Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5012/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (“xxxxxxxxxxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC cəlb edilməklə) “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-71/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə (“StilTikinti” Mənzil-Tikinti Kooperativinin hüquqi varisi) qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə ilkin ödəniş kimi ödədiyi 9.300 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdə “xxxxxxxxxxxx” MTK-dan Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllədə yerləşən 2 saylı binada sahəsi 53,6 kv.metr olan bir otaqlı - 151 saylı mənzili 20 illik kreditlə almış, ilkin ödəniş olaraq 9.300 manat məbləğində pul ödəmiş, hər ay isə 684 manatdan az olmayaraq pul ödəməyi öhdəsinə götürmüşdür. O, üç ay müddətində 684 manat krediti ödədikdən sonra ona məlum olmuşdur ki, ilkin ödədiyi 9.300 manat pul məbləği mənzilin ümumi qiymətinə daxil deyil və ona bir otaqlı mənzil 173.460 manata başa gəlir. Ancaq mənzili alarkən ona şirkət tərəfindən ilkin ödənişin mənzilin ümumi qiymətindən çıxıldığı bildirilmişdir. Beləliklə ona məlum olmuşdur ki, onu aldadıblar. O, şirkətə öz narazılığını və mənzili geri qaytarmaq istədiyini bildirmişdir. Şirkət onunla razılaşmış və o, mənzili aldıqdan üç ay sonra mənzili geri qaytarmışdır. Şirkətlə aralarında bağlanmış müqavilənin tələblərinə və şifahi razılaşmaya əsasən şirkət onun ödədiyi 9.300 manat məbləğində pulu ona geri qaytarmalı idi. Lakin artıq mənzili qaytardığı tarixdən iki ilə yaxın müddət keçməsinə baxmayaraq, şirkət onun ödədiyi pulu qaytarmamışdır. Həmçinin, 9.300 manatdan əlavə o, həmin mənzildə digər işlərə, sayğaclara, xırda təmirə və sairə işlərə də bir xeyli xərc çəkmişdir. Lakin şirkətə də bildirmişdir ki, həmin xərcləri istəmir, ancaq ilkin ödəniş kimi ödədiyi 9.300 manat məbləğində pulun ona geri qaytarılmasını istəyir. O, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Özü fəhlə işləyir, həyat yoldaşı isə gözəllik salonunda usta işləyir. Bir oğuları var. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 71/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MTK-dan 9.300 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. Qətnamədən cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilərək, onun ləğv edilməsi və məhkəmədə müəyyən edilmiş hallar əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməklə qanunsuz və əsassızdır. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə almamış, zamin olaraq MTK 2018-ci ilin avqust ayına qədər iddiaçının əvəzinə pul vəsaiti ödəmişdir. Qətnamə qəbul edilərkən kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə istinad edilməmiş, banka ödənilmiş əsas və faiz borcunun MTK-dan tutulub iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı faktiki hallar müəyyən edilmişdir. “Satıcı” “xxxxxxxxxxxx” MTK ilə “xxxxx” İddiaçı arasında bağlanmış xx xxxxxx 2016cı il tarixli, 151 saylı “Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanında inşa ediləcək yaşayış binasının 151 saylı mənzilini xxxxxya təhvil verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən xxxxx müqavilə bağlanan gün 9.300 manat məbləğində ilkin ödəniş etməklə hər ay 684 manat olmaqla, xx xxxxxx 2036-cı il tarixə kimi ödəniş etməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən xxxxx kooperativin üzvliyindən çıxmaq istədikdə bu barədə MTK-ya 1 ay qabaqcadan yazılı şəkildə xəbərdar edir. “xxxxxnın” üzvlüyünə xitam verildikdə onun ödədiyi pay haqqı mənzil başqa xxxxxya verildikdən və həmin mənzilin dəyəri axırıncı tərəfindən ödənildikdən sonra qaytarılır. “xxxxxxxxxxxx” MTK ilə “xxxxx” İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, ABB-151 saylı müqavilənin surətindən görünür ki, MTK Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində bina 2, giriş 2, mərtəbə 9, ümumi sahəsi 53,6 kv.m olan 1 otaqdan ibarət 151 saylı mənzili “xxxxxya” təhvil verməyi, “xxxxx” isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən mənzilin 1 (bir) kv.m-lik sahəsinin qiyməti 1.698,00 manat olmaqla, müqavilənin qiyməti cəmi 91.012,80 manat müəyyən edilmiş, müqavilə qiymətinin 9.300,80 manatı xxxxxnın şəxsi hesabına, qalan 81.712,00 manat isə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödəniləcək. Həmin müqavilənin 4-cü bəndinə əsasən xxxxx tərəfindən xxxxx və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında imzalanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmaqdıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün xxxxx və MTK arasında imzalanmış müqaviləninpredmeti olan mənzil üzrə bütün hüquqlar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə keçir. “xxxxxxxxxxxxx” MTK-nın xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, “xxxxxxxxxxxxx” MTK ilə İddiaçı arasında imzalanmış 151 saylı xx xxxxxx 2016-ci il tarixli müqaviləyə əsasən Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanında tikilmiş və ya tikilən yaşayış kompleksinin bina 2, giriş 2, mərtəbə 9 ünvanında 1 otaqdan ibarət 151 saylı mənzil ayrılmışdır. Mənzilin ümumi dəyəri 91.012,8 manat təşkil edir. Həmin məbləğdən 9300,80 manat ilkin ödəniş kimi İddiaçı tərəfindən ödənilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən maliyyələşdiriləcək məbləğ 81.712 manat təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 10-xx-xx-2016-ST MTK AF nömrəli təminatlı krediti müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC İddiaçı mənzilin alınması məqsədi ilə illik 8% hesablanmaqla hər ayın 12 tarixindən gec olmayaraq 240 ay müddətinə aylıq 683.50 manat olmaqla, 81.712 manat məbləğində kredit verməyi, borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri Borcverənə qaytarmağı öhdəsinə götürmüşdür; “xxxxxxxxxxxxx” MTK-nın xx xxxxxx 2018-ci il tarixli 11 saylı məhkəməyə ünvanlanmış məktubundan görünür ki, “xxxxxxxxxxxxx” MTK ilə İddiaçı arasında xx xxxxxx 2016-cı il tarixdə Xətai rayonu, X.Məmmədov küçəsi, 2942-ci məhəllədə yerləşən 2 saylı binada yerləşən, sahəsi 53.6 m2 olan, 151 saylı mənzilə dair ipoteka müqaviləsi bağlanmış, İddiaçı həmin təmirli mənzildə 7 ay yaşamışdır. Buna görə də həmin aylar üçün 1.500 manat kirayə haqqı tutulmuşdur. İddiaçı xx xxxx 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki,“xxxxxxxxxxxxx” MTK ilə bağladığı 151 saylı xx xxxxxx 2016-cı il tarixli Kooperativ Mənzil Tikintisi haqqında xxxxx müqaviləsinin pozulması ilə əlaqədar qanunvericiliyə və “xxxxxxxxxxxx LTD” MTK-nın nizamnaməsinə uyğun tədbir görməyi xahiş edir. Müqavilə pozulduqdan sonra ona məxsus olmuş paya dair digər şəxs ilə müqavilə bağlanmasına etiraz etmir. X2 xx xxxx 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, o, əri İddiaçı “xxxxxxxxxxxxx” MTK ilə bağladığı 151 saylı xx xxxxxx 2016-ci il tarixli Kooperativ Mənzil Tikintisi haqqında xxxxx müqaviləsinin pozulması ilə əlaqədar qanunvericiliyə və “xxxxxxxxxxxx LTD” MTK-nın nizamnaməsinə uyğun tədbir görməklərini xahiş edir. Müqavilə pozulduqdan sonra ona məxsus olmuş paya dair digər şəxs ilə müqavilə bağlanmasına etiraz etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7839 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayış üzrə xx.xx.2015-xx.xx.2018-ci illəri əhatə edən hesabdan çıxarış məlumatlarına əsasən “xxxxxxxxxxxxx” MTK-ya Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, məhəllə 2942, 2 saylı bina, 151 saylı mənzilə dair ödənişlər və çəkilmiş xərc ümumilikdə 31.333,80 manat məbləğində müəyyən olunur. xx xxxxxx 2016-cı il tarixli, 10- xx-xx-2016-ST MTK AF saylı kredit müqaviləsi üzrə ödəniş qəbzləri təqdim edilmədiyindən və iş materiallarında olan hesabdan çıxarış məlumatlarında ödənişlərin kim tərəfindən həyat keçirilməsi göstərilmədiyindən İddiaçı həmin müqavilə üzrə hansı məbləğdə ödənişin aparılması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020ci il tarixli məktubdan görünür ki, “xxxxxxxxxxxx” MTK ləğv olunaraq Cavabdeh MTK-ya qoşulmuş, “xxxxxxxxxxxx” MTK ilə Cavabdeh MTK arasında imzalanmış xx xxxxxx 2018ci il tarixli təhvil aktının surətindən görünür ki, “xxxxxxxxxxxx” MTK-ya məxsus olan onun bütün borclar və öhdəliklər yeni yaradılmış və hüquqi varisi olan Cavabdeh MTK-ya keçmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, “xxxxxxxxxxxx” MTK-nın maliyyə ili 1 yanvar-31 dekabrdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən cavabdehə 9.300 manat məbləğində pay haqqı ödənilmiş, daha sonra iddiaçı xx xxxx 2016-cı il tarixli ərizə ilə cavabdehə müraciət edərək aralarında bağlanmış müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MTK-nın nizamnaməsinə uyğun tədbir görməyi xahiş etmiş, lakin iddiaçı tərəfindən ödənilmiş pay haqqı cavabdeh tərəfindən ona qaytarılmamışdır. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Mənzil Məcəlləsinin 117.1-ci maddəsinə əsasən kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq pay haqqını tam ödəmədiyinə görə kooperativdən çıxarılmış və ya könüllü olaraq öz ərizəsi ilə kooperativdən çıxmış mənzil-tikinti kooperativinin üzvünə kooperativin nizamnaməsində nəzərdə tutulmuş şərtlərlə və müddətdə onun payının məbləği (dəyəri) ödənilir. Belə ödəmənin müddəti mənzil-tikinti kooperativi üzvünün çıxarılması haqqında mənzil-tikinti kooperativinin qərar qəbul etdiyi gündən iki aydan çox ola bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi kooperativ üzvünün kooperativdən çıxmaq hüququ vardır və bu zaman ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməlidir. İddiaçı cavabdehlə aralarında bağlanmış müqavilənin tələblərinə riayət edərəkpayının qaytarılması ilə əlaqədar 2016-cı ildə MTK-ya ərizə ilə müraciət etmişdir. Həmçinin, göründüyü kimi, artıq mənzil üzrə bütün hüquqlar da digər şəxsə keçmişdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayəti əsassızdır, ümumi sözlərlə ifadə edilmiş və konkret dəlillərə əsaslanmamışdır. İddiaçı müqavilənin tələblərinə əməl edərək əvvəlcədən müraciət etmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir, lakin cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının ödədiyi pay haqqını ona qaytarmamışdır, belə olan halda iddiaçı haqlı olaraq hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar iddiaçının tələbinin əsassız hesab edilməsi və onun ödədiyi pay haqqının ona qaytarılmasından imtina edilməsi üçün əsas verən hallar deyildir. Beləliklə, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-71/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-5012/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5012/2020
17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver