Məhkəmə qərarları › İş №2(103)-5069/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5069/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5069/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 İddiaçının vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2n qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8000 (səkkiz min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəmsinin xx xxxx 2018-ci il tarixli qərardadı ilə Ələsgərov Cavabdeh1 aid hissədə iddiadanı imtina edildiyindən mülki iş üzrə icraat Cavabdeh1 aid hissədə xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 6700 manat məbləğində pul vəsaiti tutulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-10898/2019 saylı qətnaməsi ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnaməsən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-785/2020 saylı qərarı ilə qətnamə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)- 2825/2018 saylı qətnaməsində qeyd edilir ki, Nəsimi Rayon Polİs İdarəsinin 19-cu Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad İmanverdiyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda isə onun telefonları almasının etiraf etməsi göstərilmişdir. Məhkəmə də buna istinad edərək qətnamə qəbul etmişdir. Qeyd edilən polis bölməsində olarkən o, hansı sənədlərə və izahata qol çəkməsini xatırlamır. Sadəcə araşdırma aparan polis əməkdaşları sadəcə sənədlərə qol çək narahat olma 500 manat da pul ver bu məsələ bağlanıb gedəcək demişdir. O tələb üzrə 500 manat pulu 19-cu polis bölməsində polis əməkdaşlarına verib sənədləri və izahatını oxumadan qol çəkmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(006)-2825/2018 saylı qətnaməsinin qanuni qüvvəyə minməsinə baxmayaraq, qətnaməni rəsmi qaydada xx xxxx 2019- cu il tarixində vəkili tərəfindən götürüldükdən sonra məzmunundan məlumatı olmuşdur. Qətnamə ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, guya o, İddiaçı nisyə iki ədəd telefon almış, birini 1800 ABŞ dollarına, digərini isə 2000 ABŞ dollarına almış nəticə olaraq guya İddiaçı olan borcunu etiraf etmişdir. Onun İddiaçı hər hansı bir borcu yoxdur və işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticələr arasında ziddiyət vardır. Məhkəmələrin keçirilməsi zamanı məlumatlı olsaydı onun dediyi halları təsdiq edən şahidlərin dindirilməsini məhkəmədən xahiş edərək İddiaçı yalanlarını ifşa edəcəkdi. Lakin bu barədə məlumatlı olmadığım üçün bütün halları birinci instansiya məhkəməsində təqdim edə bilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxx 2017-ci il tarixli qərarına görə, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh2 ona təqdim olunmuş İddiaçı şikayət ərizəsi ilə tanış olmuş və bildirmişdir ki, həqiqətən İddiaçı nisyə iki ədəd telefon almış, birini 1800 ABŞ dollarına, digərini isə 2000 ABŞ dolları dollarına almışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş, Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli cinayət işinin rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh2 ona ödənilməmiş 6.600 manat məbləğində borcu qalmışdır. Həmin qərara əsasən, cinayət əməlinin tərkib hissələri müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında izahatı alınmış şahid X2 bildirdi ki, o, iddiaçının İddiaçı həm dostu, həm də sürücü işləmişdir. 2017-ci ildə Emil ona 2 ədəd “Vertu” markalı telefon vermiş və telefonları Cavabdeh2 çatdırmağı tapşırmışdır. Telefonlardan birini Cavabdeh2 bəyənib götürməli, digərini isə Emilə qaytarmalı idi. Cavabdeh2 ünvanına gələndə isə sonuncunun əvəzinə Sənan adlı şəxs onu qarşılamış və telefonların ikisini də götürəcəyini bildirmişdir. Bu vaxt o, Emillə telefon vasitəsilə əlaqə saxlamış və Emilin göstərişinə əsasən telefonları Nərminə çatdırmaq üçün Sənana vermişdir. Hər hansı pul məsələsindən xəbəri olmamışdır. Məhkəmə kollegiyasının iclasında izahatı alınmış şahid Pənahov Sənan Rövşən oğlu bildirdi ki, 2017-ci ildə Nərmin adlı şəxslə yaxın münasibətdə olmuşdur. Emil adlı şəxs Nərminə Vüqar vasitəsilə 2 ədəd “Vertu” markalı telefon göndərmiş, o da Vüqardan telefonları alıb, Nərminə çatdırmışdır. Telefonlar bir müddət Nərmində olmuşdur, sonra telefonları onda görməmişdir. Telefonları Emilə qaytarmağını da xatırlamır. Sonra münasibətləri pozulduğundan heç nədən xəbəri olmamışdır. Telefonların hər birinin qiyməti təxminən 2000 ABŞ dolları idi. Telefonları Nərminin yaşadığı ünvanda Vüqardan alıb, evə qalxıb ona vermişəm. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh2 İddiaçı mobil telefon vasitələrini nisyə almış, lakin, telefonların dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, indiyədək borcunu qaytarmamışdır. Kollegiya qeyd edir ki, məhkəmə iclasında ifadələri alınmış şahidlər mobil telefonların Cavabdeh2 tərəfindın alınmasını təsdiq etmişlər. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili, eyni zamanda nümayəndəsi izahat verərkən bildirdi ki, telefonları 3800 ABŞ dolları, yəni (bu məbləği razılaşdıqları vaxt 1 ABŞ dollarının 1 Azərbaycan manatına məzənnəsi 1.95 manat olmuşdur) ümumilikdə 7400 manat müqabilində Cavabdeh2 satmışdır. Həmin məbləğdən isə ona 800 manat pul vəsaiti ödənilmişdir. Belə olan halda Cavabdeh2 iddiaçının xeyrinə 6.600 manat tutulmalıdır. Bundan başqa kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh2 6600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2825/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh2 6600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar