Məhkəmə qərarları › İş №2(103)-5085/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5085/2022

13.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5085/2022 13.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Akif qızı cavabdeh X1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində əsas borc, 45.000 (qırx beş min) manat məbləğində əldən çıxmış fayda, eyni zamanda ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 manat məbləğində - ümumilikdə 155.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldə çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin qarşılığında ödənilməmiş 350.000 (üç yüz əlli min) manat məbləğində əsas borcun, 70.000 (yetmiş min) manat məbləğində əldən çıxmış faydanın, eyni zamanda vurulmuş mənəvi ziyan müqabilində 10.000 (on min) manat məbləğində vəsaitin, cəmi 430.000 (dörd yüz otuz min) manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 100.000 manat məbləğində borc vəsaitinin İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı Cavabdeh İddiaçı Akif qızına qarşı “ödənilməmiş əsas borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Qürbət Əsgərov sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1215/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Ali Məhkəmənin 2(102)-2391/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-800/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə;

1. İddiaçı, Cavabdeh və X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 5085/2022 saylı mülki işi üzrə aşağıdakı şərtlər daxilində bu müqaviləni bağlayırıq:

1. Cavabdeh öhdəsinə götürür: 1.1. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən özü tərəfindən verilmiş iddia tələblərindən və apellyasiya şikayətindən imtina edir, bu barədə notariat qaydada təsdiq edilmiş ərizəsini Bakı Apellyasiya məhkəməsinə təqdim edir. 1.2. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin hüquqi qüvvəsini tanıyır və həmin qətnamənin icrası ilə bağlı İddiaçı ödənilməli olan borcun 100.000 (yüz min) manat hissəsinə görə oğlu X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyekti İddiaçı adına ipoteka ilə yüklü etməyi öhdəsinə götürür. Bununla bağlı mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini və ipoteka müqaviləsini məhkəməyə təqdim edir. 1.3. Hazırkı mülki iş üzrə Cavabdeh borcunu, yəni 100.000 (bir yüz min) manatı 31 oktyabr 2023-cü ilədək İddiaçı qızma ödəyir. Borcun ödənilməsi İddiaçı və Cavabdeh birlikdə təsdiq etdikləri qəbz vasitəsi ilə və ya digər rəsmi bank hesabına və ya poçt vasitəsi ilə rəsmi göndərişlə təsdiq edilir. 1.4. Hazırkı müqavilənin 1.3-cü bəndində göstərilən şərt yerinə yetirilmədikdə müqavilə üzrə həmin məbləğə görə ipoteka ilə yüklü edilmiş oğlu X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyektin qeyd şərtsiz İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmir və bununla bağlı gələcəkdə hər hansı mübahisə qaldırmayacaqdır.

2. X3 öhdəsinə götürür: 2.1. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsinin icrası ilə bağlı Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan borcun - 100.000 (bir yüz min) manatın əvəzində mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyektin hazırki müqavilənin 1.3-cü bəndinin icrasına qədər İddiaçı qarşısında ipoteka ilə yüklü etməyi öhdəsinə götürür. Bununla bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini və ipoteka müqaviləsini məhkəməyə təqdim edir. 2.2. Hazırkı müqavilənin 1.3-cü bəndində göstərilən şərt yerinə yetirilmədikdə müqavilə üzrə həmin məbləğə görə ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsinin və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyektin qeydşərtsiz İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmir və bununla bağlı gələcəkdə hər hansı mübahisə qaldırmayacaqdır.

3. İddiaçı öhdəsinə götürür: 3.1. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı 01,09.2020-ci il tarixli qətnaməsinin icrası olaraq Cavabdeh tərəfindən ona ödənilməli olan borcun - 1Q0.000 (yüz min) manata görə ona təklif edilən X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyekti ipoteka yüklülüyünə qəbul edir. 3.2. Cavabdeh tərəfindən ona ödənilməli olan borcu 31 oktyabr 2023-cü il tarixinə qədər hissə-hissə qəbul edir. 3.3. hazırki müavilənin 1.3-cü bəndi tam icra edildikdən sonra X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyekti ipoteka yüklülüyündən azad edilməsinə dair ərizəni mülkiyyətçiyə və borclu şəxsə təqdim edir və əmlakın ipoteka ilə yükfülükdən azad olunmasına hər hansı maneə yaratmır. 3.4. Həmçinin Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, Mayokovskiy və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli ümumi sahəsi 160 kv.m.-dən ibarət olan 14 saylı (hazırki ünvanı: ünvan 2 mənzilə olan iddiasından imtina edir və həmin daşınmaz əmlakın ona aid olmadığını təsdiq edir. 3.5. hazırki müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlak (torpaq sahəsi və yarımçıq tikili) üzərində mülkiyyətçi tərəfindən əlavə tikinti işlərinin aparılmasına maneə törətməyəcəkdir.

4. Tərəflər birlikdə öhdələrinə götürürlər: 4.1. Barışıq sazişində öhdəlıkərınə götürdükləri vəzifələrin icrasına vicdanla səy gəstərəcəklər. 4.2. Tərəflərdən hər hansı biri hazırki barışıq sazişinin icrası ilə bağlı maneələr törədəcəyi təqdirdə, eləcə də hazırki sazişdə üzərinə götürdükləri öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə qarşı tərəfə əlavə olaraq 100.000 (bir yüz min) manat məbləğində əlavə təzminatın ödənilməsini öhdəsinə götürürlər və bu məbləğ mübahisəsiz məbləğ olaraq qəbul edilir. 4.3. Hazırki barışıq sazişi ilə əldə edilmiş hallar barəsində məhkəmələrdə iddia qaldırmayacaqlar. 4.4. Hazırki saziş məhkəmə qərardadı ilə təsdiq edildikdən və qanuni qüvvəsini aldıqdan sonra müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qərarına bərabər tutulacaq və tərəflər arasında hər hansı mübahisə predmeti olmayacaqdır. Hazırkı barışıq müqaviləsi 04 (dörd) nüsxədən ibarət olmaqla tərtib edilmişdir bütün nüsxələr eyni qüvvəyə malikdirlər. Qeyd olunan şərtlərlə, kənardan heç bir təsir və təyiq olmadan, sərbəst iradəmizin ifadəsi kimi hazırkı müqaviləni imzalayırıq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırkı halda, Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, qanuna zidd deyildir, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı Cavabdeh qarşı “borcun və müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı "ödənilməmiş əsas borcun, əldən çıxmış faydanın və vurulmuş mənəvi zərərin ödənilməsi” qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin məzmununa görə;

1. İddiaçı, Cavabdeh və X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47 və 52.3-cü maddələrinin tələblərinə istinadən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)- 5085/2022 saylı mülki işi üzrə aşağıdakı şərtlər daxilində bu müqaviləni bağlayırıq:

1. Cavabdeh öhdəsinə götürür: 1.1. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən özü tərəfindən verilmiş iddia tələblərindən və apellyasiya şikayətindən imtina edir, bu barədə notariat qaydada təsdiq edilmiş ərizəsini Bakı Apellyasiya məhkəməsinə təqdim edir. 1.2. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin hüquqi qüvvəsini tanıyır və həmin qətnamənin icrası ilə bağlı İddiaçı ödənilməli olan borcun 100.000 (yüz min) manat hissəsinə görə oğlu X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyekti İddiaçı adına ipoteka ilə yüklü etməyi öhdəsinə götürür. Bununla bağlı mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini və ipoteka müqaviləsini məhkəməyə təqdim edir. 1.3. Hazırkı mülki iş üzrə Cavabdeh borcunu, yəni 100.000 (bir yüz min) manatı 31 oktyabr 2023-cü ilədək İddiaçı qızma ödəyir. Borcun ödənilməsi İddiaçı və Cavabdeh birlikdə təsdiq etdikləri qəbz vasitəsi ilə və ya digər rəsmi bank hesabına və ya poçt vasitəsi ilə rəsmi göndərişlə təsdiq edilir. 1.4. Hazırkı müqavilənin 1.3-cü bəndində göstərilən şərt yerinə yetirilmədikdə müqavilə üzrə həmin məbləğə görə ipoteka ilə yüklü edilmiş oğlu X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyektin qeyd şərtsiz İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmir və bununla bağlı gələcəkdə hər hansı mübahisə qaldırmayacaqdır.

2. X3 öhdəsinə götürür: 2.1. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı xx.xx.2020ci il tarixli qətnaməsinin icrası ilə bağlı Cavabdeh tərəfindən İddiaçı ödənilməli olan borcun - 100.000 (bir yüz min) manatın əvəzində mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyektin hazırki müqavilənin 1.3-cü bəndinin icrasına qədər İddiaçı qarşısında ipoteka ilə yüklü etməyi öhdəsinə götürür. Bununla bağlı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsini və ipoteka müqaviləsini məhkəməyə təqdim edir. 2.2. Hazırkı müqavilənin 1.3-cü bəndində göstərilən şərt yerinə yetirilmədikdə müqavilə üzrə həmin məbləğə görə ipoteka ilə yüklü edilmiş mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsinin və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyektin qeydşərtsiz İddiaçı mülkiyyətinə keçməsinə etiraz etmir və bununla bağlı gələcəkdə hər hansı mübahisə qaldırmayacaqdır.

3. İddiaçı öhdəsinə götürür: 3.1. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1215/2020 saylı 01,09.2020-ci il tarixli qətnaməsinin icrası olaraq Cavabdeh tərəfindən ona ödənilməli olan borcun - 1Q0.000 (yüz min) manata görə ona təklif edilən X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyekti ipoteka yüklülüyünə qəbul edir. 3.2. Cavabdeh tərəfindən ona ödənilməli olan borcu 31 oktyabr 2023-cü il tarixinə qədər hissə-hissə qəbul edir. 3.3. hazırki müavilənin 1.3-cü bəndi tam icra edildikdən sonra X2 mülkiyyətində olan - AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2015 ci il tarixdə verilmiş ********** nömrəsi ilə reyestrdə qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,045 ha. torpaq sahəsini və həmin torpaq sahəsində olan 450 m2 olan yarımtikili obyekti ipoteka yüklülüyündən azad edilməsinə dair ərizəni mülkiyyətçiyə və borclu şəxsə təqdim edir və əmlakın ipoteka ilə yükfülükdən azad olunmasına hər hansı maneə yaratmır. 3.4. Həmçinin Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3069/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, Mayokovskiy və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli ümumi sahəsi 160 kv.m.-dən ibarət olan 14 saylı (hazırki ünvanı: ünvan 2 mənzilə olan iddiasından imtina edir və həmin daşınmaz əmlakın ona aid olmadığını təsdiq edir. 3.5. hazırki müqavilə üzrə ipoteka ilə yüklü edilmiş əmlak (torpaq sahəsi və yarımçıq tikili) üzərində mülkiyyətçi tərəfindən əlavə tikinti işlərinin aparılmasına maneə törətməyəcəkdir.

4. Tərəflər birlikdə öhdələrinə götürürlər: 4.1. Barışıq sazişində öhdəlıkərınə götürdükləri vəzifələrin icrasına vicdanla səy gəstərəcəklər. 4.2. Tərəflərdən hər hansı biri hazırki barışıq sazişinin icrası ilə bağlı maneələr törədəcəyi təqdirdə, eləcə də hazırki sazişdə üzərinə götürdükləri öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə qarşı tərəfə əlavə olaraq 100.000 (bir yüz min) manat məbləğində əlavə təzminatın ödənilməsini öhdəsinə götürürlər və bu məbləğ mübahisəsiz məbləğ olaraq qəbul edilir. 4.3. Hazırki barışıq sazişi ilə əldə edilmiş hallar barəsində məhkəmələrdə iddia qaldırmayacaqlar. 4.4. Hazırki saziş məhkəmə qərardadı ilə təsdiq edildikdən və qanuni qüvvəsini aldıqdan sonra müvafiq olaraq qanuni qüvvəsini almış məhkəmə qərarına bərabər tutulacaq və tərəflər arasında hər hansı mübahisə predmeti olmayacaqdır. Hazırkı barışıq müqaviləsi 04 (dörd) nüsxədən ibarət olmaqla tərtib edilmişdir bütün nüsxələr eyni qüvvəyə malikdirlər. Qeyd olunan şərtlərlə, kənardan heç bir təsir və təyiq olmadan, sərbəst iradəmizin ifadəsi kimi hazırkı müqaviləni imzalayırıq.

Nərimanov Rayon Məhkəməsinin 2(005)-1215/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar