Məhkəmə qərarları › İş №2(103)-5057/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5057/2025

13.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5057/2025 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh İslam oğlunun və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslam oğluna qarşı qarajın köçürülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ##.##.2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2006-cı il tarixdə vəfat etmiş X5 vərəsəsi Bakı şəhəri, Ələsgər Ələkbərov küçəsi **a nömrəli binanın ** nömrəli mənzilində yaşayan oğlu İddiaçıdur. Şəhadətnamə verilən miras ünvan 1, ** nömrəli mənzildən ibarətdir. Oktyabr rayon X4 İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, */** nömrəli qərarından görünür ki, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 18a, mənzil 19 ünvanında yaşayan T.S.Hüseynovaya yaşayış yerinin yaxınlığında müvəqqəti olaraq(временный) metal qaraj quraşdırılması üçün icazə verilmişdir. Qərara plan-sxem əlavə edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ## #### 1992-ci il tarixli, ***/* nömrəli sərəncamı ilə Cavabdeh İslam oğluna yaşadığı Məmməd Rahim küçəsi, ev 20 ünvanı yaxınlığında qaraj yerləşdirilməsinə icazə verilmişdir. ##.##.2007-ci il tarixdə verilmiş texniki pasportdan görünür ki, Cavabdeh İslam oğluna məxsus texniki pasporta göstərilən qarajın yeri Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti olaraq göstərilmişdir. ##.##.2024-cü il tarixdə verilmiş 04/506 invertar nömrəli texniki pasportdan görünür ki, Cavabdeh İslam oğluna məxsus texniki pasporta göstərilən qaraj Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın yaxınlığındadır. Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında yerləşən 19,2 kv.m-lik sahə qaraj olaraq istifadə üçün Cavabdeh İslam oğlunun istifadəsinə verilmişdir. İddiaçı hazırda həmin sahədə quraşdırılmış qarajın köçürülməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında binanın qarşısında yerləşdirilmiş Cavabdeh İslam oğlunun istifadəsində olan qarajın onun tərəfindən köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X5 məxsus ünvan 2 ünvanında binanın qarşısında yerləşən qaraj yeri zəbt edilərək yerinə başqa qaraj yerləşdirilmişdir. Üzərinə 02/0358 nömrə qoyulmuşdur. Həmin qarajın kimə məxsus olması barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş cavaba əsasən həmin qarajın qeydiyyatı barədə heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 2 ünvanında binanın qarşısında yerləşdirilmiş Cavabdeh İslam oğlunun istifadəsində olan qarajın Cavabdeh İslam oğlu tərəfindən köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, Oktyabr rayon X4 İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, */** nömrəli qərarı ilə X5 Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 18a ünvanı üzrə, binanın yaxınlığında 3x6 metr sahəli metal qaraj quraşdırılması üçün icazə verilmişdir. İddiaçı İddiaçı isə Təhminə Hüseynovanın vərəsəsi olmuşdur. Bunu iş materiallarına əlavə edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edir. Mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM 1151.1). İddia tələbi isə əsaslıdır. Belə ki, qaraj üçün nəzərdə tutulmuş ərazidə cavabdeh tərəfindən qaraj quraşdırıldığı, qarajın onun istifadəsində olduğu ilə mübahisəsiz olaraq müəyyən olunmuşdur. Cavabdehin həmin ərazi üzrə yerləşdirilmiş qaraja dair hüquqlarının mövcudluğu isə öz təsdiqini tapmır. Mübahisəli qaraj yeri Ələskər Ələkbərov küçəsində yerləşir. Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim edilən hər iki texniki pasportda isə ona məxsus qarajın yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti göstərilmişdir. Məhkəmə tərəfindən texniki pasportda göstərilən, ünvanı M.Rahim küçəsi olaraq müəyyən edilmiş qarajın yerinin iddiaçıya məxsus Ə.Ələkbərov küçəsində yerləşən qaraj yeri ilə üst-üstə düşə bilməsinin mümkünlüyü barədə sorğu ünvanlanmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavabda göstərilmişdir ki, sorğuda qeyd olunan qaraj dəmir qarajdır (qapısı digər şəxs tərəfindən bağlıdır). Cavabdeh İslam oğluna məxsus texniki pasportda göstərilən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi **a nömrəli binanın yaxınlığında olan dəmir qarajın yanındadır. Göründüyü kimi, məhkəmə sorğusuna verilən cavabla cavabdehə məxsus texniki pasportda göstərilən qarajın sorğuda qeyd olunan iddiaçıya məxsus dəmir qarajın yanında olması, yəni həmin qarajla üst-üstə düşməməsi təsdiq olunur. Sorğuda iddiaçıya məxsus qarajın qapısının digər şəxs tərəfindən bağlı olduğu qeyd olunur, məhkəmə tərəfindən yerli müayinə zamanı isə qarajın qapılarının açarının cavabdehdə olması, yəni qarajdan faktiki olaraq cavabdehin istifadə etməsi müəyyən edilmişdir. Odur ki, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək növündə iddianın təmin olunması üçün bütün zəruri şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarə tərəfindən verilmiş ##.##.2007-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu ilə qarajın yeri öz təsdiqini tapır. Sonradan, Cavabdeh dəqiqləşmələr və mübahisələrin tam aradan qaldırması məqsədi ilə yeni tələblərə uyğun Texniki Pasport almaq üçün Əmlak Komitəsinin müvafiq qurumuna müraciət etmişdir və ##.##.2024-cü il tarixli Texniki Pasport almışdır. X2 iş materiallarına əlavə edilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, tərtib olunma tarixi ##.##.2024-cü il, inventar nömrəsi 04/506 28.12.24 olan X7, Hüquq subyekti: Cavabdeh İslam oğlu). Nəzərə alınmalıdır ki, hər iki texniki pasport Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın yaxınlığında yerləşən bir qaraj üçün verilmişdir və hazırda qüvvədə olanı ##.##.2024-cü il tarixli Texniki Pasportdur. ##.##.2007-ci il tarixli Texniki Pasportun birinci səhifəsində Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti səhvən göstərilsə də, qaraj Texniki Pasportun ayrılmaz hissəsi olan situasiya planında açıq aydın Ələsgər Ələkbərov küçəsi, 507/511-ci məhəllə göstərilir. Belə ki, ərazidə yan-yana bitişik iki qaraj və əsaslı tikinti olan rayon elektrik yarımstansiyası tikilisi var. Cavabdeh qarajının sağında bitişik nəhəng (6 metr eni, 7 metr hündürlüyü bə 15 metr uzunluğu) 1970-ci illərdə inşa olunmuş aqlay daşı ilə üzlənmış əsaslı tikinti olan “Azərişıq”ın Rayon Paylayıcı Qurğusu solunda bitişik digər şəxsə məxsus dəmir qaraj var (şəkillər əlavə olunur). Həmin məhəllə M.Rahim küçəsi, ** nömrəli binanın 50 metr qonşuluğundadır. Xüsusi olaraq qeyd olunmalıdır ki, Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli 170/1 nömərli Sərəncamında da M.Rahim küçəsi 20-li evin sakini Cavabdeh İslam oğlunun şəxsi minik avtomobilini saxlamaq üçün metal qaraj yerləşdirilməsinə icazə də vətəndaş Cavabdeh yaşadığı evin yaxınlığında metal qarajın yerləşdirilməsinə icazə verilmişdir. Göründüyü kimi, nə qədər ki X7 qüvvədədir X2la müəyyən edilmiş məzmun, məlumatlar birtərəfli qaydada ləğv oluna və ya onun məzmununun həqiqliyi və tamlığı şübhə altına alına bilməz. Məhkəmə Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərini kobud pozmuş, faktiki olaraq reyestr saxlayanın hüquqlarını mənimsəyərək qarajın Texniki Pasportda göstərilən ünvanda və yerdə olmasını təkzib etmişdir. Nəticədə Məhkəmə qətnamədə istinad olunan Mülki Məcəllənin 139.1, 139.3, 139.4, 152.1, 153.4-cü maddələrini düzgün tətbiq edə bilməmiş və eyni zamanda Mülki Məcəllənin 5.3, 139.3, 140-cı maddələri isə ümumiyyətlə mövcud münasibətlərə tətbiq etməmiş, iş üzrə cavabdeh Cavabdeh mülkiyyət hüququnu pozmaqla qətnamə qəbul etmişdir. Daha bir əsaslı pozuntu Qətnamənin 28-ci bəndi ilə bağlıdır: “Mübahisəli qaraj yeri Ələskər Ələkbərov küçəsində yerləşir. Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim edilən hər iki texniki pasportda isə ona məxsus qarajın yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti göstərilmişdir.” Halbuki, iş materiallarında olan cavabdeh Cavabdeh İslam oğluna məxsus ##.##.2024-cü il tarixli Texniki Pasportda qarajın ünvanı olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** saylı binanın yaxınlığında göstərilmişdir. Aşkardır ki, “** saylı binanın yaxınlığında” və “** nömrəli binanın həyəti” fərqli ünvanlardır. Və ilk baxışdan belə təəssürat yarana bilər ki, qətnamədə bu cür göstərilməsi təsadüfdür. Lakin, X2un tərkib hissəsini təşkil edən situasiya planına baxdıqda qarajın yerinin məhz Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** saylı binanın yaxınlığında, situasiya planında ştrixlə işarələnmiş düzbucaqlı olması müəyyən olunur. Belə alınır ki, Məhkəmə Texniki Pasportda göstərilən ünvanı təhrif etmiş və ardı ilə situasiya planına istinad etmədən nəticə çıxarmışdır. Bir faktın təhrif edilməsi, digər faktın (situasiya planı) isə nəzərə alınmaması Məhkəmənin tərəflərin bərabərlik prinsipini pozmaqla, iddiaçı tərəfə birtərəfli üstünlüklər yaratmaqla yekun nəticəyə gəlmək üçün “əsas” olmuşdur. Texniki Pasportun təkib hissəsi olan Birinci situasiya planında cavabdehə məxsus qaraj ştrixlənmış xətlərlə, ikinci texniki pasportda qaralanmış vəziyyətdə göstərilmişdir. Hər iki sxemdən görünür ki, iki qaraj (balaca düzbucaqlılıar) (Cavabdeh qarajı işarələnmişdir) bitişik vəziyyətdə yan yana, böyük düzbucaqlı isə (nəhəng 6 metr eni, 7 metr hündürlüyü və 15 metr uzunluğu) 1970-ci illərdə inşa olunmuş aqlay daşı ilə üzlənmış əsaslı tikinti olan “Azərişıq”ın Rayon Paylayıcı Qurğusu Cavabdeh məxsus qaraja bitişikdir. Situasiya planında göstərilənlər məhkəmə tərəfindən hakimin işitirakı ilə keçirilən yerli baxış zamanı yerində eyniliklə müşahidə olunmuşdur. Bu açıq-aşkar yanlışlığın səhvən edilməsinə ümid qala bilərdi. Lakin bu cür yanlışlıqlarla məhkəmə cavabdehin hüquqlarını pozan, onu mülkiyyət hüququndan mərhum edən qətnamə çıxarmışdır. Daha sonra qətnamənin 4-cü bəndində göstərilmişdir ki, Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli müqavilədən görünür ki, ünvan 3 ünvanında yerləşən 19,2 kv.m-lik sahə qaraj olaraq istifadə üçün Cavabdeh İslam oğlunun istifadəsinə verilmişdir. Bununla məhkəmə belə bir təəssürat yaratmağa cəhd etmişdir ki, guya Cavabdeh qaraja olan hüququ 2004-cü ildən yaranmışdır. Halbuki, iş materiallarında Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ***/* nömrəli M.Rahim küçəsi ** nömrəli evin sakini Qurabanov Qalib İslam oğlunun şəxsi minik avtomobilini saxlamaq üçün metal qaraj yerləşdirilməsinə icazə verilməsi haqqında Sərəncam vardır. Beləliklə görünür ki, cavabdeh Cavabdeh qaraj yerləşdirməyə hüququ və həmin qarajın yerləşdirilməsi 1992-ci ildəndir. Məhkəmə göstərdiyi 2004-cü il tarixindən 12 (on iki) il əvvəl. X6 2007-ci ildə alınmışdır. Göstərilənlər Məhkəmənin sübutlara birtərəfli yanaşmasına dəlalət edir. Daha sonra, Məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktuba istinad etmişdir (Qətnamənin 3-cü bəndi). Həmin məktubda ünvan 1 ünvanında yerləşən qarajın qeydiyyatı barədə məlumatın olmaması bildirilmişdir. Məhkəmə tərəfindən bu məlumata o əsasla istinad etməyə lüzum yox idi ki, Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ##### 2025-ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh Cavabdeh məxsus qarajın mövcudluğu öz təsdiqini tapmışdır. İş materiallarından bəllidir ki, cavabdeh Cavabdeh məxsus 1 qaraj mövcuddur, yəni Cavabdeh ikinci hər hansı qarajı yoxdur. Texniki Pasportun qüvvədə olması məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan da bəllidir. Belə olan halda * saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubun işin həqiqi hallarına zidd olması hələ məhkəmə prosesi gedişində aşkar idi və hətta iddiaçı tərəfindən belə etiraf olunmuşdu (iddiaçının “belə cavab veriblər” ifadəsi ilə). Hesab edir ki, bu hal da cavabdehin prosessual hüquq normaları ilə qorunan hüquqlarının, qərəzsiz, işin hərtərəfli araşdırılması, ədalətli məhkəmə aparılması prinsiplərinin pozulmasıdır. İşin faktiki hallarının təhrif olunması aşağıdakılarla da təsdiq olunur. Belə ki, Qətnamənin 10-cu bəndində göstərilmişdir ki, “Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə bir neçə yanaşı qaraj mövcuddur. İddiaçı tərəfin qeyd etdiyi qarajın kənarları mişar daşı ilə inşa edilmiş qonşu qarajlara bitişikdir. Qarajın qapısı və tavanı metal konstruksiyadan ibarət olmaqla qara rənglə rənglənmişdir. Qarajın açarı Cavabdeh İslam oğlunda olmuş, müayinə zamanı qarajın qapıları onun tərəfindən açılmışdır. Məhkəmə tərəfindən qarajın yerləşdiyi ətraf ərazilərə diqqət yetirildikdə divardakı lövhələrdən məlum olmuşdur ki, həmin ərazi Ələsgər Ələkbərov küçəsidir.” (Qətnamə, bənd 10) Qətnamədə göstərilən “mübahisəli ərazidə bir neçə yanaşı qaraj mövcud” olması işin həqiqi hallarına uyğun deyil. Belə ki, yerli baxış keçirilən ərazidə yan-yana bitişik iki qaraj və əsaslı tikinti olan rayon elektrik yarımstansiyası tikilisi var. İki qaraj (balaca düzbucaqlılıar) (Cavabdeh qarajı işarələnmişdir) bitişik vəziyyətdə yan-yana, böyük düzbucaqlı isə (nəhəng 6 metr eni, 7 metr hündürlüyü və 15 metr uzunluğu) 1970-ci illərdə inşa olunmuş aqlay daşı ilə üzlənmış əsaslı tikinti olan “Azərişıq”ın Rayon Paylayıcı Qurğusu Cavabdeh məxsus qaraja bitişikdir. (şəkillər əlavə olunur). Məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsinə unvanlanmış sorğuya ##.##.2025-ci il tarixli cavaba istinad edilərək göstərilmişdir ki, “Göründüyü kimi, məhkəmə sorğusuna verilən cavabla cavabdehə məxsus texniki pasportda göstərilən qarajın sorğuda qeyd olunan iddiaçıya məxsus dəmir qarajın yanında olması, yəni həmin qarajla üst-üstə düşməməsi təsdiq olunur.” (Qətnamənin 30-cu bəndi) Reestr Xidmətinin cavabının bu cür şərh olunması işin həqiqi hallarına uyğun deyil. Belə ki, bu şərh yerli baxışın nəticələri ilə uyğunsuzluq təşkil edir. Məhkəmə yerli baxışı zamanı iki qarajın yan-yana olması, Cavabdeh məxsus qarajın Texniki Pasportda olan situasiya planına uyğun ortada yerləşən ştrixlənmiş düzbucaqlıya uyğun gəlməsi aşkar müşahidə olunmuşdur. Məhkəmə tərəfindən qətnamədə Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim edilən hər iki texniki pasportda guya ona məxsus qarajın yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti göstərilməsi hesab edir ki, ciddi prosesssual pozuntu olmaqla həqiqi hallarına müdaxilə edilərək onların təhrif olunması ilə müşayət olunmuş və nəticə etibarı ilə qanunsuz və əsasız qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Bir daha qeyd edir ki, ##.##.2024-cü il tarixli Texniki Pasportda qarajın ünvanı olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** saylı binanın yaxınlığında göstərilmişdir. Daha bir əhəmiyyətli prosessual pozuntu məhkəmənin ##.##.2024cü il, inventar nömrəsi 04/506 28.12.24 olan X7 əsas götürməməsidir. Halbuki, aşkardır ki, eyni qaraja 2007-ci ildən sonra alınmış dəqiqləşdirilmiş Texniki Pasport hüquqi baxımdan üstün hüquqi qüvvəyə malikdir. Belə ki, Cavabdeh dəqiqləşmələr və mübahisələrin tam aradan qaldırması məqsədi ilə yeni tələblərə uyğun Texniki Pasport almaq üçün Əmlak Komitəsinin müvafiq qurumuna müraciət etmişdir və ##.##.2024-cü il tarixli Texniki Pasport almasını bildirilmişdir və məhkəmə elektron sisteminə yerləşdirilmişdir. X2 iş materiallarına əlavə edilmişdir. Belə ki, yerli baxış keçirilən ərazidə yan-yana bitişik iki qaraj və əsaslı tikinti olan rayon elektrik yarımstansiyası tikilisi var. İki qaraj və “Azərişıq” İB-nin tikilisi yan-yandır və demək olar ki bitişikdirlər (şəkillər əlavə olunur). Belə alınır ki, Məhkəmə Texniki Pasportda göstərilən ünvanı təhrif etmiş və ardı ilə 1-ci Texniki Pasportdakı situasiya planına üstünlük vermişdir. Bu faktların təhrif edilməsi məhkəmənin tərəflərin bərabərlik prinsipini pozmaqla, iddiaçı tərəfə birtərəfli üstünlüklər yaratmaqla yekun nəticəyə gəlmək üçün “əsas” olmuşdur. Daha bir prosessual pozuntu məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış məktuba istinad etməsdir. Məsələ ondan ibarətdir ki, məhkəmə tərəfindən bu məlumata o əsasla istinad etməyə lüzum yox idi ki, Əmlak Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ## ##### 2025ci il tarixli cavab məktubundan görünür ki, cavabdeh Cavabdeh məxsus qarajın mövcudluğu öz təsdiqini tapmışdır. Məhkəmə gedişində Texniki Pasportun əsaslılığı sübut olunduğundan * saylı Bakı Ərazi İdarəsinin ## ##### 2025-ci il tarixli cavab məktubuna istinad cavabdehin prosessual hüquq normaları ilə qorunan hüquqlarının, qərəzsiz, işin hərtərəfli araşdırılması, ədalətli məhkəmə aparılması prinsiplərinin pozulmasıdır. Daha bir prosessual pozuntu ondan ibarətdir ki, qətnamədə göstərilən “mübahisəli ərazidə bir neçə yanaşı qaraj mövcud” olması işin həqiqi hallarına uyğun deyil. Belə ki, yerli baxış keçirilən ərazidə yan-yana bitişik iki qaraj və əsaslı tikinti olan rayon elektrik yarımstansiyası tikilisi var. İki qaraj və “Azərişıq” İB-nin tikilisi yan-yandır və demək olar ki bitişikdirlər (şəkillər əlavə olunur). Qətnamədən aydın olmur ki, ##.##.2007-ci il tarixli Texniki Pasportla, ##.##.2024-cü il tarixli 04/506 invertar nömrəli Texniki Pasport eyni qaraj üçün Cavabdeh İslam oğluna verilmişdir. Belə ki, köhnə texniki pasportun dəyişdirilməsi və yeni qaydalara uyğun, dəqiqləşdirilmiş texniki pasportun verilməsi üçün Cavabdeh tərəfindən Əmlak Komitəsinin müvafiq qurumuna müraciət edilmişdir. Məhkəmə iclaslarında bu hal dəfələrlə cavabdeh nümayəndəsi tərəfindən bildirilmişdir və məhkəmənin bu məsələ ilə əlaqədar heç bir sualı olmamışdır. Məhkəmə yerli baxışı zamanı iki qarajın yan yana olması, Cavabdeh məxsus qarajın Texniki Pasportda olan situasiya planına uyğun ortada yerləşən ştrixlənmiş düzbucaqlıya uyğun gəlməsi aşkar müşahidə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsi tərəfindən ##.##.2024-cü il tarixli Texniki Pasportda qeydə alınmış məlumatların məzmununun həqiqiliyi və tamlığı şübhə altına alınmışdır. X2 iş materialarına əlavə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun məzmununun dəqiqliyi, həmin məzmunun həqiqiliyi və tamlığı mübahisələndirilmişdir. Belə olan halda mübahisə predmeti olan qarajın Cavabdeh məxsus olub-olmaması, qətnamədə göstərilən ərazidə yerləşən qarajın Texniki Pasportda qeydə alınmış situasiya planı ilə uyğunluq təşkil edib etməməsi barədə sorğu verilməli və ya * saylı Bakı Ərazi idarəsinin mütəxəssisi məhkəməyə çağılaraq göstərilən suallar üzrə dindirilməlidir. Nəzərə alınmalıdır ki, Texniki Pasportun məzmununun dəqiqliyi, həmin məzmunun həqiqiliyi və tamlığı birinci instansiya məhkəməsində məhkəmə iclaslarında və yerli müayinə zamanı mübahisələndirilməmişdir. İddiaçının iddiası yalnız həmin qarajın yerinin guya ona məxsus olması barədə fikirlərdən ibarət olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə ##.##.2025-ci il tarixli 26/02-**** №-li vəkil sorğusu ünvanlanmışdır. Həmin vəkil sorğusunda vətəndaş Cavabdeh İslam oğluna məxsus X7 (Inventar nömrəsi 04/506 28.12.24) situasiya planında göstərilən qara rənglə işarələnmiş düzbucaqlının Yasamal rayonu, Məmməd Rahim küçəsi, ** nömrəli binanın yaxınlığında, Ə.Ələkbərov küçəsi, bina 13B və bina 18a kəsişməsində, “Azərişıq” İdarəsinə məxsus əsaslı tikinti olan paylayıcı qurğuya bitişik qaraj olub-olmaması barədə (Bəli/Xeyr) məlumat verilməsi xahiş olunmudur. Sorğuya Cavabdeh məxsus qarajın digər yan yana qaraj və “Azərişıq” tikilisi ilə birlikdə fotosu, * saylı Ərazi İdarəsinin məhkəmə sorğusuna *-**-*-**/*-*****/**** nömrəli ## ##### 2025-ci il tarixli cavab məktubu, inventar nömrəsi 04/506 28.12.24 tarixli Texniki Pasportunun situasiya planı və əlavə olunmuşdur. İddiaçı İddiaçı apellyasiya şikayətində etiraz təqdim edərək, göstərmişdir ki, hazırki iş üzrə tərəf şikayət üzrə əsaslar əlavə edərək əsassız tələblər irəli sürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə bir neçə yanaşı qaraj mövcuddur. İddiaçı tərəfin qeyd etdiyi qarajın kənarları mişar daşı ilə inşa edilmiş qonşu qarajlara bitişikdir. Qarajın qapısı və tavanı metal konstruksiyadan ibarət olmaqla qara rənglə rənglənmişdir. Qarajın açarı Cavabdeh İslam oğlunda olmuş, müayinə zamanı qarajın qapıları onun tərəfindən açılmışdır. Məhkəmə tərəfindən qarajın yerləşdiyi ətraf ərazilərə diqqət yetirildikdə divardakı lövhələrdən məlum olmuşdur ki, həmin ərazi Ələsgər Ələkbərov küçəsidir. Həm Əmlak Məsələləri dövlət xidməti həmçinin də məhkəmənin hakiminin yerli baxış zamanı yerləşmə yeri dəqiq müəyyən edilmişdir. Həmçinin sorğunun cavabına əsasən Əmlak Xidməti həmin qarajın heç bir kəsin adına qeydiyyatdan keçmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin müddəalarına görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsaslıdır və qanunidir. Odur ki yuxarıda qeyd edilənlənləri nəzərə alaraq MPM-nin 47-ci maddəsinə əsasən hazırki etirazı ilə xahiş edir ki iş üzrə cavabdeh Cavabdeh İslam oğlunun vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilsin. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, Oktyabr rayon X9 ## ### 1991-ci il tarixli, */** nömrəli qərarına əsasən X5 Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 18a, mənzil 19 ünvanı üzrə, binanın yaxınlığında metal qaraj (6x3metr) quraşdırılması üçün üçün icazə verilmişdir. Təhminə Hüseynova ##.##.2006-cı ildə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının ## #### 1992-ci il tarixli, ***/* nömrəli sərəncamı ilə Cavabdeh İslam oğluna yaşadığı Məmməd Rahim küçəsi, ev 20 ünvanı yaxınlığında qaraj yerləşdirilməsinə icazə verilmişdir. ünvan 2 ünvanında binanın qarşısında yerləşən mübahisəli qaraj sahəsi hazırda Cavabdeh istifadəsindədir. Hazırda iddiaçı həmin sahədə quraşdırılmış qarajın köçürülməsini xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qaraj üçün nəzərdə tutulmuş ərazidə cavabdeh tərəfindən qaraj quraşdırıldığı, qarajın onun istifadəsində olduğu mübahisəsiz olaraq müəyyən olunmuşdur. Cavabdehin həmin ərazi üzrə yerləşdirilmiş qaraja dair hüquqlarının mövcudluğu isə öz təsdiqini tapmır. Mübahisəli qaraj yeri Ələskər Ələkbərov küçəsində yerləşir. Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim edilən hər iki texniki pasportda isə ona məxsus qarajın yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti göstərilmişdir. Birinci instansiya məhkəməsi həmçinin texniki pasportda göstərilən, ünvanı M.Rahim küçəsi olaraq müəyyən edilmiş qarajın yerinin iddiaçıya məxsus Ə.Ələkbərov küçəsində yerləşən qaraj yeri ilə üst-üstə düşə bilməsinin mümkünlüyü barədə sorğu ünvanlanmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi idarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavabda göstərilmişdir ki, sorğuda qeyd olunan qaraj dəmir qarajdır (qapısı digər şəxs tərəfindən bağlıdır). Cavabdeh İslam oğluna məxsus texniki pasportda göstərilən Yasamal rayonu, Ə.Ələkbərov küçəsi **a nömrəli binanın yaxınlığında olan dəmir qarajın yanındadır. Birinci instansiya məhkəməsi qeyd olunan məktuba istinad etməklə belə nəticəyə gəlmişdir ki, cavabdehə məxsus texniki pasportda göstərilən qarajın sorğuda qeyd olunan iddiaçıya məxsus dəmir qarajın yanında olması, yəni həmin qarajla üst-üstə düşməməsi təsdiq olunur. Bununla yanaşı birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, mübahisəli ərazidə bir neçə yanaşı qaraj mövcuddur. İddiaçı tərəfin qeyd etdiyi qarajın kənarları mişar daşı ilə inşa edilmiş qonşu qarajlara bitişikdir. Qarajın qapısı və tavanı metal konstruksiyadan ibarət olmaqla qara rənglə rənglənmişdir. Qarajın açarı Cavabdeh İslam oğlunda olmuş, müayinə zamanı qarajın qapıları onun tərəfindən açılmışdır. Məhkəmə tərəfindən qarajın yerləşdiyi ətraf ərazilərə diqqət yetirildikdə divardakı lövhələrdən məlum olmuşdur ki, həmin ərazi Ələsgər Ələkbərov küçəsidir. Cavabdeh isə apellyasiya şikayətində bildirir ki, məhkəmə yerində müayinə zamanı iki qarajın yan-yana olması, Cavabdeh məxsus qarajın Texniki Pasportda olan situasiya planına uyğun ortada yerləşən ştrixlənmiş düzbucaqlıya uyğun gəlməsi aşkar müşahidə olunmuşdur. Məhkəmə tərəfindən qətnamədə Cavabdeh tərəfindən hüquq müəyyənedici sənəd kimi təqdim edilən hər iki texniki pasportda guya ona məxsus qarajın yeri olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti göstərilməsi hesab edir ki, ciddi prosessual pozuntu olmaqla həqiqi hallarına müdaxilə edilərək onların təhrif olunması ilə müşayət olunmuş və nəticə etibarı ilə qanunsuz və əsasız qətnamə qəbul edilməsinə gətirib çıxarmışdır. Həmçinin məhkəmə Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərini kobud pozmuş, faktiki olaraq reyestr saxlayanın hüquqlarını mənimsəyərək qarajın Texniki Pasportda göstərilən ünvanda və yerdə olmasını təkzib etmişdir. Göründüyü kimi hazırda qarajların yerlərinin eyni olub-olmaması mübahisəlidir və iddiaçının sökülməsini tələb etdiyi qarajla cavabdehin faktiki istifadəsində olan qarajın yeri eyni olub-olmaması məsələsi mübahisənin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb edir. Belə ki, əgər cavabdehin istifadə etdiyi qaraj iddiaçının göstərdiyi ünvanla eyni deyilsə, bu halda iddia tələbi yanlış obyektə yönəlmiş ola bilər. Bu səbəbdən obyektin ünvanının və fiziki mövqeyinin dəqiqləşdirilməsi mübahisənin düzgün həllinə xidmət edir. Göründüyü kimi qarajın eyni obyekt olub-olmaması, bu identifikasiyanın düzgün aparılması üçün müvafiq mütəxəssis rəyi ilə dəqiqləşdirilməli olduğundan apellyasiya baxışı zamanı iddiaçı İddiaçı cavabdeh Cavabdeh İslam oğluna qarşı qarajın köçürülməsi tələbinə dair mülki iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubu ilə daxil olmuş rəydən görünür ki, sözügedən qaraj dəmir qarajdır, qapısı digər şəxs tərəfindən bağlıdır. Cavabdeh İslam oğluna aid texniki pasportda olan Yasamal rayonu, M.Rahim küçəsi ** saylı binanın həyətində (indiki Ə.Ələkbərov küçəsi 18a) olan dəmir qaraj İddiaçı Oktay oğluna məxsus olan qaraj yeri ilə üst-üstə düşür. Qeyd olunan qarajın yerləşməsi ilə bağlı izahlı sxem rəyə əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli, cavabdeh tərəfindən kollegiyaya təqdim olunmuş məktubdan görünür ki, vətəndaş Cavabdeh İslam oğluna məxsus qarajın hal-hazırda yerləşdiyi məkanla ilkin sənədlərdəki ( Bakı şəhəri Yasamal rayon icra hakimiyyəti Başçısının ##.##.1992-ci il tarixli ***/* nömrəli Sərəncamına əlavə edilmiş yerləşmə sxeminə) yerləşmə mövqeyinə uyğundur və sözügedən sərəncam və digər sənədlər əsasında ##.##.2007-ci ildən idarə tərəfindən qeydə alınmış texniki pasport verilmişdir. Həmçinin vətəndaş Cavabdeh İslam oğlunun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın 1993-cü ildən hazırki vaxta qədər ünvan dəyişikliyi aparılmamışdır. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında təqdim edilmiş mütəxəssis rəyində Ə.Ələkərov 18a binası ilə M.Rahim ** nömrəli binası eyni bina kimi göstərilməsi barədə səhv aradan qaldırılmış yeni sxem və ilkin sənədlərin təsdiq olunmuş surətləri təqdim edilir. Bununla yanaşı iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarə tərəfindən verilmiş ##.##.2007-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu ilə qarajın yeri öz təsdiqini tapır. Sonradan, Cavabdeh dəqiqləşmələr və mübahisələrin tam aradan qaldırması məqsədi ilə yeni tələblərə uyğun Texniki Pasport almaq üçün Əmlak Komitəsinin müvafiq qurumuna müraciət etmişdir və ##.##.2024-cü il tarixli Texniki Pasport almışdır. X2 iş materiallarına əlavə edilmişdir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş, tərtib olunma tarixi ##.##.2024-cü il, inventar nömrəsi 04/506 28.12.24 olan X7, Hüquq subyekti: Cavabdeh İslam oğlu). Göründüyü kimi hər iki texniki pasport Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın yaxınlığında yerləşən bir qaraj üçün verilmişdir və hazırda ##.##.2024-cü il tarixli Texniki Pasport qüvvədədir. Həmçinin ##.##.2007-ci il tarixli texniki pasportun birinci səhifəsində Bakı şəhəri, Yasamal rayonu, M.Rahim küçəsi, ** nömrəli binanın həyəti səhvən göstərilsə də, qarajın ünvanı texniki pasportun ayrılmaz hissəsi olan situasiya planında açıqaydın Ələsgər Ələkbərov küçəsi, 507/511-ci məhəllə göstərilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh İslam oğlunun istifadəsində olan qaraja dair verilmiş texniki pasport qüvvədə olduğu halda həmin qarajın sökülməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, iddiaçı, cavabdeh tərəfindən təqdim olunan texniki pasportun həqiqətə uyğun olmadığını sübuta yetirməmişdir. Həmin sənəd ləğv edilməmiş, etibarsız heab edilməmişdir, hazırda qüvvədədir və mötəbərliyinə də hər hansı şübhələr yoxdur. Həmçinin, Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş mütəxəssis ifadəsində ayrı-ayrı ünvanların olmasına baxmayaraq mübahisəli sahənin üst-üstə düşməsini təsdiq etmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı izahatında qarajın yeri onun anasının istifadəsinə verildikdən sonra, anasının aldığı “Zaporojest” markalı maşını alaraq həmən yerdə (qaraj olmadan) saxlamasını, həmin maşının 2-3 ay onların istifadəsində olmasını, maşın satıldıqdan sonra 2000-ci ilə qədər sahənin boş qalmasını və həmin müddətdən sonra sözügedən yerdə qarajın olmasını təsdiq etmişdir. Anasının 2006cı ildə vəfatından sonra iddiaçı anasına ayrılan yer ona bəlli olduğu halda, ora dəmir qaraj qoyulmasını faktını bildiyi halda bunu mübahisələndirməmiş, başqa sözlə, bu faktı bilən kimi dərhal yerin qaytarılmasını və yol verilmiş pozuntunun aradan qaldırılmasına dair tədbirlər görməmişdir. Göründüyü kimi iddiaçı qeyd etdiyi ərazidə Oktyabr rayon X4 İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli, */** nömrəli qərarı ilə T.S.Hüseynovaya yaşayış yerinin yaxınlığında metal qaraj quraşdırılması üçün icazə verilsə də, eyni zamanda hazırda həmin ərazinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etsə də, bununla bağlı keçən müddət ərzində hər hansı bir iddiası olmamışdır. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 165-ci maddənin tələblərində nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını düzgün müəyyən etməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab edir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh Cavabdeh İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İslam oğluna qarşı “qarajın köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar