsassız əldə etməkdə və toplamaqda təqsirləndirilə bilməz. Bundan əlavə, qətnamədə məhkəmənin əsaslandığı AR MM-nin 21-ci və 1097.1-ci maddələrinin tələbləri də Cavabdeh1SC tərəfindən pozulmamışdır. Belə ki, Cavabdeh1SC-nin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamışdır. Həmçinin İddiaçı işçısi olduğu “X12 TaxAnd Consulting” MMC (yeni adı "xxxx"MMC) və “X6”MMC ilə Cavabdeh1SC arasında bağlanmış müvafiq olaraq, xx.xx.2020-ci il tarixli 810949 və xx.xx.2020-ci il tarixli ******* saylı kompleks bank xidməti müqavilələrinin 5.9.3. bəndinə əsasən, qeyd olunan hüquqi şəxslər işçilərini silinmələrin beynəlxalq ödəniş sistemi olan “Visa İnternational/MasterCard Worldwide” qaydaları ilə həyata keçirilməsi barəsində məlumatlandırmalı və həmin Qaydalarla onları www.mastercard.com və www.visa.com saytlarından istifadə etməklə təlimatlandırmalıdırlar. Müqavilələrin 5.9.6. bəndinə əsasən həmin şəxslər işşilərini Cavabdeh1SC-nin bank kartlarından istifadə və xidməti qaydaları və tarifləri ilə məlumatlandırır, 5.9.7. bəndinə görə isə işçilərini şəxsi eyniləşdırilmə nömrəsinin (Pin kod) itirilməsi və ya internet resurslarından istifadə edilməsi ilə bağlı yaranmış problemlərə görə özlərinin məsuliyyət daşıması barədə məlumatlandırırlar. Həmçinin müqavilələrin 5.9.8. bəndinə əsasən həmin şəxslər işçilərini bu bu müqaviləyə edilmiş Cavabdeh1SC-nin “Ödəniş kartından istifadəyə dair” Əlavəni təqdim etməklə onlar tərəfindən imzalanmasını həyata keçirir. Sözügedən Əlavənin işçilər tərəfindən imzalanmaması və ya imzalanıb Banka təqdim edilməməsınə görə Banka dəymiş zərərə görə məsuliyyət daşıyırlar. Bütün bunlar məhkəmə icraatı dövründə Səbail Rayon Məhkəməsinə bildirilsə də nəinki qətnamə çıxarılarkən müqavilələrdəki bu şərtlər nəzərə alınmamış, hətta “X12 X13” MMC(yeni adı "xxxx"MMC) və “X6”MMC-nin məhkəmə icraatına həll olunması məsələsi vacib olduğu halda bu barədə məhkəmə tərəfindən qərar qəbul edilməmişdir. Bundan əlavə, MasterCard ödəniş sisteminin “Geri ödəmə təlimatı (Chargeback guide)”na əsasən kart sahibinin eyni hesab üzrə yalnız 15 məlumatı olmayan əməliyyatı üzrə chargeback (geriödəmə) aparıla bilər. Həmçinin, MasterCard ödəniş sisteminin qaydalarına əsasən kart sahibi müəmmalı əməliyyatlar üzrə chargeback (geriödəmə) üçün müraciəti tranzaksiyanın aparıldığı tarixdən etibarən 120 gün müddətində təqdim etməlidir. İddia ərizəsindən də gördüyümüz kimi X5 5357*******1933 nömrəli kart üzrə xx.xx.2021-ci il tarixində silinmiş əməliyyatlardan yalnız xx.xx.2021-ci il tarixində məlumat almasını və bu barədə dərhal banka müraciət etdiyini bildirir. Bu müraciətin həmin kart hesabı üzrə aparılan əməliyyatlar üzrə tranzaksiyaların tarixindən 120 gün keçdikdən sonra edilməsi səbəbilə MasterCard ödəniş sisteminin “Geri ödəmə təlimatına (Chargeback guide)”əsasən chargeback (geriödəmə)-nin həyata keçırilməsi mümkün deyildir. Həmçinin iddia ərizəsində X5 5357*******2101 nömrəli ödəniş kartı üzrə hesabından xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq silinmiş məbləğlər geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Cavabdeh1SC-nin Azadlıq filialının müdiri X1 yazdığı müraciətində həminkart üzrə göstərilən dövrdə aparılmış 15 əməliyyat əsasında (tarix və məbləğlər qeyd olunmaqla) silinmələrin qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. Məlumat veririk ki, X2 5357*******2101 nömrəli ödəniş kartı üzrə müraciətində qeyd olunan 15 əməliyyat üzrə silinmələr tam şəkildə, ümumi məbləği 1893.44 AZN olmaqla chargeback (geriödəmə) edilmişdir. Bu fakt iddiaçının iddia tələbinin azaldılması ərizəsində də öz əksini tapmışdır. Tərəflərin izahatları:
7. Kollegiya iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi R.İsgəndərov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qətamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
8. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh1 ASC-nin Azadlıq filialının müdirinə ünvanlanmış müraciətlərindən görünür ki, ona məxsus 5357*******2101 nömrəli kart vasitəsilə 45 əməliyyat və 5357*******1933 nömrəli kart vasitəsilə 11 əməliyyat kənar şəxs tərəfindən aparılmışdır və o, bu əməliyyatların keçirilməsinə icazə verməmişdir. Bunu nəzərə alaraq həmin məbləğlərin onun hesabına geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.
12. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, onun tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə bankın Azadlıq filialına müraciətlər olunmuşdur ki, onun kart hesablarından (əmək haqqı üzrə) Apple.Com. onun sərəncamı olmadan pulları silindiyi üçün “chargeback” və ya hesabına geri qaytarılması barədə ərizə bu günədək icra edilməyib. Ona görə də, kart hesablarından silinən əmək haqqı məbləğlərinin geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Hüquqi dəyərləndirmə:
13. Kollegiya iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçıya məxsus Cavabdeh1 ASC-dən aldığı 5357*******2101 nömrəli ödəniş kartları üzrə hesabından xx.xx.2021-ci il tarixində və və 5357*******1933 nömrəli ödəniş kartı üzrə hesabından xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixədək fərqli saatlarda ümumilikdə 5169,82 manat məbləğində vəsait əsassız silinmiş və iddiaçı bu silinmələr barədə 2021-ci ilin sentyabr ayında məlumat alaraq, kart hesablarından silinən əmək haqqı məbləğlərinin geri qaytarılması üçün cavabdeh banka müraciət etmişdir. Bundan sonra cavabdeh bank tərəfindən iddaçı İddiaçı 5357*******2101 nömrəli ödəniş kartından 15 əməliyyat üzrə silinmələr cavabdeh bank tərəfindən tam şəkildə, ümumi məbləğ 1803,06 manat olmaqla chargeback (geriödəmə) edilmiş, həmçinin 90.38 manat məbləğində ƏDV həmin kart hesabına qaytarılmışdır. Bank tərəfindən 5357*******2101 nömrəli ödəniş kartı üzrə qalan əməliyyatlar üzrə silinmələrin və 5357*******1933 nömrəli ödəniş kartı üzrə isə bütün əməliyyatlar üzrə silinmələrin chargeback (geriödəmə) edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında eləcə də müəyyən olundu ki, bank 5357*******2101 nömrəli ödəniş kartı üzrə qalan əməliyyatlar üzrə silinmələrin və 5357*******1933 nömrəli ödəniş kartı üzrə isə bütün əməliyyatlar üzrə silinmələrin chargeback (geriödəmə) edilməsindən imtinasını onunla əsaslandırmışdır ki, MasterCard ödəniş sisteminin “Geri ödəmə təlimatına (Chargeback guide)” əsasən kart sahibinin eyni hesab üzrə yalnız 15 məlumatı olmayan əməliyyatı üzrə chargeback (geriödəmə) aparıla bilər. Həmçinin MasterCard ödəniş sisteminin qaydalarına əsasən kart sahibi müəmmalı əməliyyatlar üzrə chargeback (geriödəmə) üçün müraciəti tranzaksiyanın aparıldığı tarixdən etibarən 120 gün müddətində təqdim etməlidir. İddiaçı isə 5357*******1933 nömrəli kart üzrə xx.xx.2021-ci il tarixində silinmiş əməliyyatlar barəsində banka yalnız 2021-ci ilin sentyabr-oktyabr aylarında müraciət etməklə qeyd olunan 120 gün müddəti ötürmüşdür. Eləcə də, iddiaçı Cavabdeh1 ASC-nin Azadlıq filialına müraciətində 5357*******2101 nömrəli ödəniş kartı üzrə hesabından xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək aparılmış 15 əməliyyat əsasında silinmələrin qaytarılmasında köməklik göstərilməsini xahiş etdiyindən, yalnız həmin 15 əməliyyat üzrə silinmələr tam şəkildə, ümumi məbləği 1803,06 manat olmaqla chargeback (geriödəmə) edilmiş, həmçinin 90.38 manat məbləğində ƏDV həmin kart hesabına qaytarılmışdır.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir.
15. Həmin Məcəllənin 957.2-ci maddəsinə əsasən üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun.
16. Həmin Məcəllənin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər.
17. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.
19. Həmin Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.
20. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
21. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
25. Kollegiya iş materialları, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, iddiaçıya məxsus kart hesablarında olan əmək haqqı məbləğlərindən əsassız silinmələr nəticəsində iddiaçı öz əmlakından qanunsuz olaraq məhrum olmuşdur.
26. Bu səbəbdən də, kollegiya yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 3276,38 (üç min iki yüz yetmiş altı manat otuz səkkiz qəpik) manat məbləğinin Cavabdeh1 ASC tərəfindən İddiaçı hesabına geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdeh tərəfindən verilmi apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
29. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:
30. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-604/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Anar Tanrıverdiyev