Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5090/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia ərizəsi üzrə İddiaçı nümayəndəsi və vəkil X10, Qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul tələbi” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsindən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 manat əsas borc, 900 manat faiz borcu, 1800 manat dəbbə pulu olmaqla, cəmi 11700 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh internet vasitəsilə tanımışdır, belə ki, ev almaq istəyirdi və internet vasitəsilə satışda olan mənzillərə baxan zaman bir mənzili bəyənmiş, mənzilin məlumatları bölməsində cavabdeh olan Cavabdeh nömrəsi qeyd edilmişdir ki, onunla danışmışdır. Cavabdehlə mənzilin satış qiymətini 68000 manata razılaşmış, mənzilin alınması üçün pulu çatmadığı üçün alqı-satqı edə bilməmişlər. Daha sonra cavabdeh onda olan pulun, yəni mənzilin dəyərinin yarısını istədi ki, evi satmasın və qalan pulu da düzəldib versin. O isə razılaşdı və cavabdehə xx.xx.2016-cı il tarixdə 19 saylı notariat kontorunda kredit müqaviləsi bağlayaraq 37000 manat pul vəsaitini borc formasında verdi. Lakin sonradan ailəsində hadisə olduğundan, başı qarışdı. Bu səbəbdən də mənzili ala bilmədi və cavabdehdən pulunu istədi. Cavabdeh isə həmin puldan xx.xx.2016-cı il tarixdə 28000 manatını ona qaytardı və 9000 manat borcu qaldı ki, hazırda cavabdeh onu qaytarmaqdan yayınır və bugün sabah deyərək vaxt uzadır. Bu isə ona daha da ciddi mənəvi və maddi ziyan dəyməsinə gətirib çıxarır. Hal-hazırda cavabdehin ona 9000 manat məbləğində borcu qalmışdır ki, geri qaytarmır. Bu isə onun maraq və hüquqlarının pozulmasına gətirib çıxarır ki, o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə cavabdeh borcunu vaxtında ödəmədiyi və bilərəkdən pulunu saxlayaraq gecikdirdiyi 2 il üçün 900 manat faiz, 1800 manat dəbbə pulu ödəməlidir.Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsinin etibarsız sayılması və cavabdeh İddiaçı ödədiyi 28000 manat pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçının atası X9 cavabdehlə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən İddiaçı atası X8 25000 manat pulu 3 ay müddətinə faizsiz vermişdir. Pul vaxtında ödənilmədiyinə görə İddiaçı ilə onun arasında xx.xx.2016-cı ildə Yeni müqavilə, guya İddiaçı tərəfindən ona 37000 manat pul rerilmişdir. Lakin İddiaçı həmin müqavilənin 1-ci bəndində göstərildiyi kimi 37000 manat pulu verməmişdir. Həmin müqavilə X9 və İddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsini pərdələmək üçün bağlanmışdır. xx.xx.2016-cı il tarixli müqavilə bağlandıqdan sonra qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən cavabdeh İddiaçı xx.xx.2016-cı il tarixdə 28000 manat pul ödənilmişdir. Eyni gündə İddiaçı 19 saylı notariat kontoruna ərizə ilə müraciət edərək, atası X9 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Heç təsadüfi deyil ki, tərəfindən pul ödənilən gün cavabdeh tərəfindən müvafiq ərizə yazılmışdır. Bu hal xx.xx.2016-cı il tarixli müqavilənin etibarsızlığını və xx.xx.2014-cü il tarixli müqaviləni pərdələmək üçün bağlandığını göstərir. Həmin müqavilədə faiz nəzərdə tutulmadığı halda qarşı tərəf faiz tələb edir. Cavabdehin məhkəməyə vermiş olduğu iddia ərizəsində etiraf edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ona 28000 manat ödəmişdir. Cavabdehə 28000 manat ödədikdən sonra cavabdeh notariat kontoruna müqaviləyə xitam verilməsi barədə ərizə vermiş və bir neçə il ondan heç bir məlumat olmamışdır. Lakin məhkəmədən bildiriş gəldikdən və işlə tanış olduqdan sonra müəyyən etmişdir ki, cavabdeh İddiaçı onunla bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə üzrə deyil, atası ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat əsas borc, 900 (doqquz yüz) manat faiz borcu olmaqla, cəmi 9900 (doqquz min doqquz yüz) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmuş,ilk iddia qalan hissədə rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmuş, Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Rayon Məhkəməsinin xx xxxxx 2019- cu il tarixli iş 2(001)- 1587/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yəni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh atası X9 ilə İddiaçı arasında ev alqı-satqısı barədə razılıq olmuş, 2014-cü ilin əvəlində, İddiaçı evin alınması üçün beh kimi 25000 manat pul vermişdir. Lakin sonradan fikrini dəyişmiş, evi almaqdan imtina etmişdir. X14 tərəfindən qeyd olunan pul artıq xərcləndiyi üçün geri qaytarılması mümkün olmamışdır. Bu səbəbdən xx xxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən İddiaçı X7 25000 (iyirmi beş min) manat üç ay müddətinə sələmsiz olaraq verilməsi qeyd edilmişdir. Pul vaxtında ödənilmədiyi üçün qarşı tərəf müxtəlif yerlərə şikayətlər etməyə başlamışdır. Nəticədə məcbur qalıb, xx xxxx 2016-cı ildə cavabdehlə onun arasında yeni kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən xx xxxxx 2016-cı il tarixədək İddiaçı ona 37000 (otuz yeddi min) manat borc verməsi göstərilmişdir. Lakin həmin gün tərtib olunmuş aktdan göründüyü kimi əslində ona 37000 (otuz yeddi min) manat pul verilməyib. Həmin məbləğ xx xxxxxx 2014cü il tarixdə atası ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ödənilməli olan 25000 (iyirmi beş min) manat vaxtında ödənilmədiyi üçün həmin məbləğin üzərinə cərimə olaraq 37000 (otuz yeddi min) manat göstərilmişdir. xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi faktiki olaraq xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini pərdələmək üçün bağlanmışdır. xx xxxx 2014- cü tarixli müqavilədə gecikməyə görə faiz, cərimə, dəbbə pulunun ödənilməsi barədə bir məlumat əks olunmamışdır. Onun tərəfindən qarşı tərəfə 28000 (iyirimi səkkiz min) manat ödəniş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili tərəfindən də etiraf edilmişdir ki, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman heç bir pul ödənişi edilməmişdir. Daha sonra nümayəndə pulun guya müqavilədən bir ay əvvəl verildiyini bildirdi. Vəkil tərəfindən müqavilə rəsmiləşdirilən notariat kontoruna verilmiş sorğuya cavab məktubunda da notariat kontoru heç bir ödəniş edilmədiyi göstərmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi dəfələrlə verilən mallarda kredit müqaviləsinin bağlanmasında göstərilən pulun guya 2016cı ildə evin alınması üçün verilmişdir. Lakin məhkəməyə təqdim edilmiş evin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, İddiaçı qeyd olunan evi almaqdan imtina etdikdən sonra 2014-cü ildə satılmışdır. 2016-cı il tərəflər arasında ev alınması üçün heç bir razılıq və ya pul ödənişi olmamışdır. Yuxarıda qeyd olunan halları məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və Məhkəmə bu halları mübahisəsiz olaraq qəbul etsə də, yekunda düzgün hüquqi nəticəyə gəlməmişdir. Qarşılıqlı iddia ərizəsinin rədd edilməsinin əsaslandırılması zaman məhkəmə tərəflər arasında olan xx xxxx 2016- cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğunu təsdiq edir, lakin Cavabdeh etiraf edici hərəkət etməklə həmin əhəmiyyətsiz müqaviləni təsdiq etməsini göstərir. Qeyd olunan halı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi üçün əsas hesab etsə də, yekundan məhkəmə əhəmiyyətsiz hesab etdiyi əqd üzrə 9900 manat pul tutmuşdur. Qarşılıqlı iddia üzrə iddia müddəti ötürüldüyü qeyd olunur. Lakin Cavabdeh atasının borcunu ödədikdən sonra aprel 2016-cı il tarixədək İddiaçı ona 37000 ( otuz yeddi min) manat borc verməsi göstərilmişdir. Lakin həmin gün tərtib olunmuş aktdan göründüyü kimi əslində ona 37000 (otuz yeddi min) manat pul verilməyib. Həmin məbləğ xx xxxxxx 2014-cü il tarixdə atası ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ödənilməli olan 25000 (iyirmi beş min) manat vaxtında ödənilmədiyi üçün həmin məbləğin üzərinə cərimə olaraq 37000 (otuz yeddi min) manat göstərilmişdir. xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi faktiki olaraq xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsini pərdələmək üçün bağlanmışdır. xx xxxx 2014-cü tarixli müqavilədə gecikməyə görə faiz, cərimə, dəbbə pulunun ödənilməsi barədə bir məlumat əks olunmamışdır. Onun tərəfindən qarşı tərəfə 28000 (iyirimi səkkiz min) manat ödəniş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili tərəfindən də etiraf edilmişdir ki, xx xxxx 2016-cı il tarixli kredit müqaviləsi bağlanan zaman heç bir pul ödənişi edilməmişdir. Daha sonra nümayəndə pulun guya müqavilədən bir ay əvvəl verildiyini bildirdi. Vəkil tərəfindən müqavilə rəsmiləşdirilən notariat kontoruna verilmiş sorğuya cavab məktubunda da notariat kontoru heç bir ödəniş edilmədiyi göstərmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi dəfələrlə verilən suallarda kredit müqaviləsinin bağlanmasında göstərilən pulun guya 2016-cı ildə evin alınması üçün verilmişdir. Lakin məhkəmə təqdim edilmiş evin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, İddiaçı qeyd olunan evi almaqdan imtina etdikdən sonra 2014-cü ildə satılmışdır. 2016-cı il tərəflər arasında ev alınması üçün heç bir razılıq və ya pul ödənişi olmamışdır. Yuxarıda qeyd olunan halları məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və məhkəmə bu halları mübahisəsiz olaraq qəbul etsə də, yekunda düzgün hüquqi nəticəyə gəlməmişdir. Qarşılıqlı iddia ərizəsinin rədd edilməsinin əsaslandırılması zaman məhkəmə tərəflər arasında olan xx xxxx 2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğunu təsdiq edir, lakin Cavabdeh etiraf edici hərəkət etməklə həmin əhəmiyyətsiz müqaviləni təsdiq etməsini göstərir. Qeyd olunan halı qarşılıqlı iddia ərizəsinin rədd edilməsi üçün əsas hesab etsə də, yekundan məhkəmə əhəmiyyətsiz hesab etdiyi əqd üzrə 9900 manat pul tutmuşdur. Qarşılıqlı iddia üzrə iddia müddəti ötürüldüyü qeyd olunur. Lakin Cavabdeh atasının borcunu ödədikdən sonra aradakı mübahisəsinin həll edildiyini düşünmüş, İddiaçı müqaviləyə xitam verilməsi ərizəsi yazmış, lakin həmin ərizənin Cavabdeh atası ilə bağladığı müqavilə üzrə notariusa təqdim etmişdir. Cavabdeh qeyd olunan müqavilə üzrə xitam verilmədiyini ancaq İddiaçı məhkəməyə müraciət edən zaman bilmişdir. Bundan başqa mübahisələndirilməsindən asılı olmayaq xx xxxx 2016-cı il tarixli müqavilə bağlandığı andan əhəmiyyəsiz əqd hesab edilir. Məhkəmə tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin İddiaçı və Elşad Əhmədov arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin davamı kimi qiymətləndirmişdir. Əwəla xx xxxxxx 2014-cü il tarixli müqavilədə 25000 manat borc göstərilmiş və tərəflər arasında faiz olmaması barədə razılıq olmuşdur. Lakin xx xxxx 2016cı il tarixli müqavilədə 37000 manat göstərilir. Bundan başqa müqavilənin davam kimi olsa ikinci müqavilə bağlanan zaman ilk müqaviləyə xitam verilməli idi. Lakin müqaviləyə xitam verilməmişdir. Ancaq xx xxxx 2016-cı ildə Cavabdeh tərəfindən 28000 manat ödəniş edildiyi gün İddiaçı müqavilə icra edildiyi üçün xitam verilməsini xahiş etmişdir. Yəni xx xxxx 2016-cı il müqavilə bağlansa da həmin müqavilənin icrası ilə bağlı heç bir hərəkət edilməmiş, edilmiş ödəniş də xx xxxxxx 2016- cı il tarixli müqavilə üzrə olmuşdur. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin AR MM-nin 552-ci maddəsi ilə öhdəliyin üçüncü şəxsə verilməsi kimi qiymətləndirmişdir. Lakin öhdəlik üçüncü şəxsə verilən zaman yalnız əvvəlki borc əvəz edilir. Yəni 25000 manat borc. Bundan başqa öhdəliyin üçüncü şəxsə verilməsi üçün Cavabdeh və Elşad Əhmədov arasında müqavilə bağlanmalı, qarşı tərəf isə razılıq verə bilərdi. Məhkəmə qətnaməsində xx xxxx 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz əqd hesab edilmişdir. Lakin buna baxmayaraq, məhkəmə həmin əhəmiyyətsiz əqd üzrə ilkin iddia tələbinin təmin edilməsini qət etmişdir. Məhkəmə qətnaməsində tərəflər arasında olan pul mübahisəsi borc kimi qiymətləndirilmişdir. Lakin İddiaçı nə Cavabdeh nə də Elşad Əhmədova heç vaxt borc verməmişdir. Almaq istədiyi ev üçün beh vermişdir. Sonradan isə özü tərəfindən imtina edilmişdir.’Elşad Əhmədov borc almamış, qanunsuz özündə saxlamamışdır. Məhkəmə tərəfindən ancaq qarşı tərəfin təqdim etdiyi sübutlara qiymət verilmiş, onun tərəfindən təqdim edilmiş heç bir sübuta məhkəmə ümumiyyətlə münasibət bildirməmişdir. Mülki işə baxan zaman məhkəmə tərəfindən kobud prosessual pozuntulara da yol verilmişdir. Məhkəmə iclasında verilmiş vəsatətlərə münasibət bildirmək üçün məhkəmə qarşı tərəfə söz verməmiş, ancaq özü münasibət bildirərək, rədd etmişdir. Məhkəmə baxışının yekunlaşması elan edilməmiş, ümumiyyətlə məhkəmə çıxışları olmamışdır. Sədrlik edən hakim müşavirə otağında olduğu vaxt məhkəmə iclas katibinin qarşı tərəfin vəkili hələ elan edilməmiş qətnamənin alınması barədə məhkəmə qəbzinə imza etdirməsi, vəkil və məhkəmə arasında qeyr-prosessual münasibətin və qanunsuz əlaqənin mövcud olmasını sübut edir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10192/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(001)-1587/2018 saylı qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-372/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərarı ilə həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ilkin iddia üzrə əsas borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir:“...apellyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının tələb edilən borcun tutulması əsasları ilə bağlı kifayət qədər ciddi və mübahisənin qanuni həlli baxımından əhəmiyyətli olan hallarına qanunvericiliyin tələblərinə uyğun olaraq müfəssəl qiymət verməmişdir. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin ilkin iddia üzrə iddiaçının tələbin əsasını atasına olan cavabdehin etiraf edilmiş borcunun geri qaytarması ilə bağlı olmasına dair mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən halları qanunvericiliyin tələb etdiyi şəkildə zəruri olan araşdıma aparmamaqla və hər hansı qiymət verməməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.”. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, kasassiya instansiyası məhkəməsi ilkin iddia üzrə əsas borcun tutulması tələbinin rədd edilməsi hissəsində ləğv edərək işi həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarmış, qətnaməni qalan hissədə dəyişdirmədən saxlamışdır. Bu baxımdan, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının yalnız kasassiya instansiyasının təkrar baxışa göndərdiyi hissədə yoxlanılması təşkil edir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən ( İ/V-9) görünür ki, İddiaçı Cavabdeh 37000 manat borc verməyi, borc alan xx.xx.2016-cı il tarixədək krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizənin (İ/V-20) surətindən görünür ki, İddiaçı Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 37000 manat borc verdiyini, Cavabdeh tərəfindən həmin pulun 28000 manat hissəsini qaytardığını, 9000 manat borcu qaldığını, aldığı 28000 manat pula dair heç bir iddiasının, tələbinin olmadığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surətindən (İ/V-26) görünür ki, İddiaçı X8 25000 manat faizsiz borc verməyi, borc alan krediti borc verənə hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizənin surətindən (İ/V-27) görünür ki, İddiaçı ilə X9 Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişlər. İş materiallarında olan (İ/V-29) xx.xx.2016-cı il tarixli aktdan görünür ki, “tərəflər həmin aktı tərtib etmişlər ondan ötürü ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı ilə 37.000 AZN borc müqaviləsi bağladı. Əslində İddiaçı tərəfindən Cavabdeh 37.000 AZN pul verilməyib. Lakin, atası X9 ilə İddiaçı arasına xx.xx.2014-cü il tarixdə 25.000 AZN dəyərində borc müqaviləsi bağlamışlar. Həmin 25.000 AZN manatı X1 İlhama müqavilədə göstərilən tarixdə ödəmədiyi üçün göstərilən 25.000 AZN manatın üzrərinə Haclağayev İlham tərəfindən cərimə (faiz) gələrək ümumi 37.000 AZN manat pul borcunu ödəməyi Cavabdeh öz üzərinə götürür.” Aktı İddiaçı və Cavabdeh, həmçinin şahid İ.İsmayılov təsdiq etmişlər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı tərəfindən Cavabdeh 37.000 manat borc verilməsi ilə bağlı xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş müqavilə formal cəhətdən borc müqaviləsini ehtiva etsə də, müəyyən olunmuşdur ki, əslində həmin müqavilədə nəzərdə tutulmuş 37.000 manat pulu İddiaçı Cavabdeh verməmiş, Cavabdeh isə bu borcu qaytarmağı öz öhdəsinə götürməmişdir. Beləliklə, bu müqavilə uydurma əqdir. Belə ki, iş materiallarının 29-cu səhifəsində olan və İddiaçı öz sözləri və imzası ilə təsdiq olunmuş xx.xx.2016-cı il tarixli Akt da bunu sübut edir. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, ağlabatan mühakimə əsasında ilkin iddiaçı tərəfindən pul vəsaitinin Cavabdeh şəxsi borc kimi verildiyi qənaətinə gəlmək məntiqli deyildir. Bu mənada kollegiyanın qənaətinə görə, qeyd edilən hissədə sübutetmə yükü üzərinə düşən ilkin iddiaçı, cavabdehlə arasında şəxsi zəmində borc müqaviləsi bağlanmış olduğunu və cavabdehə verdiyi pulun həmin müqaviləyə müvafiq olaraq məhz ona borc kimi verildiyini kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Yuxarıda göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi aepllyasiya baxışının predmeti olan “Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat əsas borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1587/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti hissəsindəyəni “Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 9000 (doqquz min) manat əsas borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5090/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5090/2020
24.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver