Məhkəmə qərarları › İş №2(103)-5131/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5131/2024

15.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5131/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin və borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(003)- 1278/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13 oktyabr 2017-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman abonent tərəfindən yeraltı gedən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

2. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 13 oktyabr 2017-ci il tarixli ******* saylı akt əsasında 1251 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

3. 17 noyabr 2017-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman abonent tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

4. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 17 noyabr 2017-ci il tarixli ******* saylı akt əsasında 168 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

5. 18 yanvar 2018-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman abonent tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

6. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 18 yanvar 2018-ci il tarixli ******* saylı akt əsasında 5618 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

7. 21 fevral 2018-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman abonent tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

8. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 21 fevral 2018-ci il tarixli ******* saylı akt əsasında 2714 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

9. 15 mart 2018-ci il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktın surətindən görünür ki, ünvana baxış keçirilən zaman abonent tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi aşkar edilmişdir.

10. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 15 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 1756 m3 həcmində dəymiş ziyan hesablanmışdır.

11. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 27 oktyabr 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. Həmin müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0,10 manat məbləğində müəyyən edilmiş və hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istahlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

12. Cavabdehin adına olan abonent saldosundan (abonent kodu **********00570) görünür ki, cavabdehin abonent hesabına akt əsasında 2017-ci ilin oktyabr ayında 250,20 manat, noyabr ayında 33,60 manat, 2018-ci ilin yanvar ayında 1123,60 manat, fevral ayında 542,80 manat, mart ayında 351,20 manat, aprel ayında 346,40 manat, may ayında 72,20 manat, iyun ayında 115,20 manat, iyul ayında 133,20 manat, avqust ayında 133,20 manat, sentyabr ayında 133,20 manat, oktyabr ayında 66,60 manat, noyabr ayında 142,20 manat, dekabr ayında 142,20 manat, 2019-cu ilin fevral ayında 284,40 manat, mart ayında 142,20 manat, aprel ayında 142,20 manat, may ayında 32,40 manat, iyun ayında 32,40 manat, iyul ayında 32,40 manat, avqust ayında 32,40 manat, sentyabr ayında 32,40 manat, oktyabr ayında 32,40 manat, noyabr ayında 133,20 manat, dekabr ayında 295,20 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 49,20 manat, aprel ayında 541,20 manat, may ayında 194,40 manat, iyun ayında 194,40 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 194,40 manat, oktyabr ayında 194,40 manat, noyabr ayında 295,20 manat, dekabr ayında 295,20 manat, 2021-ci ilin yanvar ayında 295,20 manat, dekabr ayında 1836 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 669,60 manat, aprel ayında 669,60 manat, may ayında 362,88 manat, iyun ayında 362,88 manat, iyul ayında 362,88 manat, avqust ayında 362,88 manat, sentyabr ayında 362,88 manat, noyabr ayında 1468,80 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 734,40 manat, mart ayında 734,40 manat, aprel ayında 734,40 manat, may ayında 362,88 manat, iyun ayında 362,88 manat, iyul ayında 181,44 manat, avqust ayında 181,44 manat, sentyabr ayında 181,44 manat, oktyabr ayında 246,24 manat, noyabr ayında 306,72 manat zərər hesablanmışdır.

13. Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, iş üzrə 2017 və 2018-ci il tarixlərdə tərtib edilmiş aktlar üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 21542,90 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat, ödənilmiş 155,83 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 22098,73 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 20 noyabr 2017-ci il tarixində 03-415 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00570 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında 2017-ci il üzrə 2 akt olmaqla cəmi 283,8 manat, 2018-ci il üzrə 12 akt olmaqla cəmi 3302 manat, 2019-cu il üzrə 11 akt olmaqla cəmi 1191,60 manat, 2020-ci il üzrə 12 akt olmaqla cəmi 2937,60 manat, 2021-ci il üzrə 2 akt olmaqla cəmi 2131,20 manat, 2022-ci il üzrə 11 akt olmaqla cəmi 6652,80 manat, 2023-cü il üzrə 11 akt olmaqla cəmi 4760,64 manat ümumilikdə 21259,64 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 283,26 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 21542,90 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(003)- 1278/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh dəymiş maddi ziyana görə 1000 manat, qazdan istifadəyə görə yaranmış 283,26 manat borc və ödənilmiş dövlət rüsumuna görə 32,83 manat tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 123 manat hissəsi iddiaçının özünə aid edilməsi qət edilmiş, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

17. Qətnamənin əsaslarına görə mülki mübahisənin yaranmasına səbəb cavabdeh İddiaçı tərəfindən tərtib edilmiş aktların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktların tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Bundan başqa yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bu barədə akt tərtib edilməli və aktın 1 (bir) nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə göndərilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq istehlakçıdan tələb etməlidir. Hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan aşağı olduğundan cavabdeh inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün aktların surətini EN-ə göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi. Həmçinin iddia ərizəsində qeyd edilən 2019, 2020, 2021, 2022 və 2023-cü il tarixlərinə aid olan aktlar və tələbnamələr ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən həmin aktlar əsasında da yazılmış borclar cavabdehdən tutula bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal cavabdehin sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh həmin hissədə etirafedici izahat verməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halın iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, etiraf olunan məbləğdən başqa, aktın tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin aktlar əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə müəyyən edilmiş halı nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya 1000 manat dəyərində zərər dəymişdir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, hazırki mülki işdə iddia müddəti 2017 və 2018-ci illərin aktları ilə bağlı tələblər qüvvəsini itirmişdir. Belə ki, mülki iş materiallarına əlavə edilən rəsmi sənədlərlə təsdiq edilir ki, işəgötürən hüquqlarının pozulmasını aktlar tərtib edilən zaman bilirdi. İddiaçı tərəfindən iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə, yəni hüquqlarının pozulduğunu bildiyi gündən təxminən, müvafiq olaraq 7 və 6 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın debitor borc hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh onun ünvanına quraşdırılmış sayğac vasitəsilə İddiaçı İB tərəfindən verilmiş təbii qazı istehlak etmiş və nəticədə istehlak edilmiş təbii qazın dəyəri üzrə ödənilməli borc məbləği 283,26 manat təşkil etmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 372, 377, 551.2.1-ci maddələrinə, “X3nın” 1.1, 1.3, 1.4, 3.4.1, 6.5, 6.6, 6.7, -ci bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı İB qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin rədd edilən hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Şikayətin dəlillərinə görə, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Belə ki, məhkəmə vurulmuş ziyanın cavabdeh tərəfindən olmadığını qeyd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Həmçinin məhkəmə alqı-satqı müqaviləsini və mülki işə əlavə edilmiş arayış əsas gətirərək iddialarını rədd etmişdir. Qeyd etmək istəyir ki, iddiaçı təşkilat heç bir mülkiyyətin sonrakı mülkiyyətçisini müəyyən etmək qabiliyyətində və səlahiyyətində deyil. Bu da özlüyündə ziyanın bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq etməkdədir. Bununla yanaşı cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, buna dair heç bir sənəd təqdim edə bilməmişdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Belə ki, tərtibolunmuş aktlardan və sayğacın quraşdırlması katlarından görünür ki, cavabdeh uzun müddət sayğacsız istifadə etməkdədir. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuşzərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə cavadehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edilən kimi cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Məhkəmə qətnamədə qeyd olunan halları sübut edilməsi ilə qanunvericiliyin tələbləri ilə məhkəməyə verilmiş imkanlar vasitasilə iş üzrə obyektivliyi həqiqiliyi müəyyən edə bilərdi. Qeyd etmək istəyir ki, hakim tam əsaslı olaraq verdiyi iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq tam təmin etmədiyini öz qərarında bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: (01 may 2022ci il tarixən sonra qüvvədə olan redaksiyada) Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 aprel 2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti ilə qətnamənin qismən –iddia tələbinin təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddia üzrə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddianın təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddianın təmin olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

32. Apellyasiya şikayətində məhkəmənin hansı maddi və prosessual hüquq normasını düzgün tətbiq etməməsi, işin hansı hallarının məhkəmə tərəfindən qiymətləndirilməməsi və digər əsaslar konkret olaraq göstərilməmiş, şikayət digər oxşar işlər üzrə İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətləri ilə eyni məzmunlu olmaqla şablon xarakterlidir.

33. Lakin buna baxmayaraq məhkəmə kollegiyası məhz iddianın rədd olunması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini aşağdakı istinamətdə yoxlanılmasını zəruri hesab edir.

34. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 25 fevral 2022-ci il tarixdə təsdiq olunmuş və bu Qanun 01 may 2022-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Həmin qanunla aqağıdakı norma əlavə olunmuşdur: Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

35. Məhkəmə kollegiyası aktların tarixlərinin bir hissəsinin bu normanın qüvvəyə minməsinə qədər, bir hissəsinin isə bundan sonra olmasını nəzərə alaraq bu istiqamətdə araşdırma apararaq qeyd edir ki, cavabdehin abonent hesabına akt əsasında 2017-ci ilin oktyabr ayında 250,20 manat, noyabr ayında 33,60 manat, 2018-ci ilin yanvar ayında 1123,60 manat, fevral ayında 542,80 manat, mart ayında 351,20 manat, aprel ayında 346,40 manat, may ayında 72,20 manat, iyun ayında 115,20 manat, iyul ayında 133,20 manat, avqust ayında 133,20 manat, sentyabr ayında 133,20 manat, oktyabr ayında 66,60 manat, noyabr ayında 142,20 manat, dekabr ayında 142,20 manat, 2019-cu ilin fevral ayında 284,40 manat, mart ayında 142,20 manat, aprel ayında 142,20 manat, may ayında 32,40 manat, iyun ayında 32,40 manat, iyul ayında 32,40 manat, avqust ayında 32,40 manat, sentyabr ayında 32,40 manat, oktyabr ayında 32,40 manat, noyabr ayında 133,20 manat, dekabr ayında 295,20 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, fevral ayında 295,20 manat, mart ayında 49,20 manat, aprel ayında 541,20 manat, may ayında 194,40 manat, iyun ayında 194,40 manat, iyul ayında 194,40 manat, avqust ayında 194,40 manat, sentyabr ayında 194,40 manat, oktyabr ayında 194,40 manat, noyabr ayında 295,20 manat, dekabr ayında 295,20 manat, 2021-ci ilin yanvar ayında 295,20 manat, dekabr ayında 1836 manat, 2022-ci ilin yanvar ayında 648 manat, fevral ayında 648 manat, mart ayında 669,60 manat, aprel ayında 669,60 manat, may ayında 362,88 manat, iyun ayında 362,88 manat, iyul ayında 362,88 manat, avqust ayında 362,88 manat, sentyabr ayında 362,88 manat, noyabr ayında 1468,80 manat, dekabr ayında 734,40 manat, 2023-cü ilin yanvar ayında 734,40 manat, fevral ayında 734,40 manat, mart ayında 734,40 manat, aprel ayında 734,40 manat, may ayında 362,88 manat, iyun ayında 362,88 manat, iyul ayında 181,44 manat, avqust ayında 181,44 manat, sentyabr ayında 181,44 manat, oktyabr ayında 246,24 manat, noyabr ayında 306,72 manat zərər hesablanmışdır. Yəni, 2017-ci il üzrə 2 akt olmaqla cəmi 283,8 manat, 2018-ci il üzrə 12 akt olmaqla cəmi 3302 manat, 2019-cu il üzrə 11 akt olmaqla cəmi 1191,60 manat, 2020-ci il üzrə 12 akt olmaqla cəmi 2937,60 manat, 2021-ci il üzrə 2 akt olmaqla cəmi 2131,20 manat, 2022-ci il üzrə 11 akt olmaqla cəmi 6652,80 manat, 2023-cü il üzrə 11 akt olmaqla cəmi 4760,64 manat ümumilikdə 21259,64 manat zərər hesablanmışdır.

36. MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

37. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsində yalnız 5 akt təqdim olunmuş, məhkəmə tərəfindən də düzgün olaraq məhz həmin aktlar araşdırılaraq hüquqi qiymət verilmişdir: 13 oktyabr 2017-ci il tarixli, ******* saylı, 17 noyabr 2017-ci il tarixli, ******* saylı, 18 yanvar 2018-ci il tarixli, ******* saylı, 21 fevral 2018-ci il tarixli, ******* saylı, 15 mart 2018-ci il tarixli, ******* saylı aktlar.

38. Birinci instansiya məhkəməsi tərəfindən həmin aktlar üzrə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınaraq müddət keçdiyindən iddia həmin hissədə rədd olunmuşdur.

39. İddiaçı tərəfindən iddianın əsası kimi istinad olunan aktlar nəinki birinci instansiya məhkəməsinə təqdim olunmamış, bu əsasla iddia təmin olunmadıqdan sonra onun tərəfindən verilmiş apellyasiya şikayətinə də həmin aktlar əlavə edilməmişdir. Halbuki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmış və sübutları təqdim etmək imkanı olmuşdur.

40. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddianın əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyinə görə birinci instansiya məhkəməsinin iddianın rədd olunan hissəsində gəldiyi qənaət əsaslı olmuşdur.

41. 01 may 2022-ci il tarixdən qanuni qüvvəyə minmiş dəyişiklik nəzərə alındığı təqdirdə, iddiaçının həmin tarixdən sonra tərtib olunmuş aktlara əsasən zərəri tələb etmək hüququ belə yaranmır. Çünki, “X3”nın 6.5-ci bəndində qaz paylayıcının məhz aşağıdakı proseslər həyata keçirildikdən sonra vurulmuş zərərin əvəzini istehlakçıdan tələb etmək hüququnun yaranması qeyd olunmuşdur: - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır; - sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. - istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

42. Lakin iddiaçı tərəfindən bu barədə də sübut təqdim olunmadığından məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə həmin dövr üçün iddiaçının zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır.

43. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(003)- 1278/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2(003)- 1278/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar