Məhkəmə qərarları › İş №2(103)-5116/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5116/2025

26.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5116/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əşyaların alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: “əşyaların alınması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Pirallahı Rayon Məhkəməsinin 2(094)-208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Xətai rayonu Babək prospektiev 10C mənzil 24-də olan mebel, elektrik məişət avadanlıqları alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh Bakı şəhəri Xətai rayonu ünvan 2-də olan 1 ədəd Rusiya istehsalı soyuducu, 1 ədəd Türkiyə istehsalı qaz peçi, 1 ədəd Türkiyə istehsalı cam balkon, 1 ədəd İtaliya istehsalı kamot, 1 ədəd Televizor altı, 1 ədəd İtaliya istehsalı stol (masa), 6 ədəd stul və 2 ədəd stul kresol, 3 ədəd İtaliya istehsalı divan, 1 ədəd İtaliya istehsalı kresol, 1 ədəd İtaliya istehsalı yurnal masası, 2 ədəd İtaliya istehsalı tumboçka, 1 ədəd vitrin-kamot, 1 ədəd Kofeyni istehsalı yan yumal, 3 ədəd İtaliya istehsalı plafonlar qızılı, 1 ədəd İtaliya istehsalı çil-çıraq, 1 ədəd torşer Honkonq istehsalı, İtaliya istehsalı furmal üçün tumboçka, Çin istehsalı stol (masa), 6 ədəd Çin istehsalı stul, 1 ədəd İtaliya istehsalı təkərli araba, İtaliya istehsalı smistitel moyka, İtaliya istehsalı şifoner, İtaliya istehsalı çarpayı, İtaliya istehsalı ataman, 2 ədəd İtaliya istehsalı tumboçka, 1 ədəd İtaliya istehsalı turmo, İtaliya istehsalı pərdə, İtaliya istehsalı aksessuarlar, İtaliya istehsalı tərəzi, İtaliya istehsalı çilçıraq, İtaliya istehsalı veşilka, Mebel (Qarderobda), Yazı masası, Ataman, Paltarlar, blok şkafi, 1 ədəd İtaliya istehsalı çilçıraq, Türkiyə istehsalı Mebel şkaf, Güzgü Türkiyə, 1 ədəd İtaliya istehsalı paltar yuyan maşın, 1 ədəd kamera UK, Tumbo, Çin istehsalı çarpayı (uşaq otaqında), Çin istehsalı kamot, Çin istehsalı masa, Çin istehsalı stul, Çin istehsalı çilçıraq, Çin istehsalı azyaşlı uşaq çarpayısı alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, X3 ilə iddiaçı 21 aprel 2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. X1 cehiz əşyaları olan mebel və digər ləvazimatlar iddiaçının mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, ünvan 1 ünvana yerləşdirilmişdir. Onlar birgə nikah dövründə, yəni 9 il müddətində həmin əşyalardan istifadə etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. 03 dekabr 2021-cü il tarixli, AN-İ №1006335 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1-i cavabdehə satmışdır. Mənzildə olan olan əşyalar, mebel və elektrik məişət avadanlıqları cavabdehə satılmadığından iddiaçı tərəfindən sonra götürələcəyi barədə cavabdehə məlumat verilmişdir. Zeynal Nərgiz Bakı şəhəri Xətai rayonu ünvan 2-də olan cehiz əşyalarının tələbi ilə məhkəməyə iddia ərizəsi vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Nərgiz Zeynalın iddiası təmin edilmiş cehiz əşyalarının: məişət avadanlıqları, mebel və sair əşyaların iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası mərhələsində Cavabdeh əşyaların götürülməsinə icazə verməmiş, mənzilə buraxmamış və müxtəlif maneələr yaratmışdır. Mənzildə olan əşyalar Cavabdeh satılmamış, onun mülkiyyətinə verilməmişdir. Buna baxmayaraq cavabdeh mebel və məişət avadanlıqların iddiaçıya verməkdən imtina etmişdir. Bununla da cavabdeh iddiaçının hüquqlarını məhdudlaşdırmışdır.

4. Pirallahı Rayon Məhkəməsinin 2(094)-208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilən 03 dekabr 2021-cü il tarixli, ANİ №1006335 nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsində aydın görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1-i Cavabdeh satmışdır. Mənzil satılarkən iddia ərizəsində göstərilən əşyalar satılan mənzildə qalmışdır. Həmin daşınar əşyaların cavabdehə satılmasına dair hər hansı əqd mövcud deyildir. Buna görə iddaçının cavabdehlə arasında bağlanan xx.xx.2023-cü il tarixli müqavilənin predmetinə daxil olmayan əşyaları tələb etməkdə subyektiv hüququ vardır. Belə ki, 03 dekabr 2021-cü il tarixli, AN-İ №1006335 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri iddiaçı və cavabdehdir. Müqavilədən irəli gələn öhdəliklərin digər tərəfdən tələb etmək hüququ iddiaçıya məxsusdur. Cavabdeh daşınmaz əmlakı almışdır, lakin mənzilə daxil olduqdan sonra mənzildə saxlanılan əşyaları qanunsuz və müqaviləsiz əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)- 4177/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmişdir ki, həmin mübahisəli əşyalar cavabdeh İddiaçı alınaraq iddiaçı X2 verilsin. İddiaçı və Cavabdeh həmin məhkəmə işində tərəflər olduğundan qanuni qüvvəyə minmiş apellyasiya məhkəməsinin qətnaməsində göstərilən hallar predyusal faktdır və sübutetmədən azaddır. Məhkəmə Nərgiz Zeynala əşyaların qaytarılması öhdəliyini İddiaçı üzərinə qoymuşdur. Yəni məhkəmə həmin əşyaların İddiaçı olması qənaətinə gəlmişdir. Göstərilənlər təsdiq edir ki, qeyd olunan iddia tələblərini cavabdehdən tələb etmək hüququ İddiaçı vardır. Tərəflərin izahatı:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, əlavə olaraq da qeyd etdi ki, mənzil cavabdehə satılarkən evin qeyd edilən əşyalarının başqa şəxsə aid olduğu və satılmadığı cavabdehə bildirilmiş və cavabdehlə razılıq olmuşdur ki, həmin əşyalar mənzildə qalır, lakin sonradan həmin əşyalar götürüləcəkdir, hazırda isə cavabdeh həmin öhdəliyinə əməl etmir, onun isə həmin əşyaları keçmiş arvadına qaytarmasına dair qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur və icra mərhələsindədir, bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etmişlər.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. xx.xx.2021-ci il tarixli, AN-İ seriyalı, 1006335N-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayonu ünvan 2 Cavabdeh satmışdır.

10. Nəsimi Rayon Məhkəməsinin 2-3506/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı "cehiz əmlakların tələbi"nə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçıya məxsus böyük bakal- 14 ədəd — 875 manat, boşqab 3 ölçüdə -36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq - 12 ədəd, stəkan — 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr — 3 ədəd, vaza güllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)-3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd1800 manat, vaza qara (Versace)-1 ədəd -800 manat olan cehiz əşyaları alınaraq iddiaçı X2 verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə və digər Cavabdeh münasibətdə təmin edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3506/22 saylı 22 dekabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni hazırkı apellyasiya icraatının predmeti olan iddianın təmin edilməyən hissəsində ləğv edilmiş və həmin hissədə də iddia təmin edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3753/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(103)-4177/2024 nömrəli qətnaməsi həmin qətnamə ilə iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçı xx.xx.2025-ci il tarixdə Nəsimi rayon icra şöbəsində verdiyi izahatından qeyd etmişdir ki, cehiz əşyaları ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə satdığı mənzildədir. Hazırda həmin əmlakdan bu iş üzrə Cavabdeh istifadə edir. Məhkəmənin qətnaməsindən məlumatı var. Mənzildə olan tələbkara məxsus cehiz, mebel əşyalarını təqdim edəcəkdir. İcra vərəqəsində göstərilən əşyalar, hazırda Cavabdeh mülkiyyətində olan Bakı şəhəri ünvan 2-də saxlanılır. Cavabdeh həmin əşyaları tələbkara verəcəkdir. Cavabdeh həmi əşyaları onlara verməsə də, onun mülkiyyətində olan torpaq sahəsi və nəqliyyat vasitəsini sataraq icra vərəqəsini icra edəcəkdir. Onun mülkiyyətində torpaq sahəsi və nəqliyyat vasitəsi vardır.

14. Mülki iş materiallarında olan “İnstagram” sosial şəbəkəsində paylaşılan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin satışı ilə bağlı elanlarda mənzilin tam əşyalı satıldığı qeyd olunmuşdur. (i/v səh. 26-28) Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

18. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

21. Maddə 653. Əşyaya sahiblik səlahiyyəti verən hüququn satıldığı halda satıcı alıcıya qüsurlardan, habelə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad əşya göndərməyə borcludur.

22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir: Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

29. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

38. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. Rayon məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən iddia edilən mübahisəli əşyalar X2 məxsusdur. Hazırkı halda isə sözügedən əşyaların iddiaçıya aid olmasını təsdiq edən hər hansı bir sübutu olmadığından iddiaçının mübahisəsini etdiyi əmlaklara (əşyalara) dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir.

45. Nəsimi Rayon Məhkəməsinin 2-3506/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı "cehiz əmlakların tələbi"nə dair iddiası qismən təmin edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4177/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də iddia təmin edilmişdir. Ali Məhkəmənin Qərarı ilə qətnamə qüvvədə saxlanılmışdır.

46. Rayon məhkəməsi qətnaməsində iddiaçının subyektiv hüququ ilə bağlı məsələni qabartsa da, mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.

47. Belə ki, mülki iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 8(011)- 616/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında hazırkı iş üzrə iddiaçının nümayəndəsi (atası) X4 izahatı ilə məlum olur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzili əşyaları ilə birlikdə cavabdehə satmışdır.

48. Bundan başqa, “İnstagram” sosial şəbəkəsində paylaşılan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin satışı ilə bağlı elanlarda mənzilin tam əşyalı satıldığı qeyd olunmuşdur. (i/v səh., 26-28)

49. Beləliklə müəyyən edilir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində qeyd etdiyi – cavabdehdən tələb etdiyi əşyaları cavabdehə satmaması barədə, eləcə də cavabdehin mənzildə saxlanılan əşyaları qanunsuz və müqaviləsiz əldə etməsi ilə bağlı bildirdikləri həqiqətə uyğun deyildir, uydurmadır.

50. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində təsbit olunan, müdafiə üçün məhkəməyə müraciət etmək hüququ fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədinə xidmət edir.

51. Belə olan halda Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında olan xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli əşyaları mənzillə birlikdə cavabdehə satmışdır və həmin əşyaları cavabdehdən tələb etməsi üçün hər hansı qanuni əsas yoxdur.

52. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

55. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

56. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

57. Beləliklə Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Hazırkı iddia tələbinin təmini üçün əsaslar olmadığından, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

61. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Pirallahı Rayon Məhkəməsinin 2(094)-208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar