Məhkəmə qərarları › İş №2(103)-5016/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5016/2022

24.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5016/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə ("xxxx" MMC və Cavabdeh3 cavabdeh qismində cəlb edilmişdir) « zərərin ödənilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cəmi 4.628 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi müəyyən edilmiş, iddia cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və "xxxx" MMC-yə münasibətdə tam və Cavabdeh2 münasibətdə digər hissədə rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının verdiyi apellyasiya şikayəti dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Bundan sonra iddiaçı tərəfindən nöqsan aradan qaldırılaraq təkrar apellyasiya şikayəti və şikayət vermə müddətin bərpasına dair ərizə təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin eyni saylı, 10 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər (267.2). Mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 10 iyun 2022-ci il tarixli qərardadın (müddətin bərpa edilməsi barədə) nəticə hissəsində tərəflərə həmin qərardaddan 10 gün müddətində şikayət vermə hüququ izah olunmuşdur. Kollegiya iş materiallarına əsaslanaraq qeyd edir ki, qeyd edilən edilən qərardad (buraxılmış prosessual müddətin bərpa edilməsi barədə) yalnız iddiaçıya poçt vasitəsilə göndərilmiş, onun nümayəndəsi və vəkilinin isə elektron kabinetinə yerləşdirilmişdir. Cavabdehlərə isə ümumiyyətlə, qərardadın göndərilməsi və onlar tərəfindən şikayət vermə müddətinin gözlənilməsi iş materialları ilə müəyyən olunmur, yəni iş materiallarında qərardadın cavabdehlərə göndərilməsinə dair nə məktub, nə cavabdehlərin elektron kabinetinə yerləşdirmə, nə müvafiq poçt reyestri, nə də buna dair qəbzlər mövcuddur. Belə olan halda isə müəyyən olunur ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə riayət etməyərək qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırda qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə riayət edilməsi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-242/22 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlara riayət edilməsi üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar