Məhkəmə qərarları › İş №2(103)-5080/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5080/2023

23.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5080/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı üçüncü şəxs "xxxx" KB ASC cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dairmülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X5, Üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2iştirakları ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(004)-2233/2023 saylı qətnaməsindən üçüncü şəxs "xxxx" KB ASC və Cavabdeh MMCtərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2014. cü il tarixli 48B8/14 saylı əsas kredit müqaviləsini çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsi üzrə cavabdeh İddiaçı əsas borc 106 846,64 (yüz altı min sakkiz yüz qırx altı dollar 64 sent) ABŞ dolları, faiz borcu 14880,93 ABŞ dollar (on dörd min səkkiz yüz səksən dollar 93 sent) ABŞ dolları olmaqla, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi borc 121.927,57 ABŞ dalları (yüz iyirmi bir min doqquz iyirmi yeddi dollar 57 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), 30 manat məbləğində dövlət rüsumunun, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, iddiaçı "xxxx" KB ASCnin xeyrinə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətindəki şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsin yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin 380200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödenilməsi, artıq qalan məbləğin mülkiyyətçicavabdeh İddiaçı Əhmad oğluna qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdeh İddiaçı tutulması, ipoteka predmeti satıldıqdan an geci 1 ay ərzində boşaldılması qət edilmişdir. 2.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmeti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evini Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evi və yaşayış sahəsinin açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən Cavabdeh MMC-yə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. 3.İddiaçı hazırda keçirilmiş hərrac barədə ona məlumat verilməməsi və.s hallara istinad edərək, hərracın nəticələri barədə protokolun etibarsız hesab edilməsini tələb edir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı üçüncü şəxs "xxxx" KB ASC cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi İcra Şöbəsinin hərrac sifarişi üzrə xüsusi mülkiyyətində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə dair Cavabdeh MMC tərəfindən keçirilmiş açıq hərrac üzrə hərracın yekunlarına dair xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 28/23 saylı protokolun etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 2c saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torapq sahəsi daşınmaz əmlakın dövlət reyesytrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə ilə "xxxx" ASC-nin təmin olunmuş iddiası üzrə kredit müqaviləsi üzrə tutmanın xüsusi mülkiyyətyində olan ipotekaya qoyulmuş əmlaka yönəldilməsi qət olunmuşdur. 2022-ci ilin əvvəllərində sözügedən qətnamə ilə əlaqədar icra işinin yasamal rayon icra şöbəsində olduğuna dair iddiaçının məlumatı olmuşdur. Həmin vaxt Bankın nümayəndələri ilə danışıqlar aparılmışdır ki, məhkəmə qətnaməsi ilə tutulan kredit borcunun hissələrlə iddiaçı tərəfindən ödənilməsinə şərait yaradılsın və evə tutma yönəldilməsin. xx.xx.2023-cü il tarixdə iddiaçı mülkiyyətində olan ailəsi ilə birgəyaşadığı evə Binəqədi rayon İcra Şöbəsinin əməkdaşı gələrək məktub təqdim etmiş və bildirmişdir ki, mülkiyyətində olan evi guya, hərraca çıxarılmış və satılmadığına görə "xxxx" ASC tərəfindən götürülmüşdür. İcra məmurunun və bankın nümayəndəsinin dediyinə görə, mülkiyyətində olan evi torpaq sahəsi ilə birlikdə ilkin olaraq 380.200 manata hərraca çıxarılmış, ilkin və təkrar hərracda alıcı olmadığına görə, 243.377,5 manat məbləğində əldə edilməsinə Bank razılıq vermişdir və bununla bağlı Protokol tərtib edilərək evi bankın mülkiyyətinə verilmişdir. Beləliklə, iddiaçının 2 gün əvvəl göstərilən qaydada əldə etdiyi məlumata görə, mülkiyyətində olan evi və torpaq sahəsi hərraca çıxarılmış, özgəninkiləşdirilmişdir. Lakin əmlakının hərraca çıxarılması, hərrac keçirilməsi və s. bu cür hərəkətlər barədə ümumiyyətlə iddiaçıya məlumat verilməmişdir. Məlumatı olmadan keçirilmiş hər hansı hərracın nəticələri barədə icra məmurunun və bankın nümayəndəsinin yönləndirdiyi Cavabdeh MMC-ə müraciət etmiş, Yasamal rayonunda Gömrük Hospitalının yanında olan ofisə getmiş və oradan iddiaçıya hər hansı protokol verilməsinin mümkün olmadığı bildirilmişdir. Hərracın nəticələri barədə protokol iddiaçıya verilməmiş, lakin Binəqədi İcra Şöbəsinə və "xxxx" ASC-ə, o cümlədən, iddiaçıya ünvanlanmış məktubun məzmununda da yazılır ki, guya, xx.xx.2022-ci il tarixli məktubla əmlak Banka təklif edilmiş, "xxxx" ASC xx.xx.2023-cü il tarixli məktubla ipoteka predmetini təklif edilən 242.377,5 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən, “X3” nəzdində Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 28/23 saylı protokol tərtib olunmuşdur. Bir daha bildirir ki, xüsusi mülkiyyətində olan ev və torpaq sahəsinə dair açıq hərracın hər hansı tarixə təyin edilməsi barədə idddiaçıya heç bir məlumat verilməmiş, ümumiyyətlə, ev və torapq sahəsi barədə hərraca sifariş daxil olması, hərracın hansısa tarixə təyin olunması, təkrarı və s barədə əmlakın mülkiyyətçisi olaraq ünvanına hər hansı bildiriş göndərilməmişdir. Xüsusi mülkiyyətində olan daşınmaz əmlakla bağlı hərracın keçirildiyi iddia olunan Cavabdeh MMC tərəfindən“İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, həmin maddədə və MM-in 415-ci maddəsində imperativ qaydada nəzərdə tutulmuş KİV orqanında bildirişin dərc olunması və əmlak mülkiyyətçisinin–ipoteka qoyanın məlumatlandırılmasına dair məcburi prosedur qaydalara əməl edilməmişdir. Belə ki, hərracla bağlı qeydiyyatda olduğu və yaşadığı ünvana hər hansı yazılı bildiriş daxil olmamış, hər hansı KİV orqanında da məlumatlandırmaya rast gəlməmişdir. Sadalanan xüsusatlara, işin faktiki hallarına və istinad olunan maddi hüquq normalarına əsasən hesab edir ki, xüsusi mülkiyyətində olan daşınmaz əmlakla bağlı keçirildiyi iddia olunan hərrac qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə keçirildiyindən, həmin hərracın nəticələri etibarsız hesab edilməldir. 6.Cavabdeh MMC iddia ərizəsinə etiraz mülahizələrini ünvanlayaraq aşağıda göstərilən əsaslara görə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən Bakı şəhəri Binəqədi rayon icra şöbəsi tərəfindən verilmiş 17/68№44175-4 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli (xx.xx.2022-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 380.200 (üç yüz səksən min iki yüz) manata olmaqla, Bakı şəhəri Bİnəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi ünvanda yerləşən 2c sayll fərdi yasayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinin açıq hərracda satılması, "xxxx" MMC-yə sifariş olunmuşdur. (11 noyabr 2022-ci il tarixli sifarişin sürəti əlavə edilir). Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 09 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclu İddiaçı, X1 2271/22 saylı,xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. (Bildirşin və poçt qəbzinin surəti əlavə edilir). İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "xxxx" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatının rəsmi internet səhifəsində də ("Eherrac.com") yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 09 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilə tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2022-ci il tarixli protokolun surəti əlavə edilir). Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% asağı qiymətə, yəni 323.170 (üç yüz iyirmi üç min yüz yetmiş) manata olmaqla 27 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "xxxx" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com") yerləşdirilmişdir. Eyni zamanda qeyd edirlər ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracı təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "xxxx" internet informasiya Ehtiyatında (Portalında) (www.birjanews.az) və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com") dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli 2495/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir). Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 27 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 27 dekabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracən baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (eherrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 2634/22 sayl; "ipoteka predmetinin eldə olunmasma dair" təklifdən görünür ki, yuxarlda göstərilən ipoteka predmeti "ipoteka haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmusdur. İpoteka saxlayan "Unibank KB” ASC xx.xx.2023-cü il tarixli, PKKİED/28506 nömrəli məktubla İpoteka predmetini təklif edilən 242.377,5 (iki yüz qırx iki min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən "X3” nəzdində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 28/23 saylı "X10 baradə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə ”Əmlak Hərrac Mərkəzi” MMC-nin 119/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində eləcə də sifariş məktubunda göstərilən ünvanına müvafıq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edirlər ki, borcluya göndərilən bildirişlər aidiyyatı üzrə geri qayıtdıqdan sonra, bildirişlərin satılan əmlaka da göndərilməsi tərəflərindən təmin olunmuşdur. Göründüyükimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Xahiş edirlər ki, göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, İddiaçı iddia tələbinin əsası ondan ibarətdir ki, hərracın keçirilməsinin yeri və vaxtı barəsində ona məlumat verilməmiş, eləcə də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməmişdir. Cavabdeh hərrac təşkilatı iddia tələbine dair məhkəməyə təqdim etdiyi etiraz mülahizələrində qeyd etmişdir ki, hərracın keçirilməsinə dair İddiaçı bildiriş təqdim olunmuş və kütləvi informasiya vasitəsi olan "xxxx" İnternet informasiya Ehtiyyatında (Portalında) elan dərc etdirmişdir. Qeyd edir ki, cavabdeh hərrac təşkilatı keçirilmiş hərraclar barədə İddiaçı Əhmed oğluna bildiriş göndərildiyini bildirsə də, həmin bildirişlər İddiaçı Əhmed oğlunun xx.xx.2022-ci il tarixindən qeydiyyatdan çıxdığı və yaşamadığı ünvan 2 ünvanına göndərilmişdir. İddiaçı Əhmed oğluna göndərilmiş bildirişlərin onun tərəfindən alınmaması hərrac təşkilatının Binəqədi Rayon İcra Şöbəsinə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubla da bir daha təsdiq olunur. Belə ki, qeyd olunan məktubun məzmunundan görünür ki, hərrac təşkilatı tərəfindən İddiaçı Əhmed oğluna, Yeni ünvan 3 ünvanına xx.xx.2022-ci il tarixli bildiriş göndərilmiş, lakin həmin bildiriş rabitə orqanın “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Qeyd olunan xüsusat bir daha onu təsdiq edir ki, mübahisələndirilən hərracın keçirilməsi barədə olan müvafiq bildirişlər İddiaçı təqdim edilməmiş və onun hərracın keçirilməsi vaxtı və yeri barədə məlumatı olmamışdır. Bir daha qeyd edir ki, hərrac təşkilatı tərəfindən İddiaçı bildiriş göndərilən zaman o, ünvan 4 ünvanda deyil hərraca çıxarılan fərdi yaşayış evində yaşamaqla, xx.xx.2022-ci il tarixindən iddia ərizəsində göstərilən ünvanda qeydiyyatda olmuşdur. Həmçinin qeyd edir ki, hərrac təşkilatı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməmişdir. 8.Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh MMC tərəfindən heç bir qanun pountusuna yol verilməmiş, bildirişlər göndərilən kimi bank tərəfindən də tərəflərin özünə bildirişlər göndərilmişdir, çünki bank özü maraqlıdır ki, hərracın keçirilməsi barədə tərəflərin məlumatı olsun. Bildirmişdir ki, adı işdə keçən X4 bankın göndərdiyi bildirişi xx.xx.2022-ci il tarixdə qəbul etmiş, ikinci bildirişin qəbul edilməsindən isə xx.xx.2022-ci il tarixdə imtina edilmişdir. Cavabdeh MMC bildirişləri dövlət poçtu ilə göndərir, onlar isə “Qarant” poçtun vasitəsilə və bu barədə həmin poçtdan akt tərtib edilərək iş materiallarına əlavə edilmişdir. Həmçinin bildirmişdir ki, bank bütün müştəriləri ilə telefon vasitəsi ilə əlaqə saxlayır və Cavabdeh MMC-dən bildiriş gələn kimi, maraqlı olur ki, tərəflərdə hərracın keçirilməsi barədə məlumatlı olsunlar. Həmçinin bildirmişdir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarına əsasən hərrac iki dəfədən çox keçirilə bilməz və bildirişlər icra vərəqəsində qeyd olunan Yasamal rayonu ərazisinda olan ünvana göndərilmiş, alternativ ünvan qeyd olunmamış və xx.xx.2018-ci il tarixli qanuna əsasən bildirişlərin göndərilməsi barədə söhbət gedir, çatdırılması barədə yox. Buna görə də, Cavabdeh MMC sifariş əsasında icra vərəqəsində qeyd olunan ünvana bildiriş göndərir. Tərəfin qeydiyyat ünvanının dəyişməsi barədə də icra şöbəsinə məlumatverilməmiş və bununla da Cavabdeh MMC pozuntuya yol verməmişdir. Həmçinin qeyd etmişdir ki, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 2-ci maddəsinə əsasən “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radiotelevideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audkovizual xəbər və materialların (verilişlərin) məcmusu nəzərdə tutulur. Həmçinin qanun 21 iyul 1992-ci il tarixdə qəbul olunmuş və o vaxtlar demək olar ki, internet resurslarından istifadə yox idi. “Media haqqında” Qanun isə 30 dekabr 2021-ci il tarixdə qəbul olunmuş və həmin qanunun 78.6-cı maddəsində qeyd olunmuşdur ki, bu Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilir. E-qanundan çıxarışa əsasən həmin qanunun qüvvəyə minmə tarixi 09 fevral 2022-ci il göstərilmişdir. Hərrac isə 2022-ci ilin noyabr ayında başlamış, 2023-cü ilin yanvar ayında bitmişdir. Yəni həmin an “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanun qüvvədən düşmüş və “Media haqqında” Qanun qüvvədə idi. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. 9.Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 iyun 2023-cü il tarixli, 2(004)-2233/2023 saylı qətnaməsi ilə (hakim-Toğrul Axundov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 28/23 saylı hərrac protokolunun etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan: 10.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(103)-437/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" KB ASC ilə İddiaçı arasında xx.xx.2014. cü il tarixli, 48B8/14 saylı əsas kredit müqaviləsini çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 48B8/14-1 saylı əlavə Kredit Müqaviləsi üzrə cavabdeh İddiaçı əsas borc 106846,64 (yüz altı min sakkiz yüz qırx altı dollar 64 sent) ABŞ dolları, faiz borcu 14 880,93 ABŞ dollar (on dörd min səkkiz yüz səksən dollar 93 sent) ABŞ dolları olmaqla, cərimə borcu üzrə 200 ABŞ dolları olmaqla, cəmi borc 121.927,57 ABŞ dalları (yüz iyirmi bir min doqquz iyirmi yeddi dollar 57 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), 30 manat məbləğində dövlət rüsumunun, həmçinin bildirişin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutularaq, iddiaçı "Unibank” KB ASCnin xeyrinə ödənilməsi, tutmanın cavabdeh İddiaçı mülkiyyətindəki şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evi və onun yerləşdiyi 0,045 ha torpaq sahəsin yönəldilməsi, ipoteka predmetinin satış qiymətinin 380200 (üç yüz səksən min iki yüz) manat müəyyən edilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin tutulmalı məbləğ həddində banka ödenilməsi, artıq qalan məbləğin mülkiyyətçicavabdeh İddiaçı Əhmad oğluna qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada cavabdeh AllahverdiyevŞahlar Əhməd oğlundan tutulması, ipoteka predmeti satıldıqdan an geci 1 ay ərzində boşaldılması qət edilmişdir. 11.Binəqədi Rayon İcra Şöbəsinin “Əmlak Hərrac Mərkəzi" MMC-yə ünvanladdığı “Hərracın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 17/68№44175 saylı məktubdan görünür ki, hərracın keçirilməsi barədə “Əmlak Hərrac Mərkəzi" MMC-yə sifariş məktubu, xx.xx.2021-ci il tarixli icra vərəqəsi və ona əlavə edilmiş sənədlər göndərilmişdir. 12.ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ünvanında yerləşən 2c saylı fərdi yaşayış evi Unibank KB-nin xüsusi mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. 13.Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə, borcluya və tələbkara göndərilməsi qeyd edilmişdir. İlkin hərracda əmlakın ilkin satış qiyməti 380200 manat müəyyən edilmişdir. 14.xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” internet informasiya ehtiyatında (portalında) ilkin hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. 15.xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hərrac iştirakçısı olmaması səbəbindən hərrac baş tutmamışdır. 16.xx.xx.2022-ci il tarixli elandan görünür ki, xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə məlumat verilmişdir.

17. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli hərrac bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin Binəqədi Rayon İcra Şöbəsinə, borcluya və tələbkara göndərilməsi qeyd edilmişdir. Təkrar hərracda əmlakın ilkin satış qiyməti 323170 manat müəyyən edilmişdir. 18.xx.xx.2022-ci il tarixli elandan görünür ki, "Birjanyus” internet informasiya ehtiyatında (portalında) təkrar hərracın keçirilməsinə dair məlumat dərc olunmuşdur. 19.xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təkrar hərrac iştirakçısı olmaması səbəbindən təkrar hərrac baş tutmamışdır. 20.xx.xx.2022-ci il tarixli elandan görünür ki, xx.xx.2022-ci il tarixli hərracın baş tutmaması barədə məlumat verilmişdir. 21.“Əmlak Hərrac Mərkəzi MMC tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan əmlakın Unibank KB ASC tərəfindən təkrar hərracdakı satış qiymətinin 25%-dən az olmayan qiymətə əldə edilməsi təklif edilmişdir. 22."xxxx" KB ASC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, bank ipoteka predmetini təkrar hərracdakı satış qiymətinin 25%-dən az olmayan qiymətə əldə etməyə razı olduğunu bildirmişdir. 23.Hərrac yekunları barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hərracın qalib alıcısı "xxxx" ASC (təmsil edən etibarnamə üzrə nümayəndə X9) olmuşdur. Əmlakın hərracda alış qiyməti 242377,5 (iki yüz qırx iki min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat olmuşdur. 24.xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC tərəfindən icra şöbəsinə və tələbkarlara hərracın yekunları barədə məlumat göndərilməsi qeyd edilmişdir. 25.Binəqədi Rayon İcra Şöbəsi tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 437/2021 saylı xx.xx.2021-ci il tarixliicra vərəqəsi könüllü icra edilmədiyi üçün 07 aprel 2023-cü il tarixdə məcburi icrasının həyata keçiriləcəyi bildirilmişdir. 26."xxxx" KB-nin İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" KB ASC xx.xx.2023-cü il tarixli, PKKİED/28506 nömrəli məktubla ipoteka predmetini təklif edilən 242.377,5 (iki yüz qırx iki min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirdiyi, qeyd olunan razılığa əsasən "X3” nəzdində "Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixində hərracın yekunları barədə 28/23 saylı protokolun tərtib olunduğu bildirilmişdir. 27.Reyestrlərdən görünür ki, hərrac mərkəzi tərəfindən borcluya və tələbkara xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə məktublar göndərilmişdir. 28.Məhkəmə qeyd etmişdir ki, hüququn ümumi prinsiplərinə əsasən statusları yüklülük baxımından eyni olmayan əmlaklarla bağlı münasibətlərə qanunverici ayrı-ayrı qaydalar tətbiq edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 02/21 №-li İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə qərardadında göstərilmişdir ki, ilk növbədə “İpoteka haqqında” Qanun xüsusi olaraq mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatını, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Bu baxımdan, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri, hərracın Mülki Məcəllənin 415-ci maddəsindən fərqlənən xüsusiyyətlərini özündə əks etdirməklə, yalnız ipoteka predmeti olan əmlakın hərracda satılmasının xüsusi qaydasını müəyyən edir. 29.Məhkəmə belə müəyyən etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-437/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmeti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evini Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evi və yaşayış sahəsinin açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən Cavabdeh MMC-yə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. Mülki Məcəllədə təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh –təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş tərəflərə xx.xx.2022-ci il tarixdə göndərilmiş,həmin gün də Birjanyus internet portalında elan yerləşdirilmişdir. Göründüyü kimi hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 22 gün qalmış verilmişdir. Həmçinin təşkilatçı tərəfindən borclunun məlumatlandırılmasına dair sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabeh-hazırki iş üzrə iddiaçı qeydiyyat ünvanını dəyişib başqa yerə köçmüşdür. Təşkilatçı Əmlak Hərrac Mərkəzi MMC tərəfindən iddiaçıya göndərilən məktubda İddiaçıünvanı ünvan 8 iddiaçının ünvanına bildiriş göndərdiyini bildirsə də, qeyd edilən ünvana məktubun çatıdırılması barədə sübutlar, eləcə də nə iddiaçının qeydiyyat ünvanına, nə də ipoteka predmeti olan əmlakın yerləşdiyi ünvana bildirişlərin göndərilməsi ilə bağlı sübutlar etiraza əlavə edilməmişdir. Həmçinin reyestrlərdən yalnız 1-ci və 2-ci hərracın keçirilməsi ilə bağlı məktubların göndərilməsi görünsə də, hərracın sonrakı mərhələləri barədə bildirşlərin ümumiyyətlə iddiaçıya göndərilməsi müəyyən edilməmişdir. Eləcə də qeyd etmək zəruridir ki, İpoteka haqqında Azərbaycan Respublikasının Qanunun həmin vaxt qüvvədə olan 42.1-ci maddəsinə əsasən: Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. 30.Məhkəmə qeyd etmişdir ki, 17 fevral 2023-cü il tarixli, 813-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 42.1-ci maddənin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi hərracın keçirildiyi vaxt qüvvədə olan qanunun maddəsinə görə elan kütləvi informasiya vasitələrində verilməli idi ki, cavabdeh tərəfindən bu tələblərə də əməl edilməmişdir. 31.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 28/23 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. 32.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 415.2, 415.5, 416, “İpoteka haqqında”Azərbaycan Respublikası qanunun 42.3, 43.1.1, 43.5, 43.7, İcra haqqında Azərbaycan Respublikası Qanununun 53.2, 61.1, 61.2;Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinəistinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

33.Üçüncü şəxs "xxxx" KB ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 34.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 415.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh –təşkilatçı tərəfindən bu tələbəəməl edilməmişdir. Məhkəmə işə düzgün maddi hüquq normasını tətbiq etməmişdir. Çünki qeyd olunan maddənin məzmununda qeyd olunur ki, qanunvericilikdə ayrı qayda nəzərdətutulmamışdırsa hərracın keçirilməsiən geci otuz gün qalmış bildirilməlidir.Qanunvericilikdə isə bununla bağlı ayrı qaydaİpoteka haqqında qanunda nəzərdə tutulmuşdur. Belə ki, İpoteka haqqında Qanunun 42.1-ci maddəsində qeyd olunur ki, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvimgünü qalmış verilir(göndərilir).xx.xx.2022-ci il tarixində isə "xxxx" internet portalında elan yerləşdirilmişdir. Beləliklə, hərracın keçirilməsinə ən geci 20 təqvimgünü qalmış hərracın keçirilməsi barədə məlumat verilmiş və hərractəşkilatıtərəfindən qanunun hərracın keçirilməsinə dair müddətlərlə bağlıtələbinəəməledilmişdir.Bundan əlavə, hərrac təşkilatı bildirişləridövlət poçtu vasitəsilə tərəflərə göndərmişdir. İpoteka qoyanın hərrac barəsində məlumatlı olması üçün bank, hərrac təşkilatı tərəfindən göndərilən bildirişləri aldıqdan sonra hərrac təşkilatının razılığı ilə onun adından sürətli poçt (“Qarant Poçt”) vasitəsi ilə həmin bildirişləri ipoteka qoyanınünvanına göndərmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, işi materiallarına əlavə olunmuş reyestrlərdən yalnız 1-ci və 2-ci hərracın keçirilməsi ilə bağlı məktubların göndərilməsi görünsə də, hərracın sonrakı mərhələləri barədə bildirşlərin ümumiyyətləiddiaçıya göndərilməsimüəyyən edilməmişdir. Ümumiyyətlə qanunvericilikdə yalnız 1-ci və ya 2-ci hərracın keçirilməsi və bu hərraclar barədə ipoteka qoyana bildirişlərin göndərilməsi vəzifəsi nəzərdətutulmuşdur. Qətnamədə də qeyd olunduğukimi hərrac təşkilatı da qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirərək 2 dəfə hərrac keçirmiş və bu barədə də bildirişləri ipoteka qoyana göndərmişdir. Hərracın yalnız 2 dəfə keçirilməsi nəzərdətutulduğundan hərracın sonrakı mərhələlərinin olması mümkün deyildir. Ümumiyyətlə hərracın sonrakı mərhələlərinin nədən ibarət olması, həmin mərhələlər barəsində hərrac təşkilatının bildiriş göndərmək vəzifəsinin olmasının hansı qanunda öz əksini tapması qətnamədə də qeyd olunmayıb. Hərracla bağlı "xxxx" İnternetinformasiya Ehtiyyatında (Portalında) elan dərc olunmuşdur. Elanlar, o cümlədən "xxxx"un dövlət qeydiyyatına alınması ilə bağlımüvafiq sənədlər işinmateriallarınaəlavə olunmuşdur. Məhkəmə qanunun tətbiqində səhvə yol vermiş və nəzərə almamışdır ki, hərrac keçirilən zamanAR “İpoteka haqqında”Qanunun 42.1-ci maddəsində“kütləvi informasiya vasitələrindəelan verir”sözü qeyd olunmuş olsa belə, həmin vaxt Kütləvi informasiya vasitələri haqqında qanun qüvvədə deyildi. Bundan əlavə, "xxxx" İnternet informasiya Ehtiyyatı (Portalı) xx.xx.2021-ci iltarixində dövlət qeydiyyatına alınmış və onun nizamnaməsi təsdiq olunmuşdur. Dövrün tələbinə uyğun olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanun qüvvədən düşmüş, xx.xx.2022-ci il tarixindəisə “Media haqqında” Qanun qüvvəyə minmişdir. Həmxx.xx.2022-ci il tarixli ilkin, həm də xx.xx.2022-ci il təkrar hərrac keçirilən dövrdə “Media haqqında” qanun qüvvədə olmuşdur. Odur ki, baxmayaraq ki, AR “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində“kütləviinformasiya vasitələrində elan verir”sözü qeyd olunmuşdur, işə Media haqqında qanunun müddəaları tətbiq edilməli idi. Çünki Qanun qüvvədən düşdükdən sonra onun tətbiq olunmasımümkün deyildir və yolverilməzdir. Hesab edir ki, iş üzrə sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə qətnaməsində qeyd olunur ki, hərractəşkilatı tərəfindən borclunun məlumatlandırılmasına dair sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman cavabdeh hazırki iş üzrə iddiaçı qeydiyyat ünvanını dəyişib başqa yerə köçmüşdür. Təşkilatçı Cavabdeh MMC tərəfindən iddiaçıya göndərilən məktubda isə İddiaçı ünvanıYasamal rayonu, Ə.Abdullayev küçəsi,ev 7/19 qeyd olunmuşdur. İddiaçı qeydiyyat ünvanını xx.xx.2020-ci il tarixində dəyişmiş və buna müvafiq olaraq yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bu iddiaçı tərəfindən işə əlavə olunmuş ARİİ№ 982014 saylı etibarnamədə öz əksini tapır. "xxxx" ASC İddiaçı qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldıran zaman İddiaçı Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 7/19 ünvanında qeydiyyatda olmuşdur. Daha sonra isə o həmin qətnamədən apelyasiya şikayəti vermiş və xx.xx.2021 tarixində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edilmişdir. Göründüyü kimi qeydiyyat ünvanının dəyişməsi ipoteka predmetinə tutma yönədilməsi barədə iş üzrə məhkəmə mübahisəsinin getdiyi dövrdə baş verib, lakin İddiaçıbu barədə apelyasiya instansiyası məhkəməsinə, daha sonra (icra icraatı zamanı) qətnaməni icra edən müvafiq icra quruma məlumat verməyib.Ona görə də qətnamədə və icra vərəqində İddiaçı əvvəlki qeydiyyat ünvanı göstərilib. Bunun davamı olaraq, hərrac təşkilatçısı tərəfindən də məlumat iddiaçının əvvəlki ünvanına göndərilib. Bu maddə məhkəmə icraatı ilə yanaşı icra sənədi üzrə icraata, o cümlədən həmin icraatın tərkib hissəsi olan hərraca da şamil olunur. Ona görə də hesab olunmalıdır ki, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılıb. 35.Qətnamədən həmçinin Cavabdeh MMC də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Çünki qeyd olunan maddədə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsi barədə saytınd aelan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Göründüyü kimi işə Mülki Məcəllənin 415.2-ci maddəsi deyil, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi tətbiq edilməli idi. Məhkəmə tərəfindən məhkəmə araşdırması, tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə birbaşa təsir edəcək bütün faktiki hallar araşdırılmamış sadəcə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallarla yekun qənaətinə gəlinmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindənİddiaçı hansı tarixdə qeydiyyat ünvanını dəyişməsi, bu barədə məhkəməyə və icra qurumuna məlumat veribverməməsi araşdırılmamışdır. Qanunvericiliyin tələbinə görə işdə iştirak edən şəxslər qeydiyyat ünvanının dəyişməsi barədə məhkəməyə məlumat verməlidirlər. Əgər işdə iştirak edən şəxslər bu barədə məlumat verməmişdirlərsə, məhkəməsənədləri ona məlumolan son qeydiyyat ünvanına göndərir ki, bununla dasənədlər rəsmi qaydada çatdırılmış hesab olunur. İddiaçı qeydiyyat ünvanını xx.xx.2020-ci il tarixində dəyişmiş və buna müvafiq olaraq yeni şəxsiyyət vəsiqəsi əldə etmişdir. Bu İddiaçı tərəfindən işə əlavə olunmuş AR-İİ№982014 saylı etibarnamədə öz əksini tapır. Göründüyü kimi, İddiaçı qeydiyyat ünvanının dəyişməsi barədə nə apellyasiya instansiyası məhkəməsinə, nə də qətnaməni icra edən müvafiq icra qurumuna məlumat verməyib. Bu səbəbdən də, qətnamədə vəicra vərəqində borclunun əvvəlki ünvanı qeyd olunmuş, bu səbəbdən də hərrac təşkilatı tərəfindən məlumatlar əvvəlki ünvana göndərilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 37.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

c)Məhkəmə icraatı iştirakçılarının izahatları

38.Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 39.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, onun məzmunua uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 40.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərərək, Bakı şəhərində olmadığı üçün işin baxılmasının təxirə salınmasını xahiş etmiş, apellyasiya mərhələsi üçün səlahiyyətli olmasını təsdiq edən orderini, bundan əlavə Bakı şəhərində olmaması ilə bağlı müvafiq sübutları ərizəyə əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.Maddə337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 42.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 43.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu: 44.Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 45.Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 46.Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 47.Maddə 42.6.Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayır. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 48.Maddə 43.1.Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. 49.Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 50.Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 51.Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 52.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 53.Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 54.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 56.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

57.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 58.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarınınəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 59.Məhkəmə kollegiyası 3-cü şəxsin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. 60.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən maddi və prosessual hüququ normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 61.Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 437/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ipoteka predmeti olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evivə onun yerləşdiyi torpaq sahəsi sahəsinin açıq hərracda satılması qərara alınmış, icra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra şöbəsi tərəfindən Cavabdeh MMC-yə hərracın keçirilməsi ilə əlaqədar sifariş verilmişdir. 62.Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllədə təşkilatçı tərəfindən hərracın keçirilməsinə ən geci otuz gün qalmış məlumat verilməli olduğu nəzərdə tutulsa da, iş materialları ilə müəyyən olunur ki, cavabdeh–təşkilatçı tərəfindən bu tələbə əməl edilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ilkin hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş tərəflərə xx.xx.2022-ci il tarixdə göndərilmiş, həmin gün də "xxxx" internet portalında elan yerləşdirilmişdir. Göründüyü kimi hərrac keçirilməsinə dair məlumat ilkin hərrac gününə 22 gün qalmış verilmişdir. Həmçinin təşkilatçı tərəfindən borclunun məlumatlandırılmasına dair sübutlar iş materialları ilə müəyyən edilməmişdir. 63.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bununla bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. 64.Belə ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin maddənin məzmununda qeyd olunur ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Qanunvericilikdə isə bununla bağlı ayrı qayda “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuşdur. 65.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. 66.Belə ki, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində qeyd olunur ki, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). İş materiallarından görünür ki, xx.xx.2022-ci ildə birinci hərracın keçirilməsinə dair bildiriş xx.xx.2022-ci ildə göndərilmiş, bununla da hərracın keçirilməsinə dair məlumat ilkin hərrac gününə 24 gün qalmış verilmişdir. Beləliklə, hərrac təşkilatı tərəfindən qanunun hərracın keçirilməsinə dair müddətlərlə bağlı tələbinə əməl edilmişdir. 67.F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 68.Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və kütləvi informasiya vasitəsində elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır. 69.Yuxarıda qeyd olunan Plenum qərarında şərh olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin hərrac təşkilatı tərəfindən borclunun məlumatlandırılmasına dair sübutların iş materialları ilə müəyyən edilməməməsi ilə bağlı gəldiyi nəticəni də əsassısız hesab edir. 70.Belə ki, iş materiallarıdan görünür ki, təşkilatçı Cavabdeh MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı İddiaçı Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 7/19 ünvanı üzrə poçt vasitəsi ilə bildiriş göndərmişdir. 71.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, "xxxx" KB ASC İddiaçı qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia qaldıran zaman İddiaçı Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 7/19 ünvanında qeydiyyatda olmuşdur. Daha sonra isə o həmin qətnamədən apellyasiya şikayəti vermiş və xx.xx.2021 tarixində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qətnamə qəbul edilmişdir. 72.Lakin İddiaçı bu barədə apelyasiya instansiyası məhkəməsinə, daha sonra (icra icraatı zamanı) qətnaməni icra edən müvafiq icra quruma məlumat verməyib. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qətnaməyə əsasən verilmiş icra vərəqində İddiaçı əvvəlki qeydiyyat ünvanı göstərilib. Bunun davamı olaraq, hərrac təşkilatçısı tərəfindən də məlumat iddiaçının əvvəlki ünvanına göndərilib. 73.Hətta, iş materiallarına əlavə edilmiş reyestr və qəbzlərin surətindən görünür ki, hərracın vaxtı və yeri barədə bildirişlər həm dövlət poçtu, həm də “Grant Post” sürətli poçt vasitəsilə iddiaçının məhkəmə icraatı zamanı iş materiallarında olan qeyd olunan Yasamal rayonu, Ə.Abdullayev küçəsi, ev 7/19 ünvanına, eyni zamanda ipoteka predmetinin yerləşdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 ünvana göndərilmişdir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 ünvanı üzrə xx.xx.2022-ci il tarixdə bildirişi “Allahverdiyeva” adlı şəxs imza etməklə qəbul etmişdir. Bundan sonra həmin ünvana göndərilmiş bildiriş “bu ünvanda yaşamır, köçüb” qeydi ilə geri qaytarılmışdır. 74.Göründüyü kimi, İddiaçı ünvanını dəyişməsi barədə apellyasiya instansiyası məhkəməsinə, daha sonra icra mərhələsində qətnaməni icra edən müvafiq icra qurumuna məlumat verməmiş, ona görə də icra sənədində İddiaçı əvvəlki qeydiyyat ünvanı göstərilmişdir. 75.Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş reyestrlərdən yalnız 1-ci və 2-ci hərracın keçirilməsi ilə bağlı məktubların göndərilməsi görünsə də, hərracın sonrakı mərhələləri barədə bildirşlərin ümumiyyətlə iddiaçıya göndərilməsi müəyyən edilməmişdir. 76.Kollegiya bununla bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, qanunvericilikdə yalnız 1-ci və ya 2-ci hərracın keçirilməsi və bu hərraclar barədə ipoteka qoyana bildirişlərin göndərilməsi vəzifəsi nəzərdə tutulmuşdur. Qətnamədə də qeyd olunduğu kimi hərrac təşkilatı da qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirərək 2 dəfə hərrac keçirmiş və bu barədə də bildirişləri ipoteka qoyana göndərmişdir. 77.Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin “hərracın keçirildiyi vaxt qüvvədə olan qanunun maddəsinə görə elan kütləvi informasiya vasitələrində verilməli idi ki, cavabdeh tərəfindən bu tələblərə də əməl edilməməsi” ilə bağlı mövqeyini də əsassız hesab edərək qeyd edir ki, hərracla bağlı "xxxx" İnternet informasiya Ehtiyyatında (Portalında) və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com") elan dərc olunmuşdur. 78.Məhkəmə qanunun tətbiqində səhvə yol vermiş və nəzərə almamışdır ki, hərrac keçirilən zaman Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində “kütləvi informasiya vasitələrində elan verir” sözü qeyd olunmuşdur. Həmin vaxt “Kütləvi informasiya vasitələri” haqqında Qanun (xx.xx.2021-ci ildə ləğv olunub) qüvvədə olmamışdır. 17 fevral 2023-cü ildə “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində dəyişiklik olunaraq, Kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözləri ilə əvəz edilmişdir. xx.xx.2022-ci il tarixində isə “Media haqqında” Qanun qüvvəyə minmişdir. Həm xx.xx.2022-ci il tarixli ilkin, həm də xx.xx.2022-ci il təkrar hərrac keçirilən dövrdə “Media haqqında” Qanun qüvvədə olmuşdur. 79.Digər tərəfdən iş materiallarında olan "xxxx" İnternet informasiya Ehtiyyatı (Portalı) MMC-nin Nizamnaməsində cəmiyyətin fəaliyyəti adlanan 3-cü bəndində də qeyd olunmuşdur ki, cəmiyyət “Kütləvi informasiya vasitələri” haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada kütləvi informasiya vasitəsi sayılan internet informasiya ehtiyatı yaradaraq birja və hərrac xəbərlərinin yayılması istiqamətində, o cümlədən qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri ilə məşğul olur. 80.Beləliklə sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 12 fərdi yaşayış evi və onun yerləşdiyi 0.045 ha torpaq sahəsinə tutmanın yönəldilməsi məqsədilə Cavabdeh tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan Cavabdeh qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. 81.Göründüyü kimi, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bildirişlər tələb edilən müddətlərdə göndərilmiş, hərrac iştirakçıları məlumatlandırılmışlar. 82.Həmçinin hərracla bağlı kütləvi informasiya vasitələrində də, məlumat dərc edilmiş, hərrac iştirakçıları məlumatlı olmuşlar. 83.Məhkəmə kollegiyası apellyasiya şikayətilərinin dəlillərinin əsaslı hesab edərək qeyd edir ki, 3-cü şəxs və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(004)-2233/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. 84.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Üçüncü şəxs "xxxx" KB ASC və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 2(004)-2233/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar