Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5075/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və "xxxx" ASC-yə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Apellyasiya icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirib ki, qarşı tərəflə mübahisəni öz aralarında sülh yolu ilə həll etdiklərinə görə işə baxılmasına zərurət aradan qalxmışdır, ona görə də işin baxılmamış saxlanılmasını xahiş edir. Bu ərizə mahiyyətcə apellyasiya şikayətindən imtina barədədir. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apellyasiya icraatına İddiaçı münasibətdə xitam verilsin. Mülki iş Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5075/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5075/2023
08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver