Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5044/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaradıcılıq emalatxanasının açarlarının təhvil verilməsi və əşyaların emalatxanadan xaric edilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-3285/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Binəqədi rayonu, Ə.İsgəndərov küçəsi, 6-cı mikrorayon, məhəllə 3215, keçid 1410, 10A-da yerləşən 19 saylı yaradıcılıq emalatxanasının (qeyri-yaşayış sahəsinin) giriş qapısının açarları iddiaçıya təhvil verilsin, cavabdehin əşyaları emalatxanadan xaric edilsin və iddiaçının emalatxanaya olan hüquqları müdafiə olunsun. İddia onunla əsaslandırılıb ki, iddiaçıdan öncə emalatxanada onun qardaşı – cavabdeh yaşamışdır, lakin cavabdeh iki ildən artıqdır ki, emalatxanada yaşamır, emalatxana iddiaçıya məxsus olasa da giriş qapısının açarlarını əldə edə bilmir, emalatxanada cavabdehin az sayda əşyaları mövcuddur. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçının həmin emalatxanaya istifadə və sahiblik hüququnu həyata keçirməsinə maneə törədilməsi cavabdehə qadağan edilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, emalatxananın açarlarının itməsi səbəbindən onların cavabdehdə olmaması, həmçinin cavabdehə məxsus əşyaların ordan çıxarılması artıq emalatxananın cavabdehin faktiki sahibliyində və istifadəsində olmadığına dair dəlildir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Reyestr çıxarışından görünür ki, Binəqədi rayonu, Ə.İsgəndərov küçəsi, 6-cı mikrorayon, məhəllə 3215, keçid 1410, 10A-da yerləşən 19 saylı yaradıcılıq emalatxanası (qeyri-yaşayış sahəsi) iddiaçının mülkiyyətindədir, onun mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət reyestrində qeydə alınıb. Cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatdan görünür ki, əvvəllər emalatxanada yaşayıb və emalatxanada əşyaları olub, sonrdan emalatxanaya sahiblik və ondan istifadə ilə bağlı qardaşı (iddiaçı) ilə aralarında anlaşılmazlıq olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunub: “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər”. Məhkəmə hesab edir ki, iddiaçının həmin emalatxanaya istifadə və sahiblik hüququnu həyata keçirməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddianın əsasına, işin hallarına və həmin maddənin göstərişinə uyğundur. Odur ki, qətnamə mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(001)-3285/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5044/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5044/2025
26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver