Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5063/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4374/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25425 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov rayon RPİ-nin 16-cı Polis Bölməsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən, Cavabdeh İddiaçı aldığı qızıl zinyət əşyalarından qalan borcu 14000 manat olduğunu qeyd edir, bu yaxınlarda ödəyəcəyini bildirdi. Araşdırılan zaman Cavabdeh qeyd etdiyi 14000 manat və ya bildirilən 17395 manat pulu ödəmədiyindən, aralarında yaranmış mülki mübahisə ilə əlaqədar Azərbaycan Respublikasının Mülki prosesual Məcəlləsinin 4-cü maddəsinə əsasən həmin məcələnin 149 və 150-ci maddlərində müəyyən edilmiş qaydada olduğu yer üzrə iddiaçının məhkəmədə mülki qaldırmaq hüququ vardır (səh.7); iş materiallarında olan Cavabdeh şəxsiyyət vəsiqəsinin kserosurətlərinə edilmiş qeydlərdən görünür ki, Cavabdeh İddiaçı müəyyən qızıl əşyalarını götürməsi, həmçinin Cavabdeh İddiaçı müəyyən məbləğdə pul verməsi barədə qeydlər edilmişdir (səh.26-37). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə Avropa Məhkəməsi "Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 106, 119, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, sübutetmə yükü üzərinə düşən İddiaçı Cavabdeh ona 25.425 manat borclu olduğunun bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4374/2019 saylı mülki iş üzrə çıxardığı xx xxxxxx 2019-ci il tarixli qətnaməsini ləğv edib, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə MPM-in 384, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, işin mahiyyəti belədir ki, çoxdan bir nəfər səbəbi ilə tanıdığı Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə işlədiyi univermağa gələrək ona nisyə qızıl-ziynət əşyalarının verilməsini xahiş etmişdir. Ona nisyə mal vermək istəmədi. Lakin, cavabdeh çox ad-vəd verəndən sonra ona nisyə qızıl-zinyət əşyaları verməyə razılaşdı. xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək cavabdehlə nisyə al-ver etdi. Aralarında borc məbləği yarandı və cəmi 17395 manat borclu qaldı. İddiaçı uzun müddət pulu ona qaytarmadığına və pulunu dövriyyəyə buraxıb qazanc əldə etdiyinə görə, iqtisadi göstəricilər nəzərə alınmaqla cəmi ona 25425 manat borclu oldu. Məhkəməyə cavabdehlə aralarında olan borc barədə onun özü tərəfindən yazılmış və şəxsiyyət vəsiqəsinin surəti olan qəbzi təqdim etmişdir. Həmin qəbzdə aralarında olan bütün borc məbləğləri tam əks olunmuşdur. Lakin, məhkəmə qəbzin kserosurət olduğunu bildirmiş və sübut kimi qəbul etməmişdir. Halbuki, qəbzin əslini məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmə qəbzin əslini qəbul etməmişdir. Qəbzdə olan qeydlər iddiasının məzmunu ilə tam üst-üstə düşür və sözlərini tam təsdiq edir. Bundan başqa qəbzdə cavabdehin şəxsiyyət vəsiqəsinin də surəti vardır ki, bu qəbzin məhz onun tərəfindən verilməsini bir daha təsdiq edir. Bundan başqa məhkəməyə Bakı şəhəri 16 saylı Polis Bölməsinin məktubunu ba təqdim etmişdir. Məhkəmə bu məktuba da əhəmiyyət verməmiş və sübutlar sırasına daxil etməmişdir. Digər tərəfdən cavabdehin məhkəmədə iştirakı təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1686/2020 saylı Qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 12959/19 saylı qətnaməsi ləğv olunmuş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qərarda Azərbaycan Respublikası MPM-nin 14, 77, 88, 89, 416, 418-ci maddələrinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Krçmarın Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının tələbi cavabdehdən 25425 manat pulun tutulması barədə, tələbinin faktiki əsası kimi, cavabdehin polis bölməsində izahat verərəkən borcu etiraf etməsinə, bununla bağlı polis bölməsinin məktubuna, eləcə də cavabdehin imzaladığı qəbzlərə istinad etmişdir. Hazırkı işdə iddiaçı cavabdehin borcu etiraf etməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin xx.xx.2018-ci il tarixli məktubuna istinad etsə də, işə baxan məhkəmə iddiaçının ərizəsi (şikayəti) əsasında polis bölməsində aparılmış təhqiqatın nəticəsi ilə maraqlanmamış, təhqiqat materiallarını tanış olmaq üçün həmin polis bölməsindən tələb edib öyrənməmiş, cavabdehin təhqiqat vaxtı verdiyi izahatda iddiaçıya borcu olduğunu həqiqətən də etiraf edib-etmədiyini aydınlaşdırmamışdır. Bu təhqiqat materiallarının tələb edilib öyrənilməsi həm də ona görə zəruri idi ki, cavabdeh nə birinci, nə apelyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibətini bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, Emin adlı tanışının vasitəsilə cavabdehi tanıdığını, cavabdehin onun sürücüsü olduğunu, sonra özü ilə alver etməyə başladığını, borcunu hissə-hissə ödədiyini, sonra ödəniş etmədiyini, əslində cavabdehin ona 8895 manat borcu qaldığını, tələbin digər hissəsində əks etdirdiyi məbləğlərin zərərlə bağlı olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında müəyyən olunur: Bakı şəhəri Baş Polis İdarəsi Nərimanov rayon RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən göndərilmiş araşdırma materiallarında olan Cavabdeh izahatında onun İddiaçı olan borcunun 14000 manat olduğunu qeyd etmişdir və mülki səciyyəli iş olduğu üçün xx.xx.2018-ci il tarixli məktubla iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinini müəyyən etdiyi halları, Azərbaycan Respublikasının MM-in 324, 385-388, 404, 600, 601, 622, 739; MPM-nin 14.2, 76.1, 77.1, 80-82, 88, 103.1, 106.2, 217.4, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının izahatı zamanı göstərdiyi cavabdehin 8895 manat borclu olması hissədə iddia təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası iddiaçının ərizəsi (şikayəti) əsasında polis bölməsində aparılmış təhqiqatın nəticəsi ilə maraqlanmış, təhqiqat materiallarını tanış olmaq üçün həmin polis bölməsindən tələb edib öyrənmiş, cavabdehin təhqiqat vaxtı verdiyi izahatda iddiaçıya 14000 manat borcu olduğunu həqiqətən də etiraf etdiyini aydınlaşdırmışdır. Bundan əlavə qəbzlərdən görünür ki, onların arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Maddi zərərlə bağlı hissədə iddiaçı öz tələbini sübuta yetirə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4374/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 8895 (səkkiz min səkkiz yüz doxsan beş) manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5063/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5063/2020
21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver