Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5124/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(010)-32/2024 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs (bundan sonra- üçüncü şəxs) Bank "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 35 saylı Notariat Ofisinə və müstəqil tələb irəli sürülməyən üçüncü şəxslər olan Bank "xxxx" ASC-yə və Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri 35 saylı Notariat ofisinin xüsusi notariusu cənab Cahid Məmmədov tərəfindən 10 sentyabr tarixdə aparılmış və reyestrdə 8İ-5442 nömrə ilə qeyd edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(010)-32/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Üçüncü şəxs Bank "xxxx" ASC tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, üçüncü şəxs Bank "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərkən müddət ötürülmüşdür. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən göründüyü kimi, üçüncü şəxs Bank "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə3 sistemə proses iştirakçısı kimi daxil edilmiş və onun elektron kabineti var. Məhkəmə tərəfindən qətnamə üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə3 elektron kabinetinə xx.xx.2024-cü ildə saat 17:31-də yerləşdirilmişdir. Apellyasiya şikayəti üçüncü şəxs tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü ildə verilmiş, bununla da apellyasiya şikayətinin verilməsi müddəti ötürülmüş, müddət bərpası barədə ərizə olsa da, buna məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2, 135.3-cü və 136.6-cı və 136.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmçinin iş materiallarından görünür ki, müstəqil tələb irəli sürəyən üçüncü şəxs Bank "xxxx" ASC-nin adından apellyasiya şikayətini X5 imzalasa da, onun həmin apellyasiya şikayətini imzalamaq səlahiyyətini müəyyən edən sənəd apellyasiya şikayətinə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən i ddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, X2 üçüncü şəxs Bank "xxxx" ASC-nin adından apellyasiya şikayətini imzalamağa hüququ olmamışdır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda Azərbaycan Respublikası MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş həmin şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verdilyindən və onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-364, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 2(010)-32/2024 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bank "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-5124/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5124/2024
12.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver