Məhkəmə qərarları › İş №2(103)-5089/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5089/2020

08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5089/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-252/2018 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(008)- 252/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilk iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada “X6 Rover” markalı Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 50400 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh4 qarşı pul tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada Cavabdeh1 “X7” markalı, Az ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqıda ödədiyi 70000 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq Cavabdeh1 verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər Cavabdeh4 və Cavabdeh3 ayrıayrılıqda apelyasiya şikayəti verərək iddiaçı qətnamənin qismən, ilk iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsini xahiş etmiş, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 isə hər biri ayrı-ayrılıqda qətnamənin onlara aid hissədə ləğv edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (103)-4736/2019 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 isə apelyasiya şikayətləri qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 hər biri ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(102)-1185/2020 saylı qərarı ilə onların kassasiya şikayətləri təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilərək mülki işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsində təkrar apelyasiya qaydasında işə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən məktub göndərilərək həmin məhkəmənin xx xxxx 2017-ci il tarixli 2(008)-3896/2017 saylı qərardadından X1 şikayət daxil olması bildirilmiş və həmin şikayətə baxılması üçün mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-252/2018 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri apelyasiya baxışından çıxarılmalı, mülki iş qərardaddan şikayətə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)- 252/2018 saylı qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətləri apelyasiya baxışından çıxarılsın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(008)- 3896/2017 saylı qərardadından X1 verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar