Məhkəmə qərarları › İş №2(103)-5136/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5136/2022

22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5136/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı “dəymiş maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(**3)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulan zərərdən ödənməmiş 4110 manatın və mənəvi zərər kimi 5**0 manatın, cəmi 9110 manat pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə saat 16:40-da Z.Bünyadov prospektində hərəkətdə olarkən Cavabdeh1 Huseynağa oğlunun idarə etdiyi Ford-fronzit ** JN *** dövlət nömrə nişanlı avtomaşın ona məxsus Toyota Kamri ** SR *** nomrəli avtomaşınını vurub əzməklə özünü də xəsarətləndirmişdir. Cavabdeh sürücü və avtomaşının mülkiyyətçisi şirkət sahibi, yəni cavabdehlər əvvəlcə ona vurduqları zərəri ödəyəcəkləri barədə söz versələr də, sonra sözlərinə əməl etməmişlər. Cavabdeh2-nin direktoru Günel Məcidova qeyd olunan avtomobili xx.xx.2021-ci il tarixdə Cavabdeh1 Huseynağa oğluna 1 il müddətinə sürmək üçün etibarnamə vermişdir. Bu avtomaşınla Cavabdeh1 Cavabdeh2-yə sürücülük edərək xidmət göstərir. Avtomaşınının avtoqəza nəticəsində aldığı zədələrlə bağlı “Yusif motors” avtomobil servisi texniki baxış keçirmiş və 9110 manat məbləğində avtomaşına zərər vurulduğu müəyyən edilmişdir. Avtoqəza nəticəsində mənəvi və psixi sarsıntı keçirmiş. Bununla bağlı müayinə və müalicə almışdır. Vurulan zərərin 5**0 manatı sığorta təşkilatı ödəsə də, qalan 4110 manatı cavabdehlər ödəmirlər. O da məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(**3)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 ("xxxx") MMC-dən 1448 manat tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 1** manatın 60 manatının İddiaçı, 40 manatının Cavabdeh2 ("xxxx") MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (sədrlik edən: Sabit Bəhramzadə) Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli və İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prossessual Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(**3)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyaisya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı, İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının apellyasiya şikayətindən imtina edilməsi, əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, bu hal məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəfin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin apellyasiya şikayətindən imtinası əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 4**, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(**3)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətindən imtina qəbul edilsin. İddiaçı münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar