Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5077/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi xxxxxxxxx katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3361/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı inzibati orqanın qanunsuz hərəkəti barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh icra məmuru Ramiz Quliyevin vətəndaş X1 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 18 saylı binanın 69 saylı mənzilin hərrac yolu ilə satılmasına məhkəmə qətnaməsi və cavabdeh tərəfin qərardadı olmadan hərraca çıxartmasının qanunazidd olduğu və onun hüquqlarının pozulmasına səbəb olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3361/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9567/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3361/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “mənzilin hərrac yolu ilə satılmasının qanunsuz olması və s.” tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı kasassiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-923/2020 saylı qərarı ilə, İddiaçı kassasiya şikayətinin qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2(103)-9567/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin 2(103)-923/2020 saylı qərarında qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə Maraqlı şəxs iddianın təmini tədbiri barədə ərizəsi təmin edilərək, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Bərşad Hacıyevin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 saylı evin 69-cu mənzilinin üzərinə həbs qoyulub. Eləcə də həmin məhkəmənin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Bərşad Hacıyevdən ödəniş vaxtı milli manata məzənnədə 130.000 ABŞ dolları məbləğində pulun tutulub Maraqlı şəxs verilməsi qət edilib. Daha sonra, işdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 saylı evin, 69-cu mənzili borclu Bərşad Hacıyevin mülkiyyətində olub və Cavabdeh xx xxxx 2018-ci il tarixli məktubu ilə mənzilin satışı “X2” MMC-yə həvalə edilib. Bərşad Hacıyev isə mənzilin hərracda satılmasına və satışdan əldə olunan pul vəsaiti hesabına Maraqlı şəxs olan borcunun ödənilməsinə etiraz etməməsinə dair Cavabdehnə ərizə təqdim edib. Bundan sonra, “Hərracın yekunları haqqında” xx xxxxxxx 2018-ci il tarixli, 285 saylı protokola əsasən mənzil 123.200 manata Maraqlı şəxs satılıb. Hazırda, İddiaçı, oğlu Bərşad Hacıyevin adına qeydə alınmış sözügedən mənzilin məhkəmə aktı olmadan hərrac yolu ilə satılması üçün hərraca çıxarılmasının qanuna zidd hesab edilməsi və bunun onun hüququnun pozulmasına səbəb olması barədə qətnamə qəbul edilməsini iddia edir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla işdən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı, sözügedən mənzildə qeydiyyatda olmaqla orada yaşayır və onun həmin mənzildən qanuni əsaslarla istifadə hüququ vardır və bu fakt, işin mübahisə olunmayan halıdır. İşin qeyd olunan bu halı mənzilin iddiaçı tərəfindən idarə olunması, mənzilin kommunal xərclərinin onun tərəfindən ödənilməsi və sair ilə də təsdiq olunur. Bundan başqa, qanuni qüvvəyə minmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə “xxxx” ASC-nin “Maraqlı şəxs adına verilmiş çıxarışın ləğv edilərək mənzilin əvvəlki mülkiyyətçisinin adına bərpa edilməsi” iddiasına dair iş üzrə iddiaçı üçüncü şəxs qismində tanınıb və mübahisənin onun da maraqlarına toxunduğu müəyyən edilib. Həmçinin, qüvvəyə minmiş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019- cu il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, iddianın təmini tədbiri kimi mənzilin üzərinə həbs qoyulub. Eyni zamanda, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, məhz İddiaçı tələbinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 saylı evin 69-cu mənzilinin qiymətləndirilməsinə dair “xxxx” MMC xx xxxxx 2018-ci il tarixli rəyi, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı “X2” MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx xxxxxxx 2018-ci il tarixli protokol və mənzilə dair Maraqlı şəxs adına verilmiş xx xxxxxx 2018-ci il tarixli çıxarış etibarsız hesab edilib. Göründüyü kimi mənzilə münasibətdə iddiaçının məhkəmədə hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olması, yəni onun öz hərəktlərinə hüquqi ixtiyar, başqa şəxsdən tələb etmək və müdafiə hüququnun olması mülki iş materialları ilə istisna olunmur və apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan hallara düqqət yetirməyib. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.8, 158.1.2, 158.3, 158.4-cü maddələrinin tələblərini pozaraq, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququnun da əmlak hüququ sayılmasını, mülkiyyətçi olmayan şəxsin əmlak hüququnun istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsini, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsinin həmin əmlaka olan istifadə hüququnun xitamına səbəb olmamasını nəzərə almadan və beləliklə də qətnamənin icrası qaydasında mənzili əldə edən Maraqlı şəxs həmin mənzildə istifadə hüququ olan iddiaçıya münasibətdə vicdanlı olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, işin müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, sözügedən mənzilə mülkiyyət hüququnun Maraqlı şəxs keçməsi həmin mənzilə iddiaçının istifadə hüququna xitam verilməsinə səbəb olmadığından, sonuncunun cavabdehdən və digər şəxslərdən mənzilə olan istifadə hüququnu pozan hərəkətlərə son qoyulmasını məhkəmə qaydasında tələb etmək və hazırki iddianı qaldırmaq hüququ vardır. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28.2-28.4, 29.1-ci maddələrinin tələblərinə istinad edib icra sənədi üzrə tərəf olmadığına görə iddiaçının icra məmuruna etiraz etmək, onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququna malik olmamasına dair gəldiyi nəticə ilə də razılaşmır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində göstərilir ki, tələbin yönəldiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli, 89 saylı Qərarının 1-ci bəndinə görə, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sadalanan maddələrin tələblərini pozaraq, iddiaçının icra sənədini deyil, məhkəmə aktı olmadan mənzilin hərraca çıxarılaraq satılmasını mübahisələndirməsini və bunun nəticəsində mənzilə olan hüququnun pozulmasını iddia etməsini nəzərə almadan, həmçinin iddia tələbləri üzrə kifayət qədər araşdırma aparmadan, tələbin borclu Bərşad Hacıyevə məxsus olan mənzilə yönəldilməsi və mənzilin satılmasına dair müvafiq məhkəmə aktının olub-olmamasını aydınlaşdırmadan, iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 bildirdi ki, mənzil iddiaçının oğlunun borclu olduğu şəxsə satılıb. Qətnamə çıxarılanadək həbs qoyulması nəzərdə tutulub. Bir gün ərzində heç kimə xəbər vermədən əmlak özəlləşdirilib və çıxarış alınıb. Bu mənzil kreditdə olub və kreditdə ola-ola hərraca çıxarılıb. Bu iş icra işinin davamı deyil. Onların mövqeyi dəyişmədi, apellyasiya şikayətini müdafiə edir və təmin olunmasını xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında başqa iştirak edən olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair x xxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1-ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun İcra haqqında Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbatycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, İcra Haqqında Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcədə X7 Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya qarşı “inzibati orqanın qanusuz hərəkəti barədə” iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada , yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasada, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Çünki, hazırki iş üzrə iddiaçı da icra sənədinin icrası zamanı icra məmurunun qanunsuz hərəkətlərini mübahisələndirmişdir. Lakin hazırki tələbə iddia icraatı yaxud inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasa da, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, o cümlədən hazırki işin predmeti olan hərəkətindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var və onun bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3361/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı inzibati orqanın qanusuz hərəkəti barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməli, İddiaçı icra məmurunun hərəkətlərindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 391, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin2(006)-3361/2019 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı inzibati orqanın qanusuz hərəkəti barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı icra məmurunun hərəkətlərindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Xəyal Sarıyev imza İlham Kərimli Düzdür: Hakim: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5077/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5077/2020
16.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver