Məhkəmə qərarları › İş №2(103)-5017/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5017/2022

28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5017/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin -2(006)-1966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bundan sonra elekton məhkəmə sistemindən məlum olmuşdur ki, həmin qətnamədən cavabdeh Maliyyə Nazirliyi də apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə vermişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili A.Layıc ayrılıqda hazırkı məsələni Kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5017/2022 saylı, xx.xx.2022-ci il tarixli apellyasiyanın mümkünlüyü qərardadı ləğv edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-1966/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Vüsalə Baxışova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar