Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5063/2023 16.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: mülkiyyətdə olan evin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehlərin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 20 dekabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 46 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1603 nömrəli reyestr kitabının 146859 nömrəli vərəqində qeydiyyata alınmışdır
3. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 17 mart 2012-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 46 saylı mənzilinin 1/6 hissəsi xüsusi mülkiyyət kimi Cavabdeh2, 4/6 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1603 nömrəli reyestr kitabının 146859 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil Kommunal İstismar Sahəsinin 17 oktyabr 2022-ci il tarixli, 544 saylı arayışından görünür ki, Cavabdeh2 Zəngilan rayonundan məcburi köçkündür. Cavabdeh2, oğlu X11, qızı Cavabdeh1, nəvələri X14 və X2 rayonu, 1-ci Kərpic küçəsi, ev 5 ünvanında 1995-ci ildən indiyədək müvəqqəti qeydiyyatdadırlar.
5. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 30 noyabr 2022-ci il tarixli, 085-18320-1222 saylı məktubuna əsasən məhkəməyə Şahid Nəsimi RPİ-nin 21-ci PB-nə verdiyi izahatı daxil olmuşdur. Şəxsi məlumatlarbölməsində izahat verən Şahid ünvan 5 ünvanında qeydiyyatda olduğu, ünvan 10 ünvanında faktiki yaşadığı müəyyən olunmuşdur. Şahid verdiyi izahatında bildirmişdir ki, o, 2004-cü ilin aprel ayından etibarən hazırki ünvanda yaşayır və bu evdə kirayəşin kimi qalır. 2004- cü ilin aprel ayından evin kirayəsini Cavabdeh1 ödəyir. Cavabdeh1 özünü ev yiyəsi kimi bildirdiyindən, həmin tarixdən ev kirəsini ona verir. Sonda izahatının doğruluğunu öz imzası ilə təsdiq etmişdir.
6. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2012-ci il tarixli 2(006)- 682/2012 saylı qərardadından görünür ki, İddiaçı X7 və X4 qarşı «paylı mülkiyyətdə olan əşyadan və mirasdan payların naturada ayrılması» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi göstərilən şərtlərlə təsdiq edilmişdir: 1. İddiaçı cavabdehlər X7 və X4 qarşı «paylı mülkiyyətdə olan əşyadan və mirasdan payların naturada ayrılması» tələbinə dair iddiasından imtina edir. 2. Bakı şəhəri Nərimanov rayonu 2-ci Cənub küçəsi ev 1 mənzil 46-da olan paylarının İddiaçı 4/6 hissəsindən, cavabdeh X12 1/6 hissəsindən Cavabdeh2 xeyrinə imtina edirlər. 3. Bakı şəhəri Nərimanov rayonu 2-ci Cənub küçəsi 1 saylı evin 17,0 m2 yaşayış sahəsindən ibarət olan 1 otaqlı 46 saylı mənzil Cavabdeh2 adına rəsmiləşdirilir. 4. Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 86 mənzil 27-də olan paylarının Cavabdeh2 1/6 hissəsindən, cavabdeh X12 1/6 hissəsindən İddiaçı xeyrinə imtina edirlər. 5. Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 86 saylı evin 23,0 m2 yaşayış sahəsindən ibarət olan 2 otaqlı 27 saylı mənzil İddiaçı adına rəsmiləşdirilir. 6. 1993-cü il buraxılışlı, mühərrik nömrəsi **********6815, ban nömrəsi WDB1241331B947560 olan, ** MJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz-300D» markalı və 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0471866, ban nömrəsi ******* olan, ** CP *** dövlət qeydiyyat nişanlı «VAZ-2101» markalı avtomobillərdə olan paylarının İddiaçı 4/6 hissəsindən, Cavabdeh2 1/6 hissəsindən cavabdeh X5 xeyrinə imtina edirlər. 7. 1993cü il buraxılışlı, mühərrik nömrəsi **********6815, ban nömrəsi WDB1241331B94 7560 olan, ** MJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz-300D» markalı və 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0471866, ban nömrəsi ******* olan, ** CP *** dövlət qeydiyyat nişanlı «VAZ-2101» markalı avtomobillər cavabdeh X5 mülkiyyətinə verilməklə onun adına rəsmiləşdirilir. 8. 07 sentyabr 2005-ci il tarixli və 14 aprel 2011-ci il tarixli şəhadətnamələrdə qeyd edilən 95 səhmdar cəmiyyətdə 19995 ədəd səhmdə olan paylarının İddiaçı 4/6 hissəsindən, Cavabdeh2 1/6 hissəsindən cavabdeh X5 xeyrinə imtina edirlər. 9. 07 sentyabr 2005-ci il tarixli və 14 aprel 2011-ci il tarixli şəhadətnamələrdə qeyd edilən 95 səhmdar cəmiyyətdə 19995 ədəd cavabdeh X5 adına rəsmiləşdirilir. 10. Tərəflər məhkəmədən xahiş edirlər ki, hüquqların qeydiyyata alınması ilə əlaqədar müvafiq İcra Hakimiyyəti orqanlarına hüquqların qeydiyyata alınması həvalə edilsin. 11. Tərəflər məhkəmədən xahiş edirlər ki, hüquqların qeydiyyata alınması ilə əlaqədar müvafiq İcra Hakimiyyəti orqanına hüquqların qeydiyyata alınması həvalə edilsin. Qərardadla mülki iş üzrə icraata xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh1 qarşı «mülkiyyətdə olan evin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 ünvanda yerləşən mülkiyyətin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.
11. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu 1-ci kərpic döngəsi 5 ünvanda yerləşən **********19-10301 saylı çıxarışa əsasən 1/3 hissədə ona məxsus yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılması və Cavabdeh1 16.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus həyət evində 1/3 hissənin 2 balaca otağını baldızı Cavabdeh1 özlüyündə öz istifadəsinə götürmüşdür, otağın birini uzun illərdir kirayəyə vermişdir, kirayədən əldə etdiyi pulları öz məsrəflərinə xərcləyir, digər otağı isə öz şəxsi istifadəsindədir. Onun da övladları var. Adına çıxarış olduğu evdən o da istifadə etmək istəyir, lakin buna yol verilmir. Onu hədələyirlər.
13. Cavabdeh1 tərəfindən məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı ona qarşı mülkiyyətin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olan həyət evində 1/3 hissənin 2 balaca otağı onun tərəfindən özlüyündə öz istifadəsinə götürülmüşdür. Otağın birini uzun illərdir kirayəyə verir. Kirayədən əldə etdiyi pulu öz məsrəflərinə xərcləyir. Digər otağı isə öz şəxsi istifadəsindədir. Onun da övladı vardır. Adına çıxarış olduğu üçün evdən o, da istifadə etmək istəyir. Lakin buna yol vermirlər. Onu hədələyirlər. İddia ərizəsində göstərilənlər mənzilə iddiaçının mülkiyyət hüququnun olması istisna edilməklə göstərilən digər hallar əslində həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə onların qohumluq münasibətləri vardır. İddiaçı onun mərhum qardaşı arvadıdır. Onlar, o, cümlədən halhazırda 90 yaşlı anası X6, qardaşı X11, X15 və X1 rayonundan məcburi köçkün kimi mübahisəli mənzilə iddiaçının razılığı ilə 1993-cü ildə köçüb yaşasalar da, 1995-ci ildən həmin mənzildə Zəngilan rayonundan olan qaçqın kimi qeydiyyatdadırlar. Bu qədər ailənin iddiaçının özünün qeyd etdiyi kimi balaca otaqda yerləşməsi nə dərəcədə inandırıcı ola bilər?. Bu uzun 30 il ərzində necə ola bilər ki, o, bir otağı kirayəyə versin və iddiaçının isə bununla əlaqədar ona qarşı heç bir tələbi olmasın?. Ona görə də, bu göstərilənlər həqiqətə uyğun deyil. Onu da xüsusilə vurğulamaq istəyir ki, qaçqın və məcburi köçkünlərin hüquqİarının və qanuni maraqlarının müdafiəsinə, pozulmuş hüquq və vəzifələrinin bərpasına qanunvericiliklə müəyyən olunmuş qaydada yardım etmək Dövlət qaçqınkomun əsas fəaliyyət sahələrindən biridir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəməyə təqdim olunan arayışla da təsdiq edilir ki, o və digər ailə üzvləri onunla birlikdə 5 nəfər tərkibdə mübahisələndirilən mənzildə 1995-ci ildən məcburi köçkün kimi qeydiyyata alınmaqla orada məskunlaşmışlar. Onların başqa yaşayış yeri yoxdur. Hənin mənzili boşaltmağa da razıdır. Mənzilin boşaldılması yuxarıda sadalanan qanunun tələbinə əsasən müvafiq dövlət qurumları onları müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin etdikləri təqdirdə boşaltmağa razıdır. Bu məsələnin həlli də Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və müvafiq icra hakimiyyətlərinə həvalə edilmişdir. Ona görə də, həmin dövlət qurumlarında nümayəndələrin məhkəmədə iştirakı zəruridir. Hesab edir ki, iddia ərizəsi onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunduqları təqdirdə təmin edilə bilər.
14. Cavabdeh1 tərəfindən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, o, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün gəldiyi vaxtdan qardaşı Zakirin və gəlinləri Yeganənin razılığı ilə onların 1-ci kərpic döngəsi, ev 5 ünvanındakı mənzillərində məskunlaşmış, indiyə qədər də həmin ünvanda müvəqqəti qeydiyyatdadır və orada yaşayır. İddiaçı ona qarşı iddia irəli sürür ki, guya o, həyətə kirayəçi gətirmiş və ondan 16.000 manat pul tələb edir. Bu iddia tamamilə əsassız olduğu üçün qəbul etmir. Çünki, onları ora köçürəndə Mehrac xala mənzilin alt mərtəbəsində yaşayırdı. Mehrac xalanı ora qardaşı Zakir onlardan öncə yerləşdirmişdi. Məcburi köçkün düşmüş əmisi oğlu Vilayəti də ailəsi ilə birlikdə qardaşı Zakir həmin həyətdə yerləşdirmişdi. Bir müddət sonra otaq 5 nəfərə görə kiçik olduğu üçün Vilayət ailəsi ilə birlikdə həyətdən köçmüşdür. Onlar həmin mənzildə kiçik bir mətbəx düzəltmişlər. Mehrac xalanın yaşadığı mənzilə tez-tez kanalizasiya suyu axırdı deyə qardaşı Mehrac xalanı həmin otağa yerləşdirmiş və ona kirayə pulunu anasına verməyi tapşırmışdır. Evdə idarəçiliyi anası etdiyinə görə həmin pula ev üçün ərzaq almışdır. Göründüyü kimi, onun nə o mənzilə kirayəçi gətirmək, nə də ki, verilən kirayə pulu ilə heç bir əlaqəsi olmamışdır. Onsuz da əlavə zərurət olduqda ehtiyaclarını qardaşı Zakir ödəmişdir. 2004-cü ildə öz oğlanları tamah məqsədilə qardaşına qəsd etmişlər. Qardaşını xüsusi amansızlıqla qətlə yetirdikləri üçün ləyaqətsiz vərəsə elan olunmuşlar. Amnistiyaya düşmək üçün dəfələrlə razılıq ərizəsi istəmişlər. Onlar razı olmadıqları üçün düşmən kəsilmişlər. Seymur həbsdən çıxandan sonra anası Yeganənin əli ilə onları evdən çıxarmağa çalışır və qardaşının sağlığında onlara yardım kimi verdiyi kirayə pulunu tələb edirlər. Bununla onların canlarını acıtmağa çalışırlar və qisas almağa cəhd edirlər. Qeyd edir ki, 30 ildən sonra, qardaşının ölümündən 18 il sonra bu cür iddialar əsassızdır, məntiqsizdir. Qeyd olunanlara əsasən İddiaçı onlara qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizəsinin rədd edilməsi xahiş edilmişdir.
15. Cavabdeh2 tərəfindən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, onlar (yəni o və ailə üzvləri) 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Bakıda yaşayan oğlu Zakirin və gəlini Yeganənin razılığı ilə onların ünvan 10 ünvandakı mənzillərində məskunlaşmışlar, bu günə qədər də həmin ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və orada yaşayırlar. Zakirin onlarla bərabər Zəngilan rayonundan məcburi köçkün gələn əmisi oğlu Vilayəti də 5 nəfər ailə üzvü ilə birlikdə həyətdəki bir otağa yerləşdirmişlər. Məskunlaşdıqları evin alt mərtəbəsində oğlunun Mehrac adında kirayəçisi var idi. Oğlu və gəlini köçkün düşən qohumlara hər cür yardım edirdilər. Onlara isə yardım məqsədi ilə evin dolanışığını keçindirmək üçün Mehraca kirayə pulunu ona verməyi tapşırmışdır. Bir müddət sonra ev darısqal və şəraitsiz (mətbəx yox idi) olduğu üçün Zakirin əmisi oğlu ailə üzvləri ilə birlikdə o həyətdən köçmüşdür. Bundan sonra Zakir kirayəçi Mehracı həmin otağa köçürdü və yenə də, kirayə pulunu ona verməyi tapşırmışdır. Mehrac dünyasını dəyişənə qədər həmin həyətdə yaşamışdır. Onu da qeyd edir ki, Mehrac ölümündən bir müddət əvvəl gəlib ona demişdir ki, rəhmətliyin oğlu Seymur gəlib kirayə pulunu bundan sonra ona verməsini istəyir. O, etiraz etməmiş və ondan sonra Mehrac kirayə pulunu onlara vermişdir. Yəni illər öncə də gəlib onlardan mənzili boşaltmağı və ya kirayə pulunu tələb etsəydilər yenə də razılaşardılar. Çox təəssüf ki, 2004-cü ildə oğlu Zakir öz oğlanları tərəfindən qətlə yetirilmişdir. O zamandan sonra gəlini ilə əvvəlki münasibəti olmamışdır. Buna baxmayaraq, gəlini heç vaxt, hətta oğlunun ölümündən sonra belə nə onları həmin mənzildən çıxarmağa, nə də ki, həyətdə kirayəçi olduğunu bildiyi halda kirayə pulunu almağa təşəbbüs göstərməmişdir. Zakirin ölümündən 18 il keçdikdən sonra Yeganə onları mənzildən çıxarmaq üçün müraciət etmişdir (hansı ki, bunu daha öncə də edə bilərdi). Bu müraciət isə oğlu Zakirin qatili Seymurun türmədən çıxmasından sonraya təsadüf edir. Oğlunu xüsusi amansızlıqla qətlə yetirdikləri üçün onları bağışlamamışdır. Ona görə də, onları düşmən kimi görürlər, qisas almağa, canlarını incitməyə çalışırlar. Çox təəssüf ki, bunu da bir vaxtlar onu çox sevən, hər zaman ona hörmət edən gəlini Yeganənin vasitəsilə həyata keçirməyə çalışırlar. Qeyd olunanlara əsasən İddiaçı onlara qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizəsinin rədd edilməsi xahiş edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 90 manatın 50 manatı və mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi olan 40 manatnın İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdehlərin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək qətnaməni ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə təqdim edilən çıxarışa əsasən iddiaçının mülkiyyət hüququnun təmin edilməsi məqsədilə iddia tələbini təmin etsə də, digər qanunvericilik aktı ilə nəzərdə tutulmuş imperativ tələbi pozmuşdur. Belə ki, sözügedən Sərəncama əsasən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdanadək müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması qadağan edilsə də, məhkəmə mübahisəli mənzilin boşaldılması ilə bağlı qətnamə çıxarmışdır. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsinitəmin etməlidirlər. Məhkəmə qətnamə çıxararkən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də təsdiqlədiyi faktı, yəni cavabdehin mübahisəli mənzildən başqa yaşayış yeri olmadığını və Komitə tərəfindən başqa müvəqqəti məskunlaşma yerinin təmin edilməməsini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
23. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
24. Maddə 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
25. Maddə 43 heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
26. Maddə 152.1 mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.2 mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 158.1 əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.
29. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
30. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, cavabdeh tərəf qətnamənin bötövlükdə ləğv edilməsi xahiş etsə də, iddia tələbi təmin edilməyən hissədə qətnamə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
42. Apellyasiya şikayətinin dəlillərindən və cavabdehlərin nümayəndəsi izahatında müəyyən olunur ki, iddiaçının Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan 1\3 hissəsinin mülkiyyətçisi olmasını və onların evin həmin hissəsini boşaltmalı olmasını qəbul edir, lakin cavabdehlərin məcburi köçkün olması, onların hər hansı yaşayış yerinin olmadığını, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaşamaq üçün mənzillə təmin edilmədiyi, ona görə cavabdehlərin öz doğma torpaqlarına qayıdacaqları vaxta qədər vaxt verilməsini xahiş edir. Başqa sözlə, cavabdeh tərəf iddiaçının paylı mülkiyyət hissəsində yaşamaları və istifadələrinin qanuni əsaslarının olmamasını etiraf etmişlər.
43. Bu isə cavabdehlərin iddiaçını paylı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum etməsi kimi qiymətləndirilməlidir.
44. Bu səbəbdən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddianın Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı olmasına dair hissəsi əsaslıdır və ona görə də təmin edilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlərin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 nömrəli, 09 mart 2023cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.