Məhkəmə qərarları › İş №2(103)-5088/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5088/2022

04.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5088/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı2 və onun nümayəndəsi Vəkil, Cavabdeh LPO “Dəmirbank “ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin və İddiaçı2 cavabdehlər ünvan 3 Kontoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(009)-13/2021 saylı qətnaməsindən cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birgə iddiaçılar "xxxx" MMC və İddiaçı2 cavabdehlər ünvan 3 Kontoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ipoteka yüklülüyündə olan mənzilin azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizələrlə ilə məhkəməyə müraciət edərək, 21 may 2011-ci il tarixli icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilməsi, Cavabdeh2 ASC-yə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklüyündən azad edilib, mülkiyyət hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(009)- 13/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı2 məxsus ünvan 2 ünvanında yerləşən əmlaka tutmanın yönəldilməsi ilə bağlı ünvan 3 Kontorunun 21 may 2011-ci il tarixli icra qeydinin ləğv edilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş 25 sentyabr 2013-cü il tarixli 78/03 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivi döngə 2-də yerləşən 58a saylı evin Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli seriya RX № 294264 saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının ləğv edilməsi qət edilmişdir. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında tərəflər aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yenə həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 384.0.5, 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC-nin və İddiaçı2 cavabdehlər ünvan 3 Kontoruna, Cavabdeh2 ASC-yə, "xxxx" MMC-yə qarşı (Səbail Rayon İcra Şöbəsi üçüncü şəxs qismində cəlb olunmaqla) icra qeydinin, həmçinin bunun nəticəsində aparılmış bütün icra tədbirlərinin etibarsız və ləğv edilərək hərrac protokollarının və ipoteka predmetinə tutmanın yönəldilməsinin etibarsız hesab edilməsi, mənzilin ipoteka yüklülüyündən azad edilməsi və mülkiyyət hüquqlarının bərpa olunması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Bir tərəfdən "xxxx" MMC, direktoru İddiaçı2 şəxsində (bundan sonra---Borclu); digər tərəfdən - Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, icraçı direktor X3 şəxsində (bundan sonra - Tələbkar), digər tərəfdən İddiaçı2 (bundan sonra - İpotekaqoyan) məhkəmə icraatında olan mübahisə ilə bağlı aşağıdakı şərtlərlə və qaydada bu Barışıq Sazişini imzaladılar.

1. Mübahisənin təsviri

1.1 . Bu Sazişin məqsədi Tərəflər arasında aşağıda qeyd edilən məhkəmə mübahisəsinin barışıq yolu ilə həll edilməsidir: "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunlarına dair xx.xx.2013-cü il tarixli 78/03 saylı protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə mübahisəsi. 1.2. Hazırki məhkəmə mübahisəsinin 2018-ci ildən davam etdiyini, kassasiya instansiya məhkəməsindən yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarıldığını və bu günədək yekun qərar qəbul edilmədiyini, hazırkı mübahisənin əsasını təşkil edən Səbail Rayon Məhkəməsinin 2(009)-13/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə mübahisənin hal-hazırda davam etməsini və borclunun nağd vəsait hesabına ödəniş təşəbbüsünü nəzərə alaraq, Tərəflər bu Barışıq Sazişinin imzalanmasını məqsədəmüvafiq hesab etdilər.

2. Sazişin şərtləri

2.1. Tərəflər təsdiq edirlər ki, 21 may 2011-ci il tarixli icra qeydi ilə İddiaçı2 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə tutma (bundan sonra - fərdi yaşayış evi) yönəldilmişdir. 2.2. Tərəflər təsdiq edirlər ki, fərdi yaşayış evi 78/03 saylı protokol və alqı-satqı müqaviləsinə əsasən 114750 (yüz on dörd min yeddi yüz əlli) manat məbləğinə Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir və hal-hazırda da həmin LPO Bankın mülkiyyətindədir. 2.3. "xxxx" MMC və ipotekaqoyan xx.xx.2022-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il tarixinədək 114750 (yüz on dörd min yeddi yüz əlli) manat məbləğində vəsaiti aşağıdakı qaydada LPO Cavabdeh2 ASC-yə ödəməyi öhdəsinə götürür: - xx.xx.2022- xx.xx.2023 - 10.000 manat - xx.xx.2023- xx.xx.2023 - 10.000 manat - xx.xx.2023- xx.xx.2023- 84.750 manat - xx.xx.2023- xx.xx.2023- 10.000 manat

2.4 . "xxxx" MMC tərəfindən ödənişlər həyata keçirildikdən sonra tərəflər aşağıdakılar barədə razılığa gəlirlər: - Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində verilmiş xx.xx.2013-cü il tarixli RX 294264 saylı çıxarışın ləğv edilməsi;” - "xxxx" MMC tərəfindən keçirilmiş 78/03 saylı protokol və xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; - ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi. - "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə X2 hesablanmış digər borclarının silinməsi. 2.5 . Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə ödənilən hərrac xərci və Səbail rayon İcra şöbəsinə ödənilən 7% icra xidmət haqqının geri qaytarılmasının mübahisələndirilməyəcəyi öhdəliyini Tərəflər öz üzərlərinə götürürlər. 2.6 . Borclu "xxxx" MMC xx.xx.2023-cü il tarixinədək barışıq sazişinin şərtlərini qismən icra etdiyi təqdirdə (ödənişi tam yerinə yetirmədiyi təqdirdə) ödədiyi məbləğlə bağlı gələcəkdə heç bir iddia irəli sürməyəcəyini öhdəsinə götürür.

3. Yekun müddəalar

3.1. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 3.2. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. 3.3. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur. 3.4. Müqavilə xx.xx.2023-cü il tarixinədək qüvvədə olacaq. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin razılığı ilə barışıq sazişinə əlavə və dəyişikliklər edilə bilər.”

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(009)- 13/2021 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar