Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5120/2025 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı mülki iş üzrə (açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi ( vəkili) Vəkil3, Cavabdeh nümayəndəsi ( vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-798/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 000227 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, X16 ünvan 1 ünvandakı birmərtəbəli binanın birinci mərtəbəsində yerləşən 12,5 m2 qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamenti ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli 2509 saylı icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 15,7 m2 qeyri-yaşayış sahəsi (birmərtəbəli tikilinin bir hissəsi) İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli 002311 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ünvan 1 ünvandakı birmərtəbəli binanın bir hissəsində yerləşən 15,7 m2 qeyriyaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli 1 mərtəbəli binada yerləşən 33,3 m2 ümumi, 18,0 m2 yaşayış sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 504 nömrəli reyestr kitabının 46499 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)67/2009 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, X5, X6 qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahəyə icarə müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)- 67/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 13 oktyabr 2009-cu il tarixli 2(102)-2861/2009 saylı qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli binada 15,7 m2 ümumi, 15,7 m2 əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 5779 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hədiyyə verən X16 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmaqla xx.xx.2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən müıkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsini hədiyyə alana bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 12,5 m2 ümumi sahəsi olan qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 16644 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. «X19» MMC-nin 01 mart 2024-cü il tarixli 29 saylı rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, ünvan 2 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikilinin qəlyanaltı kimi istifadə olunduğu müəyyən edilmişdir. (1-ci sual üzrə). ünvan 2 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən mübahisəli tikilinin layihə üzrə sahəsi – 13,9 m2, mövcud vəziyyəti üzrə – 13,05 m2 təşkil edir. Həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən – 12,5 m2 sənədləşdirilmişdir (2-ci sual üzrə). Tədqiqat zamanı sözügedən tikilinin sahəsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X5 verilmiş xx.xx.2000-ci il tarixli 000227 saylı şəhadətnamədə göstərilən 12,5 m2 sahəyə uyğun gəlmədiyi müəyyən edildi. Belə ki, ölçmə zamanı qeyriyaşayış sahəsinin uzunluğu – 4,35 m, eni – 3,0 m olduğu müəyyən edildi. Halbuki, həmin sahə binanın ümumi planında – 13,9 m2 sahə kimi qeyd edilmişdir. Qeyd: 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində yerləşən mübahisəli sahəsinin binanın ümumi layihəsinə əsasən – 13,9 m2, mövcud vəziyyəti üzrə 13,05 m2, sənəd üzrə – 12,5 m2 təşkil edir. Ümumi plandan görünür ki, 15,7 m2 qeyri-yaşayış sahəsi istiqamətindən baxdıqda sonradan arakəsmə divarı inşa olunmuş, 13,9 m2 sahə kiçildilərək 13,05 m2 olmuşdur. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur (3-cü sual üzrə). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinini Məhkəmə Ekspertizası Mərkəzininin xx.xx.2026-cı il tarixli, 10/7759 saylı rəyindən görünür ki, tədqiqat İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzilin ümumi sahəsinin xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi 110774247, reyestr nömrəsi **********02-05101-093002 olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən sahədən 2.9 kv.metr az olduğu (33.3 kv.metr - 30.4 kv.metr), yaşayış sahəsinin isə çıxarışda göstərilən 18.0 kv.metr sahəyə uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş plan-sxemdə sahəsi 11.2 kv.metr göstərilmiş tikilinin daxilində arakəsmə divarının olduğu və həmin tikilinin iki hissəyə bölündüyü müəyyən edilmişdir ki, bunun nəticəsində də həmin tikilinin sahəsinin 0.8 kv.metr azalmasına səbəb olmuşdur. İddiaçı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin xx.xx.2009-cu il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********02-05101-083001 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən sahədən 1.5 kv.metr (17.2 kv.metr - 15.7 kv.metr) artıq olmaqla, çıxarışda göstərilən 15.7 kv.metr sahəyə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan tikilinin daxilində uzunluğunun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 26 avqust 2002-ci il tarixli texniki pasportun məlumatlarına uyğun olduğu, eninin isə həmin texniki pasortda göstərilən ölçüdən 0.35 metr (4.0m - 3.65m) çox olmaqla, texniki pasportda göstərilən 3.65 metr ölçüyə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş plan-sxemdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzilin tərkib hissəsi kimi göstərilmiş bütün tikililərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 26 avqust 2002-ci il tarixli texniki pasportda göstərilmiş və X11 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən tutulmadığı, faktiki olaraq, X11 özünün istifadəsində olduğu, eləcə də sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin texniki pasportda və çıxarışda göstərilən 15.7 kv.metr sahədən 1.5 kv.metr (17.2 kv.metr - 15.7 kv.metr) artıq olduğu müəyyən edilmişdir. 4-cü sualda göstərilən məsələ ilə bağlı qeyd olunur ki, tikililərin kimin mülkiyyətində olmasının müəyyən edilməsi məsələsi hüquqi xarkaterli olduğundan, məhkəmə tikintitexniki ekspertin səlahiyyətlərinə aid deyil. Eyni zamanda rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qeyd olunur ki, mübahisəli tikilinin texniki parametrlərinin Cavabdeh Cəlal qızının adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, RX seriyalı, ******* nömrəli çıxarış əsasında tərtib edilmiş texniki pasportun (iş vərəqəsi 212-217) məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 23076/2024 saylı məktubda, ünvan 4 ünvanında yerləşən 12.5 kv.metr olan qeyri-yaşayış sahəsinin xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh Cəlal qızının adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu göstərilmişdir. ünvan 5 ünvanda yerləşən, İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin sağ tərəfində - küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) qəlyanaltı kimi istifadə olunan tikilinin faktiki olaraq cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Tədqiq olunan tikilinin ünvan 6 ünvanda yerləşən İddiaçı məxsus olan 1 saylı mənzilin ön hissəsində yerləşmədiyi, İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sağ tərəfində (küçə istiqamətində baxdıqca) yerləşdiyi müəyyən edilmişdir. ünvan 5 ünvanda yerləşən, İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin sağ tərəfində - küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) qəlyanaltı kimi istifadə olunan tikilinin texniki parametrlərinin X2 adına tərtib edilmiş texniki pasportun (iş vərəqəsi 220-226) məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan, qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikilinin - qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, cavabdehin həmin tikili-qeyri-yaşayış sahəsindən çıxarılması və ona həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 002311 saylı, xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvandakı birmərtəbəli binanın bir hissəsində yerləşən sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin, 021700 nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Ə.Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli binada sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışdan məlum olur ki, ünvan 1 ünvanda yerləşən sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi ev 97, 1 saylı mənzilə aid cizginin təsdiq edilmiş surətindən məlum olur ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə aiddir. ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikili qəlyanaltı kimi istifadə olunur. Həmin tikilinin layihə üzrə sahəsi 13,9 m2, mövcud vəziyyət üzrə 13,05 m2 təşkil edir. Ancaq, həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən 12,5 m2 kimi sənədləşdirilmişdir. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikili cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlər heç bir mötəbər və legitim sübuta əsaslanmır, iddiaçının fərziyyə və ehtimallarından başqa bir şey deyildir. Məhkəmə qərarları isə fərziyyə və ehtimallar əsasında deyil, konkret sübutlar əsasında qəbul edilir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, «ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğusuna cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi ev 97, 1 saylı mənzilə aid cizginin təsdiq edilmiş surətindən məlum olur ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə aiddir. ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikili qəlyanaltı kimi istifadə olunur. Həmin tikilinin layihə üzrə sahəsi 13,9 m2, mövcud vəziyyət üzrə 13,05 m2 təşkil edir. Ancaq, həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən 12,5 m2 kimi sənədləşdirilmişdir. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur.» Məlumat üçün bildirmək istəyir ki, iddiaçının bu gün boşaldılmasını tələb etdiyi ünvan 1 ünvanda yerləşən sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsi ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********02-05101- 083002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. Qeyd edilən daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi cavabdehin qardaşı X17 tərəfindən ona bağışlanmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırki iş üzrə iddiaçı ondan əvvəl mülkiyyətçi olan qardaşı X7 və digər cavabdeh olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsinə qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahəyə icarə müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi (sədrlik edən İlqar Qaralov) ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məkəməsi Mülki kollegiyasının 16 iyun 2009cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi (sədrlik edən Gündüz Quliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 oktyabr 2009-cu il tarixli 2(102)-2861/2009 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məkəməsi Mülki kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş araşdırılarkən dəvət edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosunun əməkdaşı X12 iştirakı ilə mübahisəli əmlaka baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus 15,7 m2 ibarət qeyri-yaşayış sahəsi və X7 məxsus 12,5 m2 ibarət qeyriyaşayış sahəsi bir-birindən arakəsmə divarlarla təcrid olunmuşdur, onları əlaqələndirən hər hansı bir qapı və ya pəncərə mövcud deyil. Bundan başqa, İddiaçı mübahisələndirdiyi şəhadətnamənin X7 məxsus 12,5 m2 qeyri-yaşayış sahəsinə deyil, həyətə giriş qapısının sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinə aid olduğunu göstərsə də, həmin qeyriyaşayış sahəsində aparılan ölçmə işlərinin bunu təsdiq etmədiyi müəyyən edilmişdir. Həyətə giriş qapısının sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin 8,5 m2 olduğu müəyyən edilmişdir. Aparılan ölçmə işləri zamanı mübahisələndirilən şəhadətnamənin məhz X3 istifadəsində və mülkiyyətində olan, sahəsi 12,98 m2 qeyri-yaşayış sahəsinə aid olması müəyyən edilmişdir. Qeyd edilən bu faktlar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsində öz əksini tapmışdır. Həmin iş materiallarında olan Xətai Rayon Məhkəməsinin hakimi İlqar Qaralovun, İddiaçı və onun vəkilinin, cavabdeh Ədalət Mehralıyevin vəkilinin iştirakı ilə obyektə yerində baxış keçirilib iddiaçı və cavabdehin istifadələrində olan qeyri-yaşayış sahələrinin mövqeyini texniki pasportlara əsasən təyin edib plan-sxem tərtib edilmişdir. Həmin sxemə də nəzər yetirdikdə aydın görünür ki, iddiaçının bu gün mübahisələndirdiyi, hazırda onun mülkiyyətində olan 12,98 m2 ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan sahələrlə hər-hansı bir bağlılığı mövcud deyil. Bundan başqa, qeyd edilən qətnamədən də göründüyü kimi, iddiaçı bundan əvvəl də mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını iddia etsə də və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etsə də, tələbi əsassız olduğundan məhkəmə qətnamələri ilə rədd edilmişdir. Bu səbəbdən, hazırki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsində adları çəkilən qeyri-yaşayış sahələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər cavabdehin qardaşının mülkiyyətində olmuşdur. Sonra o, mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehə bağışlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009cu il tarixli 2(011)- 67/2009 saylı qətnaməsində müəyyən edilmiş faktiki vəziyyətdə heç bir dəyişiklik yoxdur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hər hansı müdaxilə yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-798/2025 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia olunan qeyri-yaşayış sahəsi əvvəllər cavabdehin qardaşının mülkiyyətində olmuşdur. Sonra o, mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehə bağışlamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsində müəyyən edilmiş faktiki vəziyyətdə heç bir dəyişiklik yoxdur. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hər hansı müdaxilə yoxdur. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 140, 152.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolonun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-798/2025 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsinin boşaldılması, qeyri-yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikilinin qeyri-yaşayış sahəsinin Cavabdeh tərəfindən boşaldılması, cavabdehin həmin tikili-qeyri-yaşayış sahəsindən çıxarılması və ona həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı Cavabdeh tərəfindən yaradılmış maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-798/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsini qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və proseual hüquq normalarını pozmuş və onları düzgün tətbiq etməmişdir. Məhkəmə MM-nin 135.2, 152.1 və 157.2-ci maddələrinin tələblərini pozaraq uzun illər iddiaçının faktiki mülkiyyətində olan cavabdehə aiddiyyatı olmayan qeyri-yaşayış sahəsindən cavabdehi çıxartmaması barədə qərəzli, qanunsuz və açıq aşkar ədalətsiz qətnamə çıxarmışdır. 002311 saylı xx.xx.2002-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvandakı birmərtəbəli binanın bir hissəsində yerləşən sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Həmçinin, 021700 nömrəli, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Ə.Hüseynzadə küçəsində istifadədə olan 0,0138 ha torpaq sahəsində yerləşən 97 nömrəli binada sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışdan məlum olur ki, ünvan 1 ünvanda yerləşən sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və onun mülkiyyətindədir. ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi ev 97, 1 saylı mənzilə aid cizginin təsdiq edilmiş surətindən məlum olur ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə aiddir. ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikili qəlyanaltı kimi istifadə olunur. Həmin tikilinin layihə üzrə sahəsi 13,9 m2 , mövcud vəziyyət üzrə 13,05 m2 təşkil edir. Ancaq, həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən 12,5 m2 kimi sənədləşdirilmişdir. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunmuşdur. ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində – küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikili cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüququ pozulur. Məhkəmə işin hallarını MPM-nin 9-cu və 220.1, 220.4-cü maddəsini nəzərə almadan, məhkəmə baxışı zamanı tərəflərin izahatlarını, təqdim olunan sübutları və s. düzgün araşdırmadan qanunsuz qətnamə çıxarmışdır. Belə ki, məhkəmə qətnaməsində istinad etmişdir ki, mülki iş üzrə iddiaçıdan mübahisəli torpaq sahəsi ilə bağlı sübut tələb edilsə də, iddiaçı hər hansı sübut təqdim etməmişdir. İşin hallarından da göründüyü mübahisəli torpaq sahəsinin cavabdehə məxsus olması ilə bağlı cavabdeh hər hansı əsaslı sübut təqdim etməmişdir. Məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin kimə məxsus olması, kiminsə tərəfindən zəbt olunub olunmaması ilə bağlı tərəflərin və ya öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda ekspertiza təyin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayəti aşağıdakı səbəblərdən əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman hüquq münasibətlərinə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi uçun əsas yoxdur. Mübahisəsiz faktdır ki, ünvan 7 ünvanında yerləşən 12.5 m2 sahədən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 05101- 083002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh özü də bunu təsdiq edir. Apellyasiya şikayətində tətbiq edilən, edilməyən istənilən normalara istinad edilmiş, apellyasiya şikayətində hakimin hansı maddi və prosessual hüquq normasını pozması və düzgün tətbiq etməməsini, pozuntunun nədən ibarət olmasını məhkəmə aktına düzgün hesab etmədiyi konkret əsasların nədən ibarət olmasını əsaslandıra və göstərə bilməmişdir. Budan başqa MPM-nin 2 saylı əlavəsində apellyasiya şikayətinin müəyyən edilmiş forması mövcuddur ki, həmin formaya uyğun apellyasiya şikayəti tərtib edilməmişdir. Bütün bu qeyd edilənlər isə hesab edir ki, MPM-ə ilə təsbit edilmiş apellyasiya şikayətinin formasına uyğun olaraq tərtib edilməmə kimi qiymətləndirilərək apellyasiya şikayətinin qaytarılması əsasını təşkil edir. İddiaçının apellyasiya şikayətinə gəldikdə isə apellyasiya şikayətinə nəzər yetirdikdə şikayətin başlıca mahiyyəti və əsası kimi iddiaçı ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş Bakı şəhəri Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi ev 97, 1 saylı mənzilə aid cizginin təsdiq edilmiş surətindən məlum olur ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsi iddiaçının sahibliyinə aid olduğu ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində - küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) tikili qəlyanaltı kimi istifadə olunduğu, həmin tikilinin layihə üzrə sahəsi 13,9 m2, mövcud vəziyyət üzrə 13,05 m2 təşkil etdiyi, ancaq, həmin sahə şəhadətnaməyə və texniki pasporta əsasən 12,5 m2 kimi sənədləşdirilmişdir. Sözügedən mübahisəli sahə İddiaçı verilmiş texniki pasportda göstərilən 15,7 m2 sahənin bir hissəsi kimi qeyd olunduğu və ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sağ tərəfində - küçə istiqamətində yerləşən, kafe kimi istifadə olunan tikili cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İddiaçının bu əsasları hesab edir ki, söz və fərziyyə yığımı olmaqla, əsassız və heç bir əsasa söykənmədiyindən qəbul edilməzdir. Belə ki, qeyd edilən daşınmaz əmlaka dair əvvəlki mülkiyyətçi olan cavabdehin qardaşı X17 ilə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi ilə xx.xx.2000-ci il tarixdə “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 542 №-li icarə müqaviləsi bağlanmışdır. Daha sonra həmin əmlak X1 və Nazirlik tərəfindən X7 l№-li reyestr kitabında səhifə 33-də qeydə alınmaqla qeydiyyat №-si 000227, qeydiyyat tarixi xx.xx.2000-ci il olan “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılınası haqqında” şəhadətnamə verilmişdir. Qeyd edilən daşınmaz əmlak əvvəlki mülkiyyətçi qardaşı X17 tərəfindən ona bağışlanmışdır. İddiaçı isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti, dövlət əmlakının icarəyə verilməsi özəlləşdirilməsi və torpaq idarəsinin rəis müavini R.Cəlilovla xx.xx.2002-ci il tarixdə “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 2509 №-li icarə müqaviləsi imzalamış, daha sonra həmin əmlak İddiaçı satılmış və Nazirlik tərəfindən İddiaçı 4№-li reyestr kitabında səhifə 32-də qeydə alınmaqla qeydiyyat №-si 002311, qeydiyyat tarixi xx.xx.2022-ci il olan “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. Şəhadətnamələrin tarixlərinə nəzər yetirdikdə ondan əvvəlki mülkiyyətçi olan qardaşı X17 onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin xx.xx.2000-ci il tarixdə əldə edildiyi, İddiaçı satılmış qeyriyaşayış sahəsini isə xx.xx.2022-ci ildə əldə edildiyi açıq aydın görünür. Baxmayaraq ki, iddiaçı onlardan sonra həmin sahəni əldə etmişdir, lakin onların mülkiyyətində olan sahənin ona məxsus olmasını iddia edir. Məhkəmənin nəzərinə çatdırır ki, hazırkı iddiaçı ondan əvvəl mülkiyyətçi olan qardaşı X7 və digər cavabdeh olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahəyə icarə müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi (sədrlik edən İlqar Qaralov) ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/09 saylı qətnaməsi (sədrlik edən Gündüz Quliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 13 oktyabr 2009-cu il tarixli 2(102)2861/09 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/09 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsində iş araşdırılarkən dəvət edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosunun əməkdaşı X13 iştirakı ilə mübahisəli əmlaklara baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı məxsus 15.7 kv.m ibarət qeyri-yaşayış sahəsi və X8 məxsus 12.5 kv.m ibrət qeyri-yaşayış sahələri bir-birindən arakəsmə divarlarla təcrid olunmuşlar, onları əlaqələndirən hər-hansı bir qapı və ya pəncərə mövcud deyil. Bundan başqa İddiaçı mübahisələndirdiyi şəhadətnamənin X14 məxsus 12.5 kv.m qeyri-yaşayış sahəsinə deyil, həyətə giriş qapısının sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinə aid olduğunu göstərsə də, həmin qeyri-yaşayış sahəsinə aparılan ölçmə işlərinin bunu təsdiq etmədiyi müəyyən edilmişdir. Həyətə giriş qapısının sağ tərəfində yerləşən qeyri-yaşayış sahəsinin 8.5 kv.m olduğu müəyyən edilmişdir. Aparılmış ölçmə işləri zamanı mübahisələndirilən şəhadətnamənin məhz X4 istifadəsində və mülkiyyətində olan, sahəsi 12,98 kv.m olan qeyri-yaşayış sahəsinə aid olması müəyyən edilmişdir. Qeyd edilən bu faktlar Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)-67/2009 saylı qətnaməsində öz əksini tapmışdır. Həmin iş materiallarında olan Xətai Rayon Məhkəməsinin hakimi İlqar Qaralovun, İddiaçı və onun vəkilinin, Ədalət Mehralıyevin vəkilinin iştirakı ilə obyektə yerində baxış keçirilib iddiaçı və cavabdehin istifadələrində olan qeyri-yaşayış sahələrinin mövqeyini tərtib edilmiş texniki pasportlara əsasən təyin edib plan sxemi tərtib edilmişdir. Həmin sxemə də nəzər yetirdikdə aydın görsənir ki, iddiaçının bu gün mübahisələndirdiyi cavabdehin mülkiyyətində olan 12.98 kv.m ibarət qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olan sahələrlə hər-hansı bir bağlılığı mövcud deyil. Bundan başqa qeyd edilən qətnamədən də göründüyü kimi, iddiaçı bundan əvvəl də mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ona məxsus olmasını iddia etsə də və həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etsə də tələbi əsassız olduğundan məhkəmə qətnamələri ilə rədd edilmişdir. Hazırkı iş üzrə xx.xx.2025-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyevin, İddiaçı və cavabdehin vəkili Vəkil2 iştirakı ilə yerli baxış keçirilmişdir. Yerli baxışda iddiaçının irəli sürdüyü əsassız tələblər öz təsdiqini tapmadı. Məlum oldu ki, iddiaçının mülkiyyətində olan sahələrlə onun mülkiyyətində olan sahə bir-birindən təcrid olunmuş sahələrdir heç bir pəncərə, qapı və s. əlaqəsi mövcud deyil, söküntü və yenidən qurma işləri yoxdur. xx.xx.2025-ci il tarixdə keçirilən iclasda iddiaçıya vəkili tərəfindən sual verilib ki, mülkiyyətində olan qeyri-yaşayış və mənzilin sahələrinin çıxarış üzrə və faktiki nə qədərdir? İddiaçı cavabında bildirdi ki, qeyri-yaşayış sahəsi 15,7 kv.m, mənzil isə 33,3 kv.m. Qeyd edilən tarixdə də iddiaçının iddiasının əsassız olduğu tam sübuta yetirildi. Hazırki halda iddiaçı, tərəfindən onun hüquq və azadlıqlarını, yaxud maraqlarını pozan hərəkətlərə yol verdiyini sübut edən heç bir mötəbər dəlil göstərə bilmədi. Hesab edir ki, ümumiyyətlə, iddiaçı belə bir iddia ilə çıxış etməsi üçün subyektiv hüquqa malik deyil. Bundan sonra məhkəmə tərəfindən iddiaçıdan mülkiyyətində olan sahələrə dair texniki pasportlar tələb olunub. İddiaçı texniki pasportun çəkilməsi üçün müraciət etmədiyini bildirib, iddiaçıya xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək texniki pasportun alınması üçün vaxt verildi. İddiaçı qeyd edilən tarixədək texniki pasportun alınması üçün müraciət etməyib və həmin sənədlər məhkəməyə təqdim edilməyib. İddiaçı bundan sonra məhkəmə prosesinin uzanmasına yönələn addımlar ataraq prosesin bir neçə dəfə təxirə salınması üçün məhkəməyə vəsatətlər təqdim etdi. Bütün bu qeyd edilənlərdən də göründüyü kimi, iddiaçıya yetərli qədər şərait yaradıldı və iddiaçı iddiasında göstərdiyi əsassız tələbləri sübut edə bilmədi və iddiasının əsassız olması tam sübuta yetirildi. Hazırki halda iddiaçı, tərəfindən onun hüquq və azadlıqlarını, yaxud maraqlarını pozan hərəkətlərə yol verdiyini sübut edən heç bir mötəbər dəlil göstərməmişdir. Ümumiyyətlə, iddiaçı belə bir iddia ilə çıxış etməsi üçün subyektiv hüquqa malik olmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasıya şikayəti əsassız olduğundan rədd edilməli Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-798/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, burada DƏDKR ona sənədinin altından köhnə karta vermişdir. Bu ərazinin hamısı ona məxsusdur, sovet dövründə mülkiyyət sistemi olmamışdır, əmlak özəlləşdirmişdir. O, maaşa qulluq edən insandır. Yavaş-yavaş özəlləşdirmə prosesini həyata keçirə bilirdi, qeyri-yaşayış sahəsini dolanmaq üçün saxlamışdır. Ora uzun bir otaqdır, iki pəncərəsi olmuşdur, bu pəncərələri də özü açmış və qapı qoydurmuşdur. Qarşı tərəf 2000-ci ildən sənəd göstərmişdir, o, isə oranı 2002-ci ildə özəlləşdirmişdir. Belə çıxır ki, onlar pəncərədən girib istifadə etməyə başlamışdırlar. O, pəncərəni açmasa, onlar necə içəri girəcəkdirlər. O, gəlib rəhbər ilə danışmışdır, bu 2005-ci ildə olmuşdur. Amma onlar 2000-ci ildən sənəd göstərir, axı o, oranı 2002-ci ildə özəlləşdirmişdir. Absurddur, görünür ki, yalan məlumatlar çoxdur. Bir dəfə də olsa, onun otağına ekspert təyin olunmamış, gəlməmişlər, yerində baxış olmamışdır. O, da müstəqil eksperti gətirmiş, millimetrinə qədər hamısını necə varsa çəkmiş və ona demişdir ki, “Təranə xanım, əgər məhkəmə onu dəvət etsə, o, bu yazdıqlarına cavabdehdir”. Laçın Mustafayev rəis olduğu vaxtda sənəd vermişdir ki, “bunlar onlara heç bir sənəd, özəlləşdirməyə icazə verməmişdirlər”. Yəni tərəflərindən razılıq məktubu verilməmişdir. Hamam, ayaqyolu arasında arakəsmə qoydurmuşdur, buranı qeyri-yaşayıs sahəsi etmişdir və digər tərəf isə qalmışdır. 2009-cu ildən sonra dəyişikliklər olmuşdur. Sonra onlar görmüşdür ki, o, öz otağından əl çəkmir, demişdir ki, “otaq ona məxsusdur, o, həyətin sakini deyildir.” Sonra onlar götürüb buradan təzə divar hörmüşlər, divarın şəkli də vardır, çəkilmişdir, müstəqil ekspert də göstərimişdir. Sonra onlara demişdir ki, təzə divar çəkmiş, 2017-ci ildə bacısının adına keçirmiş, 2020-ci ildə isə ora divar çəkilmişdir. Oda bildirir ki, “Əgər onun otağıdırsa, niyə divar çəkmişdir?” Burada hamam-tualeti itirmək üçün, əvvəlki çertyoj da vardır ki, ona oxşatmaq üçün edilmişdir. Amma onun burada torpağı 13.9 kvadratmetrdir, hamam-tualet də birləşsə 14 kvadratmetrdən çox edir, onda isə 12.5 kvadratmetrdir. Məhkəmə 12.5 kvadratmetri düz təsdiq etmiş, amma sənəd oranın deyil, sənəd həyətə girişin sağ tərəfində zibil qutularının ərazisi olmuşdur, onlar tərəfdən qanunsuzluq baş alıb getmişdir. O, açıq aşkar bildirir ki, bütün narkomanlar həmin o, kafedədir, o, biri tərəfi də gecə mehmanxana kimi istifadə edirlər. O, hətta həyətin suyunu bağlamışdır, çünki ümumi həyətin ayaqyolusu vardır ki, gəlib orada çimirlər, paltarlarını sərirlər. Yaxşı şəraitli ev onun üçün maraqlı deyildir, onun qürur məsələsi vardır. Ona imkan versələr, yaşayar, ancaq imkan vermirlər, ora onun şəxsi mülkiyyətindədir, o, həyətin sakini deyildir. Bunu ona DƏDKR vermişdir, məsələn, ona otağı sənədləşdirmək lazımdırsa, onlar buna əsasən ona sənəd vermişlər. Onlar istəyirlər ki, o, texniki passport almaqla çertyoj onun əlindən çıxsın, amma bu da onun əlində faktdır. O, birilərin texniki passportu vardır, amma həmin bu ərazini o, özəlləşdirəcəkdir, DƏDKR ona bu sənədə əsasən oranı sənədləşdirməyə icazə vermişdir, amma mübahisəli olduğuna görə hələ gözləyir. Texniki passportdan da görünür ki, ora ona aiddir. O, bir dəfə də qəbulda olmuşdur, ona bildirilmişdir ki, heç kəsə çıxarış verilə bilməz, yalnız məhkəməyə müraciət edilməlidir. Həmin mübahisəli ərazi onun Ayı balası adlanan obyektinin bir hissədir. Onun gücü ona çatdığı üçün ancaq Ayı balası adlanan hissəni özəlləşdirə bilmişdir. O, kərpicdən arakəsməni hördürmüş, qapı qoydurmuşdur ki, imkanı olduqda digər tərəfi də özəlləşdirə bilsin. O, 15 günlük Naxçıvan Muxtar Respublikasına gedib qayıtdıqdan sonra görmüşdür ki, həmin yeri Ədalətə vermişlər və o, da bacısı Aygünə vermişdir. Texniki pasportdan görünür ki, həmin sahə ona aiddir. Həmin mübahisəli ərazi onun obyektinin bir hissədir. O, kərpicdən arakəsməni hörmüş, qapı qoymuş, imkanı olanda digər tərəfi də özəlləşdirməyi fikirləşmişdir. Naxçıvandan qayıdandan sonra ona məxsus yerin Ədalətə verilməsini bilmişdir. Ona görə də vəsatəti və apellyasiya şikayətini müdafiə edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, məhkəmə tərəfindən ekspertiza təyin edilmişdi. Ekspert rəyi məhkəməyə daxil olub. Ekspert rəyi ilə tanış olarkən bir sıra nöqsanlar aşkar etmişdir. 26 yanvar 2026-ci il tarixli 10/7759 saylı ekspert rəyi kifayət qədər ziddiyyətli tərtib edilmişdir. Belə ki, Nəsimi rayonu Ə.B.Hüseynzadə küçəsi 97 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində və sahəsi 15,7 m2 olan qeyri-yaşayış sahəsinin sol tərəfində - küçə istiqamətində yerləşən kafe kimi, qəlyanaltı kimi istifadə olunan ərazi çıxarışa və ya texniki pasporta əsasən hansı tərəfin mülkiyyətindədir sualına cavabı texniki sənədlərə əsasən verməmişdir. Ekspert rəyində mübahisəli qeyri-yaşayış sahəsinin həm sağda yerləşdiyini qeyd etməklə yalnışlığa yol vermiş, həm əmlakın kimin mülkiyyətindədir sualından yayınaraq bunun hüquqi məsələ olması barədə yalnış nəticəyə gəlmiş, həmçinin həmin mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı məxsus yaşayış sahəsinin qarşısında yerləşmədiyini yazaraq aşkar görünən vəziyyəti düzgün qiymətləndirməmişdir. Bundan başqa 26 yanvar 2026-ci il tarixli 10/7759 saylı ekspertiza rəyi mübahisəli qeyri-yaşayış sahəsinə baxış zamanı mütəxəssis cəlb edilmədən, onun fikri nəzərə alınmadan, mülkiyyətçilərin yaşayış və qeyri-yaşayış sahələrinin koordinatları düzgünlüyünü müəyyən etmək üçün elektron baza məlumatlarına istinad edilmədən, sökülmüş divarın göstərilməməsi, sonradan əlavə divarın inşa olunması göstərilmədən, sərhəd divarlarının mövcüd qalınlığının ölçülərini texniki pasportda vəziyyəti ilə üst-üstə düşməməsi qeyd edilmədən, mübahisəli qeyri-yaşayış sahəsinin texniki pasportunda küçəyə qapı olmadığı qeyd edilmədən, bununla yanaşı qeyri-yaşayış sahəsində köməkçi sahələrinin olub-olmaması qeyd edilmədən tərtib olunmuşdur. Cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi 25 m2 olmaqla başqa ərazidə yerləşir. Bundan başqa təqdim etdikləri mütəxəssis rəyində qeyd olunub ki, sənədlərə əsasən sözügedən qeyri-yaşayış sahəsi cavabdehə aid deyildir. Onlar mübahisəli əraziyə baxış keçirilməsində iştirak etmişlər. Ekspert rəyində göstərilir ki, mübahisəli ərazi iddiaçının evinin önündə yerləşmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən verilmiş sənədlərə əsasən əmlak filankəsin mülkiyyətindədir. Mübahisəli ərazi iddiaçının evinin qarşısındadır. Sağ tərəfdə Ayı balası obyekti yerləşir, solda isə mübahisəli sahə yerləşir. Hər iki obyekt arasında divar və qapı olub. Məhkəmə ona diqqət etməyib ki, orada tikili olub, qapı açılıb, sonradan həmin qapı bağlanıb. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, birinci instansiyada olduğu kimi indi yenə həmin vəsatətə etirazını bildirir. Birinci iddiaçının subyektiv hüququnun olubolmaması məsələsi araşdırılmalıdır. Məhkəmə iddiaçıya öz texniki passportunu çəkdirib məhkəməyə təqdim etməyi təklif etmişdir. İddiaçı özü etiraf etmişdir ki, çıxarışda olan sahəsi yerindədir, 33 kvadratmetrdən 15.7 kvadratmetri qeyri-yaşayış sahəsidir, qalanı da bunun faktiki olaraq yaşadığı mənzildir. Yerində baxış vaxtı hakim video görüntü çəkilişin aparmışdır ki, yerində baxışda oda və tərəfin də özü də iştirak etmişdir. Orada da yenə müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının ərazisinə daxil olmamıdışdır. İddiaçı bu gün artıq yeni iddia ilə çıxış etmişdir ki, 2020-ci ildə orda hər hansı bir konstruksiya işləri aparılmış, amma onlar orada yerində olduqlarıda 2020-ci ildə orada hər hansı bir tikintinin aparılması ilə bağlı heç bir hal müəyyən olunmamışdır, çünki köhnə təmir olmuşdur. Həm də ki, bu gün tərəf yenə qeyd etmişdir, guya həmin sahə onların deyil, sağ tərəfdəki onların sahəsidir. Hallbuki həmin məsələ ilə bağlı artıq 2009-cu ildə məhkəmə öz qətnaməsində öz mövqeyini bildirmiş, Ali Məhkəmədə qərarı qüvvədə saxlamışdır. Artıq bu işlə bağlı məsələyə baxılıb və münasibət bildirilmişdir. Baxış keçirilmiş, eskiz çəkilmişdir ki, bunlar bir-birindən təcrid olunmuş sahələrdir, yəni heç bir bağlılığı yoxdur, çünki həm bunun girişi ayrıdır, həm də ki, onun girişi ayrıdır, yan-yanadır. Tərəfə şərait yaradılmışdır ki, texniki pasportunu təqdim etsin və müəyyən edilsin ki, onun mövcud sahəsinin girişiçıxışı haradandır. Vəsatətlərdə qeyd edilir ki, onların texniki pasportları vardır, amma texniki pasport yoxdur. İddiaçı texniki pasportu gətirməmiş, sadəcə təsdiqlənmiş eskiz göstərmişdir ki, həmin eskiz də bunu sübut etmir ki, o sahə ona aiddir. Yəni bu gün təmsil etdiyi şəxsə aid olan sahənin, ona aid olması həmin eskizdə öz əksini tapmır. Elə bir şey yoxdur, boş-boş fərziyyələrdir. Məhkəmədə iddiaçı etiraf etmişdir ki, “onda 33 kvadratmetrdir, 33 kvadratmetr də yerindədir.” Yerində olduğu halda necə cavabdehə qarşı iddia irəli sürülür ki, onun sahəsi zəbt edilib? Qarşı tərəf iddia ərizəsində 15.7 kv.m2 ərazinin zəbt edildiyi bildirmişdir. Ekspert qeyd edir ki, tərəfin zəbt etdiyi qeyri-yaşayış sahəsi 15.7 kv.m2-dən artıqdır. Həmçinin onların iddiaçının sahəsini zəbt etmələrinə dair heç nə yoxdur. Ekspertiza təyin edilərkən ekspert qarşısında qoyulacaq sualları iddiaçı tərəf təqdim etmişdi. Qarşı tərəf iddia ərizəsində 15.7 m2 ərazini zəbt etdiyini deyir. İddiaçının sahəsini cavabdehin zəbt etməsinə dair heç nə yoxdur. Ekspert yerində müəyyən etdi ki, iddiaçının sahəsi yerindədir, hətta daha artıqdır. Ona görə də vəsatətlə razı deyildir, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ İ.Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 14.3. Dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015-ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli Qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı 1.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin, mütəxəssisin rəyi də məhkəmədə digər sübutlarla birlikdə tədqiq olunur və bütün sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır. Məhkəmə ekspertizası fəaliyyəti - məhkəmə ekspertizasının təşkil edilməsi və aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan, verəcəyi rəy barədə məsuliyyət daşımasına dair xəbərdar edilən, məhkəmə eksperti şəhadətnaməsi almış şəxsdir. Ekspertin rəyi məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Məhkəmə ekspertizasının predmeti - məhkəmə ekspertizasının həll etdiyi məsələlər dairəsidir. Məhkəmə ekspertizası idarəsi - məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanıdır. Hazırkı işdən müəyən olunur ki, iddiaçı ünvan 6 ünvanda yerləşən 33,3 m2 sahədən ibarət yaşayış sahəsinin ön hissəsində sahəsi 15,7 m2 olan kafe kimi istifadə olunan ona məxsus qeyri-yaşayış sahəsinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını iddia etsə də, tələbində istinad etdiyi halları, yəni tikilinin ona məxsus olmasını, həmin sahənin cavabdehin qanunsuz sahibliyində olmasını sübuta yetirə bilmir. Araşdrıma zamanı isə iddiaçının hazırkı iddia tələbləri ilə müraciət etməsi üçün subyektiv hüququnun yaranmasına dair üç elementin məcmusu kimi qiymətləndirilə bilən öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququnun mövcud olması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Mühəndis-texniki ekspertizalar şöbəsinin ali texniki təhsilli, “tikinti-texniki obyektlərinin tədqiqi” ixtisası üzrə eksperti, 2011-ci ildən ekspert iş stajına malik olan, İ dərəcəli ədliyyə qulluqçusu A.Ə.Əliyevin tərtib etdiyi xx.xx.2026-cı il tarixli, 10/7759 saylı rəylə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş plan-sxemdə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzilin tərkib hissəsi kimi göstərilmiş bütün tikililərin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin möhürü ilə təsdiq edilmiş Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 26 avqust 2002-ci il tarixli texniki pasportda göstərilmiş və X11 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən tutulmadığı, faktiki olaraq, X11 özünün istifadəsində olduğu, eləcə də sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsinin texniki pasportda və çıxarışda göstərilən 15.7 kv.metr sahədən 1.5 kv.metr (17.2 kv.metr - 15.7 kv.metr) artıq olduğu, mübahisəli tikilinin texniki parametrlərinin Cavabdeh Cəlal qızının adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, RX seriyalı, ******* nömrəli çıxarış əsasında tərtib edilmiş texniki pasportun (iş vərəqəsi 212-217) məlumatlarına uyğun olması, ünvan 5 ünvanda yerləşən, İddiaçı məxsus olan qeyriyaşayış sahəsinin sağ tərəfində - küçə istiqamətində yerləşən (kafe kimi istifadə olunan) qəlyanaltı kimi istifadə olunan tikilinin texniki parametrlərinin X2 adına tərtib edilmiş texniki pasportun (iş vərəqəsi 220-226) məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan sübutlardan da sonra müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)67/2009 saylı qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə, X5, X6 qarşı «şəhadətnamənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma və həmin sahəyə icarə müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 fevral 2009-cu il tarixli 2(011)- 67/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 13 oktyabr 2009-cu il tarixli 2(102)-2861/2009 saylı qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə kollegiyasının 16 iyun 2009-cu il tarixli 2(103)-2376/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini alan məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamenti ilə X18 arasında 24 may 2000-ci ildə dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 542 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə görə departament ünvan 4 ünvanında sahəsi 12,5 kv.metr təşkil edən, Nəsimi rayon MKTB-nın balansında olan qeyri-yaşayış sahəsini kommersiya məqsədilə X2 müddətli istifadəsinə vermişdir. Müqaviləyə əsasən 12,5 kv.metr olan qeyriyaşayış sahəsinin 1 kv.m. illik icarə haqqı 19.000 manat olmaqla, illik icarə haqqının məbləği 783.750 manat məbləğində razılaşdırılmışdır. Müqavilənin müddəti 22 may 2000ci ildən 22 may 2001-ci ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən ünvan 9 ünvanda yerləşən, ümumi sahəsi 12,5 kv metrdən ibarət olan qeyri-yaşayış sahəsinə dair X2 adına 30 may 2000-ci il tarixdə 000449 saylı texniki pasport tərtib edilmişdir. X18 icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqını hər ay vaxtında icarəyəverənə ödəmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin 25 avqust 2000-ci il tarixli 155 saylı sərəncamı ilə təsdiq edilmiş 1 nömrəli Əlavəyə əsasən Bakı şəhəri üzrə icarəçilərə 100 faiz dəyəri ilə təklif olunan icarəyə verilmiş qeyri-yaşayış sahələrinin siyahısında ünvan 10 ünvanında 1 mərtəbəli binanın 1-ci mərtəbəsində X2 icarəsində olan 12,5 kv.metr qeyri-yaşayış sahəsinin 100 faiz dəyəri ilə satış qiyməti 3.250.000 manat müəyyən edilmişdir. X18 icarə müqaviləsi müddətində sənədlərini toplayaraq, icarəyə götürdüyü ünvan 9 ünvanında yerləşən Nəsimi rayon MKTB-nin balansında olan ümumi sahəsi 12,5 kv.metr olan qeyri-yaşayış sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi ilə X15 arasında bağlanmış 01 sentyabr 2000-ci il tarixli 138 saylı icarəyə verilmiş əmlakın alqı-satqısına dair müqavilə əsasında ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 12,5 kv.metr olan qeyri-yaşayış sahəsi tam dəyərlə 3.250.000 manata Ədalət Mehrəliyevə satılmışdır. Bundan sonra X10 dövlət əmlakının satılması haqqında 04 sentyabr 2000-ci il tarixli 000227 saylı şəhadətnamə verilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçı həmin sahənin onun qanuni istifadəsində olmasını təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir, İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 12,5 kv.metr olan qeyri-yaşayış sahəsinə heç bir hüququ yoxdur. İddiaçı mübahisələndirdiyi vanna otağının və sanitariya qovşağının yerləşdiyi 14,5 kv metr sahənin X18 və X9 heç bir aidiyyəti yoxdur. Tədqiq olunan sübutlardan daha sonra görünür ki, hədiyyə verən X16 ilə hədiyyə alan Cavabdeh arasında bağlanmaqla xx.xx.2017-ci il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 12,5 m2 olan qeyri-yaşayış sahəsini hədiyyə alana (bacısına) bağışlamış, ünvan 2 ünvanda yerləşən 12,5 m2 ümumi sahəsi olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 177 nömrəli reyestr kitabının 16644 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi «X19» MMC-nin 01 mart 2024-cü il tarixli 29 saylı mütəxəssis rəyinə kollegiya münasibət bildirib qeyd edir ki, mütəxəssis tədqiq etdiyi tikilinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən X5 verilmiş xx.xx.2000-ci il tarixli 000227 saylı şəhadətnamədə göstərilən 12,5 m2 sahəyə uyğun gəlmədiyini qeyd etsə də, bu hal mülki işdə olan bilə-bilə yalan rəy verməyə görə məsuliyyəti barədə xəbərdar edilmiş, məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanının ekspert olaraq rəy vermək səlahiyyəti olan ekspertinin rəyi, qanuni qüvvəsini alan məhkəmə aktları, tərəflərin özlərinin verdikləri izahatlarla təkzib olunur. Bu səbəbdən də, kollegiya tərtib olunan mütəxəssis rəyini, məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən dövlət orqanının eksperti tərəfindən verilən rəylə müqayisədə mötəbər, təkzib olunmaz sübut növü olaraq qiymətləndirilməməsi, iddiaçının ekspertin, mütəxəssislərin dindirilməsi, iş üzrə yerli baxış keçirilməsinə dair vəsatətini isə əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. İstinad olunanlara əsasən, kollegiya iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanması nəticəsinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(006)-798/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat Məhkəmə Ekspetizası Mərkəzinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5120/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5120/2025
23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver