Məhkəmə qərarları › İş №2(103)-5057/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5057/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5057/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkil X2 iştirakı ilə, İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 cavabdehlər İddiaçı3-nin təsisçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)- 27/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 1.114.703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pulun İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun qismən ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsini; Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən – yəni özünə aid hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar apellyasiya şikayətlərini iddia ərizələrinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla həmçinin göstərmişlər ki, iddiaları qismən təmin edilməklə Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş hüquqları pozulmuş, məhkəmə ödənilməli olan pulu sadəcə Cavabdeh1 tutmaqla digər cavabdehlərə aid hissədə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, həmin hissədə işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətini belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, hüquqi məsələləri düzgün qiymətləndirməmiş, məhkəmə prosesi işdə iştirak edən tərəflərin bərabərliyinin pozulması şəraitində aparılmaqla sübutlara ədalət mühakiməsinin zəruri şərtlərinə uyğun qiymət verilməmiş, işin faktiki halları nəzərə alınmamış, təqdim edilən sübutların bəzilərinin nə üçün qəbul edilmədiyi qətnamədə öz əksini tapmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)- 8633/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-27/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin “Cavabdeh1 İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 xeyrinə 1.114.703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pul tutulması” hissəsində ləğv olunması, iddianın həmin hissədə də təmin edilməməsi, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətlərinin təmin olunmaması, qətnamənin onların mübahisələndirdikləri hissədə (yəni, iddianın Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilmədiyi hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə və yaxud iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6990/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər İddiaçı3” MMC-nin təsisçiləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş edən iddiaçıların səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı3-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 həmin MMC-nin təsisçisi Cavabdeh1, habelə Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1. 114.703 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda çoxmərtəbəli yaşayış binasının inşası ilə əlaqədar ərazinin tikinti üçün tam yararlı vəziyyətə gətirilməsinə görə 4 458 815,00 manat məbləğində investiya qoymuş, lakin təsisçi Cavabdeh1 payına düşən və onlara borclu olduğu 1 114.703 manat məbləğini ödəməmişdir. Cavabdeh1 təsisçilərə ödənilməli olan məbləği tələb etdikdə, o, bildirmişdir ki, Çin Respublikasından müxtəlif növ avadanlıqların gətirilməsi üçün həmin məbləği qardaşı Cavabdeh2 vermişdir. Lakin onlar 1 114 703 manat məbləğini onlara ödəməmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, İddiaçı3-nin təsisçiləri kimi onlar ünvan 1 saylı ünvanda Bakı ŞİH Başçısının 479 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda 220 nömrəli, xx.xx.2005ci il tarixli sərəncamla inşa edilmiş 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün investisiya qoymuşlar və xx xxxxxx 2016-cı il tarixdə investisiya qoyuluşuna aid öhdəlik təsdiq edilmişdir. Həmin öhdəliyə əsasən, 6 blok üzrə inşaat işinin gedişinə təsisçilər İddiaçı1 (təsis payı 50%) tərəfındən 2.460.000 ABŞ dolları, İddiaçı2 (təsis payı 25%) tərəfindən 615.000 ABŞ dolları və Cavabdeh1 (təsis payı 25%) tərəfındən 615.000 ABŞ dolları ödənilməli idi. İddiaçı1 tərəfindən 2.460.000 ABŞ dolları və İddiaçı2 tərəfindən 615.000 ABŞ dolları məbləğində investisiya sözügedən binaların inşasına qoyulmuş, lakin təsisçi Cavabdeh1 ödəməli olduğu 615.000 ABŞ dolları pulu ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh1 ödəməli olduğu 615.000 ABŞ dolları məbləğini tələb etdikdə, həmin məbləği Çin Respublikasından müxtəlif növ avadanlıqların gətirilməsi üçün qardaşı Cavabdeh2 verdiyini bildirmiş, bir müddət sonra isə qardaşı Cavabdeh2 onlara müraciət edərək 615.000 ABŞ dollarını qardaşından (Cavabdeh1) aldığını və adına olan daşınar və daşınmaz əmlakları qısa zaman ərzində sataraq ödəyəcəyini bildirmişdir. Lakin Şahbaz və Cavabdeh2lar keçən müddət ərzində ödənilməli olan 615.000 ABŞ dolları məbləğində pulu onlara ödəməmişlər. Sonuncu dəfə onlardan pulun ödənilməsi tələb edildikdə, əks təqdirdə Şahbazın təsisçilikdən çıxarılacağı bildirildikdə, Cavabdeh2 və Şahbazın arvadı Cavabdeh3 adlarına olan daşınmaz əmlakların çıxarışlarının surətini verərək, qısa zaman ərzində həmin əmlakları sataraq pulu ödəyəcəkləri barədə şifahi öhdəlik götürmüş, lakin keçən müddət ərzində üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri ümumiyyətlə yerinə yetirməkdən boyun qaçırmış,iddiaçılara məxsus digər əmlakları mənimsəmiş, mənimsədiyi əmlakları ailə üzvlərinin və yaxın qohumlarının adına keçirərək əsassız olaraq varlanmışdır. Onun təsisçilərin etibarından suiistifadə edərək törətdiyi əməllər nəticəsində iddiaçılara külli miqdarda maddi ziyan dəymişdir. Halbuki, yaradılmış cəmiyyətin məqsədi təsisçilərin gəlirlərinin artırılmasına yönəldilmişdir. Dəfələrlə cavabdehlərdən üzərlərinə düşən öhdəlikləri tam icra etmələrini tələb etsələr də, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən boyun qaçırmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı3 iddiaçılar İddiaçı1 və İddiaçı2, habelə Cavabdeh1 təsisçiliyi ilə xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və cəmiyyətin nizamnamə kapitalı 50% pay hüququ ilə İddiaçı1, 25% pay hüququ ilə İddiaçı2, 25% pay hüququ ilə Cavabdeh1 məxsusdur. İş materiallarında olan və iddiaçlarının iddia tələbinin faktiki əsası kimi istinad etdikləri “... İddiaçı3-nin ünvan 1 saylı ünvanında Bakı ŞİH Başçısının 479 nömrəli, xx.xx.2002-ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda 220 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı ilə inşa etdiyi 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” adlanan xx xxxxxx 2016-cı il tarixli sənədə əsasən, 6 blok üzrə aidiyyatı üzrə inşaat işinin gedişinə ödənilən ümumi xərclər manatla 1.920.000 manat, dollarla 2.460.000 ABŞ dolları (1 920 000 : 0,78 = 2 460 000) təşkil edir və cəmiyyətin təsisçisi İddiaçı1 təsisçi payına uyğun olaraq 1.230.000 ABŞ dolları, cəmiyyətin təsisçiləri İddiaçı2 və Cavabdeh1 isə təsisçi payına uyğun olaraq hər birinə 615.000 ABŞ dolları ödəməlidirlər; İddiaçı1 tərəfindən 1.230.000 ABŞ dolları, İddiaçı2 tərəfindən 615.000 ABŞ dolları ödənilmiş, Cavabdeh1 isə 615.000 ABŞ dollarını ödəməmiş və digər təsisçilərə həmin məbləğdə borcu qalmışdır”. Sözügedən sənəd ilk iki təsisçi (iddiaçılar) tərəfindən imzalansa da, sonuncu onu imzalamamışdır. İş materiallarına əlavə edilmiş “Azər-Ekspert-M” X1 xx xxxxxx 2017-ci il tarixli rəyində “Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 16 saylı ünvanda yerləşən yaşayış və qeyriyaşayış sahələrinin sahiblərinə əmlakın dəyəri ödənildikdən sonra təmizlənərək 2 ədəd, 4 girişli, yüksəkmərtəbəli bina tikintisi üçün tam yaralı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi məbləğinin 4.458.815 (dörd milyon dörd yüz əlli səkkiz min səkkiz yüz on beş) manat kimi – o cümlədən köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma (anlaşma) yolu ilə tam ödənilmiş və ümumi məbləğin – 1.211.600 (bir milyon iki yüz on bir min altı yüz) manat, ümumi tikintiyə çəkilən xərcin – 3.247.215 manat müəyyən edildiyi” qeyd edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuş, ekspert 28384 saylı, xx xxxxxx 2018-ci il tarixli rəyində “...“Azər-Ekspert-M” X1 rəyinə və rəyə əlavə olunmuş sənədlərə əsasən ünvan 5 saylı ünvanda yerləşən İddiaçı3-yə məxsus ərazidə yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək 2 ədəd 4 girişli, yüksək mərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi dəyərinin 3.247.215 manat məbləğində olduğunun müəyyən edildiyi, İddiaçı3-yə məxsus ərazidə köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin müəyyənləşdirilməsi tələbi ilə bağlı “Azər-Ekspert-M” X1 rəyində, İddiaçı3-yə məxsus ünvan 6 saylı ünvanda köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin 1.211.600 manat məbləğində olduğunun göstərildiyi” qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “...yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün təsisçilər tərəfindən investisiya qoyuluşuna aid öhdəliklərin təsdiqi” barədə xx xxxxxx 2016-cı il tarixli sənədə, həmçinin ekspert rəylərinə əsaslanmaqla Cavabdeh1 iddiaçılar qarşısında təsisçi payına uyğun formada öhdəlik götürdüyünü, ümumiyyətlə onun qoyulan və qoyulmalı olan investiyalarda təsisçi payı həddində iştirak etmək vəzifəsi daşıdığını, lakin bu öhdəliklərini yerinə yetirmədiyini vurğulamış, həmin rəylərlə ünvan 5 saylı ünvanda yerləşən ərazinin yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək oranın yüksəkmərtəbəli bina tikintisi üçün tam yaralı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi məbləğinin 4.458.815 (dörd milyon dörd yüz əlli səkkiz min səkkiz yüz on beş) manat məbləğində hesablandığını nəzərə alaraq düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert Mərkəzinin xx xxxxxx 2018ci il tarixli, 28384 №-li ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd olunmuşdur:“Rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan “Azər-Ekspert-M” X1 rəyinə və rəyə əlavə olunmuş sənədlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 16 saylı ünvanda yerləşən İddiaçı3-yə məxsus ərazidə yaşayış və qeyri-yaşayış sahələrindən təmizlənərək 2 ədəd, 4 girişli, yüksək mərtəbəli bina tikintisi üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin ümumi dəyərinin 3247215,0 manat məbləğində olduğu müəyyən edilir. İddiaçı3-yə məxsus ərazidə köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin müəyyənləşdirilməsi tələbi ilə bağlı, “AzərEkspert-M” X1 rəyində, İddiaçı3-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 16 saylı ünvanda köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə tam ödənilmiş xərclərin dəyərinin 1211600,0 manat məbləğində olduğu göstərilmişdir. Lakin tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının və s. daşınmaz obyektlərin bazar qiymətləri ilə dəyərinin müyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan, mərkəzdə bu suallar üzrə ekspertiza tədqiqatı aparılmır”. İddiaçıların iddia tələbi isə binalar tikilənədək iddiaçılar tərəfindən çəkilən xərclərlə bağlıdır. Yəni, hazırkı iddia ərizəsinin verilməsinə əsas ünvan 5 saylı ünvanda yerləşən köhnə tikililərin sahiblərinə qarşılıqlı razılaşma yolu ilə ödənilmiş xərclərlə bağlı iştirakdan İddiaçı3-nin təsisçisi olan Cavabdeh1 sonradan imtina etməsi olmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsində həmin xərclərin çəkildiyini, lakin xərclərin məbləğini mübahisələndirdiyini bildirmişdir. Belə ki, Cavabdeh1 təkrar məhkəmə mühəndis-texniki ekspertizası keçirilməsi barədə xx.xx.2018-ci il tarixli vəsatətində bununla əlaqədar aşağıdakıları qeyd etmişdir:”...2007-ci ildəki orta bazar qiymətləri nəzərə alınmaqla ünvan 5 saylı ünvanının yaşayış və qeyriyaşayış sahələrindən təmizlənərək çoxmərtəbəli binanın inşası üçün tam yararlı vəziyyətə gətirilməsinə çəkilən xərclərin obyektiv ümumi məbləği müəyyən edilsin...” İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı3-nin təsisçiləri, İddiaçı1 və Məmmədo 4 İlham Almas oğlu ünvan 7 saylı ünvanda Bakı ŞİH Başçısının 479 nömrəli 31,07.2002-ci il tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və Nərimano rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanda 220 xx.xx.2005-ci il tarixli sərəncamı ilə inşa edilmiş 2 ədəd 4 bloklu, ümumilikdə 6 bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün investisiya qoymuşlar və xx xxxxxx 2016-cı il tarixdə investisiya qoyuluşuna aid öhdəlik təsdi edilmişdir. Həmin öhdəliyə əsasən, 6 blok üzrə aidiyyət üzrə inşaat işinin gedişinə təsisçilər X6 (təs.payı 50%) tərəfindən 2 460 000 ABŞ dolları, İddiaçı2 oğ (təs.payı 25%) tərəfindən 615 000 ABŞ dolları və Cavabdeh1 (təs.payı 25°/ tərəfindən 615 000 ABŞ dolları ödənilməli idi. İddiaçılar sonradan investiya məbləğinin azərbaycan manatı ilə ifadə edərək onı 4 458 815,00 manat olmasını, lakin təsisçi Cavabdeh1 üzərinə düşən məbləğ 1 114 703 manat olmasını göstərərək onun üzərinə götürdüyü öhdəliyi icra etməməsini idd edərək həmin məbləği ondan və digər cavabdehlər olan qardaşı Cavabdeh2 və arvadı Cavabdeh3 müştərək qaydada tutulmasını iddia etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə investisiya qoyuluşuna aid öhdəlik təsdiq edilməsinə dair sənəddə Cavabdeh1 imzası olmasa da, bu tərəflər arasında yaranmış mübahisəli məqamlarla bağlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, İddiaçı3-nin təsisçiləri, təsisçiləri İddiaçı1 (təs.payı 50%), İddiaçı2 (təs.payı 25%) və Cavabdeh1 Qs oğlu (təs.payı 25%) uzun müddət iş birliyində olaraq fəaliyyətləri dövründə qəbul etdikləri bütün qərarları birgə qəbul etmiş, müvafiq sənədləri də imzalamışlar. Bununla bağlı təsisçilər arasında Bakı şəhər icra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 220 saylı 20.11 2008-ci il tarixli 614 sa sərəncamlarına, Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.04.007-ci il tarixli 07/79 saylı, xx.xx.2008-ci il tarixli 08/208 saylı torpaq sahələrinin ay aktlarına və 2007-ci il tarixli 258-1-EL situasiya planına əsasən Nərimanov rayonu, 933 Sc məhəllədə Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanla M Əlizadə küçəsi 17 saylı binasının ərazi boş qalan torpaq sahəsinə şəhərsalma prinsiplərinə uyğun olaqaq yerləşdirilmə məsələsi müzakirəsi ilə bağlı xx xxx 2013-cü il tarixdə 01 saylı, Nərimanov rayonu, 933 saylı məhəllədə Y.V.Çəmənzəminli küçəsi 16 saylı ünvanla M.Əlizadə küçəsi 17 saylı ünvanda Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 220 saylı xx.xx.2008-ci il tarixli 614 saylı sərəncamları Bakı şəhəri, İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.04.007-ci il tarixli 07/79 saylı, xx.xx.2008-ci il tarixli 08/208 saylı torpaq sahələrinin ayrıc aktlarına və 2007-ci il taı 258-1-EL situasiya planına əsasən İddiaçı3-nin təsisçiləri ilə inşaat qrupunun rəht X3 arasında imlanmış bölgü haqda razılaşmaya uyğun ola “İddiaçı3" MMC-nin təsisçilərinə məxsus olan 50% hissəsinin, yəni ümumi faydalı sahə 1593.5 kv.m qeyri-yaşayış sahəsinin təsisçilər arasında bölünməsi məsələsinin müzakirəsi barədə xx.xx.2014-cü il tarixdə 04 saylı; qeyd edilən ünvanda ortaqlıq paylarına uyğun olaraq təsisçilərə düşən 5 ədəd mənzilinin təsisçi İddiaçı1 təsisçi payına uyğun olaraq ona və digər vətəndaşlara ayrılması barədə məsələnin müzakirəsi ilə bağlı xx.xx.2014-cü il tarixli 05 və 06 saylı; "İddiaçı3” MMC-i tərəfindən ünvan 10 saylı ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən "İddiaçı3” MMC-nin Cavabdeh1 öz payına düşən 19-cu mərtəbə 50 saylı mənzilin həyat yoldaşı Cavabdeh3 verilməsinə dair xx.xx.2015-ci il tarixdə 001/AZ saylı müqavilələr imzalanmışdır. İş materiallarından görünür ki, 2016-cı ildə təsisçilər arasında Nəsimi rayon məhkəməsində qarşılıqlı iddialar ilə bağlı məhkəmə çəkişmələri baş vermiş, iddiaçılar “İddiaçı3" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 digər təsisçi Cavabdeh1 sözügedən MMC-nin və digər təsisçisi olduğu şirkətlərin nizamnamə kapitalı ve təsisçilyindən çıxarılmasına, Cavabdeh1 İddiaçı2 ve “İddiaçı3" MMC-yə qarşı «hərəkətin qanunsuz hesab edilməsi» tələbinə dair iddialar ilə müraciə' etmişlər. Göründüyü kimi, təsisçi Cavabdeh1 tərəfindən 2016-cı ildən etibarər təsisçi kimi üzərinə düşən vəzifə və öhdəliklər yerinə yetirilmədiyi üçün tərəflər arasında narazılıq yaranmasına gətirib çıxartmış və “İddiaçı3" MMC-nin təsisçiləri İddiaçı1 və İddiaçı2 digər təsisçinin yerinə yetirmədiyi öhdəliyin qarşılığında yaranmı; borcun təsdiqi olaraq xx xxxxxx 2016-cı il tarixli sənədi tərtib və təsdiq etmişlər. İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh1 sözügedən xx xxxxxx 2016-cı il tarixlisənəddə imzası olmaması kimi dəlilinə hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, sözügedən sənədiı tərtibatında Cavabdeh1 iştirak etməsə də və onun imzası olmasa da bu yuxarıda qeyd edildiyi kimi, təsisçilər arasında yaranmış mübahisəli vəziyyətlə əlaqədar olmuş və bu iştirak və imza olmaması faktı cavabdehi iddiaçılar qarşısında təsisçi payına uyğun formada götürdüyü öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Bundan əlavə, məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi əgər onun həqiqətə də iddia olunan məbləğdə borcunun olduğu halda ünvan 11 ünvanınd inşa edilmiş 1 Ns-li 2 bloklu yaşayış binasındakı 796,75 kv.m. və M.Əlizadə küçəsi 17 ünvanınd inşa edilmiş, 2 №-li 2 bloklu yaşayış binasında 796,75 kv.m, ümumilkdə İddiaçı3-ni mülkiyyətində olan 3187,0 kv.m qeyri yaşayış sahəsinin 50%-i yəni 1593,5 kv.m təsisçilər arasında ümumilkdə 398,75 və 34,75 kv.m pay verilməyərək borcundan çıxılması, öz payına düşən 19-cu mərtəbədə yerləşən 50 saylı mənzil onun istəyi ilə həyat yoldaşı Cavabdeh3 verilməyəre onun payına düşən əmlak borcdan çıxılması, “İddiaçı3" MMC tərəfindən inşa edilmiş ünvan 12 saylı ünvanda və ünvan 13 saylı ünvanda yerləşən 4 bloklu çoxmərtəbəli yaşayış binasının tikintisinə “İddiaçı3" MMC tərəfindən investisya qoyulmaması kimi dəlillərinə də qiymət verərək hesab ec ki, cavabdehin iddiaçılara borcu olması faktı sonuncular tərəfindən üzərlərinə götürülən öhdəlik vəzifələrin tam və vaxtında yerinə yetirməməsi üçün əsas deyildir. İş materiallarından görünür cavabdeh sadalanan hallar üzrə öz təsis payını götürsə də, faktiki olaraq ünvan 14 saylı ünvanda Bakı ŞİH Başçısının 479 nömrəli xx.xx.2002-c tarixli sərəncamı ilə 2 blok əvəzi 1 ədəd və Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 16 saylıünvanda 220 №li, xx.xx.2005-ci il tarixli sərəncamı ilə inşa edilmiş 2 ədəd 4 bloklu, ümumilikdə bloklu yüksəkmərtəbəli yaşayış binalarının inşası üçün investisiya qoyulmasında iştirak etmədiyi üçün iddiaçılar özləri tərəfindən qoyulan investiya məbləğinin məhz onun təsis payı həddində iddia tələbi qaldırmışlar. "İddiaçı3” MMC-nin Nizamnaməsinin 10.5-ci maddəsinə əsasən bütün vergilər və büdcə ödənişlər ödənildikdən sonra yerdə qalan təmiz gəlirin təsisçilər arasında bölünməsi onlaı Cəmiyyətin nizamnamə kapitalındakı paylarına mütənasib olaraq həyata keçirilir. Beləliklə də məhkəmə hesab edir ki, Cavabdeh1 təsisçi kimi əldəedilən gəlirlərin bölünməsində təsis payı həddində iştirak etdiyi kimi, bu gəlirlərin əldə edılməsi üçün qoyulan və qoyulmalı olan investiyalarda da mülki hüquq münasibətinin subyekti kimi həmin həddə iştirak etmək kimi vəzifə daşıyıcısı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməye borcludurlar. Məhkəmə Cavabdeh1 iddiaya olan etirazının əsası kim istinad etdiyi dəlillərinə qiymət verməkdə davam edərək onun təsisçi kimi üzərinə düşən öhdəliklər yerinə yetirməməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyar vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifad? edilməsinə yol verilmir.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdar yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasər hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrin də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətir müəyyən etməkdən ibarətdir Eləcə də məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquc dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanur əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanur əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsi: (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cuil tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar