Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5065/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-3157/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 19 may 2025-ci il tarixli, 3-13-16/2-101252/2025 saylı məktuba əlavə edilmiş qeydiyyat hərəkətləri barədə çıxarışdan görünür ki, ** MG *** qeydiyyat nişanlı MERCeDeS BENZ E220 BLUETEC markalı avtomobil ilkin olaraq X1 mülkiyyətində olmuş, etibarnamə ilə X7, İddiaçı, X6, Cavabdeh1 istifadəsinə verilmiş, xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətinə keçmiş, etibarnamə ilə Cavabdeh1 verilmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixdə Cavabdeh1 təmsilçiliyi ilə Cavabdeh2 satılmış, xx.xx.2025-ci ildən xx.xx.2026-cı il tarixə olan müddətə Cavabdeh1 etibarnamə ilə istifadəyə verilmişdir.
2. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi X4 tərəfindən İddiaçı satılmışdır.
3. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh1 təmsilçiliyi ilə Cavabdeh2 satılmışdır.
4. xx.xx.2024-cü il tarixli, 7E-38215 reyestr nömrəsi il qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi barəsində Cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 İddiaçı məxsus ** MG *** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 Bluetec markalı minik avtomobilini öz işçisi Cavabdeh2 adına keçirilməsi ilə qeydiyyat və həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı minik avtomobil İddiaçı məxsus olmuşdur. xx.xx.2024-cü il tarixində İddiaçı avtomobilin idarə olunmasını və üzərində sərəncam verilməsini 7E-38215 nömrəli etibarnamə ilə Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 bu etibarnamədən istifadə edərək İddiaçının mülkiyyətində olan Mercedes Benz E220 Bluetec markalı minik avtomobilini öz işçisi Cavabdeh2 adına keçirmişdir. Belə ki, mövcud hal Cavabdeh1 tərəfindən iddiaçının heç bir razılığı və xəbəri olmadan həyata keçirilmişdir. Mövcud situasiyada Cavabdeh1 tərəfindən etibardan sui-istifadə edilmiş və iddiaçıya cavabdehin belə bir hərəkət etməkdə niyyətinin nə olduğu məlum olmamışdır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, sözügedən avtomobili Cavabdeh1 dəyərini ödəməklə Fərid adlı şəxsdən alıb. Avtomobilin ilkin sahibi X4 olub və o da baş etibarnamə əsasında avtomobilə dair hüquqları X5 verib. Fərid də öz növbəsində maşını cavabdehə satıb və maşının bütün dəyərini Cavabdeh1 ödəyib. İddiaçı ilə cavabdehin aralarında avtomobili taksi xidmətində istifadə etmək üçün razılığa gəliblər, lakin iddiaçı razılığa düzgün əməl etmədiyindən Günel maşının qaytarılmasını tələb edib. Bununla bağlı tərəflər arasında bir sıra anlaşılmazlıqlar olub və nəticədə iddiaçı avtomobili qaytarıb və cavabdehə sözügedən avtomobilə dair baş etibarnamə verib. İddiaçının arqumenti etibarnamənin açıq və birmənalı məzmunu ilə ziddiyyət təşkil edir. İddiaçı etibarnamədə qeyd olunan səlahiyyətlərə baxmayaraq, cavabdehin onun razılığı olmadan hərəkət etdiyini sübut edən heç bir yazılı dəlil təqdim edə bilməyib. Əksinə, etibarnamənin özü cavabdehin qanuni hərəkətləri üçün dəlildir. Bunlarla yanaşı DYP-nin məhkəmənin sorğusuna verdiyi cavabdan və təqdim etdiyi sənədlərdən də tam sübut olunur ki, kim-kimə nə vaxt hansı etibarnaməni verib. Bundan başqa, ilkin alqı-satqı zamanı və sonrakı alqı-satqı zamanı ərizədə və alqı-satqı müqaviləsində cavabdehin adı və imzası var. Bu fakt da özülüyündə əslində avtomobilin Cavabdeh1 məxsus olmasını və dəyərinin onun tərəfindən ödənilməsini sübut edir. İddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-3157/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə (Cavabdeh1 təmsilçiliyi ilə) Cavabdeh2 arasında bağlanmış 11 aprel 2025-ci il tarixli "Mercedes Benz E220 Bluetec” minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla əlaqədar aparılmış qeydin ləğv edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim Kərim Xudayev)
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki iddia ərizəsindən, tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan da bəllli olur ki, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh1 etibarnamə vermişdir. Belə olan halda, yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkündür. Cavabdeh ona verilmiş təmsilçilik səlahiyyətindən istifadə etməklə öz xeyrinə nəqliyyat vasitəsinə özgəninkilşdirmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 nəqliyyat vasitəsini Cavabdeh2 satsa da, həmin şəxs tərəfindən yenidən cavabdehə etibarnamə verilməklə, nəqliyyat vasitəsi onun istifadəsində qalmağa davam etmişdir. Bu hal bir qayda olaraq tərəflər arasında həqiqətən alqı-satqı müqaviləsinin bağlanma niyyətinin olmadığını, müqavilənin təmsilçinin özü barəsində bağlandığını təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, müqavilə etibarsız hesab edildiyindən, onun əsasında verilmiş qeyd də ləğv edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci, 340-cı, 359-cu, 385-ci, 386-cı, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələrinə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçının arqumenti etibarnamənin açıq və birmənalı məzmunu ilə ziddiyyət təşkil edir. İddiaçı etibarnamədə qeyd olunan səlahiyyətlərə baxmayaraq, cavabdehin onun razılığı olmadan hərəkət etdiyini sübut edən heç bir yazılı dəlil təqdim edə bilməyib. Əksinə, etibarnamənin özü cavabdehin qanuni hərəkətləri üçün dəlildir. Bunlarla yanaşı DYP-nin məhkəmənin sorğusuna verdiyi cavabdan və təqdim etdiyi sənədlərdən də tam sübut olunur ki, kim-kimə nə vaxt hansı etibarnaməni verib. Bundan başqa, ilkin alqı-satqı zamanı və sonrakı alqı- satqı zamanı ərizədə və alqı-satqı müqaviləsində cavabdehin adı və imzası var. Bu fakt da özülüyündə əslində avtomobilin Cavabdeh1 məxsus olmasını və dəyərinin onun tərəfindən ödənilməsini sübut edir. Avtomobilin satışı bu icazənin bir hissəsi idi. Məhkəmə İddiaçı “iradə pozuntusu” iddiasını sübutsuz qəbul etmişdir. Məhkəmə qərarında qeyd olunur ki, İddiaçı iradəsi pozulub və bu, əqdin əsassız bağlanmasına səbəb olub. Lakin: - AR qanunvericilik əqdin etibarsızlığı üçün yalnız zor, hədə-qorxu, aldatma və ağır vəziyyətdən istifadə hallarında hüquqi əsas tanıyır; - İddiaçı bu hallardan heç birini sübuta yetirə bilməmişdir; - İş materiallarında nə şahid ifadəsi, nə yazılı razılaşma, nə də satışdan sonra pulu almaq hüququnun varlığını təsdiqləyən sənəd mövcuddur. Etibarnamənin verildiyini, Alqı-satqı müqaviləsinin bağlandığını, DYP qeydiyyatının aparıldığını qəbul edib, Lakin buna baxmayaraq, qərara gəlib ki, “əqdin arxasında real iradə olmayıb” və bu “uydurma əqddir”.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13 Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
15. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, Günel xanımla bir-birilərini əvvəlcədən tanımırlar. Avtomobili alıb-satarkən tanış olmuşlar. Avtomobil hal-hazırda ondadır. Onun Günel xanıma yenidən baş etibarnamə verməyinin səbəbi, avtomobili qaytarmaq istəməyi idi. Hətta o, avtomobili satmaq istəyirdi. Çünki avtomobilin motorunda problem var idi, sürə bilmirdi. Bir dəfə avtomobil yolda qaldı və o evakuatorla getməli olmuşdur.
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı işsiz olduğu üçün taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə kreditə maşın almaq istəyirdi. Günel xanım Elvinə təklif edir ki, Elvinə pul versin və o da işləyib Günay xanımın haqqını ödəsin. Artıq qazansa artıq ödəniş də etsin. Günay xanım Elvinə 25000 manat pul verir. Sonra onlar arasında münasibətlər gərginləşir. Gərginləşmə ərəfəsində Elvin bəy Günay xanıma hər ay ödəniş edirdi və 13000 manat borcu qalmışdı. Münasibətlər gərginlşəndən sonra Günel xanım maşını tələb etməyə başladı və Elvin bəy də düşündü ki, maşını satsın borcunu versin və qalan pulu da özündə saxlasın. Güvən yaratmaq üçün də Günel xanıma etibarnamə verdi. Uyğun qiymətə müştəri tapılmadığı üçün maşın bir müddət satıla bilmədi və bu səbəbdən onlar arasında mübahisə yarandı. Bir gün Günel xanım Elvinə zəng etdi ki, maşını ustadadır və təcili maşın lazımdır. Elvin də maşını aparıb verdi ona, lakin onun öz maşını ustadan çıxmasına baxmayaraq mübahisə predmeti olan maşını gətirmədi və zənglərə də cavab vermədi. Həmin vaxt Günel xanım maşını aparıb başqasına satdı. Etibarnamənin hüquqi mahiyyətinə görə, etibar edilmiş etibar edəin adından istənilən hərəkəti edə bilər, lakin bu hərəkətlər etibar edənin xeyrin olmalıdır. Cavabdeh isə maşını Elvin bəyin xəbəri olmadan satıb və məhkəmə prosesindı özü də etiraf edib ki, maşının satılmasında əldə edilən gəlirdən Elvin bəyə heç nə verməyib. Günel xanım etibarnamədən sui-istifadə edib.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur; 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə iddianın rədd edərkən bunun əsaslarını düzgün müəyyən etmədən səhv nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
24. İşin faktiki hallarından göründüyü kimi ** MG *** qeydiyyat nişanlı MERCEDES BENZ E220 BLUETEC markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh1 etibarnamə vermişdir. xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, ** MG *** qeydiyyat nişanlı MERCEDES BENE220 BLUETEC markalı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən sərəncamverici etibarnamə əsasında Cavabdeh2 satılıb. Daha sonra isə xx.xx.2025- ci il tarixdə həmin nəqliyyat vasitəsi Cavabdeh1 etibarnamə əsasında istifadəsinə verilib. Hazırda iddiaçı xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin onun həqiqi iradəsini ifadə etmədiyindən etibarsız sayılmasını və həmin əqdə əsaslanan qeydliyyat hərəkətlərinin ləğv edilməsini xahiş edir.
25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh ona verilmiş təmsilçilik səlahiyyətindən istifadə etməklə öz xeyrinə nəqliyyat vasitəsinə özgəninkiləşdirmişdir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 nəqliyyat vasitəsini Cavabdeh2 satsa da, həmin şəxs tərəfindən yenidən cavabdehə etibarnamə verilməklə, nəqliyyat vasitəsi onun istifadəsində qalmağa davam etmişdir. Bu hal bir qayda olaraq tərəflər arasında həqiqətən alqı-satqı müqaviləsinin bağlanma niyyətinin olmadığını, müqavilənin təmsilçinin özü barəsində bağlandığını təsdiq edir.
26. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, iddiaçının etibarnamənin yalnız "təmsilçilik üçün verildiyi" arqumenti əsassızdır. Hər hansı bir etibarnamə təmsilçilik aktıdır. Lakin təmsilçiliyin həcmi və səlahiyyətlərin miqyası etibarnamənin məzmunu ilə müəyyən edilir. Əgər etibarnamədə mülkiyyətin sərəncam hüquqları (satış, dəyişmə, bağışlama və s.) verilmişdisə, bu, təmsilçilik çərçivəsində sərəncamverici hərəkətlər etmək səlahiyyətini də əhatə edir. Sadəcə təmsilçilik deyil, həm də konkret əməliyyatların aparılmasına icazədir. Mülkiyyət üzərində sərəncam vermə səlahiyyətlərini əlavə etmək, avtomobilin satıla bilməsinə razılıq vermək deməkdir. Hazırki iş üzrə etibarnamə isə notariat qaydasında təsdiqlənmiş və qüvvədə olduğu müddətdə istifadə olunmuşdur. Etibar edilənin hərəkətləri hüquqi səlahiyyət çərçivəsində olmuş, etibardan kənar hərəkət halları sübuta yetirilməmişdir. Cavabdeh1 avtomobili öz adına yox, üçüncü şəxs, Cavabdeh2 adına rəsmiləşdirmişdir.
27. İddiaçı özü də təsdiq edir ki, cavabdehə "sərəncamverici etibarnamə" verilib. Bu ifadənin özü avtomobil üzərində tam sərəncam vermək hüququnu nəzərdə tutur. "Satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq" kimi səlahiyyətlərin konkret olaraq etibarnamədə qeyd olunması, cavabdehin avtomobili satmaq üçün açıq və birmənalı şəkildə səlahiyyətli olduğunu göstərir. Etibarnamədə təmsilçinin hansı hərəkətləri etməyə səlahiyyətli olduğu aydın şəkildə göstərilmişdir. Cavabdehə münasibətdə, etibarnamədə sadalanan hərəkətlər (o cümlədən satış) onun səlahiyyəti daxilində olmuşdur. İddiaçı bu hərəkətin onun razılığı olmadan edildiyini iddia etsə də, etibarnamənin özü onun həmin hərəkətlərə (o cümlədən satışa) əvvəlcədən verdiyi razılıqdır. Göründüyü kimi iddiaçının arqumenti etibarnamənin açıq və birmənalı məzmunu ilə ziddiyyət təşkil edir.
28. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
29. Hazırki işdə isə Cavabdeh2 vicdanlı alıcı olaraq avtomobilin mülkiyyətçisidir. İzahatında isə bildirmişdir ki, Günel xanımla bir-birilərini əvvəlcədən tanımırlar. Avtomobili alıb-satarkən tanış olmuşlar. Avtomobil hal-hazırda ondadır. Onun Günel xanıma yenidən baş etibarnamə verməyinin səbəbi, avtomobili qaytarmaq istəməyi idi. Hətta o, avtomobili satmaq istəyirdi. Çünki avtomobilin motorunda problem olmuşdur. Daha sonra Günel xanım avtomobilin nazaslığının aradan qaldırılması üçün lazım olan məbləği (5 min manatı) ona ödənilməməsini qəbul etdiyindən avtomobili qaytarmamış və mülkiyyətində saxlamışdır.
30. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə raşılaşmayaraq qeyd edir ki, alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlandığından onun etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə olan halda avtomobilin alqı satqı müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Hazırkı vəziyyətdə isə iddiaçının pul tələbi ilə cavabdehə qarşı ayrıca iddia tələbi ilə müraciət hüququ istisna edilmir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-3157/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-3157/2025 nömrəli 25 iyun 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.