Məhkəmə qərarları › İş №2(103)-5076/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5076/2020

08.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5076/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, mərhum Cavabdeh2 Əbilqasım qızınınprosessual hüquq varisi X4, onun nümayəndəsi (vəkili) AbasovNizami Noruz oğlunun, cavabdeh X5 qanuninümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X6 və X7, cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2225/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh mərhum X2 prosessual hüquq varisləri X6 və X7, cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin payların müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin 4/5 hissəsi onun, qalan 1/5 hissəsi isə mərhum X3 hüquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı cavabdehlər X3 hüquqi varisləri Cavabdeh2 Əbilqasım qızı və cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinə dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin payların müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin 4/5 hissəsi onun, qalan 1/5 hissəsi isə mərhum X3 hüquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı cavabdehlər mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X6 və X7, cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRXnın 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq, iddia ərizəsinə dəqiqləşdirməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbacya Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli və RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin payların müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin 4/5 hissəsinin onun, qalan 1/5 hissəsinin isə mərhum X3 hüquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 55 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsini xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında «xxxxxxxx» şirkətindən 53.004.000 manata (AZM) satın almış və dəyərini tam ödəmişdir. Sonradan «xxxxxxxx» şirkəti tikinti materiallarının qiymətinin artmasını qeyd edərək, ondan əlavə ödəniş tələb etmişdir. O, bibisi Cavabdeh2 ona maddi köməklik etməsini xahiş etmişdir. Bibisi Cavabdeh2 tələb olunan əlavə ödənişi ona vermiş və xahiş etmişdir ki, həmin ödənişi oğlu B.Soltanovun adından ödəsin və özünə şərik etməklə, paylı mülkiyyət hüququnu qeydiyyatdan keçirsin. O, tələb olunan 13.720.000 manat (AZM) əlavə pulu bibisinin oğlu Cavabdeh1 adından ödəniş etmişdir. Cavabdeh1, «xxxxxxxx» şirkəti və onun arasında xx.xx.2004-cü il tarixli paylı mülkiyyət haqqında müqavilə bağlanmışlar. xx.xx.2004-cü il tarixli paylı mülkiyyət haqqında müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 66.740.000 manatın (AZM) 80%-ni, yəni 53.040.000 manatını o, 20%-ni isə 13.720.000 manatı (AZM) Cavabdeh1 ödədiyinə görə, onların payı 4/5 hissə, 1/5 hissə olmaqla müəyyən edilməlidir. Ödənilmiş pullarına dair ona müvafiq kassa mədaxil orderi verilmişdir. X8 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3779/2018 nömrəli qətnaməsi ilə X3 qanuni vərəsələr kimi anası Cavabdeh2 Əbilqasım qızı və azyaşlı oğlu X11 müəyyən edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1148/2018 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 4/5 hissəsinə onun, 1/5 hissəsinə isə mərhum Cavabdeh1 payları kimi müəyyən edilmişdir. Həmin qətnamə əsasında Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli və RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışlar verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)- 11904/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1148/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019 tarixli 2(102)-963/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırda həmin çıxarışların verilməsinə əsas olmuş məhkəmə qətnaməsi ləğv edildiyinə görə, həmin çıxarışlar ləğv edilməli və paylar yenidən müəyyən edilməlidir. Ləğv edilmiş qətnamənin icrasına dönüş edilmədiyi üçün həmin çıxarışlar hələ də qüvvədədir. Odur ki, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin payların müəyyən edilməsi, həmin qeyri-yaşayış sahəsinin 4/5 hissəsi onun, qalan 1/5 hissəsi isə mərhum X3 hüquqi vərəsələrinin payları kimi müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 2225/2019 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin olunmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-1148/2018 nömrəli qətnaməsi əsasında ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ üzrə 4/5 hissəsinin İddiaçı, 1/5 hissəsinin X5 adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə aparılmış qeydiyyat yazısının və İddiaçı adına verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışın ləğv edilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli QYM002833 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X3 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı və X8 arasında payları bərabər olmaqla bölünməsi, hər birinin payının ½ (ikidə bir) hissə olmaqla müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2225/2019 saylı qərardadı ilə iddia tələbi – «ünvan 1 ünvanda yerləşən 55 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X5 adına daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə aparılmış qeydiyyat yazısının və X5 adına verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışın ləğv edilməsi» hissəsində baxılmamış saxlanılmışdır. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 2225/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını, yəni paylar məlum olmayan ümumi mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin 4/5 hissəsinin onun, 1/5 hissəsinin isə X9 məxsus olmasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2225/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, iddianın təmin olunmaması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10025/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2225/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1105/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti tam, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti isə qismən təmin olunmuş Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10025/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, ümumi birgə mülkiyyətdə olan qeyri-yaşayış sahəsi üzərində qoyduqları mayaya münasibətdə paylarının 4/5 və 1/5 olaraq müəyyən edilməli olmasını, lakin məhkəmənin əsassız olaraq payları bərabər (1/2 hissədə) hissədə müəyyən etməsini və s. göstərmiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə və əvvəllər verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisi X10 və onun nümayəndəsi (vəkili) X15 apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq, əvvəllər verdikləri izahatlarına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə baxışında iştirak edən cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, əvvəllər verdiyi izahatına uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki,iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh tərəf qətnaməni mübahisələndirməmiş, iddiaçı isə qətnaməni iddianın təmin olunmayan hissəsində (yəni, mübahisəli əmlak üzərində iddiaçının payının 4/5 hissədə, digər tərəfin payının isə 1/5 hissədə müəyyən edilməsi barədə tələbin təmin olunmaması hissədə) mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1105/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti tam, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10025/2019 saylı qətnaməsi qismən, yəni İddiaçı iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Eyni zamanda, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti (sonradan eyniməzmunlu kassasiya şikayəti) versə də, kassasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından görünür ki, üçüncü şəxsin dəlilləri qəbul edilməmişdir (üçüncü şəxsin kassasiya şikayəti ona görə qismən təmin olunmuşdur ki, kassasiya şikayəti qətnamənin ləğvinə yönəlmişdir). Göründüyü kimi, apellyasiya baxışının həddini İddiaçı apellyasiya şikayəti üzrə iddia tələbinin təmin olunmayan hissəsi təşkil edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyənedilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən,yəni yoxlanılan hissədə ləğv olunmalı,iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, işdə olan İddiaçı (“alıcı”) ilə “xxxxxxxx”şirkəti (“satıcı”) arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli müqavilədən görünür ki, “Alıcı” “Satıcının” ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini alır, satılan qekyri-yaşayış sahəsinin dəyəri 53004000 manat (AZM) müəyyən olunmuşdur. İşdə olan «İnşaat» şirkəti ilə alıcılar İddiaçı və X8 arasında Bakı şəhəri 11 saylı DNK-da bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2004-cü il tarixlı, 20/173 nömrəli arayışa əsasən «İnşaat» şirkətinə məxsus ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 55kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcılar İddiaçı və X3 mülkiyyətinə verilir, əmlakın satış qiyməti 65000000 manat (AZM) müəyyən edilir. İşdə olan Bakı şəhəri, Z.Xəlilov küçəsi 554 məhəllədə yerləşən 26 saylı binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə görə “xxxxxxx” Şirkətinə dair kassa mədaxil orderinin qəbzləri ilə də müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin dəyərinin 4/5 hissəsi məbləğində pul İddiaçı tərəfindən 1/5 hissəsi məbləğində isə Soltanov Bəhruzun adından kassaya mədaxil edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 55kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərinin 53020000 manat (AZM) hissəsini İddiaçı,13720000 manat (AZM) hissəsini isə X8 ödəmişdir. İşdə olan İddiaçı ilə X8 arasında bağlanmış xx xxxx 2004-cü il tarixli “Paylı mülkiyyət haqqında”müqavilənin surətindən görünür ki, həmin müqavilə ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi ilə bağlı bağlanmışdır. Tərəflər bəyan etmişlər ki, həmin daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət payı 80 faiz, X3 mülkiyyət payı isə 20 faizdir. Mülkiyyətin ümumi dəyəri 66740000 manat (AZM) təşkil edir, İddiaçı satıcı «İnşaat» şirkətinə ******* manat (AZM), X8 isə 13720000 manat (AZM) ödəniş etmişdir. Satıcı «İnşaat» şirkəti qeyd edilən məğləğlərin alınmasını təsdiq edən kassa nəbzi verib. Mülkiyyətin idarə olunması və sərəncam verilməsi İddiaçı həvalə olunur (müqavilə İddiaçı, X8, həmçinin «İnşaat» şirkəti tərəfindən imzalanaraq mözürlə təsdiq olunmuşdur). İşdə olan xx xxxxxx 2005-ci il tarixli,QYM002833 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki,ünvan 2 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı və X3 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X3 adlarına ümumi birgə mülkiyyət kimi xx xxxxxx 2005-ci il tarixdə qeydiyyata alınmasına, Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş xx xxxxxx 2005-ci il tarixli QYM002833 nömrəli qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli çıxarışın verilməsinə əsas satıcı «İnşaat»şirkəti ilə alıcılar İddiaçı və X8 arasında Bakı şəhəri 11 saylı DNK-da bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi olduğundan, həmin müqavilədə isə alıcıların payları müəyyən edilmədiyidən, əmlak İddiaçı və X3 adlarına ümumi birgə mülkiyyət kimi qeydiyyatdan keçmiş və onların payları bərabər olmaqla bölünməli, hər birinin payı 1/2 (ikidə bir) hissə olmaqla müəyyən edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli,2(103)-10025/2019 saylı qətnaməsini ləğv edib,işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiası məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərarında göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsində məhkəmənin qərarına əsasən ümumi əşyaya onun mülkiyyətçilərinin payları müəyyənləşdirilə bilər. Həmin maddə ümumi mülkiyyətdə payın müəyyənləşdirilməsinin iki yolunu nəzərdə tutur. Bunlardan biri birgə mülkiyyət iştirakçılarının razılaşması, digəri isə məhkəmənin qərarıdır. İddiaçı məhkəməyə müraciət edərək birgə mülkiyyətdə payların müəyyənləşdirilməsi ilə əlaqədar onunla X8 arasında razılığın olmasını qeyd etmiş və onlar arasında bu cür razılıqla əlaqədar xx xxxx 2004-cü il tarixli müqavilənin surətini iddia ərizəsinə əlavə etmişdir. Həmin müqavilə mübahisəli obyektin alındığı «xxxxxxxx» Şirkətinin möhürü ilə də təsdiq olunmuşdur. Bundan əlavə həmin müqavilənin əsli birinci instansiyası məhkəməsinin hakimi tərəfindən xx.xx.2019-cu ildə müayinədən keçirilmiş və bu barədə sənədin surətində müvafiq qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Bakı şəhəri, Z.Xəlilov küçəsi 554 məhəllədə yerləşən 26 saylı binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə görə «xxxxxxx» Şirkətinə dair kassa mədaxil orderinin qəbzləri ilə də müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin dəyərinin 4/5 hissəsi məbləğində pul İddiaçı tərəfindən 1/5 hissəsi məbləğində isə Soltanov Bəhruzun adından kassaya mədaxil edilmişdir. Apelyasiya instansiyası məhkəməsi isə ona istinad etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məlumatın həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasənda özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla həqiqi hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasını mübahisəli hüquq münasibətinə tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Belə ki, İddiaçı ünvan 3 saylı ünvanda yerləşən 55 kv.m olan qeyri-yaşayış sahəsinə dair reyestrdə aparılmış qeydin əsassız və ya qeyri-dəqiq olmasını mübahisələndirmir. O, həmin qeydlə yəni həmin ünvanda yerləşən 55 kv.m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət kimi reyestrdə onun və X3 adına düzgün olaraq qeydə alındığını qəbul edir. İddiaçı istəyi və iddia tələbi ümumi birgə mülkiyyətdə olan payların müəyyən edilməsidir. Bu isə heç bir halda reyestrdəki qeydiyyatın düzgün olmamasına dəlalət etmir. İddiaçı onunla paylı mülkiyyətçi olan B.T.Soltanov arasında bağlanmış xx xxxx 2004-cü il tarixli razılaşmanın surətini mülki işə əlavə etmiş, lakin birinci instansiyası məhkəməsi həmin razılaşmanın notariat qaydada təsdiqlənmədiyini əsas götürərək onu sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, tərəflər arasında həmin müqavilə bağlanarkən əmlak onların mülkiyyətində olmamış və onlar həmin əmlak üzərində sərəncam verməmişlər. Qeyd olunan müqavilə tərəflərin gələcəkdə əldə edəcəkləri əmlakda paylarının müəyyən edilməsi barədə razılaşma olmaqla onların gələcək niyyətlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilənin notarial qaydasında təsdiqlənməməsi onun sübut kimi qəbul edilməməsi üçün əsas ola bilməz. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun xx xxxx 2004-cü il tarixli müqavilə əsasında deyil, xx xxxxxxxx 2004-cü il tarixdə bağlanmış müqavilə əsasında aparılması qeydə alınmış əmlakda İddiaçı və B.T.Soltanovun paylarının bərabər olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, xx xxxxxxxx 2005-cü il tarixli müqavilə İddiaçı ilə B.T.Soltanov arasında əmlakda payların bərabər olmasını müəyyən etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mülki işə əlavə edilmiş xx xxxx 2004-cü il tarixli müqavilənin həqiqiliyi və sübut kimi qiymətləndirilməsi məsələsinə apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə əlavə edilmiş, mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi barədə kassa mədaxil qəbzləri də mübahisəli əmlakda tərəflərin payının müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 214.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin maddənin məzmunundan da göründüyü kimi qanunverici əmlakda payların müəyyən edilməsi ilə bağlı tərəflərin razılaşmasının notariat qaydada təsdiqlənməsini tələb etmir və tərəflər razılıq əsasında əmlakda paylarını müəyyən edə bilərlər. Nəhayət Mülki Məcəllənin 213.5-ci maddəsi nəzərdə tutur ki, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. İddiaçı da məhz həmin əmlakda payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının təqdim etdiyi sübutlar qanunvericilikdə nəzərdə tutulan qaydada araşdırılmalı, qiymətləndirilməli və nəticədə iddia tələbinin təmini və ya rədd olunması barədə müvafiq məhkəmə qətnaməsi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələblərini pozduğuna və mübahisəli hüquq münasibətinə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etdiyinə görə İddiaçı kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onun iddia tələbinə münasibətdə ləğv edilib mülki iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri razılaşaraq,həmçinin kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sənədlərə əsasən –İddiaçı (“alıcı”) ilə “xxxxxxxx”şirkəti (“satıcı”) arasında bağlanmış xx xxxxxx 2003-cü il tarixli müqaviləyə əsasən, “Alıcı” “Satıcının” ünvan 2 ünvanda yerləşən binanın 1-ci mərtəbəsində yerləşən 55 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsini alır, satılan qekyri-yaşayış sahəsinin dəyəri ******* manat (AZM) müəyyən olunmuşdur. Bundan sonra «İnşaat» şirkəti ilə alıcılar İddiaçı və X8 arasında Bakı şəhəri 11 saylı DNK-da bağlanmış xx xxxxxxxx 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, «İnşaat» şirkətinə məxsus ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi alıcılar İddiaçı və X3 mülkiyyətinə verilir, əmlakın satış qiyməti 65000000 manat (AZM) müəyyən edilir. Kassa mədaxil orderinin qəbzləri ilə müəyyən edilir ki, həmin qeyri-yaşayış sahəsinin dəyərinin 4/5 hissəsini İddiaçı, 1/5 hissəsini isə X8 ödəmişdir. Eyni zamanda «İnşaat» şirkəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin dəyərinin 53020000 manat (AZM) hissəsini İddiaçı, 13720000 manat (AZM) hissəsini isə X8 ödəmişdir. Göstərilən daşınmaz əmlak İddiaçı və X3 ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və bununla bağlı Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən xx xxxxxx 2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra isə İddiaçı ilə X8 arasında xx xxxx 2004-cü il tarixli “Paylı mülkiyyət haqqında” müqavilə bağlanmış, tərəflər həmin müqavilədə ünvan 1 saylı binanın birinci mərtəbəsində yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət payının 80 faiz, X3 mülkiyyət payının isə 20 faiz olması razılaşdırmışlar. Həmin müqavilə, həmçinin «İnşaat» şirkəti tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-nin 213.2-ci maddəsi isə müəyyən edir ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-nin 213.4-cü maddəsi nəzərdə tutur ki, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Beləliklə qanunvericilik ümumi mülkiyyətin birgə və paylı mülkiyyət formalarını nəzərdə tutur və mülkiyyətin reyestrdə birgə və ya paylı mülkiyyət kimi qeydə alınması yolveriləndir. Bundan əlavə MM-nin 214-cü maddəsi paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyətçilərin payları onların razılaşması ilə müəyyən edilə bilər. İşdə olan İddiaçı ilə X8 arasında bağlanmış və «İnşaat»şirkəti tərəfindən imzalanaraq möhürlə təsdiq olunmuş xx xxxx 2004-cü il tarixli razılaşmanın mahiyyətindən görünür ki, həmin müqavilə bağlanarkən əmlak onların mülkiyyətində olmamış və onlar həmin əmlak üzərində sərəncam verməmişlər. Qeyd olunan müqavilə tərəflərin gələcəkdə əldə edəcəkləri əmlakda paylarının müəyyən edilməsi barədə razılaşma olmaqla onların gələcək niyyətlərinə aiddir (məhkəmə baxışı zamanı qeyd edilən razılaşmanın mötəbərliyi şübhə altına alınmamışdır, bu istiqamətdə hər hansı dəlil irəli sürülməmiş, sübut təqdim edilməmişdir). Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi, yəni iddiaçı ilə B.T.Soltanov arasında bağlanmış xx xxxx 2004-cü il tarixli razılaşmanın notariat qaydada təsdiqlənmədiyini əsas götürərək onu sübut kimi qəbul etməmişdir. Halbuki, kassasiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında həmin müqavilə bağlanarkən əmlak onların mülkiyyətində olmamış və onlar həmin əmlak üzərində sərəncam verməmişlər. Qeyd olunan müqavilə tərəflərin gələcəkdə əldə edəcəkləri əmlakda paylarının müəyyən edilməsi barədə razılaşma olmaqla onların gələcək niyyətlərinə aiddir. Məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilənin notarial qaydasında təsdiqlənməməsi onun sübut kimi qəbul edilməməsi üçün əsas ola bilməz. MM-nin 214.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Qeyd edilən normadan göründüyü kimi tərəflər razılıq əsasında əmlakda paylarını müəyyən edə bilərlər. İşdə olan sübutlardan (kassa qəbzləri, maliyyə arayışı və s.) isə birmənalı olaraq müəyyən edilir ki, əmlakın dəyərinin 80 faizi İddiaçı tərəfindən, 20 faizi X8 tərəfindən həyata keçirilmişdir. Məhz bu səbəbdən də, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmış əmlakdan payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, MM-nin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasını mübahisəli hüquq münasibətinə tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinə istinad etsə də, nəzərə almamışdır ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka dairreyestrdə aparılmış qeydin əsassız və ya qeyri-dəqiq olmasını mübahisələndirmir. O, həmin qeydlə yəni həmin ünvanda yerləşən 55 kv.m qeyri-yaşayış sahəsinin birgə mülkiyyət kimi reyestrdə onun və X3 adına düzgün olaraq qeydə alındığını qəbul edir. İddiaçının tələbi ümumi birgə mülkiyyətdə olan payların müəyyən edilməsidir. Bu isə heç bir halda reyestrdəki qeydiyyatın düzgün olmamasına dəlalət etmir. Eyni zamanda daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun xx xxxx 2004-cü il tarixli müqavilə əsasında deyil, xx xxxxxxxx 2004-cü il tarixdə bağlanmış müqavilə əsasında aparılması qeydə alınmış əmlakda tərəflərin paylarının bərabər olması qənaətinə gəlməyə əsas vermir. Belə ki, xx xxxxxxxx 2005-cü il tarixli müqavilə İddiaçı ilə B.T.Soltanov arasında əmlakda payların bərabər olmasını müəyyən etmir. Beləliklə, aydın olur ki, ümumi mülkiyyətin yaradılması zamanı İddiaçı və X8 hər birinin qoyduğu maya bərabər olmamış, İddiaçı iştirakı 4/5 hissədə (mayada), X3 iştirakı isə 1/5 hissədə (mayada) olmuşdur. Məhkəmə baxışında iştirak edən mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisi X10 və onun nümayəndəsi (vəkili) X15 iddiaçının bildirdiklərini təsdiq edərək, mübahisəli əmlak üzərində iddiaçının mülkiyyət payının 4/5 hissədə, X3 mülkiyyət payının isə 1/5 hissədə müəyyən olunmasını ədalətli və qanuni hesab etmişlər. Lakin, digər cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını, tədqiq olunmuş sübutları, qanunvericiliyin qeyd edilən normalarını və kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçı mübahisə predmeti olan daşınmaz əmlak üzərində payların ümumi mülkiyyətin yaradılmasına onların hər birinin qoyduğu mayaya əsasən müəyyənləşdirilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi isə qeyd edilən halları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iddianı yoxlanılan hissədə qismən təmin etməkdə haqlı olmamışdır. Belə olan halda isə qətnamə yoxlanılan hissədə əsaslı və qanuni sayıla bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə,məhkəmə kollegiyası,işin faktiki hallarını,qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,qətnamə yoxlanılan hissədə ləğv olunmalı,iddia həmin hissədə təmin olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh mərhum Cavabdeh2 Əbilqasım qızının prosessual hüquq varisləri X6 və X7, cavabdeh X5 qanuni nümayəndəsi Nümayəndə qarşı «çıxarışların ləğvi, ümumi mülkiyyətdən payların müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2225/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)- 2225/2019 saylı qətnaməsi qismən, yəni yoxlanılan hissədə («Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli QYM002833 nömrəli qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən İddiaçı və X3 adlarına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 213 nömrəli reyestr kitabının 20055 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı 1/2 hissədə,X3 payı 1/2 hissədə müəyyən edilsin”hissədə) ləğv olunsun. İddia həmin hissədə təmin olunsun. Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X3 ümumi birgə mülkiyyət kimi qeydə alınmış ünvan 1 ünvanda yerləşən 55 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı payı 4/5(beşdə dörd) hissədə,X3 payı isə 1/5 (beşdə bir) hissədə müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar