Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5124/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümyəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən "Mercedes Benz CDİ E 270” markalı avtomobilin dəyəri olan 15000 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 411/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsi (iş.səh.9),Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9726/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi (səh.15) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 329.2, 390.1, 675, 700.3; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4. 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş üzrə iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməsə də, cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Çünki tərəflərin arasında göstərilən məzmunda şifahi formalı kirayə müqaviləsinin də bağlandığını iddiaçı tərəfin izahatından başqa təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə yalnız iddiaçı tərəfin izahatına əsaslanaraq tərəflərin arasında kirayə münasibətinin mövcud olduğunu müəyyən edə bilməz və cavabdehin üzərinə 15000 manat kirayə (icarə) haqqı ödəmək vəzifəsi qoya bilməz. Belə ki, mülki işdə kirayə (icarə) münasibətinə dair heç bir sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar sübüt olunmadığından, iddia tələbi təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində mülkiyyətində olan “Mercedes Benz CDİ E 270” markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini aylığı 300 manat müqabilində istifadə etmək üçün Cavabdeh kirayəyə vermişdir. Avtomobili idarə etmək üçün Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində xüsusi notariat kontorunda təsdiqlənmiş xx xxxxxx 2016-cı il tarixli, 7E/33880 reyestr nömrəli etibarnamə və avtomobilin texniki pasportunu vermişdir. Cavabdeh şifahi razılaşmanın tələblərini pozduğundan notariat kontoruna ünvanladığı xx xxxxxx 2017-ci il tarixli ərizə əsasında avtomobili idarə etmək üçün cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Etibarnamənin ləğv olunması barədə cavabdehə məlumat versə də, sonuncu avtomobili qaytarmaqdan imtina etmişdir. Avtomobilin saxlanması və qaytarılması üçün Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X7 müraciət etsə də heç bir nəticə əldə olunmamışdır. Ona görə avtomobilin qaytarılması ilə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı məlum oldu ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixdə 29 saylı notariat kontorunda 7E-11386 reyest nömrəli saxta etibarnamə alaraq (guya həmin etibarnaməni ona vermişdir) avtomobili X1. Məhkəmədə belə bir etibarnamə vermədiyini bildirdiyindən məhkəmə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin etdi və ekspert qarşısında xx xxxxxx 2016-cı il tarixli 29 saylı notariat kontorunda təsdiq olunmuş 7E-11386 reyest nömrəli etibarnamədəki imzanın onun tərəfindən icra edilib-edilməməsi barədə sual qoydu. ƏN MEMM-in xx xxxx 2018-ci il tarixli 4334 nömrəli rəyi ilə müəyyən olundu ki, həmin etibarnamıədəki imza onun tərəfindən icra olunmamışdır. Beləliklə, mülkiyyətində olan avtomobilin üçüncü şəxsə saxta etibarnamə əsasında satılması məhkəmədə öz təsdiqini tapdı. Məhkəmə xx xxxx 2018-ci il tarixli, 2(001)-411/2018 saylı qətnaməsi ilə iddianı rədd etdi. İddianın rədd olunmasına əsas isə X4 vicdanlı alıcı olması oldu. Eyni zamanda məhkəmə iş üzrə xüsusi qərardad çıxararaq təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məsələsi həll olunması üçün qərardadı prokurorluğa göndərdi. Binəqədi RPİ İŞ-də Cavabdeh cinayət məsuliyyətinə cəlb olundu. Bir müddət sonra iş aidiyyatı üzrə araşdırılması üçün Qaradağ RPİ-yə göndərildi. Məlum olur ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə işin icraatına xitam verilmişdir. Binəqədi Rayon Məhkəməsi həmçinin xx xxxx 2018-ci il tarixli, 2(001)-411/2018 saylı qətnaməsində qeyd etmişdir ki, avtomobil vicdanlı əldə edəndə olduğundan onun geri qaytarılması mümkünsüzdür. Belə olan halda ona izah olunmuşdur ki, yalnız avtomobilin dəyərini tələb edə bilər. O, Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya məhkəməsi xx xxxxxx 2018-ci il tarixli, 2(103)-9726/2018 saylı qətnamə ilə apellyasiya şikayətimi təmin etmədi. Apellyasiya məhkəməsi qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edir ki, alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla, səlahiyyəti olmayan şəxslər tərəfindən bağlanıldığından və iddiaçının razılaşdırılmış iradə ifadəsini ifadə etməsə də, İddiaçı tərəfindən həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələb edilmədən, həmin avtomobilin digər üçüncü şəxsin mülkiyyətində olmasına baxmayaraq cavabdeh tərəfindən ona geri qaytarılmasını tələb etmək düzgün deyildir. Buna görə də pul tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon məhkəməsinə iddia ərizəsi təqdim edib. Məhkəmə iclası zamanı cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, ona 9000 manat borcu vardır. Lakin, buna baxmayaraq məhkəmə iddianı rədd etmişdir. Məhkəmə iddianı rədd etmək üçün qeyd edir ki, iddiaçı öz iddiasının əsasını sübut edə bilmir. Məhkəmə anlamamışdır ki, iddiasının sübutu Binəqədi Rayon Məhkəməsi xx xxxx 2018-ci il tarixli, 2(001)-411/2018 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-9726/2018 saylı qətnamələrdir. Həmin qətnamələrlə hər iki instansiya məhkəməsi qeyd etmişdir ki, artıq avtomobili tələb etmək hüququ yoxdur. Ona görə ki, artıq vicdanlı alıcı vardır. Hər iki qətnamə ilə izah olunmuşdur ki, avtomobilə ödədiyi pulu tələb edə bilər. O da həmin qətnamələrə əsasən pulunu tələb etmişdir. Birinci instansiya məhkəməsi isə həmin qətnamələrlə sübut olunmuş halların əksinə qətnamə qəbul etmişdir ki, bu da hüquq normalarının pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin 9000 manat borcunun olduğunu etiraf etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-411/2018 saylı mülki işi üzrə xx.xx.2018-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9726/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində xx xxxxxx 2016-cı ıl tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı adından xx xxxxxx 2016-cı il tarixli, 7E-11386 reyest nömrəli etibarnaməyə əsasən Cavabdeh “Mercedes Benz CDİ E 270 markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili 9000 manat məbləğinə alıcı X2 qeyd edilmişdir. Qətnamələrlə xx xxxxxx 2016-cı il tarixdə 29 saylı notariat kontorunda 7E-11386 reyest nömrəli etibarnamənin saxta olduğu (ƏN MEMM-in xx xxxx 2018-ci il tarixli 4334 nömrəli rəyi ilə etibarnamıədəki imzanın iddiaçı tərəfindən icra olunmadığı) müəyyən edilmişdir (səh.9,15). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324,359,360.362, 385-388, 560; MPM-in 77, 80- 82, 88, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt üzrə xəbərsiz satılan mülkiyyətində olan avtonəqliyyat vasitəsinin dəyərinin tələb etdiyi məqamda məhkəmə belə bir tələb olmayan icarə haqqı tələbi üzrə nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə mübahisəli münasibətlərə aidiyyəti olmayan əsaslarla əhatə edildiyindən kökündə əsassızdır. İddia tələbinə dair diqqətə çatdırılmalıdır ki, iddiaçının cavabdehə qarşı təlbinin əsasları mövcud olsada tələbdə qeyd edilən məbləğin əsasları tam sübuta yetirilmir. Cavabdehin iddiaçının adından sonuncuya məxsus avtonəqliyyat vasitəsinin saxtalaşdırılmış etibarnamə əsasında hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəticəsində 9000 manata satılması məhkəmə qərarları ilə müəyyən edilən haldır. Mülki qanunvericiliyin müddəalarına əsasən qeyd edilməlidir ki, iddiaçının (təmsil edilənin) adından əqdi bağlayan cavabdehin (təmsilçinin) iddiaçının (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmamış (bu səlahiyyət aşılmış), iddiaçı (təmsil edilən) əqdi sonradan bəyənmədiyindən, təmsilçidən həmin əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsini təsdiq edən sübutlar təqdim edilmədiyindən kollegiya mövcud sübutlar əsasında qətnamə qəbul etməkdə haqlıdır. Ona görə İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası və birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilməklə, Cavabdeh tərəfindən 9000 (doqquz min) manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsi təmin edilməli, qalan hissədə iddia (tələbinin sübuta malik dəlilləri mövcud olmadığından) rədd edilməlidir. Kollegiya hesab edir ki, tələb olmadığından məhkəmələrə müraciətlərlə bağlı dövlət rüsumları qismində ödənilən məhkəmə xərcləri iddiaçıya aid olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-766/2020 saylı işi üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh tərəfindən 9000 (doqquz min) manat məbləğində pul vəsaiti İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5124/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5124/2020
24.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver