Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5014/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 113025 (yüz on üç min iyirmi beş) manat, mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum əri X5 Bakı şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 622 ünvanda “xxxx” MTK-nin inşa etdiyi binadan 2 otaqlı, 10 saylı mənzili almışdır. Həmin vaxt mənzilin orderi hazırda cavabdeh olan onun bacısı qızı Cavabdeh adına rəsmiləşdirilmiş və Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən sonuncuya 25 dekabr 2006-cı il tarixli, 016065 saylı order verilmişdir. Lakin Cavabdeh və onun ailə üzvləri bir gün də olsun həmin mənzildə yaşamamışlar. Qeyd edilən mənzil alınan vaxtdan onun və ərinin sahibliyində olmuş, həmin mənzil kirayə müqavilələri əsasında kirayəyə verilmiş və kirayə haqları da onların tərəfindən alınmışdır. Onun əri 26 noyabr 2009-cu il tarixdə vəfat etdikdən 23 gün sonra yəni 19 dekabr 2009-cu il tarixdə Cavabdeh notariat qaydada təsdiq edilmiş ərizə ilə “xxxx” MTK-nə müraciət edərək mənzilin və kooperativdəki payının onun adına keçirilməsini xahiş etmişdir. Mənzilin onun adına keçirilməsi üçün Cavabdeh ərinin də razılığı tələb olunduğundan sonuncu müxtəlif bəhanələrlə razılıq ərizəsi yazmaqdan yayınmışdır. Sonradan Cavabdeh bildirmişdir ki, mənzilin onun adına rəsmiləşdirilməsi üçün heç bir hərəkət etmək niyyətində deyildir. Bu səbəbdən də o, Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adma verilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 79/2012 saylı, 10 fevral 2012-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə" iddiası təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 dekabr 2016-cı il tarixli 363 saylı sərəncamının Cavabdeh adına olan bəndi və həmin bəndə əsasən ünvan 1 ünvanda yerləşən binanın 2 otaqlı, 10 saylı mənzilinə dair verilmiş 25 dekabr 2006-cı il tarixli 016065 saylı order etibarsız hesab edilmiş, “xxxx” MTK üzvlərinin ümumi iclasının 23 aprel 2005-ci il tarixli 34 saylı protokolu qismən Cavabdeh həmin kooperativə payçı qəbul edilməsi hissəsində etibarsız hesab edilmiş, X3 birinci dərəcəli vərəsəsi olan İddiaçı “xxxx” MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı adına verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2012 saylı, 18 iyun 2012-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 79/2012 saylı, 10 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3892/2012 saylı, 22 noyabr 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2351/2012 saylı, 18 iyun 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə” iddiası rədd edilmişdir. Onun şikayət ərizəsi əsasında Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Abdulla Əliyevin 12 avqust 2013-cü il tarixli qərarı ilə Cavabdeh hüquq verən sənədləri saxtalaşdırdığına görə barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Həmin idarənin müstəntiqi Abdulla Əliyevin sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında 30 dekabr 2013-cü il tarixli qərarı ilə Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmiş və Cavabdeh cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün təqsirli bilinərək cinayət işi üzrə icraata xitam verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli, 2(102)- 3892/2012 saylı qərarına əsasən yeni açılmış hallar üzrə yenidən baxılması barədə ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 fevral 2015-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının onun adına verilməsinə dair” iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işlə bağlı məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 oktyabr 2015-ci il tarixli, 13(102)-7(k)/2015 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli 13(102)-51/14 saylı qərardadı ləğv edilmiş və onun ərizəsinə Ali Məhkəmənin Yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yeni açılmış hal üzrə 28 mart 2016-cı il tarixli. 13(102)- 1/2016 saylı qərardadı ilə onun yeni açılmış hal barədə ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli, 2(102)- 3892/12 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Beləliklə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2016-cı il tarixli, 2(102)- 2602/2016 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2351/2012 saylı iş üzrə 18 iyun 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qeyd edilən mülki iş üzrə məhkəmə qətnaməsi icra olunması üçün göndərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 24.08.201 6-cı il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 363 saylı 13.12.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanında Mənzil Məsələləri üzrə ictimai komissiyasının iclasının protokolunun 1.282-ci bəndi və həmin bəndə əsasən Cavabdeh adına verilmiş 016065 saylı 25.12.2006-cı il tarixli order ləğv edilmişdir. “xxxx” MTK-nın 03 avqust 2016-cı il tarixli 1 saylı protokoluna əsasən o, “xxxx” MTK-nın ünvan 2 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş 5-ci mərtəbəsində ümumi sahəsi 66.5 kv.m olan 10 saylı mənzilinə payçı qəbul edilmişdir. “xxxx” MTK-nın 03.08.2015-cı il tarixli maliyyə arayışına əsasən İddiaçı adına borcu olmaması barədə verilmişdir. Yasamal rayon İcra şöbəsinin 04 avqust 2016-cı il tarixli, 17/72-8726/17 nömrəli məktubuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baxılmış və bundan sonra müəyyən edilmişdir ki, 25.12.2006-cı il tarixli 016065 saylı orderə əsasən ünvan 3 ünvanı: Bakı şəhəri, Yasamal rayonu, X11 Naxçıvani küçəsi, ev 22, mənzil 10) 04.05.2013-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 14.05.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 113025 manata X2, adına reyestrdə qeydiyyat aparılmışdır. Beləliklə də qeyd edilən mülki işin icrası mərhələsində müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzili məhkəmə qərarına əsasən etibarsız hesab edilmiş order əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına rəsmiləşdirmiş və bundan sonrada qısa müddət ərizində X1. Bundan sonra iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulduğundan mübahisəli mənzillə bağlı cavabdehlər Cavabdeh ilə X10 arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab edilməli, cavabdeh X6 adına olan çıxarışın ləğv edilməsi və mənzilin boşaldılması tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, 12.03.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh X10 vicdanlı əldə edəndir. Qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7941/2019 saylı, 10 iyul 2019- cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və onun iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2019-cu il tarixli, 2(102)-7499/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7941/2019 saylı, 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1927/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, 12.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisəli mənzillə bağlı iddiası təmin edilməmiş, Cavabdeh tərəfindən hüquqları kobud şəkildə pozulmuş, bununla da ona xeyli miqdarda zərər vurulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, Cavabdeh vurulmuş maddi ziyana görə 113025 (yüz on üç min iyirmi beş) manat, mənəvi ziyana görə 2000 (iki min) manat, ümumilikdə 115025 (yüz on beş min iyirmi beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh və digərlərinə qarşı məhkəmədə iddia qaldıraraq, ərizəsində Bakı şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 622 ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən binanın 2 otaqlı 10 saylı mənzilinin mərhum əri X5 tərəfindən alındığını, lakin həmin mənzilin Cavabdeh adına rəsmiləşdirildiyini qeyd etmiş və buna görə də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13 dekabr 2006-cı il tarixli 363 saylı sərəncamının Cavabdeh aid olan bəndinin və həmin bəndə əsasən mübahisəli mənzilə dair G Həsənovanın adına verilmiş 25 dekabr 2006-cı il tarixli 016065 saylı orderin etibarsız hesab edilməsi, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 23 aprel 2005-ci il tarixli 34 saylı protokolunun qismən - Cavabdeh həmin kooperativə payçı qəbul edilməsi hissəsində etibarsız hesab edilməsi, həmin protokoldan çıxarışın və 23 aprel 2005-ci il tarixli 24 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, X3 birinci dərəcəli vərəsəsi olduğu üçün özünün "xxxx" MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının öz adma verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli, 2 (004)-79 saylı qətnaməsi ilə iddia tələbi tam həcmdə təmin edilmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi 18 iyun 2012-ci il tarixli, 2(103)-2351 saylı qətnamə ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10 fevral 2012-ci il tarixli, 2 (004)-79 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. Cavabdeh tərəf Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli, 2 (102)-3892/12 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2012-ci il tarixli, 2(103)-2351 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmış, bununla da Cavabdeh aşağı məhkəmələr tərəfindən pozulmuş hüquqları bərpa edilmişdir. Bundan sonra Cavabdeh tam hüquqi əsaslarla həmin mənzil üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydə aldırmış və maddi ehtiyaclarını qarşılamaq üçün sonradan həmin mənzili üçüncü şəxsə satmışdır. Cavabdeh həmin mənzili satarkən heç bir qanun pozuntusuna yol verməmişdir. Buna görə də həmin mənzili alan şəxs məhkəmə tərəfindən vicdanlı alıcı hesab edilmiş və bu səbəbdən də İddiaçı həmin alqı-satqı müqaviləsinin ləğvi barədə verdiyi iddia tələbi təmin edilməmişdir. Buna baxmayaraq, İddiaçı sonradan Bakı şəhərinin Yasamal rayon Polis İdarəsinə müraciət etmiş və bu iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin işin qanunsuz olaraq, yenidən araşdırılmasına cəhd göstərmişdir. Onun ərizəsi Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin müstəntiqi Abdulla Əliyevin icraatına verilmişdir. Müstəntiq A.Əliyev, heç bir hüquqi əsas olmadığı halda, həmin məsələ ilə bağlı fakt üzrə cinayət işi açmış və istintaq aparmağa başlamışdır. Sonradan müstəntiq M.Abdullayev həmin cinayət işi üzrə Cavabdeh Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli hesab etmiş, lakin məsuliyyətə cəlb etmə müddətinin keçməsini əsas götürərək, 30 dekabr 2013-cü il tarixli qərarla həmin işə xitam vermişdir. Cavabdeh isə bundan xəbəri olmamışdır. Halbuki Cinayət Prosessual Məcəlləsinin 41-ci maddəsinin tələblərinə əsasən müstəntiq cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cinayət təqibinə xitam verərsə, təqsirləndirilən şəxsin (şübhəli şəxsin) bu barədə razılığını almalıdır. Əks halda bəraətverici əsas olmadan həmin iş üzrə cinayət təqibinə xitam verilə bilməz. Bundan başqa, CPM-nin 281-ci maddəsinə əsasən müstəntiq cinayət təqibinə xitam verilməsi barədə qərarın surətini təqsirləndirilən şəxsə göndərməli və həmin işin materialları ilə tanış olmaq və həmin qərardan şikayət vermək hüququnu ona izah etməlidir. Lakin müstəntiq həmin qərar barədə də Cavabdeh heç bir məlumat verməmiş və qərarın surətini ona göndərməmişdir. Sonradan məlum olmuşdur ki, İddiaçı müstəntiqin həmin qərarını əsas götürərək, məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna ərizə təqdim etmişdir. Lakin, Ali Məhkəmənin 12 aprel 2014-cü il tarixli qərardadı ilə işin Ali Məhkəmənin Plenumuna çıxarılması üçün əsasların olmadığı müəyyən edilmişdir. Bundan sonra iddiaçı Ali Məhkəmənin 12 aprel 2014-cü il tarixli qərardadından Konstitusiya Məhkəməsinə şikayət vermişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 02 fevral 2015-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 12 aprel 2014-cü il tarixli qərardadı qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına uyğun olaraq, Ali Məhkəmənin Plenumunun 30 oktyabr 2015-ci il tarixli, 13 (102)- 7(k)/2015 saylı qərarı ilə Ali Məhkəmənin 12 aprel 2014-cü il tarixli qərardadı ləğv edilmiş və İddiaçınm ərizəsinə Ali Məhkəmənin yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 22 noyabr 2012-ci il tarixli, 2 (102)- 3892/12 saylı qərarı ləğv edilmiş və işə Ali Məhkəmənin Mülki Kollegiyasında yenidən baxılması qərara alınmışdır. İşə yenidən baxan Ali Məhkəmənin Mülki Kollegiyası 27 may 2016-cı il tarixli, 2(102)-2602/16 saylı qərarı ilə Cavabdehnm kassasiya şikayətini təmin etməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2012-ci il tarixli 2(103)-2351 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da Cavabdeh öz mənzilinə mülkiyyət hüququndan qanunsuz yollarla məhrum edilmişdir. Buna görə də hesab edirəm ki, vurulmuş maddi ziyana görə Cavabdeh 113025 (bir yüz on üç min iyirmi beş) manatın İddiaçınm xeyrinə tutulması qanuni və ədalətli hesab edilə bilməz. Məhkəmənin hazırki qətnaməsini mənəvi ziyanla bağlı olan hissədə də qanunsuz və ədalətsizdir. Cavabdeh mübahisəli mənzili satarkən həmin mənzil onun qanuni mülkiyyətində olmuş və alqı-satqı müqaviləsi bağlanarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdehnm həmin mənzil üzərində mülkiyyət hüququnun sonradan ləğv edilməsi, onun bu işdə təqsirli olması anlamına gəlmir. Hər hansı şəxsə mənəvi ziyanın vurulması yalnız qanunazidd olan hərəkətlərlə mümkündür. Şəxsin qanunauyğun davranışı ilə başqasına mənəvi ziyan vurulması mümkün deyildir. Buna görə də hazırki iş üzrə məhkəmənin çıxardığı qətnamə mənəvi ziyana aid olan hissədə də qanunsuz və əsassız hesab edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiçı İddiaçı və onun vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılasının vaxtı və yeri barədə cavabdeh tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Yasamal rayonu, X11 Naxçıvanski küçəsində inşa edilmiş 22 saylı binada yerləşən 10 saylı mənzil Cavabdeh adına qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1880 nömrəli reyestr kitabının 173297 nömrəli vərəqində qeyd edilmişdir. 14.05.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda 4Ə-01-231 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Yasamal rayonu, X11 Naxçıvanski küçəsində inşa edilmiş 22 saylı binada yerləşən iki otaqlı 10 saylı mənzili Cavabdeh tərəfindən X7 113025 manata satmışdır. 12.08.2013-cü il tarixli cinayət işinin başlama və icraata götürülməsi barədə qərardan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında Yasamal RPİ-nin müstəntiqi X4 icraatında olan HK-1/665 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə 30.12.2013-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməli Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddəsi ilə tövsüf edilmiş, cinayət işi üzrə icraata Cavabdeh qzının cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.02.2015-ci il tarixli Qərarından görünür ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı əqdin yalan əqd hesab edilməsi, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsi, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsi və maliyyə arayışının iddiaçının adına verilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 12 aprel 2014-cü il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 437-ci maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Hazırkı işlə bağlı məhkəmə aktlanna yeni açılmış hallar üzrə yenidən baxılmasına dair verilmiş ərizəyə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30.10.2015-ci il tarixli, 13(102)- 7(k)/2015 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yeni açılmış hal üzrə məhkəmə tərkibinin 12.04.2014-cü il tarixli, 13(102)-51/14 saylı qərardadı ləğv edilmiş və İddiaçı ərizəsinə Ali Məhkəmənin yeni açılmış hallar üzrə başqa məhkəmə tərkibi tərəfindən yenidən baxılması qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 353 nömrəli. 24.08.2016-cı il tarixli sərəncamından görünür ki, BŞİH Başçısının 363 saylı 13.12.2003-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş BŞİH Başçısının Aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyasının iclasının - protokolunun 1.282-ci bəndi və həmin bəndə əsasən Cavabdeh adına verilmiş 016065 saylı 25.12.2006-cı il tarixli order ləğv edilmiş və Bakı Şəhər icra Hakimiyyətinin Mənzil Kooerativ Təsərrüfatı İdarəsinə sərəncamın surətinin məlumat üçün «xxxx» MTK-nın rəhbərliyinə göndərilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yeni açılmış hal üzrə 28.03.2016-cı il tarixli, 13(102)-1/2016 saylı qərardadından görünür ki, İddiaçı yeni açılmış hal barədə ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.11.2012ci il tarixli, 2(102)-3892/12 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.05.2016-cı il tarixli, 2(102)-2602/16 saylı qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2351/2012 saylı iş üzrə 18.06.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “xxxx” Mənzil Tikinti Kooperativi üzvlüyünə qəbul barədə 03 avqust 2016-cı il tarixli 01 saylı protokolundan çıxarışdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 79/2012 saylı, 10 fevral 2016-cı il tarixli icra sənədini nəzərə alaraq, "xxxx" MTK üzvlərinin ümumi iclasının 23 aprel 2005-ci il tarixli 34 saylı protokolu qismən - Cavabdeh Sənlıan qızının payçı qəbul edilməsi hissəsində, o cümlədən həmin protokoldan çıxarış və 23 aprel 2005-ci il tarixli, 24 saylı maliyyə arayışı etibarsız hesab edilmiş, İddiaçı “xxxx” MTK üzvlüyünə qəbul edilmiş, Vətəndaş İddiaçı “xxxx” MTK-nın ünvan 5 ünvanında inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 1-ci giriş, 5-ci mərtəbəsində, ümumi sahəsi 66.5 kv.m olan 10 saylı mənzilə payçı qəbul edilmişdir. ƏMDKY DƏDRX-nin 12.08.2016-cı il tarixli məktubundan görünür ki, 25.12.2006- cı il tarixli, 016065 saylı orderə əsasən ünvan 3 ünvanı: ünvan 63-cü il tarixdə Cavabdeh adına ilkin qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nun 14.05.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, 12.03.2019- cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Həsən qızının cavabdehlər Cavabdeh, X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MTK-ya qarşı cavabdehlər Cavabdeh ilə X10 arasında bağlanmış 5 saylı DNK-nın 14.05.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Həsən qızının Bakı şəhəri, Yasamal rayonu, X9 küç. ev 22 10 saylı mənzilə mülkiyyət hüququnun tanınmaqla onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1927/2020 saylı, 10.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Həsən qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2415/2019 saylı, 12.03.2019-cu il tarixli qətnaməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə tələblərinin rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21., 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Başqa sözlə, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-79/2012 saylı, 10 fevral 2012-ci il tarixli qətnaməsinin qəbulundan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2016-cı il tarixli, 2(102)- 2602/2016 saylı qərarı qəbul edilən vaxta kimi iddiaçının Cavabdeh və qeyrilərinə qarşı “əqdin yalan əqd hesab edilməsinə, sərəncamın qismən etibarsız, orderin etibarsız hesab edilməsinə, iclas protokolunun qismən etibarsız və onun əsasında verilmiş iclas protokolundan çıxarışın etibarsız hesab edilməsinə və maliyyə arayışının iddiaçının adına verilməsi barədə” iddiası ilə bağlı çoxsaylı məhkəmə prosesləri olmuş, qərarlar qəbul edilmiş, son nəticədə İddiaçı iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2351/2012 saylı, 18 iyun 2012-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və 2016-cı ildə icraya yönəldilmişdir. Həmin işin icrası mərhələsində müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzili məhkəmə qərarına əsasən etibarsız hesab edilmiş order əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində öz adına rəsmiləşdirmiş və bundan sonra da X1. İşin materiallarından məlum olur ki, mərhum X3 birinci dərəcəli vərəsəsi olan İddiaçı “xxxx” MTK-ya payçı kimi qəbul edilməsi və mənzilə dair maliyyə arayışının İddiaçı adına verilməsinə dair hazırda qanuni qüvvəsini almış məhkəmə aktı olsa da, bununla bağlı məhkəmə çəkişmələri gedən dövrdə Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2012-ci il tarixli Qətnaməsinin ləğv edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə Azərbaycan Respublikası Ali məhkəməsinin 22 noyabr 2012-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 fevral 2015-ci il tarixli qərarı qəbul edilənə kimi qüvvədə olmuş, mübahisəli mənzil 04.05.2013-cü il tarixdən Cavabdeh adına qeydiyyata alınmış, o da mülkiyyət hüquqlarından istifadə edərək həmin mənzili 14.05.2013-cü il tarixdə 5 saylı Notariat Kontorunda təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən də X7 113025 manata satmışdır. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2415/2019 saylı, 12.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Həsən qızının cavabdehlər Cavabdeh, X10 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MTKya qarşı cavabdehlər Cavabdeh ilə X10 arasında bağlanmış 5 saylı DNK-nın 14.05.2013-cü il tarixli 4Ə-01-231 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı Həsən qızının Bakı şəhəri, Yasamal rayonu, X9 küç. ev 22 10 saylı mənzilə mülkiyyət hüququnun tanınmaqla onun adına yeni çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi, mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi tələblərinə dair iddiası rədd edilmişdir. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, qeyd olunan maddi hüquq normalarına görə hazırkı işdə də, cavabdehə münasibətdə zərərin ödənilməsi üçün əsaslar mövcuddur. Buna görə də, cavabdehin vurduğu zərərə görə 113025 manat məbləğidə pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırki iş üzrə iddiaçı 20000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb edir. Kollegiya hesab edir ki, 2000 manat məbləğində mənəvi zərərin müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, iddiaçı ona maddi zərər vurulması səbəbindən 20000 manat məbləğində mənəvi zərərə məruz qalmasını əsaslandıra bilməmiş və bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci intansiya məhkəməsinin 2000 manat məbləğində mənəvi zərər müəyyən etməsi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-815/2021 saylı, 05.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5014/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5014/2021
04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver