Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5047/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin 2(001)-1352/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə, Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı və 60970/20xx-xx-617742 saylı müraciətinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18, Bakı şəhəri, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı qeyri-yaşayış sahəsinin (30), Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı qeyri-yaşayış sahəsinin (15), ünvan 1ndə yerləşən 18 saylı qeyriyaşayış sahəsi (673,4), Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 99 saylı qeyri-yaşayış sahəsi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı, 1,50 ha, 2,50 ha, 4,0 ha ehtiyat fondu torpaq sahələrinin müəyyənləşdirilməsi Cavabdeh MMCyə tapşırılmışdır. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, 18 saylı mənzilin qiyməti 66.000 manat, K.Kazımzadə küçəsi, ev 115,15 saylı mənzilin qiyməti 133.000 manat, Səbail rayonu, H.Seyidbəyli küçəsində yerləşən 18 saylı qeyri-yaşayış sahəsi 1.400.000 manat, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 99 saylı qeyri-yaşayış sahəsi 35.000 manat, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiyməti 5.000 manat, 1,50 ha - 30.000 manat, 2,50 ha - 50.000 manat, 4,0 ha ehtiyat fondu torpaq sahəsinin qiyməti isə 80.000 manat qiymətləndirilmişdir. Həmin qiymətləndirmə rəyi əsassız olduğu və əmlakın bilərəkdən aşağı qiymətləndirmək məqsədi daşıdığı üçün ləğv edilməlidir. Belə ki, Cavabdeh MMC tərəfindən göstərilən əmlaklar və torpaq sahələri və onun üzərində olan tikilinin qiymətləndirilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə əməl etməmişdir. Cavabdeh MMC-nin hazırladığı rəy çox primitiv olmaqla ümumi cümlələrdən ibarətdir. Bu hesabatda əmlakı qiymətləndirərkən hansı metod, üsul və vəzifələrdən istifadə edildiyi göstərilməmiş, qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakla bağlı sənədlərlə tanış olunmamış, əmlakın bazar qiyməti müəyyən edilərkən analoji əmlakların bzar qiymətləri təhlil edilməmiş və bilərəkdən mülkiyyətdən məhrum etmə ilə bağlı olan rəy tərtib edilmişdir. Belə ki, əmlaklar dəyərindən 2-3 dəfə aşağı dəyərləndirilmişdir. Yasamal rayonu, K.Kazımzadə küçəsi, təmirli mənzilin 1 kv.metri 2500- 3000 manat olduğu halda 800 manat dəyərində qiymətləndirilmişdir. “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında 165,8 kv.m. yaşayış sahəsi, 5 otaqlı, əla təmirli mənzil 133.000 manata təklif olunur. Eyni zamanda digər 2 otaqlı mənzil də elə qiymətləndirilmişdir. Həmçinin qeyri-yaşayış sahəsinin kv.m-i 200 manata dəyərləndirilmişdir. Sahibkarlıq üçün torpaq sahəsi Giləzi qəsəbəsində 30.000-32.000 manat dəyəri olduğu halda 20.000 manata qiymətləndirilmişdir. Cavabdeh MMC-nin rəyi isə sırf olaraq mülkiyyət hüququna yönəlmiş qanunsuz fəaliyyətdir. Bu səbəbdən həmin rəy ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli hesabatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddiaçıya məxsus daşınmaz əmlakların qiymətləndirilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli hesabatlarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamə İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Belə ki, tələbkara onun 610.000 manat, onun isə 320.000 manat borcu olmuşdur. Hal-hazırda ödənişlər davam edir, ona cəmi 130.000 manat borcu qalmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 11102/2019 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 1193/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərar alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatı ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/1 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı evin, 2 otaqlı, 18 saylı mənzilin dəyəri 66.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-64/2 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində 115 saylı binanın zirzəmisində yerləşən 30,0 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin dəyəri 24.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/3 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində 115 saylı binanın zirzəmisində yerləşən 15,0 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin dəyəri 12.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/4 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində 99 saylı binanın zirzəmisində yerləşən 114,0 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin dəyəri 35.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-64/5 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsində 23 saylı binada yerləşən 673,4 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin dəyəri 1.400.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-64/6 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyəri 5.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/7 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1,5 ha sahibkarlıq məqsədli torpaq sahəsinin dəyəri 30.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/8 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,5 ha sahibkarlıq məqsədli torpaq sahəsinin dəyəri 50.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/9 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 4,0 ha sahibkarlıq məqsədli torpaq sahəsinin dəyəri 80.000 manat qiymətləndirilmişdir. İş üzrə Cavabdeh MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli 19-064/10 saylı hesabata əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı evin, 4 otaqlı, 15 saylı mənzilin dəyəri 133.000 manat qiymətləndirilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 60970/2018-16\12/2425 saylı məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5062/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cəmi 1.220.000 manat pul vəsaiti ümumi birgə mülkiyyət kimi X4 ilə X5 arasında bərabər payda bölünməli, həmin pul vəsaitindən iddiaçının payına düşən 610.000 manat pul İddiaçı alınıb iddiaçı X3 verilməli, iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu İddiaçı alınıb X3 verilməli və iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. Səbail rayon Məhkəməsinin 8(009)- 473/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı qeyri-yaşayş sahəsinin (30), Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən 115 saylı qeyri-yaşayış sahəsinin (15), ünvan 1 ünvanında yerləşən 18 saylı qeyri-yaşayış sahəsi (673,4), Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanında yerləşən 99 saylı qeyri-yaşayış sahəsi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı, 1,50 ha, 2,50 ha, 4,0 ha ehtiyat fondu torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə uyğun olaraq İddiaçı məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı, 1,50 ha, 2,50 ha, 4,0 ha ehtiyat fondu torpaq sahələrinin açıq hərrac yolu ilə satılması təşkil edilməsi xahiş olunmuşdur. İş üzrə “X2 2” MMC-nin fərdi qadada fəaliyyət göstərən vəkil Bəhruz Bayramova ünvanlanmış xx.xx.2019-cu il tarixli QR 014 saylı qiymətləndirmə rəyindən görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1 ha torpaq sahəsinin x xxxx 3000-3200 manat olmaqla 1 h/a təxminən 30000-32000 manat civarındadır. Bakı şəhəri, Yasamal rayonu, Kazımzadə küçəsində yerləşən yeni yaşayış binasında təmirin keyfiyyətindən açılı olaraq mənzilin 1 kv.metri 2500-3000 manat, həmin ərazidə yerləşən zirzəminin 1 kv.metri qiymətinin ***-**** manat civarındadır. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın məzmununu müəyyən edən normalar mövcud olmadığından hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinin tələbləri əsasında hüquqi qiymət verilməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən Məhkəmə ekspertizasının rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri əks olunmalıdır. Qeyd edilən normanın qanunun analogiyası üzrə hazırkı mübahisəyə tətbiqi əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda da istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələrinin əks olunmasını ehtiva edir. Bundan başqa Mülki Prossesual Məcəllənin 101.6-cı maddəsində göstərilir ki, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Lakin Cavabdeh” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatından göründüyü kimi əmlakı qiymətləndirərkən hansı metod, üsul və vasitələrdən istifadə edildiyi göstərilməmiş və yuxarıda qeyd edilən əmlakların bazar qiyməti müəyyən edilərkən analoji əmlakların bazar qiymətləri təhlil edilməmişdir. Bundan başqa qiymətləndirilmə zamanı əmlakların konkret fərdi xüsusiyyətləri əks etdirilməmiş, bütün əmlaklara münasibətdə eyni parametrlərdən istifadə edilmiş və yalnız əmlakların ümumi sahələri və adları sadalanmaqla həmin əmlaklar bir-birindən fərqləndirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Cavabdeh MMC tərəfindən mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi Cavabdeh MMC tərəfindən daşınmaz əmlaklara qoyulan qiymətlərin real olmamasını, real bazar qiymətindən kifayət qədər aşağı həddə olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən bu dəlillər mülahizə xarakteri daşıyır və iddiaçı tərəfidən bunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, kassasiya məhkəməsinin göstərişləri əsasında mübahisə predmeti olan mənzillərin real satış (bazar) qiyməti barədə mütəxəssis rəyi alınması üçün ekspertiza təyin edilmiş və ““xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, № MB 13/1034 saylı qiymətləndirmə rəyindən görünür ki, əmlakların qiyməti aşağıdakı kimi müəyyən olunmuşdur:
1. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18-in (67.9 kv.m) hazırda mövcud satış (bazar) qiyməti 140000 manat və likvid dəyəri isə 126000 manat;
2. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15-in (165.8 kv.m) hazırda mövcud satış (bazar) qiyməti 350000 manat və likvid dəyəri 315000 manat;
3. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 40000 manat və likvid dəyəri 34000 manat;
4. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 25000 manat və likvid dəyəri 21300 manat;
5. İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti ******* manat və likvid dəyəri ******* manat;
6. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 57000 manat və likvid dəyəri 48400 manat;
7. İddiaçı məxsus olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hazırda mövcud satış (bazar) qiyməti 10000 manat və likvid dəyəri 8800 manat;
8. İddiaçı məxsus olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1,50 ha, 2,50 ha və 4,0 ha ehtiyat fondu (sahibkarlıq məqsədli) torpaq sahələrinin hazırda mövcud satış (bazar) qiyməti 64000 manat və likvid dəyəri 56300 manat təşkil edir. Kollegiya apelyasiya şikayətinin dəlilərini qismən haqlı hesab edərək qeyd edir ki, iddiaçı Cavabdeh MMC tərəfindən mülkiyyətində olan daşınmaz əmlakların qiymətləndirilməsinə dair hesabatların ləğv edilməsini tələb etməkdə qismən haqlı olmuşdur. Belə ki, iş üzrə təyin edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsi; Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyəri ilə Cavabdeh MMC tərəfindən verilmiş qiymətləndirilmə nəticələri arasında kəskin fərq mövcuddur. Kolegiya hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş qiymətləndirilmə nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatı sadalanan əmlaklara aid hissədə ləğv edilməlidir. Kollegiya eyni zamanda hesab edir ki, iddia tələbi İddiaçı məxsus olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 1,50 ha, 2,50 ha və 4,0 ha ehtiyat fondu (sahibkarlıq məqsədli) torpaq sahələrinin qiymətləndirilmə nəticələrinə aid hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, həmin əmlakın qiymətləndirilmə nəticəsi iş üzrə əsas sübut qismində tanınan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, № MB 13/1034 saylı qiymətləndirmə rəyi ilə müəyyən edilən qiymətdən çoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan “xxxx” Qiymətləndirmə Şirkətinin məktublarından göründüyü kimi, aparılmış tədqiqatının dəyəri 800 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş qiymətləndirmənin dəyərini təşkil edən 800 manat məbləğində pul İddiaçıdan tutularaq “xxxx” Qiymətləndirmə Şirkətinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsi və Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatı ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1411/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 18; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 115, mənzil 15; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 30.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 115 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 15.0 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi, 23 saylı binada yerləşən ümumi sahəsi 673.4 kv.m olan qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 99 saylı binanın zirzəmisində yerləşən ümumi sahəsi 114.0 kv.m olan qeyri-yaşayış sahəsi; Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh MMC tərəfindən verilmiş əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019- cu il tarixli hesabatı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MMCdən tutularaq İddiaçı qaytarılsın. Qiymətləndiricinin xidmət haqqı olan 800 manat pul İddiaçıdan tutularaq “xxxx” MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.