Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5098/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə1 və Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil Çərkəz oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehlərin onun sağlamlığına vurduqları maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1941-ci il təvəllüdlü olan, şərəf ordeni ilə təltif olunmuş və 1992-ci ildən müstəqil Azərbaycan dövlətinin ilk xalq artisti olan iddiaçı əvvəllər tanımadığı Cavabdeh1 ilə televiziya kanalların birində çəkiliş zamanı tanış olmuşdur. Cavabdeh1 özünü peşəkar plastik cərrah həkim kimi təqdim edərək, “İnternational Klinikasında” (Cavabdeh2 MMC) çalışdığını bildirmişdir və peşəsi barəsində geniş təbliğat aparmışdır. Cavabdeh1 verilişdə gözlərinin plastik cərrahiyyə əməliyyatlarına ehtiyacının olmasına iddiaçını inandırıb əməliyyat etməyi təklif etmiş və zəhməti üçün qarşılıq olaraq ödəyəcəyi məbləğdən könüllü imtina etmişdir. Əməliyyat iddiaçının iş karyerasına böyük təkan olacağına, daha geniş auditoriyada tanınmasına, reklam və özünü təbliğ etmə hədəfi ilə reallaşmışdır. 2021-ci ildə Bakı şəhəri, B.Səfəroğlu, 183 ünvanında yerləşən “İnternational Klinikasında” cavabdeh (sonradan bilindi ki, ixtisasca cərrah olmayan əsl peşəsi fizioloq olan) Cavabdeh1 tərəfindən iddiaçının hər iki göz nahiyəsində plastik cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat uğursuz olmuşdur. Əməliyyatın nəticəsində iddiaçının göz qapaqları ptoz (göz qapağının sallanması, deformasiyası, gözlərin tez yorulması və iltihablanması) olmuşdur, göz nahiyəsi eybəcərləşdirilmiş və kiprikləri tökülmüşdür. Belə ki, şəkillərdən aydın göründüyü kimi, göz ətrafları əyilmiş, gərək olmayan halda kənarları tikilmiş, onunla da gözləri kiçilmiş, forması dəyişilmiş, gözləri bir-birindən fərqli məsafələrdə və formalarda (asimmetriya) olmuş və eybəcərləşmişdir. İddiaçının elədiyi uğursuzluğa etiraza isə Cavabdeh1 yenidən əməliyyata ehtiyacının olmasını etiraf edib, özü tərəfindən təkrar əməliyyat edilməsini iddiaçıya təklif etmişdir. Aktiv fəaliyyətdə olan sənətkar kimi gündəlik həyatında tamaşaçı qarşısına çıxarkən, iddiaçı yaranmış qüsurlara görə hər yerdə, xüsusən də efirlərdə fiziki və mənəvi stress keçirir. Gözünün eybəcərliyinin görünməməsi üçün qara eynəkdə, ya da hər dəfə professional qrim ustasına müraciət etməli olur. Üzündə, gözlərində və gözlərinin ətrafında yaranmış, Cavabdeh1 tərəfindən edilən qüsurların təkrar aradan qaldırılması üçün xarici ölkədə reallaşdırıla biləcək əməliyyat üçün böyük məbləğdə - 30.000 manat miqdarında pul lazımdır. İddiaçının səhhətindəki (yuxarıda qeyd edilən) problem özünü peşəkar cərrah kimi təqdim etmiş Cavabdeh1 və sonuncunun işlədiyi Klinikanın təqsiri üzündən baş vermişdir. Odur ki, hüquqlarını müdafiə etmək üçün iddiaçı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddia tələbinin rədd edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən iddia təmin edilə bilməz. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
7. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və iddia ərizəsinin, habelə şikayətin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh1 vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
9. İş üzrə cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, BB-İ seriyalı, 011610 nömrəli diplomdan görünür ki, cavabdeh Sevinc Həmidova 2003-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2009-cu ildə Universitetin “Müalicə işi” ixtisası üzrə tam kursu bitirmiş, həkim andı qəbul olunaraq Dövlət attestasiya komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir.
12. İşdə olan xx.xx.2021-ci il tarixli, AH seriyalı, 040407 nömrəli “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsindən” görünür ki, Sevinc Həmidova xx.xx.2021-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir (Şəhadətnamə xx.xx.2026-cı il tarixinədək qüvvədədir).
13. Cavabdeh1 ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Əmək müqaviləsindən” görünür ki, müqavilənin tərəfləri razılığa gəlmişlər ki, Cavabdeh1 həmin tarixdən MMC-də plastik cərrah kimi işləyəcək.
14. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli "xxxx" görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə MMC-də həkim-nevropatoloq kimi işə başlamış (müddətsiz), dəyişiklik edildiyi tarixdən həkim plastik cərrah kimi fəaliyyətinə davam etmişdir.
15. MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş “Ambulator xəstənin tibbi kartasından” görünür ki, iddiaçı, xx.xx.2021-ci il tarixində Klinikaya daxil olmuş, ona “hər iki gözün lateral dəri qapağının yerli keyitmə ilə ləğv edilməsi” diaqnozu qoyulmuş, həmin tarixdə Klinikadan çıxmışdır. Həkimin ilk müayinəsi barədə qeydlərdən görünür ki, xx.xx.2021-ci il tarixində iddiaçının şikayətləri aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu, “yumru göz” simptomu olmuşdur. Anamnez qrafasında “Göz qapaqlarının estetik əməliyyatlarından sonra sonuncu vəziyyət. Bir neçə dəfə müxtəlif həkimlərdə göz qapağı əməliyyatları olub, əməliyyat sonrası fəsadların aradan qaldırılması məqsədilə klinikaya müraciət etmişdir” qeydi aparılmışdır.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 işə baxmış Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, KEŞ-305 nömrəli rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir:
1. Cavabdeh1 adına verilmiş AH 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, onun plastik cərrahiyyə əməliyyatını icra etmək səlahiyyəti vardır. 2.3.4.7.8. “X3 1” Klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “Keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatlardan sonra mediala doğru daralmışdır. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, iddiaçının hər iki göz qapaqlarında təkrar cərrahiyyə əməliyyatları aparıldığından hansı əməliyyatın düzgün icra edilməməsi barədə dəqiq fikir söylənilməsi mümkün olmadı.
5. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.
6. İddiaçıya aparılacaq cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində həyata keçirilməsi mümkündür.
17. “X9 Medilux” tərəfindən verilmiş xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, iddiaçı həqiqətən də, başqa tibb mərkəzində keçirdiyi iki əməliyyatdan sonra, sol alt göz qapağının tamamilə çevrilməsindən, bu fonda göz yaşının qeyri-adekvat axması, göz quruluğu, ağrıların olmaması və estetik baxımdan narahatlığından, sağ alt göz qapağının yalnız bayır bucağında açılma və sallanma şikayətləri ilə xx.xx.2009-cu il tarixində "xxxx" QSC klinikasında həkim-cərraha müraciət etmişdir. Həkim tərəfindən xəstəyə “İkincili blefaroplastika əməliyyatından sonrakı sol alt göz qapağının 3-cü dərəcəli, sağ alt qapağının 1-ci dərəcəli ektropionu” diaqnozu qoyulmuşdur. Xəstəyə həmin tarixdə “Sol ektropionun dəri qrefti ilə bərpası, sağ tərəfli miokantopeksiya” əməliyyatı icra olunmuşdur. Ümumi vəziyyətin yaxşı olduğu nəzərə alınaraq, xəstə xx.xx.2009-cu il tarixində cərrah və yaşadığı rayon poliklinikasında həkim nəzarəti şərti ilə evə yazılmışdır. İddiaçının həmin əməliyyatdan sonrakı nəticəsi qənaətbəxş olmuş, 13 il müddətində sağ tərəflə yanaşı, sol alt gözün çevrilməsi tamamilə bərpa olunmuş və ona qədər (3 il müddətində) daşıdığı rəngli eynəkdən və şikayətlərindən azad olmuşdur. Əməliyyatdan əvvəlki (2009) fotolar məhkəməyə göndərilmişdir, əməliyyatdan sonrakı foto və video görüntüləri, çəkdirdiyi kliplər, TV verilişləri, sosial şəbəkələrdə kifayət qədər var. Bu 13 il ərzində gözlə bağlı heç bir müraciəti olmamış və tanıdığı insanlardan həmin klinikaya bu tip əməliyyatlarla bağlı bir neçə pasient də göndərmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı klinikaya yenidən 2022-ci ildə “X3” klinikasında alt göz qapaqlarının və göz küncünün bayır kənarının dəri qırışlarını aradan qaldırmaq üçün keçirdiyi əməliyyatdan sonrakı şikayətləri ilə yenidən müraciət etmişdir. 2009-cu ildəki problem sol alt göz qapağını əhatə etdiyi halda, indiki (2023) görüntüdə (tam əksi) sağ alt göz qapağının daha çox açıq qaldığı izlənilir. Əməliyyata məxsus lateral (kənara) uzanan çapıq izləri müşahidə edilir. 2022-ci ildə keçirdiyi əməliyyatdan sonra qısa zaman fotolarında problem daha çox görünür. Zamana bağlı son halını qiymətləndirərək, “Təkrari alt blefaroplastikadan sonrakı vəziyyət, sağ alt göz qapağının İİ dərəcəli ektropionu, sol tərəfin skleral şousu” diaqnozu təsdiqlənir. Bu, cərrahi əməliyyatla bərpa oluna biləcək haldır.
18. “TƏBİB” X7 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçı, yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan (Bakı şəhəri, Nəsimi rayonu) üzrə xidmət göstərən 3 nömrəli şəhər poliklinikasına müraciəti qeydə alınmamışdır. Eyni zamanda, iddiaçıya xx.xx.2021-ci il tarixində “Sinovac” doza 1 və xx.xx.2021-ci il tarixində “Sinovac” doza 2 Bakı şəhəri Binəqədi rayonu 35 nömrəli şəhər poliklinikasında “COVİD-19” virus infeksiyası əleyhinə peyvənd vurulmuşdur.
19. Bakı Şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciəti əsasında prokurorluqda toplanmış material üzrə təyin olunmuş komisyon məhkəmə-tibbi ekspertizasının rəylərinin surətləri Rayon Məhkəməsinə göndərilmişdir. 19.1. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2023-cü il tarixli, KEŞ-242 nömrəli rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.4.5. “X3 1” Klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. Qeyd olunanları nəzərə alaraq, onun üzərində aparılmış cərrahiyyə əməliyyatı qüsurlu icra edilmişdir və bu da onun səhhətinin ağırlaşmasına səbəb olmuşdur. Bununla əlaqədar onun təkrar əməliyyata ehtiyacı vardır. Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq göstərişi pozulmuşdur və buna məsul şəxs plastik cərrah Cavabdeh1dır. 2.3. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 19.2. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2023-cü il tarixli, KEŞ-443 nömrəli ekspert rəyindən görünür ki, 1941-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir:
1. “X3-1” iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. 2.3.4.5.6. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, iddiaçının hər iki göz qapağında təkrar cərrahiyyə əməliyyatları aparıldığından, hansı əməliyyatın düzgün icra edilməməsi barədə fikir söylənilməsi mümkün olmadı. 19.3. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 xx.xx.2023-cü il tarixli, KEŞ-639 nömrəli rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: 1.2. “X3-1” Klinikasında iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, “keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu ilə klinikaya daxil olmuş və onun üzərində “hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. İddiaçının mütəxəssis müayinəsi zamanı ona aparılmış göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Həmçinin, göz və göz qapaqları keçirilmiş əməliyyatdan sonra mediala doğru daralmışdır. İş materiallarına əlavə edilmiş məlumatlardan göründüyü kimi, iddiaçının hər iki göz qapağında təkrar cərrahiyyə əməliyyatları aparıldığından, hansı əməliyyatın düzgün icra edilməməsi barədə fikir söylənilməsi mümkün olmadı.
3. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə iki qaş arasına və göz üstünə botoks olunması barədə qeydiyyat yoxdur və onun mütəxəssis müayinəsi zamanı qeyd olunan nahiyələrdə hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir.
4. Eybəcərləşmə məhkəmə-tibbi məfhumu deyildir. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır.
20. “X9 Medilux” tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının "xxxx" QSC klinikasına daxil olması ilə bağlı heç bir qeydiyyat aşkarlanmamışdır.
21. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və X4” X8, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə və “Dünya Göz” Xəstəxanasına həvalə edilmişdir.
22. "xxxx" MMC tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2023-cü il tarixli qərardadın onlar tərəfindən icrasının mümkün olmaması qeyd edilmişdir.
23. “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 xx.xx.2024-cü il tarixli, KEŞ-57 nömrəli rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:
1. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin AH 040407 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən plastik cərrahiyyə üzrə Azərbaycan Respublikasının ərazisində praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Cavabdeh1 plastik cərrahiyyə əməliyyatlarını icra etmək səlahiyyətindədir. 2.7. İddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2021-ci il tarixdə “X3”ə aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu və “yumru göz” simptomu şikayətləri ilə tibb müəssisəsinə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra iddiaçıya “Keçirilmiş göz qapağı əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və təyin edilmiş diaqnoza uyğun olaraq “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat protokolunda əməliyyatın texniki icrası düzgün qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş məlumatlara əsasən, iddiaçıya 2022-ci ildə yenidən göz ətrafı nahiyələrində təkrar cərrahiyyə əməliyyatının aparılması qeyd edilmişdir. Hazırda göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir. Pasiyentin yaşını, dəri turqorluğunu, dəri elastikliyini, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalmasını nəzərə alaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsi mümkün deyil.
3. İddiaçıda qeyd olunan dəyişikliklər tibbi manipulyasiya ilə əlaqədar olduğundan sağlamlığa zərərvurmanın dərəcəsinin təyinində nəzərə alınmır. 4.8.9. İddiaçının xx.xx.2021-ci il tarixdə keçirdiyi cərrahiyyə əməliyyatının texniki gedişi (əməliyyatın icra texnikası) düzgün olmuş, lakin təkrar əməliyyatın aparılmasını və pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, hazırda qeyd olunan dəyişiklikləri əməliyyatın qüsuru ilə əlaqələndirmək mümkün deyil. Eybəcərləşmə məhkəmə-tibbi məfhumu deyildir.
5. İddiaçının üzərində hazırda təkrar plastik və estetik cərrahiyyə əməliyyatı keçirilə bilər, lakin əməliyyatın nəticəsi barədə əvvəlcədən proqnoz verilməsi mümkün deyildir. Həmin əməliyyat üçün vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.
6. İddiaçının üzərində gələcəkdə icra oluna biləcək cərrahiyyə əməliyyatının ölkə daxili və ya ölkə xaricində olmasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.
10. İddiaçının 2009-cu ildən əvvəlki dövrlərdə cərrahiyyə əməliyyatları keçirməsi haqqında hər hansı tibbi sənəd mövcud deyil. İddiaçı xx.xx.2021-ci il tarixdə “X3”ə müraciət etmiş və Cavabdeh1 obyektiv müayinəsi zamanı onda hər iki gözdə əvvəllər keçirilmiş əməliyyatların çapıq izləri, alt və üst göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi - retraksiyası, göz qapaqlarının anatomik qurluşunun pozlulması və “yumru göz” simptomunun olduğu müəyyən edilmişdir. Həmin tarixdə rekonstruktiv cərrahi əməliyyatı icra edilmişdir. Daha sonra 2022-ci il tarixdə təkrar əməliyyat aparılmış və hal-hazırda onda göz qapaqlarında cərrahi əməliyyatlarından sonra çapıq toxumalarının, alt göz qapaqlarında dəri effektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın olduğu müəyyən edilmişdir.
24. İş materiallarına həmçinin iddiaçının gözlərinin fotoşəkilləri əlavə edilmişdir.
25. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən işin faktiki halları kimi müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə cavabdeh MMC-yə “aşağı göz qapaqlarının sallanması, gözün ağlı qişasının həddindən artıq görünməsi, üst göz qapağının məhdudluğu, “yumru göz simptomu” şikayətləri ilə müraciət edən iddiaçıya klinikanın plastik cərrahı olan Cavabdeh1 tərəfindən “göz qapaqlarının estetik əməliyyatlarından sonrakı sonuncu vəziyyət” diaqnozu qoyulmaqla “hər iki gözün lateral dəri qapağının yerli keyitmə ilə ləğv edilməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, anamnezində “Bir neçə dəfə müxtəlif həkimlərdə göz qapağı əməliyyatları olub, əməliyyat sonrası fəsadların aradan qaldırılması məqsədilə klinikaya müraciət etmişdir” qeydi aparılmışdır.
26. İddiaçı bildirir ki, Cavabdeh1 cərrah deyil, yəni cərrahiyyə əməliyyatı etmək səlahiyyətinə malik olmadığı halda, onun gözləri ilə bağlı qüsurlu plastik cərrahiyyə əməliyyatı aparmışdır, bunun nəticəsində onun sağlamlığına zərər dəymiş, yüksək nüfuza malik xalq artisti olduğu halda, bu əməliyyatdan sonra gözlərində yaranmış problemlər səbəbindən görünüşü ilə bağlı kompleks yaşadığına görə efirə çıxa bilmir və yenidən əməliyyata ehtiyacı vardır. Bu əməliyyat xaricdə icra edilməli olduğu üçün ona 30.000 manat məbləğində maddi zərər dəymişdir.
27. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.). Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir (maddə 1112.).
28. MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı tərəf Cavabdeh1 plastik cərrahiyyə əməliyyatını icra etməyə səlahiyyətinin olmamasını mübahisələndirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun bu dəlili formal şifahi mülahizədən ibarət olmuşdur.
30. Bunun əksinə, cavabdehin plastik cərrah ixtisasına yiyələnməsi, iddiaçını əməliyyat etdiyi klinikada əmək müqaviləsi üzrə məhz həmin vəzifədə işləməsi, mübahisələndirilən əməliyyatı icra etməyə səlahiyyətinin olması məhkəmə araşdırmasına təqdim edilmiş mötəbər sübutlarla (sertifikasiya şəhadətnaməsi, əmək müqaviləsi, bildiriş, ekspert rəyi və s.) öz təsdiqini tapmışdır.
31. İddiaçı tərəf əməliyyatın qüsurlu icra edildiyini, müvafiq tibbi göstərişlərin yerinə yetirilmədiyini iddia etsə də, bu dəlillərini də sübuta yetirə bilməmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizalar nəticəsində verilmiş ekspert rəyləri ilə əməliyyatın düzgün icra olunması, qüsurlu olmaması müəyyən edilmiş, bu səbəbdən iddiaçının bu dəlilinin də heç bir mötəbər sübutla öz təsdiqini tapmaması müəyyən edilmişdir.
32. İddiaçının şikayəti əsasında prokurorluqda aparılan araşdırma zamanı təyin edilmiş ilkin ekspertizanın rəyində iddiaçının səhhətində yaranmış problemin səbəbinin Cavabdeh1 olması qeyd edilsə də, həmin araşdırma zamanı sonradan təyin edilmiş daha iki ekspertizanın nəticəsində, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizaların nəticəsində cavabdehin əməliyyatı düzgün icra etməsi və iddiaçının sağlamlığında olan qüsurların cavabdeh tərəfindən edilmiş əməliyyatla birbaşa əlaqəli olmaması müəyyən edilmişdir.
33. Prokurorluqda aparılan araşdırma üzrə təyin edilmiş ilkin ekspertiza tədqiqatı zamanı iddiaçının 2009-cu ildə də göz əməliyyatı keçirməsi barədə məlumat müvafiq ekspertlərə verilmədiyindən (sonrakı rəylərdə “X9 Medilux” tərəfindən verilmiş arayışlara istinad edilsə də, ilkin rəydə belə bir məlumat qeyd edilməmişdir), həmin ekspert rəyinin sonrakı rəylərlə ziddiyyət təşkil etməsinin səbəbi aydın olur və məhkəmənin qənaətinə görə, bu səbəbdən həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz.
34. İddiaçının göz qapaqlarında cərrahiyyə əməliyyatından sonra çapıq toxumasının, alt göz qapaqlarında dəri defektinin, üz nahiyəsində, gözlərdə asimmetriyanın müəyyən edilməsi səbəbindən onun daha bir əməliyyata ehtiyacının olması işdə olan ekspert rəyləri ilə də təsdiqlənir. Lakin bu ehtiyacın məhz həkim Cavabdeh1 tərəfindən edilmiş əməliyyata görə meydana gəlməsi sübut olunmur.
35. Belə ki, iş üzrə verilmiş ekspert rəyində iddiaçının yaşı, dəri turqorluğu, dəri elastikliyi, dəfələrlə cərrahiyyə əməliyyatlarına məruz qalması nəzərə alınaraq, hazırda texniki qüsurun məhz hansı cərrahiyyə əməliyyatından sonra baş verməsi haqqında fikir söylənilməsinin mümkün olmadığı müəyyən edilmiş, iddiaçının xx.xx.2021-ci il tarixdə keçirdiyi əməliyyatın təkrar əməliyyat olmasını və fərdi xüsusiyyətləri nəzərə alınaraq, hazırda qeyd olunan dəyişikliklərin əməliyyatın qüsuru ilə əlaqələndirilməsinin mümkün olmadığı nəticəsinə gəlinmişdir.
36. Göründüyü kimi, iddiaçıda müəyyən qüsurların olması və bu səbəbdən onun təkrar əməliyyata ehtiyacının olması faktı mübahisəsiz olsa da, bu faktın cavabdeh tərəfindən edilmiş əməliyyatla səbəbli əlaqəsi və həkimin hər hansı təqsirli hərəkəti (hərəkətsizliyi) sübuta yetirilmir.
37. Bundan başqa, iddiaçının ehtiyacı olduğu əməliyyatın ölkə daxilində həm dövlət, həm də özəl tibb müəssisələrində həyata keçirilməsinin mümkünlüyü də müvafiq ekspert rəyi ilə təsdiqlənmişdir.
38. İddiaçı tərəfindən təkrar əməliyyat üçün tələb edilən vəsaitin məbləği və bu məbləğin cavabdehlərdən tələb edilməsinin əsaslarına dair sübutlar təqdim edilməmişdir. Ekspert rəyləri ilə təkrar əməliyyat üçün nə qədər vəsaitin tələb olunmasının müəyyən edilməsinin həmin komissiyanın səlahiyyətinə aid olmadığı qeyd edilmişdir.
39. Beləliklə, cavabdehlərin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, iddiaçının sağlamlığına dəymiş zərərlə onların hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, habelə tələb edilən məbləğə dair sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığını müəyyən etmiş Rayon Məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tələb əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetmədiyindən, iddia təmin edilməməlidir. f) apellyasiya baxışının nəticəsi
40. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
42. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
44. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.