Məhkəmə qərarları › İş №2(103)-5114/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5114/2024

27.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5114/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “servitut olaraq yüklü edilmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4322/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “servitut olaraq yüklü edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262 K nömrəli bağ sahəsinin (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən bağ sahəsi) sağ tərəfində yerləşən çıxıntısının onun xeyrinə servitut olaraq yüklü edilməsinə və ona öz mülkiyyətindən istifadə etmək üçün yol və kommunalkommunikasiya xətlərinin çəkilməsinə icazə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, icraatda olan, 2(008)-4322/2024 nömrəli mülki iş üzrə İddiaçı ona qarşı mülkiyyətindəki Bakı şəhəri, Subunçu rayonu. Pirşağı qəsəbəsində yerləşən 262 K nömrəli bağ sahəsindən yol və kommunikasiya xətələrinin çəkilməsinə icazə verilməsi barədə iddia tələbi üzrə mülki işi aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Lakin İddiaçı Bakı şəhəri Sabunçü Rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, bu iddia tələbinə ərazi aidiyyat qaydalarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi deyil, qeydiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin yurisdiksiyasma aid olduğundan iddia tələbinə həmin məhkəmə tərəfindən də baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4322/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Ruslan Mirzəliyev) İddiaçı Cavabdeh qarşı “servitut olaraq yüklü edilmə” tələbinə dair mülki iş üzrə Cavabdeh mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2(008)-4322/2024 nömrəli mülki iş üzrə İddiaçı mənə qarşı mülkiyyətimdəki Bakı şəhəri, Subunçu rayonu. Pirşağı qəsəbəsində yerləşən 262 K nömrəli bağ sahəsindən yol və kommunikasiya xətələrinin çəkilməsinə icazə verilməsi barədə iddia tələbi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Belə ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. Lakin İddiaçı atası X3 Rayon İcra Hakimiyyətində, Sabunçu Rayon Polis İdarəsində və Sabunçü Rayon Məhkəməsində yaxınlıq və tanışlıq əlaqələri olduğundan Bakı şəhəri Sabunçü Rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, bu iddia tələbinə ərazi aidiyyat qaydalarına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi deyil, qeydiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin yurisdiksiyasma aid olduğundan iddia tələbinə həmin məhkəmə tərəfindən də baxılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın yerləşdiyi ərazi Bakı şəhəri, Subunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262 K nömrəli bağ sahəsi Sabunçu rayon inzibati ərazisinə məxsusdur. Kollegiya hesab edir ki, baxılan iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyət məsələsini tənzimləyən 39-cu maddəsinin təsir dairəsinə düşür, bu səbəbdən mübahisə predmetinin Sabunçu rayonunun inzibati ərazi hüdudlarında yerləşdiyini nəzərə alaraq, hazırkı mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilir: ”Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxınmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, hüquq və azadlıqları məhkəmə təminatı hüququ ilk növbədə qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasın nəzərdə tutur”. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Beləliklə kollegiya qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin vəsatətini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmaqla qanuni və əsaslı qərardadın ləğvi üçün əsas yaratmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4322/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar