Məhkəmə qərarları › İş №2(103)-5066/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5066/2025

06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5066/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MTK və "xxxx" MMM-yə qarşı iş üzrə (Açar sözlər: dövlət reyestrindən çıxarışın alınması üçün ümumi yığıncağın qərarının (protokoldan çıxarış) təqdim edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MTK və "xxxx" MMM-yə qarşı "hüquqmüəyyənedici sənədin təqdim olunması, yeraltı avtodayanacağın əvəzsiz və müddətsiz istifadəsinə verilməsi və istifadə edilməsinə maneəçiliyin yaradılmaması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2833/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 16-cı mərtəbəsində yerləşən 196.4 kv.m təşkil edən 4 otaqlı 55 saylı mənzili "xxxx"- İddiaçı təhvil verməyi, sonuncu isə binanın tikintisi başa çatdıqdan sonra mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən qeyd edilən binaya ünvan 1 ünvanı verilmişdir. Müqavilənin 3.2-ci bəndinin “b” və “c” yarımbəndlərinə əsasən tikintisi başa çatdıqdan sonra tikiləcək bina Kooperativin balansına alınan tarixdən etibarən payçı mənzilin, eləcə də binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq, binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin vaxtı-vaxtında ödənilməsini, eyni zamanda öz payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisə ilə müqavilə bağlamağı öhdəsinə götürür.

2. "xxxx" MTK-nın xx.xx.2007-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri "xxxx" İddiaçı tərəfindən tam şəkildə ödənilmiş, MTK-ya borcu yoxdur.

3. İddiaçı Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən 55 saylı mənzilin ona verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının qərarının (protokoldan çıxarışı) ona təqdim edilməsini xahiş etmişdir. Poçt xəbərnaməsindən isə müəyyən edilir ki, həmin bildiriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır.

4. Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun Cavabdeh1 MTK-nın İdarə heyətinə yazdığı 27 dekabr 2007ci il tarixli ərizədə qeyd edilib ki, kobpartivin “Nizamnamə”si ilə tanış olmuşdur, onu bütövlükdə qəbul edirs və kooperativin payçılarının üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə zəmanət verir. Bundan əlavə aralarında imzalanan 27 dekabr 2007-ci il tarixli müqavilənini “3.2.b” və “3.2.c” bəndlərindən görünür ki, üzərinə öhdəlik götürmüsünüz ki, kommunal xidmət haqqını vaxtı-vaxtında ödəyəcək və sakinlərə kommunal xidmət göstrən müəssisə ilə müqavilə bağlayacaq. Lakin, onun tərəfindən sadalanan öhdəliklərə əməl edilməyib və üzərinə düşəni icra etmir. Belə ki, uzun müddət İddiaçı tərəfindən kommunal xidmət haqqı ödənilməyib. Daha sonra sakinlərə və binaya kommunal xidmət göstərən təşkilat ilə aralarında məhkəmə mübahisəsi olmuş və qərar qəbul edilmişdir. Həmin qərar üzrə mənzilinizini hər bir metr sahəsinə düşən kommunal xidmət haqqı tərəfinizdən ödənilsə də, həmin ödəniş üçün müqavilə bağlanmasından yayınır. Bundan əlavə aralarında imzalanan müqavilədə binanın yeraltı hissəsində mövcud olan dayanacaq yerlərindən - qarajlardan istifadə şərtləri açıq-aydın göstərilsə də, qarajlardan ödənişsiz istifadə etmək niyyətində olduğu üçün əsassız olaraq kooperativi müxtəlif dövlət orqanlarına şikayət etmişdir və 'bununla da yersiz şəkildə kooperativə əlavə problemlərin yaradılmasına, iş yükünün artırılmasına və resursların yersiz xərclənməsinə səbəb olmuşdur. Göstərilənlərə baxmayaraq Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində onun mənzil üçün çıxarış alınmasına hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin, həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə müqaviləsi olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması, həmçinin Cavabdeh1 MTK-nın əlehinə olan hərəkətlərə son verilməsi, kooperativ barədə şikayətçi olmadığına dair iradə ifadəsi, həmçinin aralarında imzalanan xx.xx.2007-ci il tarixli müqaviləyə mənzilin yekun ümumi sahəsi və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsi, həmçinin mənzilinizdə kombi sistemi quraşdırmaq istədiyi təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından rəsmi icazənin alınmasına dair öhdəlik götürməsi, eləcə də kooperativdən təhvil aldığı sənədlər barədə iltizama imza atması zəruridir.

5. İddiaçı Cavabdeh1 MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən 55 saylı mənzilin ona verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının qərarının (protokoldan çıxarışı) ona təqdim edilməsini xahiş etmişdir. Poçt xəbərnaməsindən isə müəyyən edilir ki, həmin bildiriş ona xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır.

6. Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 24.10.024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində onun mənzil üçün “çıxarış” alınması üçün hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin, həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə müqaviləsi olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması (belə ki, kommunal xidmət haqqını ödəyirsiniz, amma müqaviləyə imza atmırsınız?), həmçinin Cavabdeh1 MTK-nın əleyhinə olan hərəkətlərə son qoyulması (MTK-nı əsassız olaraq hüquq mühafizə orqanlarına şikayət edirsiniz), kooperativ barədə şikayətçi olmadığına dair iradə ifadəsi, həmçinin aralarında 27 dekabr 2007-ci il tarixli müqavilə əsasında mənzilin yekun ümumi sahəsi və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsi, bundan əlavə mənzilində kombi quraşdırmaq istədiyi təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından icazənin alınmasına dair öhdəlik götürməsi, eləcə də kooperativdən təhvil aldığı sənədlər barədə iltizama imza atmasının zəruri olduğu bildirilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər "xxxx" MTK və "xxxx" MMM-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlanılan hüquqmüəyyənedici sənədin - pay haqqını (dəyərini) xx.xx.2007-ci il tarixdə tam ödədiyi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx"-mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim olunmasından imtina edilməsi barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtina məktublarının qanunsuz və əsassız hesab edilməsi; 2) "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə və Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən ona verilmiş xx.xx.2007-ci il tarixli Maliyyə Arayışına əsasən pay haqqını (dəyərini) xx.xx.2007ci il tarixdə tam ödədiyi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) - hüquqmüəyyənedici sənədin mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzili üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə binanın sahə mülkiyyətçisi ("xxxx"-mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi; 3) ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının binanın sahə mülkiyyətçisi kimi ona və binanın digər sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan zirzəmisində yerləşən və yalnız binanın sahə mülkiyyətçilərinə xidmət edən binanın sahə mülkiyyətçisi kimi ona ümumi payli mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağın (yeraltı avtomobil qarajının) "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyinin icra edilərək rəsmiləşdirilmə aparılmaqla ümumi paylı mülkiyyətçi kimi onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün əvəzsiz və müddətsiz istifadəsinə verilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi; 4) ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının binanın sahə mülkiyyətçisi kimi mənə və binanin digər sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan zirzəmisində yerləşən və yalnız binanın sahə mülkiyyətçilərinə xidmət edən binanın sahə mülkiyyətçisi kimi ona ümumi payli mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağından (yeraltı avtomobil qarajından) ümumi paylı mülkiyyətçi kimi onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün istifadə etməyinə maneçiliyin yaradılmamasının hazırda ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsini həyata keçirən idarəedici təşkilat cavabdeh "xxxx" X4 həvalə edilməsi; 5) habelə hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən və "xxxx" X2 müştərək qaydada iddiaçı kimi onun xeyrinə 100 manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini, 6) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-cu il tarixli Qərarına əsasən Cavabdeh1 MənzilTikinti Kooperativinin keçmiş sədri X9 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin hazırki sədri X6 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.1, 178.2.3, 178.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmə), 308.1 -ci (vəzifə səlahiyyətlərindən suiistifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 322-ci (özbaşınalıq) maddələrində nəzərdə tutulmuş və əvvəllər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin sədri vəzifəsində işləmiş, hazırda isə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə hüquqi xidmət göstərən X10 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.1, 178.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmə), 32, 308.1 -ci (vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin törədilməsini təşkil etmə, təhrik etmə və kömək etmə), 32, 309.1 -ci (vəzifə səlahiyyətlərini aşma cinayətinin törədilməsini təşkil etmə, təhrik etmə və kömək etmə), 32, 322-ci (özbaşınalıq cinayətinin törədilməsini təşkil etmə, təhrik etmə və kömək etmə) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin aşkar olunmasına dair xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi iddiaçı ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi o, ünvan 3 ünvan: ünvan 4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilin dəyərini 27 dekabr 2007-ci il tarixdə tam ödəyərək həmin mənzili almışdır və Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilmiş 27 dekabr 2007-ci il tarixli Maliyyə Arayışında "xxxx" kimi onun həmin 55 saylı mənzillə əlaqədar Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə borcunun olmaması göstərilmişdir. Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil- tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokolla rəsmiləşdirilmiş qərar qəbul edilmişdir və həmin qərar Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlandır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən xx.xx.2008-ci il tarixdə rəsmi qaydada "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona göndərilmiş və xx.xx.2008-ci il tarixdə 1141 saylı poçt şöbəsi tərəfindən ona rəsmi qaydada təqdim edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin bildirişində göstərilmişdir ki, Cavabdeh1 MTK-nın İ.Qutqaşınlı 89 ünvanda inşa etdiyi yaşayış binasında inşaat işlərinin başa çatması ilə əlaqədar 55 saylı mənzilin sakini İddiaçı... BİLDİRİŞ: Cavabdeh1 MTK-nın rəhbərliyi nəzərinizə çatdırır ki, xx.xx.2008-ci il tarixdən etibarən binanın inşası başa çatır. İ.Qutqaşınlı 89 ünvanda inşaat işlərinin başa çatdığını nəzərə alaraq mənzillər sizin istismarına verilir. Mənzillər üçün bütün kommunal xərcləri xx.xx.2008-ci il tarixdən hesablanacaqdır”. Həmin bildirişini o, xx.xx.2008-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra 2008-ci ilin noyabr avının əvvəlində Bakı səhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilin Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona təhvil verilmişdir. Daha sonra o, Bakı səhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilində əsaslı təmir isləri aparmışdır və həmin 55 saylı mənzilim hazırda onun istifadəsindədir. Bundan sonra, o, həmin 55 saylı mənzil ilə əlaqədar müqavilə əsasında 2008-ci ilin sentyabr ayından 2009-cu ilin sentyabr ayınadək olan müddət ərzində hər ay 151.23 manat olmaqla mənzil-kommunal xidmət haqqlarını Cavabdeh1 Mənzil- Tikinti Kooperativinə ödəmiş və bu barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən ona müvafiq qaimələr təqdim edilmişdir. Onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndində Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin öhdəliyi kimi göstərilmişdir: “Mənzili “Kooperativ” "xxxx"ya aşağıdakı texniki vəziyyətdə təhvil verməlidir: - həyətdə yeraltı qaraj yerləşdirəcək, "xxxx"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər”. Daha sonra Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının (hazırda Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasının) idarə edilməsi və istismarı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının xx.xx.2009-cu il tarixli qərarına və Cavabdeh1 Mənzil- Tikinti Kooperativi ilə "xxxx" X5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqaviləyə əsasən "xxxx" X4 həvalə edilmişdir. Belə ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağının xx.xx.2009-cu il tarixli protokoluna əsasən səsvermə yolu ilə Cavabdeh1 MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı "xxxx" X4 (MMM) tapşırılması qərara alınmışdır. Cavabdeh1 MTK İdarə Heyətinin sədri X14 ilə "xxxx" MMMin direktor X11 arasında bağlanmış 01 oktyabr 2009-cu il tarixli Müqavilənin 1-ci, 1.1-ci, 1.2-ci və 1.3-cü (müqavilənin mahiyyəti) bəndlərində göstərilmişdir: “Bakı Şəhər İH-nin 45 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 5 ünvanda çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsi və tikintisi həyata keçirilmişdir. Həmin tikinti Cavabdeh1 MTK üzvlərinin vəsaiti hesabına həyata keçirilib. Cavabdeh1 MTK Yasamal rayon, İsmayılbəy Qutqaşınlı küçəsi 89 ünvanda çoxmərtəbəli yaşayış binasının sakinlərinə xidmət göstərilməsini təşkil edir. Müqavilənin “1.1.” bəndində göstərilənə əsaslanaraq “Sifarişçi ” kommunal xidmət göstərilməsini bu müqavilə ilə “İcraçı ”ya həvalə edir. “İcraçı” tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər (islər) üzrə yaranan münasibətlər “İcraçı” ilə sakinlər arasında imzalanan fərdi müqavilələr ilə tənzimlənir”. Daha sonra onunla "xxxx" X5 arasında xx.xx.2009-cu il tarixli “Mənzilkommunal xidməti haqqında Müqavilə” bağlanmışdır və həmin xx.xx.2009-cu il tarixli Müqaviləyə əsasən “Sifarişçi” olaraq o, öz üzərinə hər ay 157.12 manat olmaqla mənzilkommunal xidmət haqqlarını “İcraçı” kimi "xxxx" X4 ödəməyinə dair öhdəlik götürmüşdür. "xxxx" X5 tərəfindən ona verilmiş xx.xx.2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin sentyabr ayına kommunal xərcləri üçün 114,24 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur, xx.xx.2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin oktyabr ayına kommunal xərcləri üçün 157,12 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur, xx.xx.2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin noyabr ayına kommunal xərcləri üçün 157,12 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. Daha sonra tərəfindən "xxxx" X4 ünvanlanmış xx.xx.2009-cu il tarixli müraciətində hər ay tərəfimdən mənzil-kommunal xidmət haqqları kimi 157,12 manat ödənilməsinə baxmayaraq, istismar xərclərinin qanunvericliklə müəyyən edilmiş tariflərə uyğun olmaması ilə əlaqədar artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını yaxud sonrakı aylar üçün ödənişlə əvəzləşdirilməsini xahiş etmişdir. Bundan sonra onunla "xxxx" X5 arasında əldə edilmiş razılaşma nəzərə alınaraq "xxxx" X5 tərəfindən ona verilmiş xx.xx.2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin dekabr ayına kommunal xərcləri üçün 120 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. xx.xx.2010-cu il tarixli Maliyyə Arayışına əsasən 2010-cu ilin yanvar ayına kommunal xərcləri üçün 120 manat onun tərəfimdən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. Daha sonra mülkiyyətində olan mənzillə bağlı “Sifarişçi” kimi onunla “İcraçı” kimi "xxxx" X5 arasında yeni xx.xx.2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında Müqavilə” bağlanmışdır və həmin xx.xx.2010-cu il tarixli Müqaviləyə əsasən “Sifarişçi” olaraq o, öz üzərinə hər ay 117.84 manat olmaqla mənzil-kommunal xidmət haqqlarını “İcraçı” kimi "xxxx" X4 ödəməyinə dair öhdəlik götürmüşdür. "xxxx" X5 tərəfindən ona verilmiş xx.xx.2010-cu il tarixli Maliyyə Arayışına əsasən 2010-cu ilin fevral və mart aylarına kommunal xərcləri üçün 240 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur, xx.xx.2010-cu il tarixli Maliyyə Arayışına əsasən 2010-cu ilin aprel ayına kommunal xərcləri üçün 120 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. Qeyd etdiyi bu faktlar (hallar) iddiaçı "xxxx" X3 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 cəlb edilməklə cavabdeh kimi ona qarşı irəli sürdüyü kommunal xidmət haqqı borcunun ödənilməsi barədə iddia tələbi üzrə iddianın qismən təmin edilməsi barədə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e2(004)-2600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bir daha müəyyən olunmuşdur və təsdiq edilmişdir. Həmin qətnaməsi onun tərəfindən icra edilərək xx.xx.2023-cü il tarixdə "xxxx" X4 kommunal xidmət haqqı kimi 4.304,66 manat pul məbləğini ödəmişdir. Daha sonra hər ay onun tərəfindən mənzil-kommunal xidmət haqqı kimi 117,84 manat ödəməli olması barədə xx.xx.2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında Müqavilə”nin müddətinin yenə də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə kimi 1 il müddətinə eyni şərtlərlə uzadılması ilə əlaqədar o, 2023-cü ilin may ayından 2024-cü ilin iyun ayının sonuna kimi 14 ay müddət üçün hər ay 117,84 manat (mənzilin 1 (bir) kv.metri üçün 60 (altmış) qəpik ödənilməsi hesqbı ilə - riyazi qaydada “117,84:196,4=0,6”) hesablanmaqla cəmi məbləğ kimi 1.649,76 manat kommunal xidmət haqqını xx.xx.2024-cü il tarixdə "xxxx" X4 ödəmiş və bu barədə "xxxx" X5 tərəfindən mənə GEĞ234836 seriya və nömrəli 11 iyun 2024-cü il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzi verilmişdir. Həmin mədaxil qəbzində onun qalıq borcunun olmaması göstərilmişdir. xx.xx.2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” Müqavilə 4.4-cü və 6-cı bəndlərinə əsasən eyni şərtlərlə, eyni qaydada və eyni müddətə - xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinə kimi 1 il müddətinə uzadılmışdır. Həmçinin bildirir ki, onun mülkiyyətində və istifadəsində olan mənzilə verilən elektrik enerjisi ilə əlaqədar istehlakçı kimi o, **********90055 nömrəli abonent kodu üzrə "xxxx" Acıq Səhmdar Cəmiyyətində, həmin 55 saylı mənzilinin su təchizatı və göstərilən kanalizasiya xidməti ilə əlaqədar istehlakçı kimi o, **********550 nömrəli abonent kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində qeydiyyatdadır və onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küşəsi 89 saylı binada yerləşən 55 saylı mənzilində istehlak etdiyi elektrik enerjisi və su sərfiyyatı, habelə kanalizasiya xidməti ilə əlaqədar yaranmış borc məbləğləri bildiriş-xəbərdarlıqlara əsasən onun tərəfindən vaxtında "xxxx" ASC-yə və "xxxx" ASC-yə ödənilir. Onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2007-ci il tarixli ikitərəfli alqı-satqı müqaviləsinə və həmin ikitərəfli alqısatqı müqaviləsinə əsaslanan öhdəliklərə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci, 528-ci maddələrinə və xx.xx.2007-ci il tarixli Müqavilənin 6-cı və 6.1-ci bəndlərinə (müqavilənin müddəti) əsasən 2008-ci ilin noyabr avının əvvəlində xitam verilmişdir. Mənzilin dəyərini xx.xx.2007ci il tarixdə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə tam ödədiyi andan həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən həmin yaşayış sahəsinə - Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilinə xx.xx.2007-ci il tarixdən mülkiyyət hüququ əldə etmişdir. Mənzilə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzilə onun adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin təmin edilməsi barədə onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə də müraciət etmişdir. Müraciətinə cavab məktubunda Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 28 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi basa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Cavabdeh1 MTK göstərildiyi, qeyd olunan yaşayış binasında yerləşən mənzilə dair Cavabdeh1 MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6- cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə müraciət edəcəyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxılacağı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olması bildirilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlanılan hüquqmüəyyənedici sənədin - pay haqqını (dəyərini) xx.xx.2007-ci il tarixdə tam ödədiyi mənzilinin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 MənzilTikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx" mənziltikinti kooperativinin üzvü) kimi mənə təqdim olunmasından imtina edilməsi barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli imtina məktublarında həmin hüquqmüəyyənedici sənədin ona təqdim olunması üçün qanunsuz şərt kimi imzalanması tələb olunan imtina məktubuna qoşma kimi əlavə edilmiş 17 (on yeddi) ilə yaxın müddətdən sonra xx.xx.2007-ci il tarixli müqaviləyə əlavə və dəyişikliklərin edilməsi barədə xx.xx.2024-cü il tarixli Əlavənin (Əlavə Müqavilənin) layihəsinin 3-cü bəndində göstərilmiş “Tərəflər razılaşırlar ki, mənzilin xx.xx.2007-ci il tarixli müqavilədə göstərilən ümumi 196,4 kv.m. sahəsi onun yekun ümumi sahəsini nəzərdə tutur və gələcəkdə mənzilin təmiri, yenidən ölçülməsi və ya mənzilin dövlət reyestrindən sənədləri - texniki pasportu alınarkən bu sahədən fərqli sahə müəyyən edilərsə (az və ya çox), heç bir tərəf digər tərəfə qarşı bununla bağlı iddia və ya tələblə çıxış edə bilməz” şərtləri öz mahiyyəti üzrə də Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı, 57-ci, 60-cı və 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına, habelə onun Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin 3-cü bəndinə və 3.1-ci bəndinin b) yarımbəndinə (tərəflərin öhdəlikləri) tam zidd olmaqla qanunsuz və əsassızdır. 28 sentyabr 2024-cü il tarixli ərizə ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yeni sədri X7 təkrar müraciət edərək mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzili üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) - hüquqmüəyyənedici sənədin binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsini xahiş etmişdir. Onun xx.xx.2024-cü il tarixli təkrar müraciətinə cavab olaraq Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yeni sədri X12 tərəfindən yenə də həmin (əvvəlki) qanunsuz və əsassız dəlillər göstərilərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil- tikinti kooperativinin üzvü) kimi ona təqdim olunmasından qanunsuz və əsassız olaraq imtina edilmişdir. Nəticədə isə artıq uzun müddətdir ki, binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil-tikinti kooperativinin üzvü) kimi onun Bakı səhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzili ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təminat verilmiş konstitusion mülkiyyət və mənzil hüquqları Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən pozulur. xx.xx.2024-cü il tarixli şikayət ərizəsi ilə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edərək kommersiya hüquqi şəxs olan və sahibkarlıq fəaliyyətini həyata keçirən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi (VÖEN: **********) tərəfindən mənzil hüquqlarının uzun müddət pozulması məsələsinin Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli xx.xx.2017-ci il tarixli Fərmanına əsasən araşdırılmasını və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov tərəfindən ona göndərilmiş 3-21-1/2-451/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli məktubunda Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə görə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və ona tabe olan qurumların daşınmaz əmlakı və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması sahəsində fəaliyyət göstərdiyi, ümumi yığıncağın qərarının təqdim edilməsi ilə başlı Cavabdeh1 MTK-ya müraciət edilməsinin məqsədəmüvafıq olması qeyd edilmişdir. Hazırda Cavabdeh1ndə saxlanılan həmin hüquqmüəyyənedici sənədin ona təqdim edilməsindən heç bir aidiyyəti və əlaqəsi olmayan, qanunsuz və əsassız tələblər irəli sürməklə və dəlillər göstərməklə imtina etməsi nəticəsində Cavabdeh1 MənzilTikinti Kooperativi qanunvericiliyin tələblərini və aralarında bağlanmış xx.xx.2007-ci il tarixli Müqaviləyə əsaslanan öhdəliklərini pozmuşdur və hüquqi məsuliyyət yaradan bu qanunsuz hərəkətləri ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi aramızda bağlanmış xx.xx.2007-ci il tarixli Müqavilənin icra edilməsinə - mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzili ilə əlaqədar çıxarışın və texniki pasportun verilməsinə hüquqdan sui-istifadə etməklə qanunsuz maneələr və məhdudiyyətlər yaratmışdır.

9. Cavabdeh "xxxx" MTK İddiaçı qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız və qanunsuz şikayətləri əsasında Cavabdeh1 MTK-nın məruz qaldığı məktub - ərizələrin hüquqi formatda yazdırılması - hazırlanması, poçt xidməti, nəqliyyat – taksi xidməti və hüquq mühafizə orqanlarında boş – boşuna gözləmələrin kompensasiyası kimi 950 manatın, həmçinin 30 manat dövlət rüsumunun, cəmi 980 manat məbləğin İddiaçı tutularaq Cavabdeh1 MTK-ya ödənilməsi, həmçinin iddia ərizəsinə əlavə edilən kommunal xidmət müqaviləsinin, kombi sistemi üzrə ərizənin, kooperativdən şikayəti olmamasına dair ərizənin, sənədlərin təqdim edilməsinə dair ərizənin, sahə fərqinin olmamasına dair ərizənin, sənədlərin təhvilinə dair iltizam – bildirişin, parkinqlə bağlı müqaviləyə əlavənin imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2833/2025 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MTK-nın İddiaçı qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 2833/2025 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia qismən təmin edilmiş, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 196,4 kv.metr olan 55 saylı mənzilin İddiaçı Nürət oğluna verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı təqdim olunmasından imtina etməsinin qanunsuz hesab edilməsi, ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 196,4 kv.metr olan 55 saylı mənzilin İddiaçı Nürət oğluna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 50 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə iddianın hüquqmüəyyənedici sənədlərin təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin sənədlərin iddiaçıya təqdim edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia həmin hissələrdə əsaslıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri "xxxx"- İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və borcu yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin mənzilin iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçıya təqdim olunmasından imtina etməsi qanunsuz hesab edilməli və mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçıya təqdim edilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzərinə qoyulmalıdır.

13. Məhkəmə iddia tələbinin “binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağın (yeraltı avtomobil qarajının) onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün əvəzsiz və müddətsiz istifadəsinə verilməsi və istifadə etməyinə maneçiliyin yaradılmamasının hazırda çoxmərtəbəli yaşayış binasının idarə edilməsini həyata keçirən idarəedici təşkilat cavabdeh "xxxx" X4 həvalə edilməsi” hissələrinə münasibətdə hesab etmişdir ki, iddia bu hissələrdə əsassız olduğundan təmin edilməməlidir. “Belə ki, Cavabdeh1 MTK (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, həyətdə yeraltı qaraj yerləşdiriləcək, "xxxx"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu müqaviləyə əlavə edərək, yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər. Bundan başqa Cavabdeh1 MTK tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış 08 iyun 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2007-ci tarixli müqavilənin “2.3.” bəndində göstərilib ki, "xxxx" qarajdan istifadə etmək istədikdə, bu münasibətlər müqaviləyə “Əlavə” ilə tənzimlənəcək. Yəni, qarajdan istifadə etmək istəyən "xxxx" MTK ilə müqaviləyə “Əlavə” imzalamalıdır. Digər “Payçılarla olan razılaşmalara əsasən (həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasan qarajlar satılmışdır və hazırda həmin binada boş, yəni sahibi olmayan qaraj qalmamışdır) həmin qarajlar müqaviləyə “Əlavə” əsasında sakinlərə dəyəri ödənilməklə satılıb və sakinlər tərəfindən mülkiyyətlərinə qəbul edilib. Həmin sakinlər əldə etdikləri qarajlara dair “çıxarışlara malikdir və həm sahiblik, həm sərəncam, həm də istifadə hüquqları mövcuddur.”

14. Göründüyü kimi tərəflər arasında bağlanmış arasında bağlanmış xx.xx.2007ci tarixli müqavilədə qarajın payçının istifadəsinə verilməsi üçün tərəflər arasında əlavə müqavilə bağlanması nəzərdə tutulmuş, həmçinin Cavabdeh1 MTK 08 iyun 2023-cü il tarixli məktubundan da göründüyü kimi hazırda qarajlar müqaviləyə “Əlavə” əsasında sakinlərə dəyəri ödənilməklə satılmış, hazırda həmin binada boş qaraj qalmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci tarixli müqavilənin 2.3-cü bəndini nəzərə almadan, bu barədə onunla ayrıca müqavilə bağlamaq əvəzinə qarajın onun əvəzsiz və müddətsiz istifadəsinə verilməsini tələb etməsi əsassız olmuşdur.

15. Bundan başqa, İddiaçı xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə hesab etmişdir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, idida qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan 50 manat hissəsi iddiaçıya aid edilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-4, 110.1, 111.1, 385.1, 385.2, 389.1, 389.3, 442, 448-ci maddələrinə, Mənzil Məcəlləsinin 35.1, 35.4, 37.1, 45.1, 45.3, 109.4, 112.1, 113.1, 113.2-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 265.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh "xxxx" MTK qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarındakı mübahisə onun əsassız və qanunsuz tələbləri, eləcə də, hüquqdan sui-istifadə etmək istəməsi ilə əlaqədardır. İddiaçı MTK-dan hüquqmüəyyənedici sənədlər əldə etmək istəyirsə, qanunvericiliyə müvafiq olaraq təqdim edilən sənədlərə imza atmalıdır. Belə ki, qarşılıqlı iddia ərizəsində göstərilmişdir ki, iddia ərizəsinə əlavə edilən kommunal xidmət müqaviləsinin, kombi sistemi üzrə ərizənin, kooperativdən şikayəti olmamasına dair ərizənin, sənədlərin təqdim edilməsinə dair ərizənin, sahə fərqinin olmamasına dair ərizənin, sənədlərin təhvilinə dair iltizam – bildirişin, parkinqlə bağlı müqaviləyə əlavənin imzalanması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Lakin qarşılıqlı iddia ərizəsi icraata götürülməmişdir. İddiaçının Cavabdeh1 MTK-nın İdarə heyətinə yazdığı xx.xx.2007-ci il tarixli ərizəsində qeyd edilib ki, koopartivin “Nizamnamə”si ilə tanış olub, onu bütövlükdə qəbul edir və kooperativin payçılarının üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinizə zəmanət verir. Bundan əlavə, onunla kooperativ arasında imzalanan xx.xx.2007-ci il tarixli müqavilənini “3.2.b” və “3.2.c” bəndlərindən görünür ki, üzərinə öhdəlik götürüb ki, kommunal xidmət haqqını vaxtı-vaxtında ödəyəcək və sakinlərə kommunal xidmət göstərən müəssisə ilə müqavilə bağlayacaq. Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində İddiaçı mənzili üçün “çıxarış” alınmasına hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə müqaviləsi olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması, həmçinin Cavabdeh1 MTK-nın əleyhinə olan hərəkətlərə son verilməsi, kooperativ barədə şikayətçi olmadığına dair iradə ifadəsi, həmçinin aralarında imzalanan xx.xx.2007-ci il tarixli müqaviləyə əlavə şəklində mənzilin yekun ümumi sahəsi barədə işlərin və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsinin yekunlaşdırılması, bundan əlavə mənzildə kombi sistemi quraşdırmaq istədiyi təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından rəsmi icazənin alınmasına dair öhdəlik götürməsi,eləcə də kooperativdən təhvil aldığı sənədlər barədə iltizama imza atması zəruridir. Tədqim edilən sənədlərə İddiaçı imza atdığı təqdirdə Cavabdeh1 MTK tərəfindən ona “çıxarış” alınması üçün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə etiraz etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək, cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativi tərəfindən verilmiş qanunsuz və əsassız apellyasiya şikayətinin rədd dilməsini və iddia tələblərinin təmin edilməsi hissəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2833/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Eyni zamanda, iddiaçı həmin ərizəsində göstərmişdir ki, iddia tələblərinin rədd edilməsi hissələrində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ədalətsiz, qanunsuz, əsassız olması və onun Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, 60-cı, 71-ci maddələrində, Azərbaycan Respublikasının Mənzii Məcəlləsinin 35-ci, 36-cı, 37-ci və digər maddələrində və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227-ci maddəsində təminat verilmiş mülkiyyət (ümumi paylı mülkiyyət) hüquqlarını və məhkəmə müdafiəsi hüquqlarını pozması ilə əlaqədar ləğv edilməsini və həmin hissələrdə iddia tələblərinin tam təmin edilməsi barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı və 372.7-ci maddələrinə əsasən yeni qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, ünvan 2 ünvanında yerləşən çoxmənzilli kooperativ yaşayış binasının ümumi əmlakı üzərində (binanın ümumi əmlakı üzərində) qanunun - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-37-ci maddələrinin birbaşa göstərişi üzrə mövcud olan və hazırki mülki iş üzrə cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və “Xəzər Mənzil-Servis" X5 tərəfindən pozulmuş onun ümumi paylı mülkiyyət hüquqlarının müdafiə edilməsi barədə iddia tələbləri əsassız və qanunsuz olaraq təmin edilməmişdir.

22. Daha sonra iddiaçı etiraza əlavə başlıqlı ərizə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş X13 Aktları - 2021-ci il tarixli və 2025-ci il tarixli Qərarları və yazılı sübut kimi 2(103)-5066/2025 nömrəli mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun müraciətinə cavab olaraq göndərilmiş **********29 - 3-21-3-30/2-D- 0010/03-8/2025 nömrəli 21 fevral 2025-ci il tarixli məktubu, bir daha iddiaçı kimi onun cavabdehlər "Bisütun” Mənzil-Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı irəli sürdüyü - “ünvan 8 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-36-cı maddələrinə əsasən binanın sahə mülkiyyətçisi kimi ona və binanın digər sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan zirzəmisində yerləşən və yalnız binanın sahə mülkiyyətçilərinə xidmət edən binanın sahə mülkiyyətçisi kimi ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 227-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-36-cı maddələrinə əsasən ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağın (yeraltı avtomobil qarajının) "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi onunla "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyinin icra edilərək rəsmiləşdirilmə aparılmaqla ümumi paylı mülkiyyətçi kimi onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün əvəzsiz və müddətsiz istifadəmə verilməsinin cavabdeh “Bisütun" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi və həmin binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağından (yeraltı avtomobil qarajından) ümumi paylı mülkiyyətçi kimi onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün istifadə etməyinə maneçiliyin yaradılmamasının cavabdeh "xxxx" MMM-ə həvalə edilməsi” barədə iddia tələblərinin qanuni və əsaslı olmasını bir daha təsdiq edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddia məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, "xxxx" MTK-nın apellyasiya şikayətinin rədd edilməsi, iddia tələblərinin təmin edilməyən hissələrində isə qətnamənin ləğv edilməsini və həmin hissələrdə iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 109-4.1.3. Kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına).

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırki işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti vermədiyindən, cavabdeh apellyasiya şikayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. İşdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, MTK, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 16-cı mərtəbəsində yerləşən 196.4 kv.m təşkil edən 4 otaqlı 55 saylı mənzili "xxxx" İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh "xxxx" MTK tərəfindən mənzilin dəyərinin (pay haqqının) tam ödənilməsi barədə iddiaçıya xx.xx.2007-ci il tarixli maliyyə arayışı təqdim edilmiş və MTK-nın möhürü ilə təsdiq edilmişdir.

31. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüquqları vardır.

32. O da qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya məxsus mənzilin üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün həmin mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) zəruridir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı üçün zəruri sənədləri cavabdehdən tələb etməkdə haqlıdır.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilməmişdir. Bundan başqa, apellyasiya şikayətində göstərilən dəlillər (iddiaçı tərəfindən binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması və s.) iddiaçıya mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) verilməsindən imtina edilməsi üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.

35. Kollegiya iddiaçının “iddia tələblərinin təmin edilməyən hissələrində qətnamənin ləğv edilməsi və həmin hissələrdə iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi” ilə bağlı xahişinə münasibətdə bildirir ki, iddiaçı tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2833/2025 nömrəli qətnaməsindən mülki-prosessual qanunvericiliyin tələb etdiyi qayda, forma və məzmunda apellyasiya şikayəti verilməmişdir. Ərizədə qeyd olunanlar hazırda apellyasiya baxışının predmetini təşkil etmir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-2833/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar