Məhkəmə qərarları › İş №2(103)-5013/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5013/2022

19.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5013/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxslər “Riyad-Renta”şirkətinin və "xxxx"MMC-nin təsisçisi X5 nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, 3-cü şəxslər “Riyad-Renta”şirkətinin və "xxxx"MMC-nin təsisçisi X7 qarşı “Xəzər-M” firmasında payın alqı-satq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3, 3-cü şəxslər “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X8 qarşı “Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İddiaçı və 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X9 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri verilmiş, Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı və 3-cü şəxs “Riyad-Renta”şirkətinin və "xxxx" MMC-nin təsisçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı və 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMCnin təsisçisi X9 tərəfindən şikayətlər verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 01 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ləğv olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta”şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən də şikayət verildiyini bildirdi və verilmiş şikayətə ümumiyyətlə münasibət bildirilmədiyindən, həmin şikayətə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə tərəfindən “elektron sistem” vasitəsilə yoxlanılarkən İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətin xx.xx.2022-ci il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olduğu, lakin həmin şikayətə məhkəmə tərəfindən münasibət bildirilməməsi müəyyən olunmuşdur. Kollegiya eləcə də qeyd edir ki, həmin şikayət iş materiallarına da əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 21 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 21 fevral 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar