Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5141/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X14 İnstitutu” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2 qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən və Az.ETH və Mİ EİB-nin (hazırda: “X14 İnstitutu” MMC) “Hidrotexnik” Bağçılıq Yoldaşlığı tərəfindən 1990-cı ildə ona ayrılmış 50 №-li bağ sahəsinin cavabdeh MMC tərəfindən 1994-cü ildə qanunsuz olaraq Cavabdeh2 verilməsinə dair sonuncunun adına verilmiş “Bağçılıq kitabçasının” etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Hidrotexnik” Bağçılıq Yoldaşlığı tərəfindən 1990-ci ildə vermiş “Bağ üzvlərinin siyahısına” əsasən iddiaçıya 50 №-li bağ sahəsi verilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, həmin bağ sahəsi İnstitutun digər əməkdaşı olan Cavabdeh2 1994-cü ildə verilmişdir. Belə ki, iddiaçıya məxsus 50 №-li bağ sahəsi həmin Bağçılıq X10 xx.xx.2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş “Bağçılıq yoldaşlıq üzvlərinin” son siyahısında 50 №-li bağ sahəsi Cavabdeh2 adına özəlləşdirilmişdir. İddiaçıya aid olan 50 №-li bağ sahəsini Cavabdeh2 öz adına saxta yolla bağçılıq sənədi düzəldib və sahəyə dair “Reyestrdən çıxarış” alıb, daha sonra isə başqa şəxsə satmışdır. İddiaçı bu məsələlər ilə bağlı cavabdeh MMC-yə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. İddiaçıya bildirilmişdir ki, o, həmin bağ sahəsindən 4 il müddətində istifadə etmədiyi üçün, o, Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq bağçılıq yoldaşlıq kollektiv təsərrüfatdan kənarlaşdırılmış və bağ sahəsi digər əməkdaşa verilmişdir. Bu səbəbdəndə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) tərəflərin izahatları və verilmiş etirazlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli 50 №-li bağ sahəsi “Hidrotexnik” Bağçılıq Yoldaşlığı tərəfindən 1990-cı ildə iddiaçıya ayrılmışdır. Bu hal bağ sahəsinin yerləşmə yerinə dair cizgi-planından, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş “Bağçılıq yoldaşlıq üzvlərinin siyahısından da müəyyən edilir. Həmin siyahıdan, Cavabdeh2 adına olan “Üzvlülük kitabçasından” və digər sənədlər görünür ki, Cavabdeh2 əvvəlcə 22 №-li bağ sahəsi ayrılmış, sonra isə həmin bağ sahəsi iddiaçıya məxsus olan 50 №-li bağ sahəsi ilə əvəzləşdirilmişdir. Mübahisəli bağ sahəsinin Cavabdeh2 ayrılması qanunsuz olmuşdur. Belə ki, bu, qanunvericiliyin tələblərinə uğun şəkildə torpaq sahəsinin iddiaçıya verilməsi etibarsız hesab edildikdən, torpaq sahəsi geri alındıqdan sonra edilə bilərdi. Bu hallar olmadığından hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya məxsus torpaq sahəsi bağçılıq kitabçasında nömrə üzərində xətt çəkilməklə Cavabdeh2 adına rəsmiləşdirilməsi qanunsuzdur. Bundan başqa nəzərə alınmalıdır ki, bağ sahəsində əsasən iddiaçının atası istifadə etmiş, iddiaçı isə yay aylarında bağ sahəsinə gedib-gəlmişdir. Sonradan iddiaçının səhhətində problemlər yaranmış və o, bir müddət bağ sahəsinə gedə bilməmişdir. Amma bu hallar o demək deyil ki, iddiaçı bağ sahəsindən istifadə etməmişdir. “İddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə ilə bağlı qeyd edilməlidir ki, ərizə əsassızdır. Belə ki, torpaq sahəsinin başqa şəxsin adına sənədləşdirilməsi barədə iddiaçının məlumatları ümumiyyətlə olmamış, məlumatları olduqdan sonra isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçının nümayəndəsi X6 izahatında bildirmişdir ki, bağ sahəsi həmişə onların istifadələrində olmuşdur. 2016-cı ilədək torpaq sahəsindən istifadə etmişlər, əkibbecərmişlər. Son 2 ildə bağ sahəsində başqa şəxs ev tikmişdir. O, bununla bağlı istituta yaxınlaşmış və bu barədə bildirmişdir. Orada ona Cavabdeh2 adının siyahıda olmadığını ona bildirmişlər. Torpaq sahəsi babası tərəfindən 2 mişar daşından hündürlüyündə hasara alınmışdır. Hasarın qalan hissəsi metal tordan olmuşdur.
5. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, torpaq sahəsi Hikmət Əliyevə qanunsuz əsaslarla verilməmişdir. Torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərlə texniki yanlışlığa yol verilə bilər. Lakin bu halın saxtalaşdırılma kimi qəbul edilməsi əsassızdır. İddiaçı ona ayrılmış bağ sahəsindən uzun müddət istifadə etmədiyi üçün bağ sahəsi cavabdeh MMCnin “Hidrotexnik” Bağçılıq Yoldaşlığı tərəfindən Hikmət Əliyevə verilmişdir.
6. Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 iddia tələbinə qarşı Rayon Məhkəməsinə yazılı etiraz təqdim edərək, etirazda göstərmişdir ki, iddiaçı ona aid olduğunu bildirdiyi bağçılıq kitabçasının mübahisələndirməsinə dair subyektiv hüququ ümumiyyətlə mövcud deyildir. Belə ki, 1990-cı ildə verilən bağ üzvlərinin siyahısına əsasən iddiaçıya 50 №-li bağ sahəsi verilmişdir. 4 il müddətində 50 saylı bağ sahəsi iddiaçı tərəfindən istifadə edilməmişdir. Buna görə də, iddiaçı, kollektiv bağçılıq təsərrüfatdan kənarlaşdırılmış və bağ sahəsi İnstitutun əməkdaşı olan Cavabdeh2 Bağçılıq X10 qərarı ilə verilmişdir. Bu baxımdan müəyyən edilir ki, iddiaçının həmin bağ sahəsi ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh2 bağ-torpaq sahəsini özəllədirərək, satmışdır. Hazırda bağ sahəsi başqa şəxsin mülkiyyətindədir. Buna görə də, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir.
7. Cavabdeh2 vəkili (nümayəndəsi) həmçinin “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qeyd etmişdir ki, 32 ildən artıq müddətdir ki, iddiaçı mübahisələndirdiyi məsələ ilə maraqlanmamışdır. Halhazırda subyektiv hüququ olmadığı halda bağçılıq kitabçasının mübahisələndirməsi maddi və prosessual normalara uyğun deyildir. İddiaçı tərəfindən həmin bağ sahəsinin qanunsuz olaraq Cavabdeh2 verildiyi bildirilsə də, buna dair hər hansı sübut irəli sürülməmişdir. Cavabdeh2 ona “Hidrotexnik” X7 Heyətinin 2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında 50 №-li bağ sahəsinin ona verilməsinə dair etimad hüququ vardır. Həm iddiaçının tələbə dair subyektiv hüququ yoxdur, həm də ümumiyyətlə tələblə bağlı iddia müddəti keçmişdir. Bağ sahəsinin verilməsindən 32 il keçdikdən sonra ona dair sənədin mübahisələndirilməsi cavabdehin mülkiyyət hüquqlarını pozan haldır. Buna görə də, iddia tələbi iddia müddətinin keçməsi səbəbindən də rədd edilməlidir.
8. Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, torpaq sahəsinin Hikmət Əliyevə verilməsi ilə bağlı hər hansı bir saxtalaşdırma olmamışdır. Torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən də bəlli olur ki, iddiaçı, ona ayrılmış bağ sahəsindən uzun müddət istifadə etmədiyi üçün, bağ sahəsi Cavabdeh2 verilmişdir. Buna görə də, iddia tələbi əsassız hesab edilərək, rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
10. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. d) apellyasiya şikayəti barədə məlumat
11. İddiaçı Rayon Məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
13. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdiyi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
14. Cavabdeh MMC-nin nümayəndəsi və Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat vermişlər.
15. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, İT-İ ******* №-li “Əmək kitabçasının” surətindən görünür ki, iddiaçı “Hidrotexnik” Eİİ-də işləmişdir.
18. Az.ETH və Mİ EİB-nin “Hidrotexnik” Bağçılıq X10 xx.xx.2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısının surətindən görünür ki, 8-ci sırada göstərilmiş Cavabdeh2 aid bağ sahəsi 600 kv.m sahəsi olan 50 №-li bağ sahə kimi qeyd edilmişdir.
19. “Hidrotexnik” Bağçılıq Yoldaşlığın üzvlərinin 1990-cı il tarixli siyahısının surətindən görünür ki, bu siyahının 8-ci sırasında olan Cavabdeh2 məxsus bağ sahəsinin nömrəsi 22 №-li bağ sahəsi, 87-ci sırada olan iddiaçıya məxsus bağ sahəsinin nömrəsi 50 №-li bağ sahəsi kimi göstərilmişdir.
20. Həmin X7 Heyətinin xx.xx.2005-ci il tarixli iclasının 3 №-li protokolundan çıxarışın surətindən görünür ki, X1 Təcrübə-Tədqiqat stansiyası ərazisindən çıxarılmış bağ üzvlərinin ilkin yerlərinə qaytarılması və 1990-2000-ci illərdə aparılmış yerdəyişmələrlə əlaqədar bağ nömrələrinin sistemləşdirilməsi (inventarizasiyanın nəticələrinə əsasən) barədə birinci məsələ üzrə qərara alınmışdır ki, dəqiqləşdirilmiş plana əsasən bağ üzvlərinin onların istifadə etdikləri sahələrə müvafiq yeni nömrələnməyə uyğun üzvlük kitabçaları verilsin və ya onların üzərində dəyişiklər edilsin.
21. X8 xx.xx.1990-cı il tarixli iclasının 02 №-li protokolundan çıxarışın surətinən görünür ki, 600 kv.m torpaq sahəsi olan 50 №-li bağ sahəsi Cavabdeh2 daimi istifadəsinə verilməsi qərara alınmışdır.
22. Bağçılıq X10 xx.xx.2005-ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən bağ sahələrinin sıralama nömrələri yeniləşdirilən bağçılıq yoldaşlıq üzvlərinin siyahısının surətindən görünür ki, 2-ci sırada olan Cavabdeh2 aid bağ sahəsinin yeni sıralama nömrəsi 50 olmuş, bağ sahəsinin ilkin sıralama nömrəsi isə 22 olmuşdur.
23. Bağçılıq Yoldaşlığı tərəfindən xx.xx.1980-ci il tarixdə Cavabdeh2 verilmiş “Bağçının yoldaşlıq kitabçasının” surətindən görünür ki, bu kitabçada sahənin nömrəsinə dəyişiklik edilmiş, 22 №-li sahə 50 №-li sahə kimi göstərilmişdir. Həmçinin həmin kitabçada qeyd edilmişdir ki, 22 №-li sahə xəritədən kənarda və əkinə yararsız olduğundan həmin sahəni 1994-cü ildən etibarən istifadəsiz qalmış və bağçılıqdan üzv çıxan 50 №-li sahə ilə dəyişdirilmişdir.
24. Bağçılıq Yoldaşlığı tərəfindən Cavabdeh2 verilmiş, üzərində “dublikat” yazılmış “Bağçının yoldaşlıq kitabçasının” surətindən görünür ki, Cavabdeh2 50 №-li bağ sahəsi verilmişdir.
25. “Hidrotexnik” X15 Heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2009-cu il tarixli arayışdan görünür ki, həmin arayış Cavabdeh2 ondan ötrü verilmişdir ki, həqiqətən də o, həmin Bağçılıq Yoldaşçılığında 2005-ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən ona məxsus olan 22 №-li bağ sahəsinin yeni sıralama nömrəsi 50-dir. Arayış daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir.
26. Cavabdeh MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciəti əsasında Bağçılıq Yoldaşlığın arxiv sənədlərini bir daha araşdırılmışlar. Müəyyən edilmişdir ki, 1990-cı ildə verilən bağ üzvlərinin siyahısına əsasən iddiaçıya 50 №-li bağ sahəsi verilmişdir. 4 il müddətində iddiaçı həmin bağ sahəsindən istifadə edilməmişdir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən bağçılıq yoldaşlıq təsərrüfatından kim 1-3 il müddətində istifadə etmirsə o kollektiv təsərrüfatdan kənarlaşdırılır, bağ sahəsi digər əməkdaşa verilir. Ona görə (Bakı Şəhəri İcra Hakimiyyətinin şöbə müdiri N.A.Məlikovun məktubuna əsasən, sürəti əlavə olunur) 1994cü ildə həmin bağ sahəsi İnstitutun əməkdaşı Cavabdeh2 verilmişdir (üzvlük kitabçanın sürəti təqdim edilir). İddiaçının 32 il müddətində kollektiv-bağçılıq təsərrüfatında bağ sahəsi ilə maraqlanmadığı halda hazırda bağ istəməsi əsassızıdır. Hazırda iddiaçıya həmin bağ sahəsinin verilməsi qeyri-mümkündür. X7 Heyətinin xx.xx.2005-ci il tarixli iclasının 3 №-li protokolu ilə təsdiq edilmiş bağçılıq yoldaşlıq üzvlərinin son siyahısında 50 nömrəli bağ sahəsi Cavabdeh2 adına özəlləşdirilmişdir.
27. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin Bakı şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və X2 və İstismarı Birliyinə ünvanlanmış 01/04-286 saylı, xx.xx.2005-ci il tarixli məktubunda qeyd edilmişdir ki, uzun müddət bağ sahələrindən istifadə etməyən şəxslər və çəpərlənməmiş, hasarlanmamış bağ sahələri ilə bağlı yaranmış ziddiyyətlərlə əlaqədar xx.xx.2005-ci il tarixli, 1129 saylı müraciətlərinə Komitənin Bakı Şəhər Şöbəsində baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda, 4-cü abzasına əsasən torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə, 8-ci abzasına əsasən torpaq sahəsində 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir.
28. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 94 nömrəli, xx.xx.2006-cı il tarixli “Torpaq sahələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə” sərəncamından görünür ki, Torpaq Məcəlləsinin 73-cü maddəsi əsas tutularaq X13 yerli bələdiyyələrlə və yaxud aidiyyatı Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri ilə birlikdə yerlərdə yoxlama reydlərinin təşkil etmələri, 1 və daha çox il əvvəl bağ salmaq məqsədilə torpaq sahələri götürmüş, lakin indiyədək üzürlü səbəb olmadan istifadələrindəki sahələrdə heç bir əməli iş görməyən vətəndaşları müəyyənləşdirib akt tərtib etmələri və akt əsasında da həmin vətəndaşların istifadə hüquqlarına xitam verilməsi, istifadə hüquqlarına xitam verilməsi barədə sərəncam bundan sonra torpaq sahələri ilə təmin ediləcək vətəndaşlara da şamil edilməsi qərara alınmışdır.
29. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MA seriyalı, ******* №-li “Çıxarışdan” görünür ki, yuxarıda qeyd edilən ünvanda yerləşən mübahisəli 50 №-li bağ sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına reyestrində qeydiyyata alınmışdır.
30. Satıcı olaraq Cavabdeh2 ilə alıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X20 arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Cavabdeh2 mülkiyyətində olan həmin bağ sahəsini Canəli Əzizova satmışdır.
31. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, mübahisəli bağ sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2016-cı il tarixdə Canəli Əzizovun adına reyestrində qeydiyyata alınmışdır.
32. Satıcı olaraq Canəli Əzizov ilə alıcı olaraq (hazırkı iş üzrə tərəf olmayan) X21 arasında xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış “Alğı-satqı müqaviləsindən” görünür ki, Canəli Əzizov mülkiyyətində olan həmin bağ sahəsini Elman Əzizova satmışdır.
33. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, mübahisəli bağ sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Elman Əzizovun adına reyestrində qeydiyyata alınmışdır.
34. “Hidrotexnik” X15 Heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2008-ci il tarixli arayışın surətindən görünür ki, həmin arayış (hazırkı iş üzrə tərəf olmayan) X3 ondan ötrü verilmişdir ki, həqiqətən də o, həmin Bağçılıq Yoldaşçılığında 2005-ci ildə aparılmış kompleks yoxlama nəticəsində dəqiqləşdirilmiş plana əsasən ona məxsus olan 36 №-li bağ sahəsinin yeni sıralama nömrəsi 22-dir. Arayış daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə təqdim etmək üçün verilmişdir.
35. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş MH seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, 22 №-li bağ sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2008-ci il tarixdə Nadir Nadirovun adına reyestrində qeydiyyata alınmışdır.
36. X5 ilə X18 arasında xx.xx.2012-ci il tarixdə notarial qaydada bağlanmış “Alğısatqı müqaviləsindən” görünür ki, Nadir Nadirov mülkiyyətində olan 22 №-li bağ sahəsini Rauf Məmmədova satmışdır.
37. X18 ilə X9 arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış “Alğısatqı müqaviləsindən” görünür ki, Rauf Məmmədov mülkiyyətində olan 22 №-li bağ sahəsini Elnur Şükürova satmışdır.
38. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, 22 №li bağ sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi xx.xx.2023-cü il tarixdə Elnur Şükürovun adına reyestrində qeydiyyata alınmışdır.
39. Bakı İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(112)-8221/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X20 üçüncü şəxs qismində cəlb edilməklə) “bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi tələbi barədə” iddia ilə həmin məhkəməyə müraciət etmişdir. Onun iddiasına dair inzibati işə baxılmış və iddia təmin edilməmişdir. Belə ki, cavabdeh PHŞ-in imtinasının əsaslarına görə elektron kadastr məlumatlarına əsasən iddiaçının iddia etdiyi bağ sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir hissəsi isə bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. Həmçinin “Hidrotexnik” Bağçılıq Yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 №-li bağ sahəsi qeyd edilmişdir. Lakin, İddiaçı adına sözügedən bağçılıq yoldaşlıq birliyi nəzdində 50 №-li bağ sahəsinin ayrılmasına dair sənəd (üzvlük kitabçası və s.) idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Hidrotexnik” Bağçılıq Yoldaşlıq birliyi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı adına 50 №-li bağ sahəsinin ayrılması qeyd edilsə də, iddiaçıya 50 №-li bağ sahəsinin verilməsinə dair həmin siyahıya uyğun verilmiş sənəd (üzvlük kitabçası və s.) iddiaçı tərəfindən təqdim edilməmiş, nədə ki cavabdeh orqanın arxivində aşkar edilməmişdir.
40. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139- 1.1.7-ci maddəsinə görə, xx.xx.2007-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
41. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə görə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir (maddə 73., bənd 1., abzas 8.).Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir (maddə 75., bənd 1.). Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar (maddə 75., bənd 5.). Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir (maddə 75., bənd 5.).
42. Azərbaycan Respublikasında 1996-cı ildə qəbul edilmiş “Torpaq İslahatı haqqında” Qanunun tələblərinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9.). Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir (maddə 1., abzas 2.).
43. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
44. Məhkəmə bildirir ki, hazırki iş üzrə iddiaçı, iddia tələbini “Hidrotexnik” Bağçılıq Yoldaşlığın üzvlük siyahısına əsaslanmaqla 50 №-li bağ-torpaq sahəsinin ona ayrılmasını və bu torpaq sahəsinin uzun müddətdə onun sahibliyində və istifadəsində olması əsasları ilə sübut etməyə çalışsa da, bu hallar iş üzrə müəyyən edilməmiş və bu barədə müvafiq sübutlar məhkəməyə təqdim edilməmişdir. Yəni iddiaçı istinad etdiyi üzvülük siyahısı əsasında ona torpaq sahəsinin ayrılmasını (üzvlük kitabçasının verilməsini və ya üzvlərin iclasının protokolundan çıxarışın olmasını), həmin sahədən uzun müddət, ən azından cavabdehin mülkiyyət hüquqları qeydə alınana qədər istifadə və sahiblik etdiyini sübut edə bilməmişdir.
45. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Göstərilənlərə əsasən, müəyyən edilir ki, iddiaçının yuxarıda qeyd edilən tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur və Rayon Məhkəməsi bu əsasla iddianı rədd etməklə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi
47. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
50. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməzlər. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
51. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdehlər hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməzlər.