Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5064/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İHakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(001)-3327/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu 7-ci mik, X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara təhvil verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmini tədbiri olaraq Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsinin fəaliyyətinin dayandırılmasına, qeyriyaşayış sahəsindən istifadənin və hər hansı hərəkətlərin edilməsinin Cavabdeh və 3-cü şəxlərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(001)- 3327/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr. X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyri-yaşayış sahəsindən (Uğur kafesi) istifadə edilməsinin Cavabdeh və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 09.12.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi və 02.03.2020-ci il tarixli ilkin alqı satqı müqaviləsinə əlavə əsasında iddiaçıların qardaşı olan X1 Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsi əsasında 140000 manat ödəyərək Bakı şəhəi Binəqədi rayonu, 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasını və 0.05 ha torpaq sahəsini almış və hal hazırda həmin sahə onun istifadəsindədir. Pul vəsaitinin 50000 manatı 09.12.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanan gün, qalan məbləği isə 02.03.2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsinə əlavə bağlanan gün ödənilmiş, ilkin alqı-satqı müqaviləsi bağlanan gün X5 onunla birlikdə obyektə, yəni Uğur kafesinə gələrək icarəçiyə obyekti Cavabdeh Mecid oğluna satmasını bildirmişdir. Hal-hazırda həmin qeyri-yaşayış sahəsi onun tərəfindən başqa bir şəxsə icarəyə verilmişdir. İş üzrə iddiaçılar qeyri-yaşayış sahəsinin Cavabdeh satılmasından xəbərləri olmuşdur. Belə ki, O.İ.Cəlilov dəfələrlə qardaşlarının obyektin satılmasını bildiklərini, aldığı puldan onlara da verdiyini cavabdehə demişdir. 2020-ci ilin oktyabr ayında İddiaçı1 başqa bir alqı-satqı müqaviləsi təqdim edərək obyektin Orxana deyil, ona məxsus olduğunu və başqa şəxsə satıldığını cavabdehə demişdir. Bundan sonra məlum olmuşdur ki, mübahisəli obyekt X4 02.10.2020-ci ildə satılmış, lakin alıcı mübahisənin olmasını bilib, müqavilədən imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil1 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(001)-3327/2021 saylı qərardadı qərardadı ləğv edilməli, iddianın təmini tədbirinə dair ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 30.04.2010-cu il tarixli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, 7-ci mikrorayon X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən və vətəndaşlar İddiaçı1 (18 m2 ), İddiaçı2 (24 m2) və X2 (24 m2 ) ayrılmış torpaq sahələrində təqdim edilən layihə əsasında inşa olunmuş qeyri-yaşayış sahəsi onların adına mövcud vəziyyətdə rəsmiləşdirilməsi barədə sərəncam verilmişdir. Kollegiya qeyd edir ki, eləcə də iş materialları ilə müəyyən edilir ki, 09.12.2019-cu il tarixli ilkin alqı-satqı müqaviləsi və 02.03.2020-ci il tarixli ilkin alqı satqı müqaviləsinə əlavə əsasında iddiaçıların qardaşı olan X1 Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsi əsasında 140000 manat ödəyərək, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon 22 saylı evin arxasında yerləşən ümumi sahəsi 235 m2 olan qeyri-yaşayış binasını və 0.05 ha torpaq sahəsini almış və hal hazırda həmin sahə onun istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərinə əsasən iddianı təmin etmək barədə qəbul edilmiş qərardad müvəqqəti xarakter daşıyır və iş üzrə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən hallara dair şübhələr olduqda iddianın təmin etmək üçün nəzərdə tutulmuş tədbirlər görülə bilər. Qanunun göstərilən müddəalarının mənasına görə məhkəmədə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaitidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və hazırkı mübahisənin mahiyyətini və predmetini nəzərə alaraq hesab edir ki, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsi üzrə hər hansı maneə və ya mümkünsüz ola biləcək hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(001)-3327/2021 saylı qərardadı qərardadı ləğv edilməli, iddianın təmini tədbirinə dair ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(001)- 3327/2021 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmini tədbiri olaraq Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr X.Dairəvi küçəsi 22 saylı yaşayış binasının arxasında yerləşən qeyriyaşayış sahəsinin fəaliyyətinin dayandırılması, qeyri-yaşayış sahəsindən istifadənin və hər hansı hərəkətlərin edilməsinin Cavabdeh və 3-cü şəxlərə qadağan edilməsinə dair ərizələri təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5064/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5064/2021
18.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver