Məhkəmə qərarları › İş №2(103)-51/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-51/2023

07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-51/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 MTK vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh2 MMC-yə və qeyrilərinə qarşı “qanunsuz sökülmüş əmlakın əvəzləşdirilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbi”nə dair ilkin iddiası, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qeyri-yaşayış sahəsinin sökülməsi, əvəzində yeni əmlakın və kirayə haqqının cavabdehə verilməsi tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsivəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı iddia edir ki, ona məxsus əmlak qanunsuz sökülmüşdür. Əmlakına dəymiş ziyanın tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2nə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitertura Komitəsinə və Bakı Şəhəri Cavabdeh3nə qarşı "qanunsuz sökülmüş əmlakın bərpa edilməsi və dəymiş ziyanın tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məlum olmayan fiziki və ya hüquqi şəxs(lər) tərəfindən onun xəbəri və razılığı olmadan sökülmüşdür. Qeyd edilənlərə əsasən ünvan 1 ünvanında hansı fiziki və ya hüquqi şəxs(lər)in söküntü işləri aparması və onların hansı hüquqla bu işləri aparması barədə iddiaçıya məlumat verilməsinə dair xx.xx.2019-cu il tarixli, 19 VB-344/2019 saylı sorğu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və xx.xx.2019-cu il tarixli, 19 VB-336/2019 saylı sorğu ilə Bakı şəhəri Cavabdeh3nə müraciət edilmişdir. Komitənin xx.xx.2019-cu il tarixli, 03-Bİ/739 saylı cavabına əsasən müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən ünvanda söküntü və yenidən tikinti işləri aparılmasına xx.xx.2018-ci il tarixli, 290 saylı sərəncamla "xxxx" MMCyə hazırda dediklərinə görə Cavabdeh2 MMC tərəfindən icazə sənədi verilmiş və məlumatlar Tikintilərin Dövlət Reyestrinə daxil edilmişdir. Bakı şəhəri Cavabdeh3 19-19/2/- 134 saylı, xx.xx.2019-cu il tarixli cavabına əsasən isə ünvan 2 ünvanında Pilot lahiyə çərçivəsində çoxmənzilli bina tikintisi işi aparan Cavabdeh2 MMC-dir. Göründüyü kimi iddiaçının mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülmüş və nəticədə ona külli miqdarda maddi və mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən tikilib bərpa edilərək xx.xx.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsi, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində əldən çıxmış fayda kimi 300.000 (üç yüz min) manat, dəymiş mənəvi zərər kimi 100.000 (yüz min) manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq Cavabdeh2 MMC tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt sətindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tərixədək hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi və s." tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri, Nəsimi rayonunun “28 May” metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Cavabdeh3 həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1754 N°-li xx.xx.2017-ci il tarixində razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Cavabdeh3 Başçısının 02 fevral 2018-ci il tarixli, 34 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələri ilə əhatə olunan məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi cavabdeh "xxxx" MMC-ə həvalə edilmişdir. ünvan 3 ünvanında yerləşən bina (evlər) köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat və səhhət üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdırlar, o, hər an uça və bədbəxt hadisələr baş verə bilər. 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC- yə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisidir. Cavabdeh2 MMC-nin rəhbərliyi tərəfindən İddiaçı yaxın qohumu ilə dəfələrlə danışıqlar aparmış, binanın qəzalı vəziyyətdə olması halını nəzərə alınaraq sökülməsinə icazənin verilməsi, yeni tikiləcək çoxmənzilli binada əmlak ilə əvəz edilməsi təklif edilmişdir. Lakin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı (DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, Seriya RX N°1312902 saylı Çıxarış (kitab 210, vərəq 19724) əmlakını söküntüyə təhvil verməmişdir. Bunun nəticəsində 15 fevral 2018-ci il tarixdə iddiaçı Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri ondan asılı olmayan səbəblərdən cavabdeh "xxxx" MMC tərəfindən icra edilməsinə məhdudiyyətlər yaradılır. Bakı şəhəri Nəsimi rayonunda yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə Cavabdeh2 MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda İddiaçı yararsız vəziyyətdə olan əmlakından istifadə etmir, faydalanmır, eyni zamanda sökülərək yerində çoxmənzilli binanın inşasına maneələr yaradır. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi iddiaçı Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, Cavabdeh2 MMC köçürülmüş sakinlərə kirayə haqqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. Daha sonra, tikinti işinin dayandırılması şəhərin mərkəzində böyük bir ərazinin yarısökülmüş, görkəmi pozan şəkildə qalması qaçılmaz olacaq. Bu da haqlı narazılıqlar yaradacaqdır. Cavabdeh2 MMC ünvan 3 ünvandakı ümumi sahəsi 135,7 kvadrat metr olan mənzilin əvəzinə mülkiyyətçi İddiaçı həmin ünvanda inşa edəcək binanın 2-ci mərtəbəsində 135,7 kvadrat metr sahəsi olan yeni əmlak verir. İddiaçı öz əmlakından istifadə edərək fayda əldə etməmişdir. Buna baxmayaraq, "Azəri Tikinti Şirkəti” MMC İddiaçı əmlakını təhvil verdiyi andan başlayaraq yeni mənzil təhvil verilənədək hər ay 550 manat kirayə haqqı veriləcəkdir. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv metr qeyriyaşayış sahəsinin sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2 MMC tərəfindən təmin edilməsi, yeni əmlak təmin edilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) sökülməsi, İddiaçı mülkiyyətində olan ünvan 3-da yerləşən ümumi sahəsi 135,7 kv metr qeyri-yaşayış sahəsinin (zirzəmi) əvəzinə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində 135,7 kvadrat metr ümumi sahəsi olan yeni əmlakın İddiaçı xüsusi mülkiyyətinə verilməsinin Cavabdeh2 MMC tərəfindən təmin edilməsi, yeni əmlak təmin edilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 manat kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin olunması, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) sökülsün. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsi Cavabdeh2 MMC təmin etməsi, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqının ödənilməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 16.1, 560.1 və 560.2-ci maddələri, Mənzil Məcəlləsinin 15-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3 və 4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarları və Avropa Məhkəməsinin qərarları ilə əsaslandıraraq göstərmişdir ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunduğundan, ilkin və qarşılıqlı iddia tələbləri “sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə yeni qeyri-yaşayış sahəsinin verilməsi” hissələri təmin edilməklə, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) tam sökülməli, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC təmin etməlidir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən və həmin rəyə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi mübahisəli qeyri-yaşayış sahəsi zirzəmidən ibarətdir. Bundan əlavə, məhkəmə ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verilməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvəzinə, yeni əmlak ilə təmin edilməsi ədalətlidir və ilkin iddia üzrə iddiaçının hər hansı hüququnu məhdudlaşdırmır. Məhkəmə həmçinin qarşılıqlı iddia üzrə cavabdehin mənafeyini nəzərə alaraq hesab etmişdir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməlidir. Qətnamədən narazı qalan ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ilkin iddianın təmin olunmayan hissəsəsində, qarşılıqlı iddianın tam təmin olunması hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti“' MMC tərəfindən sökülməsinin əvəzi olaraq həmin ərazidə Cavabdeh2 MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt sətindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) və əldən çıxmış fayda kimi aylıq 2035 icarə haqqının xx.xx.2018-ci il tarixdən yeni əmlak təhvil verilənədək “Azəri Tikinti Şirkəti" MMC tərəfindən İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi ilə əlaqədar xüsusi qərardad çıxararaq bununla bağlı Baş prokurorluğa məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində əsas tutduğu, dəfələrlə qarşılıqlı iddianın təmin edilməsi üçün maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2015-ci il 8 oktyabr tarixli 322 nömrəli, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 483 Xs-li Qərarı ilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 25 fevral tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (11 kitab), maddə 392; 2018, № 2, maddə 360) ləğv edilmişdir. İlkin idia üzrə cavabdeh tərəfində ilkin iddia üzrə iddiaçı ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyriyaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamış, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirtməmiş, qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ilkin iddiaçıya ödənilməsi üçün hər hasnı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyri-yaşayış sahəsini bir hissəsini sökülərək onun istifadəsini qeyri-müəyyən edən hala gətirmişdir. Məhkəmə heç bir əsas olmadan, qətnaməsində əsalandırmadan icarə haqqınını 550 (beş yüz əlli) manat olması barədə nəticəyə gəlmişdir. Həmçinin artıq uzun müddət ərzində həmin qeyri-yaşayış sahəsinin bir hissəsinin sökülərək onun tamamilə istifadə olunmaz hala salınmasına baxmayaraq məhkəmə icarə haqqının hansı tarixdən hesablanmalı olmaı barədə də heç bir göstəriş qeyd etməmişdir. Digər tərəfdən məhkəmə öz qətnaməsində heç bir sübut əsaslanmadan, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin zirzəmi olması və onun yerində zirzəmi verilməsi barədə yalnış nəticəyə gəlmişdir. Həmçinin məhkəmə iddiaçıya veriləcək yeni qeyri-yaşayış sahəsinin sahəsini müəyyən edərkən də qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, İkin iddia üzrə cavabdehin özünün istinad etdiyi, 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC- yə həvalə edilmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı). Məhkəmə yuxarıda qeyd olunan normalara əsasən həmçinin tələbdən kənara çıxaraq ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt sətindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması barədə qətnamə qəbul etməli idi. Həmçinin qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Miilki Prosessual Məcəlləsinin 265.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qoradad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi işdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Həmin Məcəllənin 394.1-ci maddəsinə görə işə apellyasiya qaydasında baxan məhkəmə həmin Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Qeyd etmək istərdik ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz, olaraq “Azəri Tikinti Şirkəti" MMC-nin əməkdaşları tərəfinən sökülməsində bir sıra cinayətin əlamətləri mövcuddur. Lakin birinci instansiya məhkəməsi bununla bağlı xüsusi qərardad çıxarmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MTK vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında öz nümayəndələrinin iştirakını təmin etmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən ilkin iddia üzrə iddaçının nümayəndəsi-vəkili apelyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsini xahiş etməklə, qətnamə ilkin iddianın təmin olunmayan hissəsində, qarşılıqlı iddianın təmin olunan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 4 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 210 saylı reyestr kitabının 19724 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Həmin qeydiyyatın aparılmasına əsas X4 və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli ƏN-İ saylı ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsi olmuşdur. İş materiallarına əlavə olunmuş ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, həmin ünvanın hüquqi subyekti X3r. İş üzrə Bakı şəhər Cavabdeh3 Başçısının xx.xx.2018-ci il tarixli, 33 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1753 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla Axundov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMCnin istifadəsinə verilmişdir. İş üzrə Cavabdeh3 başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru A.V.Məmmədov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Azadlıq prospekti, Mirəli Qaşqay, Mikayıl Rəfili və Sahib Zeynalov küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən "xxxx" MMC yeni binanın tikintisi başa çatanadək, (sakinlər binaya köçənədək) sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış sahələri üçün-1 otaqlı mənzillər üçün ayda 350 manat, 2 otaqlı mənzillər üçün ayda 550 manat və 3 otaqlı mənzillər üçün ayda 550 manat kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş Konstruktoru Emil Əsədullayev, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ünvan 5 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. Yaşayış evləri və mənzillər əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyasından inşa edilmişdir. Qeyd olunan ərazi 2 ədəd 3 mərtəbəli yaşayış binası və 14 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Yaşayış binaları və yaşayış evləri XİX əsrin sonlarında inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir-bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli, ƏEM/İ 60-750/19 saylı “daşınmaz əmlakın qiymətləndirilməsi barədə” hesabatdan görünür ki, ünvan 3 ünvanının 1-ci mərtəbəsində yerləşən, faktiki ümumi sahəsi 221,06 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin 29 iyul 2019-cu il tarixə dəyəri 332.000 manat, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ümumi sahəsi 145,29 kv.m təşkil edən qeyriyaşayış sahəsinin dəyəri 29 iyul 2019-cu il tarixə 109.000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, H/08-PLS saylı hesabatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh1 və “Azəri Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflərindən həmin ərazidə söküntü inşaat işləri aparması nəticəsində dağıdılaraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətə icarə gəlirləri 1 kv.m görə 15 manat olmaqla, 46.928 manat təşkil etmişdir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin aylıq icarə dəyəri 1 kv.m görə 15 manat olmaqla, 2035 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 12 mart 2021-ci il tarixli, ƏEM/M 83-274/21 saylı “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanının zirzəmisində yerləşən, faktiki ölçülərə əsasən 145,29 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin hazırda istismara yararsız vəziyyətdə olduğu aşkar edilmişdir. Mövcud vəziyyətin həmin ərazidə söküntü inşaat işləri aparılması səbəbindən və ya digər səbəbdən (söküntüdən öncə) olmasının müəyyən edilməsi ekspertizanın imkanları xaricində olmuşdur. Aparılmış hesablamalara və təhlillərə əsasən qeyd olunan qeyri-yaşayış sahəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə aylıq icarə dəyəri 16675 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********144200 saylı dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Cavabdeh1 MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********799600 saylı dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 Mənzil Tikinti Koorperativi xx.xx.2008-ci il tarixdə VÖEN ********** nömrə ilə qeydiyyata alınmış Cavabdeh2 MMC-nin hüquqi varisidir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olduğu müəyyən olunmasına istinad etmiş və söküləcək qeyriyaşayış sahəsinin əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının zirzəmi hissəsində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MMC –yə həvalə etmişdir. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh2 MMC xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və axırıncının hüquqi varisi olmuşdur. Lakin işə apellyasiya icraatı qaydasında baxılarkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeyliyyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən məlum olmuşdur ki, Cavabdeh2 MTK xx.xx.2008-ci ildə dövlət qeydiyyatına alınmış ” Cavabdeh2 MMC –nin hüquqi varisi olmuşdur. İlk iddiaçı tələbində mülkiyyət hüquqları pozularaq onun əmlakı sökülməsi nəticəsində ona külli miqdarda maddi və mənəvi zərər dəyməsini göstərərək ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər tərəfindən tikilib bərpa edilərək xx.xx.2018-ci il tarixdən əvvəlki vəziyyətində ona təhvil verilməsini tələb etsə də, apellyasiya şikayətində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyriyaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamasını, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirtməməsini, qeyri-yaşayış sahəsinin sökülüb yerində yeni binanın tikilməsinə qədər ağlabatan məbləğdə icarə haqqının ilkin iddiaçıya ödəniləsi üçün hər hansı təklif irəli sürmədən və heç bir məhkəmə qətnaməsi olmayan qeyd olunan qeyri-yaşayış sahəsini bir hissəsini sökülərək onun istifadəsini qeyri-müəyyən edən hala gətirməsini göstərməsinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, faktiki olaraq iddiaçı mülkiyyətinin sökülməsini etiraf etməklə yanaşı bu halla da bir növ razılaşır. İddiaçının mövcud vəziyyətlə razılaşması onun qarşılıqlı iddiaya olan etirazının və apellyasiya şikayətinin dəlillərində də özünü göstərir. Belə ki, apellyator hesab edir ki, məhkəmə, qətnaməsində icarə haqqının 550 (beş yüz əlli) manat olmasını əsaslandırmamasını icarə haqqının hansı tarixdən hesablanmalı olması barədə də heç bir göstəriş qeyd etməməsini, heç bir sübuta əsaslanmadan, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin zirzəmi olması və onun yerində zirzəmi verilməsi barədə yalnış nəticəyə gəlməsini, iddiaçıya veriləcək yeni qeyri-yaşayış sahəsinin sahəsini müəyyən edərkən də qanunvericiliyin tələbini pozmasını mübahisələndirməklə yanaşı məhkəmənin həmçinin tələbdən kənara çıxaraq ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m qeyri-yaşayış sahəsinin qanunsuz olaraq “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt sətindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi və əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması barədə qətnamə qəbul etməli olmasını da göstərmişdir. Məhkəmə kollegiyası şikayətin ilkin iddia üzrə iddiaçı ilə ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni binanın tikilməsi üçün hər hansı razılıq əldə olunmamış, belə bir razılığın əldə olunması üçün heç bir ciddi tədbir həyata keçirtməməsinə dair dəlilləri ilə bağlı hesab edir ki, ilkin iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi, habelə ünvan 5 ünvanlarda yerləşən yaşayış sahələrinin istismara yararsız və qəzalı vəziyyətdə olması, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyi olmasına dair iş materiallarında sübutlar olduğundan birinci instansiya məhkəməsinin ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin tam sökülməli olmasına dair nəticəsi işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin “əldən çıxmış fayda kimi icarə haqqının qətnamə qəbul olunan tarixədək hesablanması” hissəsində təmin edilməli olmamasına dair nəticəsi ilə də razılışar. Belə ki, ilkin iddia üzrə İddiaçı yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin əvvəllər icarəyə verilməsini və bunun nəticəsində müəyyən gəlir əldə etməsini təsdiq edən sübutlar (icarə müqaviləsi və s.) işin məhkəmədə araşdırılması zamanı təqdim olunmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, yeni əmlak verilənədək Cavabdeh2 MMC tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqı ödənilməli olmasına dair nəticəsi də işin hallarına uyğun olmasına baxmayaraq birinci instansiya məhkəməsi kirayə haqqının hansı tarixdən hesablanmalı olmasını qeyd etməmiş, kirayə haqqının hazırki iş üzrə ilkin iddia verilən tarixdən-xx.xx.2020-ci il tarixdən yeni əmlak verilən tarixədək hesablanmalı olmasına qiymət verməmişdir. Məhkəmə kollegiyası şikayətin “Azəri Tikinti Şirkəti"xxxx"xxxx" MMC tərəfindən inşa edilmiş binada, fasad hissəsi mərkəzi yola baxan, asfalt sətindən nisbətdə, 1-ci mərtəbəsindən 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, işin araşdırılmış hallarına əsasən ilk iddiaçı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X2 əldə etmişdir. ünvan 4 İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilsə də, onun adına yeni qeyri-yaşayış sahəsinə dair texniki pasport tərtib edilməmişdir. İş materiallarına əlavə olunmuş X.Əmiraslanovanın adına tərtib olunmuş texniki pasportda binanın ümumi göstəriciləri bölümündə qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə «yarımzirzəmi» kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyəti olmuş qeyri-yaşayış sahəsinin yarımzirzəmi olduğu üçün onu zirzəmi kimi göstərməkdə haqlı olmamışdır. İddiaçının mülkiyyətində olmuş mübahisələndirilən sahənin yarımzirzəmi olması texniki pasport göstəricilərindən başqa iş materiallarında olan sahənin əvvvəlki fotoşəkillərdən də aydın görünür. Yəni, şəkilərdə də görünür ki, sahənin pəncələri asfalt nisbəsində yerləşməklə sahəyə giriş asfatl yoldan birbaşa deyil, pilləkənlərlə aşağı düşmək yolu ilə həyata keçirilirdi. İşin bu halı tərəflərin izahatları ilə təsdiq edilir. Həmçinin ilk iddiaçı tərəfin izahatlarından məlum olmuşdur ki, mübahisəli sahənin üstündə (binanın İ mərtəbəsində) onların qohumlarına məxsus sahə mövcud olmuş və bu sahə ilə də bağlı məhkəmə çəkişmələri baş vermişdir. Beləliklə də, kollegiyanın qənaətinə görə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin birinci mərtəbədə yerləşməyərək, yarımzirzəmi olması artıq işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası şikayətinin 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsi dəlili ilə bağlı qeyd edir ki, 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri Cavabdeh3 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq müvafiq kirayə haqlarının verilməsi "xxxx" MMC- yə həvalə edilmişdir. Yəni, artıq sahə yalnız yaşayış sahələrinə münasibətdə tətbiq edilir. İddiaçının isə mülkiyyətində olan sahə qeyri-yaşayış sahəsi (yarımzirzəmi) olduğu üçün birinci instansiya məhkəməsi haqlı olaraq 135,7 kv.m qeyri-yaşayış sahəsinin (20 faiz artıq olmaqla) iddiaçıya verilməsinə qiymətləndirilməsinə zərurət görməmişdir. Həmçinin də, məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçı bu barədə tələb irəli sürmədiyindən birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmaya müstəsna əsas müəyyən etmədiyindən Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından düzgün qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5981/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/4551 saylı məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyindən görünür ki, Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın Layihə sənədləri təqdim edilmədiyindən, həmin layihə sənədlərində fasad hissəsi mərkəzi yola baxan hissədə sahəsi 135,7 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin olub-olmamasını müəyyyən etmək mümkün olmadı. Lakin mülki iş materiallarının 186-cı səhifəsinə əlavə edilmiş plansxemdə "Azəri Tikinti Şirkəti” MMC-nin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1-ci mərtəbəsi) 135,7 kv.metr sahənin yerləşdiyi əks olunmuşdur. Qeyd olunur ki, baxış zamanı həmin sahəyə keçid bağlı olduğundan baxış keçirmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan binanın mərkəzi yola baxan mərtəbəsində arakəsmə divarlar inşa edilmədiyindən, 135,7 kv.metr sahənin ayrı-ayrı hissələrdən ayrılması mümkün ola bilər. İddiaçı məxsus sahəsi 135,7 kv.metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan Mərkəzə təqdim edilmədiyindən (bu barədə xx.xx.2021-ci il tarixli vəsatət verilmişdir. İddiaçı verilməli olan və ya mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin tədqiq olunan binanın hansı hissəsində yerləşməsini müəyyən etmək mümkün olmadı. Lakin baxış zamanı iddiaçıların şifahi ifadələrinə əsasən, onlara məxsus qeyriyaşayış sahəsinin 2-ci binanın baş hissəsində yerləşdiyi və bir hissəsinin həmin binanın altına düşdüyü göstərilmişdir. İddiaçı məxsus sahəsi 135,7 kv.metr olan qeyri-yaşayış sahəsinin texniki sənədləri (texniki pasport, layihə sənədi, ayrıc aktı və s..) mülki iş materiallarına əlavə edilmədiyindən və sonradan mərkəzə təqdim edilmədiyindən, ona verilməli olan, qeyri-yaşayış sahəsinin ərazisinin sökülmüş qeyri-yaşayış sahəsinin ərazisi İlə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-275/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq və məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 10/5607 saylı məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki olaraq mövcud olmadığını və qeyri-yaşayış sahəsinin söküldükdükdən öncə texniki parametrlərini dəqiqliklə müəyyən edilməsi mümkün olmadığından 2018- 2021-ci illər üçün aylıq icarə haqqının məbləğini müəyyən edilməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyriyaşayış sahəsinə giriş çıxış yolunun Sahib Zeynalov küçəsi tərəfdən olduğu müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kv.m qeyri yaşayış (faktiki olaraq həmin sahədən artıq) sahəsinin nəzərdə tutulduğu müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrini əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən İddiaçı verilməli olan qeyri-yaşayış sahəsinin ərazisi sökülmüş qeyri-yaşayış sahəsindən artıq olduğu müəyyən edilmişdir. Lakin İddiaçı verilməli olan qeyri-yaşayış sahəsinin ərazisi sökülmüş qeyri-yaşayış sahəsi ilə eyniləşdirmək üçün həmin sahənin daxilində arakəsmə divarları hörülərək 135,7 kv.m qeyri-yaşayış sahəsinin yaradılması mümkündür. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair hər hansı bir dəlil olmadığından məhkəmə kollegiyası hesab edir ki həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Belə ki, rəydən və iş materiallarında olan plan sxemdən görünür ki, ilk iddia üzrə cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kv.m sahənin yerləşdiyi əks edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsində (yarımzirzəmi) pəncərələr vasitəsilə təbii işıqlaması olduğu halda cavabdehin inşa etdiyi 3 saylı binanın zirzəmisində (-1 mərtəbəsi) 135,7 kv.m sahə verilməsi iddiaçının əvvəl ona məxsus olan sahə ilə uyğun olmayacaq ki, bu da əvəzlənmənin ədalətsiz olması ilə onun mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ekspertiza rəyinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi binanın Mirəli Qaşqay küçəsi ilə Sahib Zeynalov küçəsinin kəsişməsində yerləşməklə qeyriyaşayış sahəsinə giriş çıxış yolunun Sahib Zeynalov küçəsi tərəfdən olduğu və Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Sahib Zeynalov, Ruhulla və Mirəli Qaşqay küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 16 mərtəbəli yaşayış binasının layihəsində və faktiki olaraq Sahib Zeynalov küçəsi 19 ünvanında yerləşən fasad hissəsi mərkəzi yola baxan asfalt səthindən nisbətdə olan 135,7 kv.m qeyri yaşayış sahəsinin nəzərdə tutulması müəyyən edildiyindən ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthindən nisbətdə, qeyriyaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MTK tərəfindən təmin edilməsi daha ədalətli və qanunauyğun olmaqla yanaşı tərəflərin maraqlarına uyğundur. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı daha sonra qeyd edir ki, birinci instansiya məhkəməsinin maddi hüquq norması kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarı mülki işə məhkəmədə baxılmasından xeyli öncə ləğv edilməsi faktı olsa da, bu hal qaldırılmış iddiaların mahiyyəti üzrə baxılmasının qarşısını almamaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərdən mahiyyəti üzrə düzgün olan qətnaməsinin qanunsuz və əsassız olmasını təsdiq etmir. Bu və digər ciddi əhəmiyyət kəsb etməyən prosessual pozuntular birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız nəticə hissəsinin dəyişdirilməsi üçün əsasdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) söküldüyündən, (apellyator mülkiyyətinin sökülməsi faktı ilə razılaşmışdır) İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthindən nisbətdə, qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MTK tərəfindən təmin edilməsi, ilkin iddia verilən xx.xx.2020-ci il tarixdən yeni əmlak verilənədək Cavabdeh2 MTK tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqının ödənilməsi qət edilməlidir. Məhkəmə kollegiyası, apellyasiya icraatı zamanı cavabdehin iddiaçının mülkiyyətinin sökülməsi ilə bağlı hərəkətlərində işin faktiki və mövcud vəziyyəti ilə araşdırılmış hallarına əsasən əməllərində hər hansı cinayət tərkibi əlamətləri müəyyən edilmədiyindən apellyasiya şikayətinin xüsusi qərardadının çıxarılmasına dair dəlillərini əsassız sayır. Azərbqaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan tutularaq dövlət büdcəsinə ödənilməlidir.. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-251/2021 saylı, 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 135,7 kv.m olan qeyri-yaşayış sahəsi (yarımzirzəmi) əvəzinə ünvan 4 ünvanında yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasının mərkəzi yola baxan asfalt səthindən nisbətdə, qeyri-yaşayış sahəsi (yarımzirzəmi) əvvəlki vəziyyətində 135,7 kv.m ümumi sahəsi olan yeni əmlak İddiaçı mülkiyyətinə verilməsini Cavabdeh2 MTK tərəfindən təmin edilsin. İlkin iddia verilən xx.xx.2020-ci il tarixdən yeni əmlak verilənədək Cavabdeh2 MTK tərəfindən İddiaçı hər ay 550 (beş yüz əlli) manat kirayə haqqının ödənilməsi təmin edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar