Məhkəmə qərarları › İş №2(103)-5122/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5122/2022

02.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5122/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1, onun vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, sağlamlığa dəymiş zərərə görə 20.000 manat, maddi və mənəvi zərərə görə 30.000 manat, cəmi 50.000 manat Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı verilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı Cavabdeh1 barəsində yaydığı məlumatlar şərəf və ləyaqəti ləkələyən məlumatlar hesab edilsin, İddiaçı Cavabdeh1 üzr istəsin, maddi zərərə görə 5.000 manat, mənəvi zərərə görə 100.000 manat İddiaçı tutularaq X3 köçürülsün. Qətnamə ilə qət olunub ki, hər iki rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və ilk iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh1 və onun vəkili Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Cavabdeh2 MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin bir hissəsi – ilk iddianın rədd edilməsinə aid olan hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk iddia onunla əsaslandırılıb ki, İddiaçı səhhətində yaranmış problemə görə müalicə almaq üçün Cavabdeh2 MMC-də mama-ginekoloq işləyən Cavabdeh1 müraciət etmiş, Cavabdeh1 tərəfindən təyin edilmiş “Dufaston” preparatını uzun müddət qəbul etdiyinə və bununla da düzgün müalicə olunmadığına görə uşaqlığında “2G” bədxassəli şişin yaranması prosesi başlanmış, cərrahi əməliyyatla uşaqlığı götürülmüşdür. İddiaçı iddia edir ki, əgər Cavabdeh1 tərəfindən düzgün müalicə aparılsayıdı uşaqlığın götürülməsinə səbəb olan əməliyyata zərurət qalmayacaqdı. Birinci instansiya məhkəməsində icraat zamanı iki dəfə - ilkin və təkrar məhkəmə-tibbi ekspertiza keçirilib. Ekspertizaların keçirilməsində məqsəd İddiaçı sağlamlığında yaranmış problem ilə Cavabdeh1 ona təyin etdiyi müalicənin arasında səbəbli əlaqənin olub-olmadığını müəyyənləşdirmək olub. Təkrar ekspertizanın, yəni Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2022-ci il tarixli 149 nömrəli ekspert rəyinə görə İddiaçı xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də müayinə edilərkən ona qeyd edilən tarixlərdəki USM-fotoprintlərinə uyğun gələn düzgün diaqnoz qoyulmuşdur. İddiaçı həkim tərəfindən xx.xx.2019-cu tarixində 10 günlük, xx.xx.2020-ci tarixində 14 günlük “Dufaston” dərman preparatının təyin edilmişdir, bu uzun müddətli qəbul deyil, 10 və14 günlük “Dufaston”“2G” bədxassəli prosesə səbəb olacaq uzun müddətli hormonal müalicə deyildir. İddiaçı sağlamlığının hazırkı vəziyyəti onun xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 MMC-də aparılan müayinələrin düzgün həyata keçirilib-keçirilməməsi ilə hər hansı əlaqəsi yoxdur. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək polip, törəmə və ya şişin inkişaf etməsi həqiqətə uyğun sayıla bilməz, çünki xx.xx.2018-ci il tarixdən qeyd olunan proseslər inkişafa başlamış olsa da daha ağır nəticələrə gətib çıxarıb, limfodiseksiya kimi daha geniş həcmli əməliyyata səbəb olardı. İddiaçı 2018-ci ilin dekabr ayından xx.xx.2021-ci ilədək Cavabdeh2 MMC-də müayinə olunarkən ona endometriyanın hiperplaziyası diaqnozu təyin edilmişdir, bu cavab USM fotoprinterlərində öz təsdiqini tapmışdır. Bədxassəli proseslərin yaranma səbəblərinin bir çox nəzəriyyəsi var. Bu nəzəriyyələrdən ən çox ehtimal olunanı hormonal nəzəriyyə olsa da tam və dəqiq yaranma səbəbləri tibbə məlum deyil. xx.xx.2021-ci ildə Cavabdeh2 MMC-də aparılmış müayinənin nəticəsində xəstəyə endometriyanın hiperplaziyası və sol yumurtalığın follikulyar kistası diaqnozu qoyulmuş, USM printlərdə diaqnoz öz əksini tapmışdır. Cavabdeh2 MMC-nin ambulator kartasında Cavabdeh1 tərəfindən aparılmış qeyddən məlum olur ki, pasientə uşaqlıq boşluğunun diaqnostik qaşıntısı təyin olunmaqla “Milli Onkologiya Mərkəzi”nə onko-ginekoloqa yönləndirilmişdir. Təkrar ekspertizanın rəyi kifayət qədər əsaslandırılıb, bir daha təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur. Mülki Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Cavabdeh2 MMC-də ginekoloq Cavabdeh1 tərəfindən aparılan müalicə zamanı İddiaçı sağlamlığına zərər vurulması müəyyən olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21, 1096, 1097 və 1112-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, ilk iddiaya aid olan hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar