Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5081/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Rüstəmov Emin Elbrus oğlunun katibliyi, İddiaçı Maarif qızının nümayəndəsi Uzun Necdetin, üçüncü şəxs Abdullayev Rövşən Hüseyn oğlunun vəkili X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarxili 2(001)-4758/2018 nömrəli qətnaməsindən 3-cü şəxs Abdullayev Rövşən Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə icra məmurunun təqdimatının təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi əsasında xx xxxx 2017-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar təsisçisi olduğu “xxxxxxxxxxxx” MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulduğunu, tutmanın həmin torpaq sahəsinə 50 % payı həddində yönəldildiyini, qərardadın Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanıldığını, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayit şossesi 3 saylı ünvanda yerləşən torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi işinin həyata keçirildiyini, qiymətləndirmə zamanı sadəcə torpaq sahəsinin nəzərə alındığını, torpağın çox ucuz qiymətləndirildiyini, üzərindəki tikililərin isə ümumiyyətlə qiymətləndirilmədiyini irəli sürmüş, buna görə də təsisçisi olduğu “xxxxxxxxxxxx” MMC-nin torpaq sahəsinin qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli rəyin ləğv edilməsi, həmin torpaq sahəsinin və orada olan tikililərin də qiymətləndirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 4758/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1nə qarşı, 3-cü şəxslər xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC və Abdullayev Rövşən Hüseyn oğlu cəlb edilməklə “qiymətləndirmə rəyinin mübahisələndirilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “xxxxxxxxxxxx” MMC-nin torpaq sahəsinin Qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli rəyinin ləğv edilməsi, “xxxxxxxxxxxx” MMC-nin torpaq sahəsinin və torpaq sahəsində olan tikilinin bazar dəyərinin 4.500.000(dörd milyon beş yüz min) manat qiymətləndirilməsi qət edilmişdir. Qətnamədən iş üzrə üçüncü şəxs Rövşən Abdullayev apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsi öz qətnaməsini əsaslandırarkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli ekspert rəyini sübut qismində götürmüş, qətnamənin əsaslandırıcı hissəsində xx xxxxxxx 2008-ci il tarixli ekspert rəyinə istinad edərək MH seriyalı ******* nömrəli çıxarışa əsasən “xxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan 0,47877 ha torpaq sahəsinin, həmin sahədə yerləşən 6 nömrəli 89,5 m2 ümumi, 72,9 m2 əsas, 16,6 m2 köməkçi sahədən ibarət 1 mərtəbəli binanın qeyri-yaşayış sahəsi ilə birlikdə orta bazar qiymətinin dəyərinin və torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən zərərin (250000 + 960000) = 9 850 000 manat dəyərində müəyyənləşdirildiyini göstərmişdir. Məhkəmənin göstərilən ekspert rəyinə əsaslanması, ümumiyyətlə icraatında olduğu işi araşdırmadığı qənaəti yaradır. Belə ki, iddia tələbi üzrə mübahisə predmeti olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən qiymətləndirilmiş torpaq sahəsi RX seriyalı ******* nömrəli çıxarışa əsasən “xxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan 0,7936 ha torpaq sahəsidir və bu çıxarış məhkəməyə təqdim olunmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş MH seriyalı ******* nömrəli çıxarış isə öz qüvvəsini itirməklə həmin ərazi “xxxxxxxxxxxx” MMC-nin mülkiyyətində deyildir və bunu çıxarışlardakı torpaq sahələrinin ölçülərindən də görmək mümkündür. Binəqədi rayon İcra şöbəsinin xx/xx-12449-4 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubuna və Binəqədi Rayon Məhkəməsinin 8(001)-2616/2017 saylı qərardadına əsasən “xxxxxxxxxxxx“ MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli 16 saylı qiymətləndirmə hesabatına əsasən 1 587 200 (bir milyon beş yüz səksən yeddi min iki yüz) manat miqdarında qiymətləndirilmiş, yenidən təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası qərardadına əsasən, bu dəfə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC tərəfindən həmin torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə 4 500 000 (dörd milyon beş yüz min) manat qiymət qoyulmuşdur. Lakin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC öz rəyini əsaslandırmamış, rəyin hesabat hissəsində sadəcə olaraq qiymətləndirmədə istifadə edilən anlayışların, ehtimal və məhdudiyyət şərtlərinin, obyektin bazar dəyərinin müəyyənləşdirilməsi qaydalarının və obyektin dəyərinin müəyyən olunması üçün istifadə edilən yanaşmaların elmi tərifini vermiş, torpağın və üzərindəki tikililərin hansı meyarlara əsasən və həmin ərazidə yerləşən hansı oxşar obyektlərlə müqayisədə qiymətləndirildiyini bildirməmişdir. Həmçinin, qiymətləndirmə rəyinin 1.3-cü bəndində birbaşa göstərilmişdir ki, tikiliyə aid sənəd təqdim edilməmişdir. Bunun əsas səbəbi isə həmin tikililər üçün ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədin olmamasıdır. Lakin Binəqədi Rayon Məhkəməsi göstərilən ekspertizanın əsas məqsədinin torpaq sahəsinin hərrac vasitəsilə satılması və satılan əmlakdan əldə olunmuş gəlirin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı ona olan borcunun ödənilməsindən ibarət olduğunu nəzərə almamışdır. Hüquqmüəyyənedici sənədi olmayan tikililərin qiymətləndirilməsi gələcəkdə həmin ərazinin hərrac vasitəsilə satışını və məhkəmə qətnaməsinin icrasını mümkünsüz edir. Bundan başqa, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə tapşırılsa da, rəy “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC tərəfindən tərtib olunmuş, bu barədə irad birinci instansiya məhkəməsinə bildirilsə də, məhkəmə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X3 məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsini əsas götürməklə MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu qənaətinə gələrək onu sübut qismində qəbul etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X3 məhkəməyə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizə onun ekspert rəyinə irad bildirməsindən 2 gün sonra məhkəməyə daxil olmuşdur ki, bunun özü də olduqca şübhəlidir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC ayrıca hüquqi şəxsdir, VÖEN-i və ünvanı fərqlidir. Ekspert rəyindən də görünür ki, rəy blankda çap olunmuşdur, həmin blankın yuxarı hissəsində ekspertiza fəaliyyəti ilə məşğul olan təşkilatın adı, ünvanı, əlaqə nömrəsi və elektron poçt ünvanı birmənalı göstərilmişdir və bu qədər kobud texniki səhv ola bilməz. Göründüyü kimi, məhkəmə qərardadının icrası “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMCyə tapşırılsa da, məlum olmayan səbəblərdən qiymətləndirmə rəyi başqa bir təşkilat olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ MMC tərəfindən aparılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1504/2019 nömrəli qətnaməsi ilə 3-cü şəxs Abdullayev Rövşən Hüseyn oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 4758/2018 nömrəli qətnaməsinin ləğv olunması, yeni qətnamə çıxarılması, “xxxxxxxxxxxx” MMCyə məxsus Bakı şəhəri, Binəqədi rayonu,Sumqayıt şossesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunması və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 918 700 (bir milyon doqquz yüz on səkkiz min) manat (torpaq sahəsi 1 587 200 manat, üzərindəki tikililər 331 500 manat) müəyyənləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödənilmiş olduğu dövlət rüsumunun əvəzi qismində 10,4(on manat 40 qəpik) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən alınaraq ona ödənilməsi, apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun apellyatora, birinci instansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmə tədqiqatının dəyəri “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə aid olması, apelyasiya baxışı zamanı keçirilmiş ekspertizanın dəyəri qismində 500 (beş yüz) manatın “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq “X6” MMCnin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1504/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-879/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən ilkin iddia qismən təmin edilərək İddiaçı 187000 manat pulun, eləcə də ödənilmiş 31 manat dövlət rüsumunun 24 %-nin, yəni 7,44 manatın tutularaq Abdullayev Rövşən Hüseyn oğluna ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, habelə qarşılıqlı iddianın təmin edilərək İddiaçı ilə Abdullayev Rövşən Hüseyn oğlu arasında Bakı şəhəri, 38 saylı notariat kontorunda xx xxxxxx 2013-cü il tarixdə təsdiq edilməklə bağlanmış, reyestrdə 3M/-821 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Abdullayev Rövşən Hüseyn oğlunun apellyasiya şikayəti təmin edilmiş, sözügedən qətnamə ləğv olunmuş, Abdullayev Rövşən Hüseyn oğlunun ilk iddia ərizəsi təmin edilərək İddiaçı xx xxxxxx 2013-cü il tarixli borc müqaviləsi üzrə 785 000 manat borc pul, borc məbləğinin vaxtında qaytarılmaması nəticəsində bir il üçün illik 5 % həcmi təşkil edən 39 250 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, yəni cəmi 824281 manat Abdullayev Rövşən Hüseyn oğlunun xeyrinə tutulmuş, İddiaçı qarşılıqlı iddia ərizəsi isə təmin edilməmişdir; sözügedən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2815/17 saylı, xx xxx 2017-ci il tarixli qərarına əsasən). İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-2616/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadına əsasən İddiaçı təsisçisi olduğu “xxxxxxxxxxxx” MMC-nin əmlakındakı 50 % payının, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesində yerləşən 3 saylı ərazinin bir hissəsinin üzərinə həbs qoyulması, tutmanın həmin torpaq sahəsinə borclunun 50 % payı həddində yönəldilməsi qərara alınmış, bundan sonra icra məmuru əmlakın qiymətləndirilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCyə sifariş məktubu göndərmiş, adı çəkilən MMC-nin xx xxxxxx 2018-ci il tarixli “əmlakın qiymətini müəyyən etmək üçün hesabat”ı ilə torpaq sahəsi (0,7936 ha) ******* manat, torpaq sahəsinin 50 %-i (0,3968 ha) isə 793 600 manat məbləğində qiymətləndirilmiş; hesabatın qeyd hissəsində “xxxxxxxxxxxx“ MMC-yə məxsus torpaq sahəsi üzərində avto-təmir sexlərinin inşa edildiyi və sifarişə uyğun olaraq sadəcə torpaq sahəsinin qiymətləndirildiyi xüsusi olaraq göstərilmişdir. İşin materiallarından görünür ki, əmlakın qiyməti ilə bağlı bir-birindən fərqlənən 3 (üç) qiymətləndirici rəyi mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu rəyləri işdəki digər sübutlarla birgə dəyərləndirilərək və mütənasib şəkildə uzlaşdırılaraq əmlakın ilkin satış qiyməti müəyyənləşdirilməli baxımından apellyasiya baxışı zamanı təyin olunmuş qiymətləndiricinin müəyyən etdiyi 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat qiymətini əmlakın real bazar qiymətinə daha uyğun hesab edərkən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC qiymətləndirməni səthi aparmasını, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olmaması, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amilləri, xüsusilə torpaq sahəsinin üzərində tikililərin olmasını nəzərə almaması, analoji əmlakların bazar dəyərini təhlil etməməsi, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməməsi, həm də ərazidə təşəkkül tapmış qiymətləri araşdırmayaraq torpaq sahəsindəki tikililərin hüquqmüəyyənedici sənədlərinin olmadığını nəzərə almamasına istinad etsə də, özü tərəfindən də təyin edilmiş sonuncu rəydə də sadalanan halların da tam öz əksini tapmamasına diqqət yetirməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən iş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin digər şəxslərlə mübahisəsinə dair 1 saylı Bakı yerli İqtisad Məhkəməsinin 2(81) - 1578/4-364 saylı mülki iş üzrə təyin etdiyi xx xxxxxxx 2008-ci il tarixli 23/3 saylı ekspert rəyinin məzmununa diqqət yetirməmişdir. Qeyd edilən həmin rəydə MMC-nin mülkiyyətində olan torpaq sahəsinin, həmin sahədə yerləşən binanın qeyri-yaşayış sahəsi ilə birlikdə orta bazar dəyərinin ümumilikdə dəyərinin 9.850.000 manat (250.000 + 9.600.00) olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mübahisəli tikililərə dair iş materiallarında layihə smeta sənədlərinin olmamasına, 3400 kv.m sahəsi olan və 51 tikilidən ibarət olan daşınmaz əmlakın (torpaq sahəsi və üzərindəki tikililər) 1918 700 (bir milyon doqquz yüz on səkkiz min yeddi yüz) manat məbləğində qiymətləndirilməsi ağlabatan olmamaqla hazırki dövr üçün bazar qiymətlərinə də uyğun olmamasına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin də kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılan qiymətləndirməni özünün təyin etdiyi qiymətləndirmə ilə müqayisə edərkən həmin rəyi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-i tərəfindən aparılan qiymətləndirmə ilə müqayisə etməyərək “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ona həvalə olunmayan qiymətləndirməni həyata keçirməməsinə istinad etmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin özünün də qətnaməsində qeyd etdiyi kimi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X3 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədə MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu və sözügedən rəyin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilməsi kimi qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin həyata keçirdiyi qiymətləndirmənin sözügedən rəyi vermiş həmin MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu təqdirdə onu sübut növü kimi qiymətləndirilməməsi üçün hüquqi əsas deyildir. Belə ki, işin hallarından görünür ki, qiymətləndirmə faktiki olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən həyata keçirilmiş və onun verdiyi rəylə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə, eləcə də apellyasiya instansiyası məhkəməsinin özünün təyin etdiyi qiymətləndirmə arasında müəyyən edilmiş qiymətlərdə kəskin fərqlər vardır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. - 5, 6 və 8-ci maddələrinə əsasən məhkəmənin qərarının təmin edilməsi məqsədi ilə əmlak qiymətləndirilərkən qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən aparılır. Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağlanan müqavilədir. Qiymətləndirici hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. - 7-ci maddəsinin İ bəndinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. - 10-cu maddəsinin tələbindən isə görünür ki, qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərinə əsasən əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının: - 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarına əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təminatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır. Məhkəmə iclasında üçüncü şəxs Abdullayev Rövşən Hüseyn oğlunun vəkili X2 bildirdi ki, apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri, Binəqədi rayonu,Sumqayıt şosessi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabatın ləğv olunmasını və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiymətinin 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir.1111 Məhkəmə iclasında iddiaçının nümayəndəsi Uzun Necdet bildirdi ki, Daşınmaz Əmlakların Qiymətləndirilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli rəyi ilə razı deyil və yenidən qiymətləndirmə keçirilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış Cavabdeh1, habelə üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndələri üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Üçüncü şəxsin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddianın bu cür təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə mübahisələndirilən hissə üzrə yoxlanılır. Hazırki iş üzrə, iddianın faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsi qiymətləndirilən əmlakın dəyəri hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən görünür ki, iddiaçının üçüncü şəxs Abdullayev Rövşən Hüseyn oğlu qarşısında qüvvədə olan qətnamə əsasında yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə üzərinə həbs qoyulmuş iddiaçının təsisçisi olduğu “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesi, 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 1 587 200 manat məbləğində qiymətləndirilmiş, 50 faizi isə 793600 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi eskpertiza əsasında rəy verən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC isə həmin torpaq sahəsinin və onun üzərində inşa edilmiş tikilinin bazar dəyərini xx.xx.2018-ci il tarixinə 4 500 000 manat məbləğində müəyyənləşdirmişdir (“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru X3 birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizədə MMC-nin adındakı “2” rəqəminin texniki səhv olduğu və sözügedən rəyin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilməsi kimi qəbul edilməsi xahiş olunmuşdur). “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin əmlaka qoyduğu qiymətlə birinci instansiya məhkəməsinin əsas götürdüyü qiymət arasında həddindən artıq kəskin fərq olduğu nəzərə alınaraq bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışı zamanı da əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, “ X6” nin xx xxx 2019-cu il tarixli rəyinə əsasən “xxxxxxxxxxxx” MMC-nə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şössesi, 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin tikililər nəzərə alınmadan xx xxx 2019-cu il tarixinə bazar dəyəri 1 587 200 manat, üzərindəki tikililərin dəyəri isə 331 500 manat, cəmi ******* manat müəyyənləşdirilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin 2(102)-879/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarında şərh edilən məcburi göstərişlərə əsasən apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilmiş və “xxxxxxx” MMC-nin MB13/661 saylı xx xxxx 2020-ci il tarixli rəyinə əsasən “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin hazırda mövcud olan real bazar qiyməti 1.587.200 manat, “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinini üzərindəki 3217.31 kv. tikili 363.000 manat, “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə hazırda mövcud olan real bazar qiyməti 1.950.200 manat təşkil etdiyi göstərilmişdir. Bundan sonra, yenidən qiymətləndirmə keçirilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli 272-01 saylı rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən torpaq sahəsinin xx xxxxxxx 2020-ci il tarixinə bazar dəyəri 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, iş üzrə əmlakın qiyməti ilə bağlı birbirindən fərqlənən 5 (beş) qiymətləndirici rəyi mövcuddur. Son üç qiymətləndirici rəyində əmlakın dəyəri demək olar ki, eyni məbləğlər təşkil edir. Bu hal da ona dəlalət edir ki, mübahisə predmeti olan əmlakın dəyərini son üç qiymətləndirici tərəfindən düzgün müəyyən edilmişdir. Apellyasiya instasiyası məhkəməsi hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qiymətləndiricinin müəyyən etdiyi 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat mübahisə predmeti olan əmlakın dəyərininin daha real olduğuna dəlalət edir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəsmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməli, sözügedən əmlakın qiymətləndirilməsinə dair “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabat ləğv olunmalı və əmlakın (torpaq sahəsi və üzərindəki tikililər) qiyməti 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.4, 387.2.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Üçüncü şəxs Abdullayev Rövşən Hüseyn oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2018 saylı iş üzrə xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunsun və iddia təmin edilsin. “xxxxxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi 3 saylı ünvanda yerləşən 0,7936 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin tərtib etdiyi xx.xx.2018-ci il tarixli 16 saylı hesabat ləğv olunsun və həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə qiyməti 1 984 000 (bir milyon doqquz yüz səksən dörd min) manat müəyyən edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5081/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5081/2020
23.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver