Məhkəmə qərarları › İş №2(103)-5130/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5130/2024

26.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5130/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ şikayət verən şəxs X1 şikayəti üzrə QƏRARDADİ (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(002)- 2581/2024 nömrəli qərardadından X1 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X3 iddia ərizəsi ilə müraciət edərək, Qaradağ rayon İcra Şöbəsinin rəsi Azər Paşayevin barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyevin onun barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon Polis İdarəsinin polis kapitanı Semral İbayevin həmin icra işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xətai rayon ərazisində əməliyyat keçirməsi, 4 nəfərlə onu saxlayıb Qaradağ rayon İcra şöbəsinə gətirməsi hərəkətlərinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(002)- 2581/2024 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciət edən şəxs şikayətini elektron qaydada iddia ərizəsi formatında vermiş, lakin iddia ərizəsində iddiaçı və cavabdeh barədə məlumatlar heç bir məlumat qeyd edilməmişdir. Nəticədə cavabdehin (cavabdehlərin) harada yaşaması barədə sübutlar, müvafiq orqanlardan arayış təqdim edilməmiş, eyni zamanda “AZEMİS” elektron məhkəmə sistemində cavabdehin şəxsiyyət vəsiqəsinə dair heç bir məlumat aşkar edilmədiyindən işin aidiyyətini müəyyənləşdirmək mümkün olmur.

4. Həmin qərardaddan X3 şikayət verərək ləğv olunmasını xahiş etmişdir

5. Şikayətin dəlillərinə görə, X3 2005-ildən 2014-cü ilədək ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də əvvəlcə fəhlə, sonra ekspeditor paylayıçı və s. vəzifəsində olmuşdur. 2014-cü ildə MMC-ti rəhbərliyinin qanunsuz hərəkətlərinə və işçilərlə pis rəftarına görə ərizə yazıb MMC-ni tərk etmişdir. MMC-nin rəhbərliyi qaimə fakturalardakı imzaları saxtalaşdıraraq adına mal-material kəsiri yazmış, MMC-nə borclu etmək üçün cinayət əməli törədərək saxtakarlıq hərəkətləri etmişlər. Şirvan Kommersiya məhkəməsi xüsusi qərardad qəbul edərək araşdırılması üçün Xətai rayon prokurorluğuna göndərmişdir. Xətai rayon məhkəməsi bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları ləğv edərək materialı araşdılması Xətai rayon Prokuorluğuna qaytarmışdır. Bütün bunlar məhkəmə sənədləri ilə öz təsdiqini tapsa da, məhkəmə həmin saxta sənədlər əsasında tələbkarın xeyrinə qətnamə qəbul etmiş, iş üzrə icra vərəqəsi əvvəlcə qeydiyyatda olduğu Cəbrayıl rayonu İcra və Probasiya Şöbəsinə, sonra isə Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. 12 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Konstitusiya məhkəməsinə Konstitusiya şikayəti vermiş və şikayətin surətini Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahvetdiyevə vermişdir. Sonra etibarnaməyə əsasən nümayəndəsi bir neçə dəfə Qaradağ rayon İcra Şöbəsinə gedərək icra işi ilə tanış olmaq, icra vərəqəsinin surətini əldə etmək, icraata başlamaq haqqında qərarı götürmək, müvafiq sənədlərin surətini əldə etmək istəsə də, icra məmuru Asif Allahverdiyev müxtəlif bəhanələrlə aradan çıxmış, sənədləri verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin məktubunu iki dəfə Qaradağ rayon İcra şöbəsinə təqdim etsək də, rəis Azər Paşayev və icra məmuru Asif Allahverdiyev barəsində olan icra işini dayandırmaq əvəzinə, icra işini davam etdirmişdir. Beləki icra məmuru qanunsuz hərəkətlər edərək, vəzifə səlahiyyətlərini aşaraq hüquqlarını kobudcasına pozmuş və məhdudlaşdırmışdır. Heç bir qanuni əsas olmadan icra məmuru barəsində “başqa yerə getməmək haqqında” təqdimatla Qaradağ rayon məhkəməsinə müraciət etmiş, hakim K.Əsədova yalan məlumatlar verərək qərardad əldə etmişdir. İcra Məmuru onun ünvanında heç vaxt olmamış və heç bir vasitə ilə məlumat verməmişdir. Qaradağ rayon İcra Şöbəsinin rəisi-Azər Paşayev əvəllər işlədiyi Xətai rayon İcra şöbəsi ilə əlaqəli olduğuna görə Xətai rayon İcra şöbəsində baş verənlərə və 19 iyul 2024-cü il tarixdə saxlama-gətirmə əməliyyata bilavasitə rəhbərlik etmişdir. İcra rəisi X9 rayon İcra Şöbəsinə rəhbərlik etdiyi dövrdə "xxxx" MMC-nə qarşı olan digər işin icraatı qanunsuz olaraq dayandırılmış, dövlətə külli miqdarda ziyan vurulmuşdur. "xxxx"ASC -Əmanətlərin Sığortalanması Fondu və borclu "xxxx" MMC-i ilə məhkəmə mübahisəsi məhkəmədə uduzmaları ilə nəticələnmiş, mülki mübahsə iş Ali Məhkəməyə qədər gedib çıxmış, sonda məhkəmə 6 milyon tələbi onların M.Hadi küçəsi 21 ünvanında yerləşən əmlakına yönəltmişdir. Xətai rayon İcra Şöbəsinin hərəkətsizliyinə görə üzərində həbs-qadağası olan məhkəmə qərarı ilə icraya yönəldilmiş əmlak hissələrə bölünüb satılmış,dövlətə külli miqdarda maddiziyan vurulmuş, gələcəkdə icra işi üzrə icranın həyata keçrilməsi münkünsüz edilmişdir. 19 iyul 2024-cü il tarixdə saat 16:00 radələrində Qaradağ rayon İcra Şöbəsinin rəisi Azər Paşayevin göstərişinə əsasən icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Asif Allahverdiyev və Qaradağ rayon polis İdarəsinin polis kapitanı Semral İbayev özbaşınalıq və vəzifə səlahiyətlərini aşaraq 4 nəfər polis əməkdaşı ilə birgə onu Xətai rayon məhkəməsinin inzibati binasının (M.Hadi küçəsi 51) qarşısında saxlayaraq polis avtomobili ilə Qaradağ rayon İcra Şöbəsinə gətirmişlər. İcra məmuru arxa tarixə icra hərkətləri edərək təkidlə izahat almış 19 iyul 2024-cü ildə 11 iyul 2024-cü il tarixli çağırış vərəqəsini verərək azad etmişdir. Göründüyü kimi, Şərifov qardaşları xx.xx.2024-cü ildə Xətai rayon məhkəməsində məhkəmə prosesi olacağını əvvəlcədən bildiklərinə və əvvəllər Xətai rayon İcra şöbəsinin rəisi vəzifəsini icra etmiş X10 adlı vəkili vasitəsi ilə plan quraraq onu məhkəmənin qarşısında həbs etdirərək Qaradağ rayon İcra şöbəsinə gətizdirmişdir. Göründüyü kimi 19 iyul 2024-cü ildə barəsində təşkil edilmiş qanunsuz hərəkətlərə bilavasitə rəhbərlik və iştirak etmiş şəxslərin hər biri cəzalandırılmalıdır. xx/xx- 94531/11nömrəli icra işi üzrə İcra Şöbəsinin rəisi Azər Paşayevin hərəkətləri məhkəmə nəzarəti qaydasında qanunsuz hesab olunmalı, barəsində xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəsi X7 göndərilməlidir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru Asif Allahverdiyev tutduğu vəzifədən azad edilməsi üçün barəsində xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Rəisi, X7 göndərilməlidir. Qaradağ rayon Polis İdarəsinin polis kapitanı Semral İbadov vəzifə səlahiyyətlərini aşdığına,qanuni əsaslar olmadan (başqa rayon ərazisində) Xətai rayon ərazisində əməliyyat keçirib onu məhkəmə qarşısında saxlayıb Qaradağ rayon İcra şöbəsinə gətirdiyinə, qanunsuz əməliyyata əlavə 4 nəfər polis əməkdaşı cəlb etdiyinə görə vəzifə uyğunsuzluğu məsələsinə baxılması üçün barəsində xüsusi qərardad qəbul edilib Azərbaycan Respublikası DİN-nə göndərilməlidir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(002)- 2581/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: Maddə 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Maddə 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; Maddə 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Maddə 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi səhvən ərizəni mülki icraat çərçivəsində verilən iddia ərizəsi kimi qyimətləndirərək ünvanlar qeyd olunmadığına görə qaytarılması qənaətinə gəlmişdir.

9. Ərizənin məzmunundan görünür ki, müraciət “ərizə”, “iddia ərizəsi” formasında deyil, “Məhkəmə nəzarəti qaydasında şikayət” formasında verilmiş, X3 öz statusunu da ərizədə “şikayət verən şəxs” kimi qeyd etmişdir və tələb 3 hissədən ibarətdir: Qaradağ rayon İcra Şöbəsinin rəsi Azər Paşayevin barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru Asif Allahverdiyevin onun barəsində olan icra işi ilə əlaqədar hərəkətlərinin qanunsuz hesab olunması, Qaradağ rayon Polis İdarəsinin polis kapitanı Semral İbayevin həmin icra işi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Xətai rayon ərazisində əməliyyat keçirməsi, 4 nəfərlə onu saxlayıb Qaradağ rayon İcra şöbəsinə gətirməsi hərəkətlərinin qanunsuz hesab olunması.

10. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi müraciəti iddia ərizəsi kimi qiymətləndirməməli, bu müraciətə inzibati icraat, yaxud icra icraatı qaydasında baxılmalı olduğunu araşdırmalı, mülki icraat qaydasında baxılmalı olub – olmaması məsələsinə aydınlıq gətirməli idi. Çünki, tələblərdən ikisi icraatda olan icra sənədi ilə bağlı icra məmurunun və icra şöbəsinin rəisinin hərəkətlərinin, biri isə polis əməkdaşının hərəkətləri ilə bağlıdır.

11. Birinci instansiya məhkəməsi qeyd olunan məsələlər araşdırıldıqdan sonra müraciətə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması qənaətinə gələrsə, MPM-nin tələblərinə əsasən işə hansı icraat qaydasında baxılmalı olması və ya hansı orqana müraciət etməli olduğunu ərizəçiyə izah etməli idi.

12. Lakin məhkəmə qeyd olunan halları araşdırmadan iddia ərizəsinin geri qaytarılması ilə bağlı qərardad qəbul etmişdir.

13. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, qərardad qanuni və əsaslı deyildir, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilməli, iş şikayətə yenidən, qərardadın təsviri hissəsində göstərilən xüsusatlar nəzərə alınmaqla baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir

14. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(002)- 2581/2024 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, e-2(002)- 2581/2024 nömrəli qərardadı ləğv edilsin və X1 ərizəsinin mümkünlük məsələsinin yenidən yoxlanılması üçün iş materialları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar