Məhkəmə qərarları › İş №2(103)-5024/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5024/2024

05.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5024/2024 05.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1243/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1243/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ddiaçı İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh vəkili Vəkil2 tərəfindən elektron qaydada apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər (357.1). Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.1). “Elektron məhkəmə” informasiya sistemində və mülki iş materiallarında olan elektron qaydada verilmiş apellyasiya şikayətindən görünür ki, şikayət yalnız vəkil kimi Vəkil2 tərəfindən elektron qaydada imzalanmışdır. Lakin vəkilin qətnamədən şikayət vermək, şikayəti cavabdehin adından imzalanmasına dair müvafiq etibarnamə nə şikayətə əlavə edilmiş, nə də mülki iş materiallarında mövcuddur, şikayətə sadəcə cavabdehə qanunla müəyyən edilmiş qaydada hüquqi yardımın göstərilməsi ilə bağlı vəkil orderi əlavə edilmişdir. Bundan başqa kollegiya mülki işin materiallarını nəzərdən keçirərək həmçinin hesab edir ki, qətnamədən hazırki apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət çərçivəsində verilib-verilmədiyi məsələsi də açıq qalmışdır. Belə ki, mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamənin surəti xx.xx.2023-cü il tarixli məktubla cavabdehin ünvanına poçt vasitəsilə göndərilmiş, həmin məktuba dair poçt xəbərnaməsində isə «yoldaşı» yazılmaqla qətnamə 2023-cü ilin iyul ayında qəbul edilmişdir (i.v 99). Daha sonra cavabdeh Cəlal Seyidov ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni bugünədək almadığını, bu səbəbdən həmin qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış, xx.xx.2024-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti daxil olmuşdur. Mülki işdən göründüyü kimi qətnamə elan edildiyi gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh özü də məhkəmə prosesində iştirak etmiş, işin nəticəsi barədə məlumatlı olmuşdur. Hazırki iş materiallarından isə birinci instansiya məhkəməsinin cavabdehin müvafiq ünvanı üzrə göndərilmiş qətnamənin qəbul edilməsinə, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, cavabdehin 1 ildən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini yoxlaması müəyyən edilmir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qətnamədən apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və apellyasiya şikayəti vermə müddətinin ötürülməsinin yoxlanılması müəyyən edilmədiyindən şikayət qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 357, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1243/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar